![]() | Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müraciət etmək istəyirsinizsə, əsas səhifədən istifadə edə bilərsiniz. |
Son günlər bir çox istfadəçi və idarəçinin narazılığına səbəb olan fəaliyyətlə məşğul olan, qərəzli şəkildə 1 gündə 200-dən çox kütləvi silmə əməlləri ilə vandalizm edən idarəçi sefer azerinin idarəçiliyinin geri alınması üçün səsvermənin keçirilməsini təklif edirəm. İradlara rəğmən əsassız şəkildə silinməli olan səhifələr qurması onun vandal əməllərinə davam etməsi niyyətinin olduğunun bariz sübutudur. Xüsusilə Azərbaycan kinosu məqalələrinə qarşı qərəzli münasibətinin olması idarəçilik statusuna yaraşmayan əməl kimi qiymətləndirilməldir. Halbuki,silinməli və bərbad halda olan saysız hesabsız məqalə mövcuddur. Amma idarəçi bu məqalələrə məqsədli şəkildə göz yumur, hətta dəstəkləyir.
Siyahıdan göründüyü kimi artıq tərəfimdən 4 məqalə silinmişdir. Belə bir təftişi ən yaxşı mövzudan başı çıxan etməlidir. Yoxsa siyahıya nəzər salsaq bəhanə yalnız məqalələrinin mənbəyinin olmamasıdır. Qaydalara görə mənbə olmayanda mənbə yoxdur şablonu qoyulmalıdır. Amma idarəçi dərhal silir məqalələri. O ki qaldı mənə qoy məni də idarəçilikdən çıxarsınlar, amma təki bu film məqalələri silinməsin. Məqsədim budur. Hamısının mənbəyi var və qeyd ediləcək.--Vüsal Ağayev (müzakirə) 18:45, 19 fevral 2016 (UTC)
Heç bir təzyiq yoxdur. ''"məzmunu mötəbər mənbələrlə əsaslandırılması mümkün olmayan məqalələr" müzakirəsiz silinməlidir. "Mümkün olmayan" sözünü unutmusuz. Məqalənin müəllifi ilə əlaqə saxlamalı, mümkün olub olmadığını bir-bir müzakirə etməli,ən son olaraq nəticə olmadıqda silinməlidir. Bir idarəçi bu anlayışa göz yumaraq belə addım atmamalıdır. Siz artıq atmısınız və idarəçi olaraq şəxsən mənim sizə etibarım yoxdur. Buna sui-istifadə deyirlər. O ki qaldı siyahıya eyni kriteriyalar bu siyahıya da aid edilir.Deyə bilərsiz niyə indiyə qədər mənbə göstərməmisiz,mən də sual verirəm 98 min məqalənin hamısı mənbəlidirmi? Sizin kino məqalələrinə belə amansız təzyiqiniz göz önündədir. Sizi mən və ya Babək dayandırmadı. Sizi Kənd meydanında hamının sizin bu əməlinizə qarşı olmağı dayandırdı. Əgər belə hal baş verməsəydi bu 90 yox 900 olacaqdı. İstifadəçi olaraq da istədiyiniz məqaləni müzakirəyə çıxara bilərsiz özünüz qeyd etdiniz,o zaman idarəçiliyə nə gərək var? Kütləvi silmək üçün? --Vüsal Ağayev (müzakirə) 22:33, 19 fevral 2016 (UTC)
Boş və məntiqsiz cümlələr. Sildiklərinizin hesabını verməlisiz. Mümkün olub olmadığını Azərbaycan kinosunun 2 mütəxəssisi ilə məsləhətləşməli idiz. Siz bu sahədə hələ oktyabryatsız.)) Başınız çıxan işə girişin. --Vüsal Ağayev (müzakirə) 08:02, 21 fevral 2016 (UTC)