Bu səhifə Vikipediyadakı səhifələrin barədə barədə müzakirələr aparmaq üçündür. Burdakı müzakirələr VP:SNSMÜZAKİRƏSİ qaydasına əsasən aparmalıdır.
Müzakirəyə qoşulmazdan əvvəl istifadəçilərdən şəxslərin ensiklopedik əhəmiyyəti, etibarlı mənbələr və digər qaydalarla tanış olmaları tələb olunur. Fikir bildirərkən silmə müzakirələrində istifadə etməkdən çəkinməli arqumentlərlə tanış olmağınız tövsiyə olunur. Nəzərə alın ki, burada aparılan bütün müzakirələr müzakirə mövzusu olan mövzular üzərində aparılmalıdır, şəxslər üzərinə şərhlər olmamalıdır.
Arxivləşdirilmiş müzakirələrə buradan baxa bilərsiniz. Arxivdə axtarış etmək üçün aşağıdakı axtarış formasını istifadə edə bilərsiniz.
![]() | ![]() |
Şəxsin ensiklopedik əhəmiyyətliliyi həm sənətşünas həm də rəssam olaraq müxtəlif ensiklopediyalarda haqqında yazılmış materiallardan aydın görünür. Nümunə-https://famous-scientists.ru/anketa/mamedova-lyaman-aslan-17621. Digər birinci və ikinci dərəcəli mənbələr axtarışla asanlıqla tapıla bilir. İlk yaradılan məqalə (2022-ci ildəki) yəqin ki, istinadlar olmadan naşı şəkildə yazılıb və buna görə də silinməyi məqsədəuyğun hesab edilib. Tərəfimdən yazılan məqalədə isə (2025) həm birinci dərəcəli, həm də ikinci dərəcəli mənbələrə kifayət qədər istinad var. Aşağıdakı iki standartı əsas götürürəm.
`Əgər silinən səhifə təkmilləşdirilmiş, silinmiş versiyasından əhəmiyyətli dərəcədə fərqlənəcək şəkildə yenidən yaradılmışdırsa ` - VP:Ü4 -ə istinadən.
`Əgər mövzu ensiklopedikdirsə və məzmun neytral mövqedən çıxış edilərək yenidən tərtib oluna bilərsə, silmə tövsiyə olunmur. ` - VP: Ü11
İndi isə prosesə nəzər salaq. Məqalə üzərində işləyərkən əvvəlcə vikiləşdirmə şablonunun qoyulması (təqdirəlayiq haldır) sonra isə sil şablonu qoyulmadan silinməsi (zənnimcə bu netiketə uyğun hal deyil) baş verib.
Məqaləni yaradarkən aşağıdakı məqalə yaratma qaydasını rəhbər tutmuşam:
"Məzmun azlığı və ya uyğun olmayan məzmun səbəbi ilə bir məqalə silinibsə (sürətli silmə kriteriyaları ilə) və eyni mövzuda daha yaxşı bir məqalənin yaradılması istənirsə, nəyisə nəzərdən keçirməyə ehtiyac qalmadan keyfiyyətli məqalə yaratmağa davam edə bilərsiniz. Etibarlı mənbələrə əsaslan bir məqalə yaratmaq alternativi olduğu təqdirdə mənbəsiz bir qaralamanın silinmə keçmişini araşdırmaq vaxt itkisidir."
Məqalənin qalmasının azvikini zənginləşdirdiyini düşünürəm. Ümumiyyətlə hörmətli həmkarlar gəlin məqalələri silməyə tələsməyək. Əgər nəyi isə düzəltmək mümkündürsə onu inkişaf etdirmək hər zaman silməkdən daha xeyirli addımdır.
Bütün bunları nəzərə alaraq səhifənin bərpa edilməsini xahiş edirəm.
Əlavə qeyd: Yaradıcı mütəxəssislər altbölməsində - Rəssamlar haqqında ensiklopedik əhəmiyyətlilik meyarlarının işlənib hazırlanmasını təklif edirəm. Digər sənət adamları ilə müqayisədə ensiklopedik əhəmiyyətlilik meyarlarında rəssamlar haqqında heç nə yoxdur. Əvvəlcədən təşəkkürlər. PrinceValiant (müzakirə) 17:36, 21 mart 2025 (UTC)[cavabla]
Daha əvvəllər uyğun formada olmadığı üçün silinibmiş. Lakin hazırda "Scopus" məlumat bazasında jurnal qeydiyyatdadır. Vikipediyanın şərtlərinə görə mətbuatın ensiklopedikliyi baxımından "Scopus"da qeydiyyatda olması mühüm rol oynayır. Həmçinin jurnal haqqında bir çox yerli və beynəlxalq nüfuzlu mənbələrdə məlumatlar, elektron kataloq və xarici universitetlərin kitabxanalarında sayları yer almışdır. -- Rüfət Həsənli 19:49, 10 may 2025 (UTC)[cavabla]
Salam. Şəxsin ensiklopediklik tələblərinə uyğun fəaliyyətinin olduğunu düşünürəm. İlk növbədə, Ülvi Mansurov Azərbaycan İnvestisiya Şirkətinin direktorudur. Sözügedən şirkət Azərbaycan Prezidentininn müvafiq Sərəncamı ilə 2006-cı ildə yaradılıb. Keçmişdə isə bank rəhbəri və "Azərpoçt"un baş direktoru olub. Elm sahəsində də göstəricilər yüksəkdir. İlkin olaraq iqtisadiyyat üzrə fəlsəfə doktoru, 2024-cü ildə isə Vorvik Universitetində doktorluq elmi dərəcəsini alıb. Bu göstəricilərin şəxsi ensiklopedik etdiyini düşünürəm.
PS: Vikimedia Fondunun qaydalarına uyğun olaraq məqalə ilə bağlı xüsusi maraqlarımın olmadığını bildirirəm. Yekun qərar fikir bildirən icmanındır. — Toghrul R (m) 06:09, 26 may 2025 (UTC)[cavabla]