"YouTube"a yüklənilən ilk video 23 aprel 2005-ci il tarixində "Me at the zoo" adlı 19 saniyəlik video olmuşdur.
"Tetris" oyununun davamı kimi 1990-cı ildə buraxılmış "Wordtris" oyunu Ermənistanın keçmiş prezidenti Armen Sarkisyan tərəfindən dizayn olunmuş və ilk öncə "Armenica" olaraq adlandırılması təklif olunmuşdur.
Yaponiyada yengəclərə həsr olunmuş yeganə muzey olan Eçizen Yengəc Muzeyinin binasının mərkəzi günbəzi yengəc qabığı, hər iki tərəfində yerləşən binalar da yengəc ayağı formasında dizayn edilmişdir.