![]() Ən tanınmış əsərləri "Çevrilmə" (alm. Die Verwandlung), "Məhkəmə" (alm. Der Process) və "Qəsr" (alm. Das Schloss) hesab olunur. Onun əsərlərindəki situasiyaları təsvir etmək üçün ingilis dilinə "kafkasko" sözü daxil olmuşdur. Kafka Bohemiya krallığının (daha sonra Avstriya-Macarıstan imperiyasının tərkib hissəsi, indiki Çexiya Respublikası) paytaxtı Praqa şəhərində orta sinif almandilli yəhudi ailəsində anadan olmuşdur. Vəkil təhsili almış, təhsilini başa çatdırdıqdan sonra sığorta şirkətində işə düzəlmişdir. |