Rusiya Elmlər Akademiyasının antropologiya və etnoqrafiya muzeyi olan KunstkameradaŞimali Amerika kontinentində yaşamış yerli xalqların - eskimosların, aleutların və hinduların ənənəvi mədəniyyətlərini əks etdirən zəngin kolleksiya saxlanılır.
Faberje Evi tərəfindən 1885-1917-cı illər ərəfəsində Rusiya çarları üçün Faberje yumurtası (şəkildə) adlı silsilə zərgərlik məmulatları hazırlanıb.
Frans-İosif Torpağına daxil olan Quker adasında, 2014-cü ildə Tixaya buxtası sahilində Rusiya poçtu idarəsinin ayrıca bölməsi fəaliyyətə başlamışdır (poçt indeksi 163110). Bu dünyanın Şimal qütbünə ən yaxın poçt bölməsidir.
Frans-İosif Torpağına daxil olan Quker adasında 1926-cı ildə Tixaya buxtasını eyni adlı stansiyanın anqarları ilə birləşdirən, Şimal qütbünə ən yaxın dəmir yolu salınmışdır. Bu dəmir yolu hidrotəyyarələrin anqara daşınması məqsədini güdürdü.