. Love.az

Vikipediya Bilirsinizmi 30 Hefte 2025 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Bilirsinizmi 30 Hefte 2025
Maral heykəli
Maral heykəli
  • Yerli inanca görə Smolensk şəhərində yerləşən Maral heykəlinin (şəkildə) tuncdan hazırlanmış cinsi orqanını sığallamaq uğur gətirir.
  • Andres Eskobar 1994-cü ildə keçirilmiş Dünya Kubokunda ABŞ ilə oyunda topu öz qapısına vurduğu üçün Medelin şəhərində bir fanat azərkeş tərəfindən qətlə yetirilmişdir.
  • Kolumbiyanın paytaxtı Boqota dəniz səviyyəsindən təxminən 2.600 metr yüksəklikdə yerləşdiyi üçün havası olduqca sərindir.
  • Pablo Eskobar Kolumbiya hökumətinin təqibi dayandırması müqabilində ölkənin bütün xarici borclarını ödəməyi təklif etmiş, ancaq onun bu təklifi qəbul edilməmişdir.
  • Yaponiyada yengəclərə həsr olunmuş yeganə muzey olan Eçizen Yengəc Muzeyinin binasının mərkəzi günbəzi yengəc qabığı şəklində, hər iki tərəfində yerləşən binalar da yengəc ayağı formasında dizayn edilmişdir.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Bilirsinizmi/30._Həftə_2025&oldid=8255564"
LOVE.AZ