Siyahim Əlizamin oğlu Dəmirov (13 sentyabr 1990, Əlinəzərli, Beyləqan rayonu – 29 oktyabr 2020, Şuşa rayonu) — Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargahının tabeliyində olan Xüsusi Təyinatlı Qüvvələrinin kiçik giziri; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Şuşanın azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.[1]
Siyahim Dəmirov | |
---|---|
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (30 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı |
![]() |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Müdafiə Nazirliyi |
Qoşun növü |
![]() |
Xidmət illəri | 2009—2010 / 2014—2020 |
Rütbəsi |
K/gizir |
Döyüşlər | |
Təltifləri |
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
Siyahim Əlizamin oğlu Dəmirov 1990-cı il, sentyabrın 13-də Beyləqan rayonunun Əlinəzərli kəndində anadan olub.[2][1]
2008-ci ildə Beyləqan rayonu Əlinəzərlı kənd R. Nəsirov adına 1 nömrəli tam orta məktəbindən məzun olub.[1]
2009-cu ildə Neftçala Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2009–2010-cu illərdə cəbhə bölgəsində, N saylı hərbi hissədə xidmət edib.[1]
2014-cü ildə Azərbaycan Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "MAHHXHQ və QHQ hazırlığı kursu"nu bitirib.[1]
Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun 19 aprel 2019-cu il tarixli əmri ilə "K/gizir" hərbi rütbəsi verilib.[1]
Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi 6 il ərzində artilleriya divizionunda artilleriya taqım komandirinin müavini — top komandiri, hərbi hissənin xüsusi təyinatlı dəstəsinin minaatan manqasının heyət nəfəri, xüsusi təyinatlı taqımın atəş dəstək manqasının minaatan qrupunun komandiri — tuşlayıcı vəzifələrində xidmət edib.[1]
Müxtəlif illərdə müdafiə nazirinin əmri ilə "Azərbaycan Ordusunun 100 illiyi yubiley medalı" ilə, habelə fəxri fərmanlarla təltif edilib.[1]
2020-ci il, sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən xüsusi əməliyyata, həmçinin Hadrutun və Şuşanın uğrunda gedən döyüş əməliyyatlarına qatılıb. Oktyabrın 29-da Şuşa şəhəri istiqamətində döyüş tapşırığının icrası zamanı şəhid olub.[1] Beyləqan rayonunun Əlinəzərli kəndində dəfn olunub. Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə[3], həmçinin "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Şücaətə görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.[4][5][6][7]
Subay idi.