Xəlilov Vasif Tofiq oğlu (26 oktyabr 1974, Zərqava, Quba rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Vətən müharibəsi iştirakçısı. Müdafiə Nazirliyinin Rabitə və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi.
Vasif Xəlilov | |
---|---|
Xəlilov Vasif Tofiq oğlu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 oktyabr 1974(1974-10-26) (50 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
![]() |
Milliyyəti | Azərbaycanlı |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
![]() |
Qoşun növü | Rabitə qoşunları |
Xidmət illəri | 1992- |
Rütbəsi | |
Vəzifəsi | Baş İdarə rəisi |
Döyüşlər | |
Təltifləri |
![]() |
Vasif Xəlilov 26 oktyabr 1974-cü ildə Quba rayonunun Zərqava kəndində anadan olmuşdur. 2005-ci ildən 2016-cı ilin dekabr ayınadək cəbhə bölgəsində xidmət etmişdir. 2020-ci ildə Vətən müharibəsi zamanı Suqovuşan, Cəbrayıl, Zəngilan və Füzuli istiqamətlərində gedən döyüş əməliyyatlarında iştirak etmişdir.
2022-ci ilədək müxtəlif vəzifələrdə xidmət etmiş, taqım komandirindən şöbə rəisi vəzifəsinədək yüksəlmişdir. 2022–2024-cü illərdə xüsusi xidmət orqanlarında idarə rəisi vəzifəsində çalışmışdır. Xüsusi xidmət orqanlarında fəaliyyəti dövründə lokal antiterror əməliyyatlarında iştirak etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021 tarixli sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə iki dəfə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir.
2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Müdafiə Nazirliyinin Rabitə və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.
2025-ci ilin 25 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə general-mayor ali hərbi rütbəsi verilib.
1992-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, 1996-cı ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini bitirmişdir. 2005-ci ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasını, 2021-ci ildə isə Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunu müvəffəqiyyətlə tamamlamışdır.