. Love.az

Totalitarizm Qurbanlarina Memorial Abide - Wikipedia - Love.az

Ana Səhifə - Totalitarizm Qurbanlarina Memorial Abide

Totalitarizm qurbanlarına memorial abidə — 17 iyun 2000-ci ildə Ukrayna və Polşa prezidentlərinin təşəbbüsü ilə Xarkov meşə parkında açılmış memorial abidə. Abidə Stalinin 22 mart 1940-cı ildə imzaladığı "USSR və BSSR ərazisindəki XDİK həbsxanalarının boşaldılması haqqında" sənədindən sonra güllələnmiş əsir polyak zabitlərinə və yerli dinc sakinlərə həsr olunub.

Totalitarizm qurbanlarına memorial abidə
Ölkə Ukrayna Ukrayna
Şəhər Xarkov
Yerləşir Xarkov
Tikilmə tarixi 2000
50°04′50″ şm. e. 36°15′46″ ş. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Haqqında
  • 2 Həmçinin bax
  • 3 İstinadlar
  • 4 Ədəbiyyat
  • 5 Xarici keçidlər

Haqqında

redaktə

Abidə XDİK tərəfindən 1938-1940-cı illərdə güllələnmiş və meşənin ərazisində qardaşlıq məzarlığında dəfn edilmiş, polşalı hərbiçilərin adları əks olunmuş lövhələrdən və onların qarşısında yerləşən Virtuti militari xaçından ibarətdir.[1] Stalinin 22 mart 1940-cı ildə imzaladığı "USSR və BSSR ərazisindəki XDİK həbsxanalarının boşaldılması haqqında" sənədindən sonra bu meşədə 3809 polşalı zabit və 500 polşalı dinc sakin güllələnmişdir. [2]

2010-cu ildə abidənin açılışının 10 illiyi münasibətilə Polşanın prezidenti Bronislav Komorovski Xarkova gəlmiş və abidəni ziyarət etmişdir.[3]

Həmçinin bax

redaktə
  • Doqquz qüllə
  • Kədər maskası
  • Qolodomor və siyasi repressiyalar qurbanlarına abidə

İstinadlar

redaktə
  1. ↑ "Посол Генрик Литвин почтил память польских солдат на Мемориале жертвам тоталитаризма" (ukr. ). city.kharkov.ua. 30 noyabr 2011. 10 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2020.
  2. ↑ Yuliya Aqarova. "Документы КГБ: останки расстрелянных поляков в Харькове пробовали замаскировать под немцев-дезертиров" (ukr. ). kp.ua. 12 dekabr 2017. 1 fevral 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2020.
  3. ↑ Andrey Kravçenko. "Харків. Лісопарк. Квартал №6 (фоторепортаж) / Xarkov. Meşə parkı. Kvartal" (ukr. ). unian.ua. 25 sentyabr 2010. 10 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2020.

Ədəbiyyat

redaktə
  • İ.Aleksandrova - Nə qədər ki sağıq xatırlayacağıq (ukr. Покуда живы — будем помнить) // Слобода. — 2000. — 23 iyun.
  • Y. Soldatenko - Ümumi tarixin, ümumi talenin simvolu (ukr. Символ общей истории, общей судьбы) // Веч. Харьков. — 2000. — 22 iyun.
  • O. Yaroznak - Meşə parkındakı Virtuti Militari xaçı (ukr. Крест Виртути Милитари в Лесопарке) // Время. — 2000. — 22 iyun.

Xarici keçidlər

redaktə
  • Totalitarizm qurbanlarına memorial abidə 2018-ci il
  • Ukrayna və Polşa prezidentlərinin abidəni ziyarətləri
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Totalitarizm_qurbanlarına_memorial_abidə&oldid=6702450"
LOVE.AZ