![]() | Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müraciət etmək istəyirsinizsə, əsas səhifədən istifadə edə bilərsiniz. |
Hörmətli idarəçilər,
2019-cu ildə “qeyri-ensiklopedik” əsası ilə silinmiş "Zərəngiz Şıxlı" səhifəsinin bərpası üçün yenidən müraciət edirəm.
Artıq şəxs barəsində geniş və sübutlu məlumatlar toplanmış, aşağıdakı əsaslandırmalar hazırlanmışdır:
✅ Elmi və texniki fəaliyyəti: - Texnika elmləri namizədi
- AMEA Neft Kimya Prosesləri İnstitutunda baş elmi işçi
- 12 elmi məqalənin müəllifi (1974–1987)
- 7 müəlliflik şəhadətnaməsi (SSRİ-də qeydiyyatdan keçmiş)
- Məqalələri: *Azərbaycan Neft-Kimya Jurnalı*, *Voprosı Nefteximii*, *RJX*, *Obzor inostrannıx patentov*
✅ Ədəbi fəaliyyəti:
- Azərbaycan Yazıçılar Birliyinin üzvü (2016)
- 9 kitab müəllifi:
* "İnsan üçün həyatın mənası nədir?" (I və II cild, 2004–2005) * "Həyat fəlsəfəsi" (2011) * "Qartal görkəmli Azərbaycan" (2013) * "Fəlsəfi mülahisələrimin təhlili" (2015) * "Düşündürən düşüncələrim" (2018) * "Fəlsəfi ideyalar poeziya çələngində" (2019) * "Ruh, Şüur və Fəlsəfə" (2022) * "HAMI ÜÇÜN" (2024)
✅ Haqqında olan məqalələr və açıq mənbələr:
- "Alternativ" qəzeti (2004)
- "Vışka", "Dəli Kür", "Müstəqil Respublika", "Kredo", "Bütöv Azərbaycan" qəzetlərində dəfələrlə işıqlandırılıb
✅ Təltif və tanınma:
- “Qızıl Qələm” media mükafatı (2018)
- “Əmək veteranı” medalı
Hazırda biz bütün bu faktları etibarlı şəkildə istinadlarla təqdim edən qaralama səhifə üzərində işləyirik. Xahiş edirik, bu əsaslarla səhifənin **BNS çərçivəsində bərpası və təkrar səsverməyə təqdim olunması üçün icazə verəsiniz.
Hörmətlə, Nicat Abdullayev
Bu səhifə Vikipediya:Silinməyə namizəd səhifələrdə yenidən qiymətləndirilmək üçün təqdim olunmuşdur. Lindorkins (müzakirə) 10:30, 23 may 2025 (UTC)
N Bərpa edilmədi. Mənbə olmadığı və məzmuna uyğun şəkildə əlavə edilmədikdən sonra buradakı şəkillərin məqalənin bərpasına təsiri yoxdur. Müraciət mətni belə ChatGPT ilə yazılıb. Hörmətlə, Qədir (müzakirə) 03:25, 17 iyun 2025 (UTC)
Azərbaycan Respublikası Konstitusiyasının (https://e-qanun.az/framework/897) 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə əsasən “inzibati ərazi bölgüsü” müəyyən edilir. Həmin maddənin II hissəsinə əsasən isə I hissənin 3-cü bəndi üzrə Milli Məclis 63 səs çoxluğu ilə qanunlar qəbul edir. Bələdiyyələrin əraziləri və torpaqları müəyyən edilən zaman Konstitusiyanın eyni bəndinə istinad edilir. Məsələn, bu mövzuda ən sonuncu qəbul olunmuş 18 oktyabr 2024-cü il tarixli 51-VIIQD nömrəli Qanunun giriş hissəsində yazılıb: “Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndini rəhbər tutaraq”. Deməli, Azərbaycan Respublikasında kənd, qəsəbə və şəhərlər necə yaradılırsa və onların əraziləri necə müəyyən olunursa, bələdiyyələrin də əraziləri eyni hüquqi əsaslarla və eyni proseduralar tətbiq olunmaqla müəyyən olunur. Lakin bələdiyyələr, kəndlərdən fərqli olaraq, bundan da artıq dövlət və qeyri-dövlət qurumları ilə razılaşdırılmalı olduğuna görə, prosedur daha mürəkkəb şəkildə icra olunur, bu da, hüququn ümumi prinsipləri baxımından, sənədin mötəbərliyini artırır. 2025-ci ildə bələdiyyələrin səlahiyyətləri bir qədər də artırılıb və ilin sonuna qədər yerli nümayəndəliklərin əsas səlahiyyətləri də bələdiyyələrə ötürüləcək. Bu baxımdan, bələdiyyələrin əhəmiyyəti inzibati ərazi vahidi kimi kənd və qəsəbələrin yerli idarəsindən daha önəmlidir. Azərbaycan Respublikası qanunvericiliyinin tərkib hissəsi olan “İnzibati ərazi bölgüsü təsnifatı”nda (Dövlət Statistika Komitəsi tərəfindən təsdiq olunur) kəndlərə, qəsəbələrə və şəhərlərə verilən statistika kodların verilməsi ilə eyni metodologiya üzrə bələdiyyələrə də eyni siyahılarda kodlar verilir. Bu kodlar siyahı üzrə növbəti rəqəmlərlə ifadə olunur və beləliklə, Dövlət Statistika Komitəsi də, Milli Məclis kimi, bələdiyyələrlə digər inzibati ərazi vahidləri arasında fərq qoymur. Vikinin başqa dillərdə olan versiyalarında ayrı-ayrı ölkələrin bələdiyyələri barədə ayrıca məqalələrə rast gəlmək olar. Həmin ölkələrin bəzilərindəki bələdiyyə orqanlarının səlahiyyətləri Azərbaycandakı bələdiyyə orqanlarının səlahiyyətlərindən prinsipcə (qanun üzərində) fərqlənmir. Vikidə isə sırf Azərbaycanla bağlı hər kənd, qəsəbə və şəhər üçün ayrıca məqalə olduğu təqdirdə, hər bələdiyyə üçün məqalələr mövcud deyil. Bir bələdiyyələr, adətən, bir neçə inzibati ərazi vahidini əhatə edir. Bələdiyyənin həyatında baş verən tarixi hadisələr kəndlərin həyatında baş verən tarixi hadisələrə təsir etməklə yanaşı, ümumi məsələləri də var ki, onları kəndin, qəsəbənin və ya şəhərin tarixi hesab edə bilmərik. Bunlar daha ümumi (bələdiyyələrə daxil olan bütün kəndlərə təsir edən) dəyişiklikləri özündə ehtiva edir. Bundan başqa, sırf bələdiyyəyə aid məsələlər var ki, yalnız bələdiyyəyə aid məqalədə əks olunmalıdır. Onları vikipediyanın başqa məqalələrində əks etdirmək olmaz.
Araşdırmalar onu göstərir ki, Azvikidə əvəllər hər bələdiyyə üçün ayrıca məqalələr olub, lakin onlar silinərək siyahıya yönləndirilib.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq, bələdiyyələr üçün əvəllər azvikidə yaradılmış ayrıca məqalələrin bərpa edilməsi xahiş olunur. Lawyer.F (müzakirə) 07:37, 26 may 2025 (UTC)