Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. (avqust 2024) |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. Lütfən, etibarlı mənbələr əlavə etməklə məqaləni təkmilləşdirməyə kömək edin. Qərəz yaradan mənbəsiz hissələr müzakirəsiz silinə bilər. |
Sevil Gültən (Nuriyeva Sevil Məmməd qızı) — azərbaycanlı tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Sevil Gültən | |
---|---|
Sevil Məmməd qızı Nuriyeva | |
![]() | |
Doğum adı | Sevil Nuriyeva |
Təxəllüsü | Sevil Gültən |
Doğum tarixi | (64 yaş) |
Doğum yeri | Təzəkənd, Zərdab rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan Xarici Dillər İnstitutu |
Fəaliyyəti | tərcüməçi |
Əsərlərinin dili |
azərbaycanca ingiliscə |
Sevil Gültən 1961-ci il aprelin 22-də Zərdab rayonunun Təzəkənd kəndində dünyaya gəlib. Atası Məmməd Nuriyev traktorçu, anası Gülasta Nuriyeva kolxozçu olub. 1978-ci ildə Ş.Qurbanov adına Zərdab şəhər orta məktəbini bitirib, Xarici Dillər İnstitutunun (hazırkı Azərbaycan Dillər Universiteti) ingilis dili fakültəsinə qəbul olub və institutu əla qiymətlərlə bitirib. Hələ tələbə vaxtından bədii yaradıcılıqla məşğuldur. Birinci kursda oxuduğu vaxtdan tərcümə etdiyi kiçik hekayələr institutun "Bilik" qəzetində çap edilib. 1987-ci ildə ailə qurub. Həyat yoldaşı Rasim Qədirov 2003-cü ildə dünyasını dəyişib. Yasəmən və Gültən adlı iki qızı var.
Təyinatla Zərdab rayonunun Bıçaqçı kəndinə göndərilib. Təyinat müddəti bitdikdən sonra rayonun müxtəlif kəndlərində ingilis dili müəllimi işləyib.
"Küsüb getmək istəyirəm dünyadan", "Ürəyimin göz yaşları" adlı şeir kitablarının, "Uşaqlıq illərimin şəkiləri" adlı esselər kitabının müəllifidir.
İngilis dilindən Azərbaycan dilinə, Azərbaycan dilindən ingilis dilinə çoxlu sayda kitablar tərcümə edib. "Qanun" nəşriyyatı və "TEAS-PRESS" nəşriyyatı ilə əməkdaşlıq edir. Eləcə də, "Kaspi" qəzetində esseləri, tərcümə etdiyi 140-dan çox hekayə çap olunub və olunmaqda davam edir.
Tərcümə ilə bağlı məqalələri, şeirləri, tərcümələri "525-ci qəzet"də, "Ulduz" və "Azərbaycan" jurnallarında işıq üzü görüb. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
"TEAS-PRESS" nəşriyyatında çap olunanlar:
|
"Kaspi qəzeti"ndə çap olunan tərcümələriredaktə
Xarici keçidlərredaktə |