. Love.az

Vikipediya Heftenin Yaxsi Meqalesi 10 Hefte 2025 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Heftenin Yaxsi Meqalesi 10 Hefte 2025

İldırım təşkilatı — 1942-ci ildə Azərbaycanda sovet işğalına qarşı yaradılmış gizli, millətçi tələbə təşkilatı. Təşkilat üzvlərinin hədəfləri Azərbaycan dilinin qorunması və istifadəsinin genişləndirilməsi, yüksək vəzifələrə azərbaycanlıların təyin edilməsi və müstəqil Azərbaycanın qurulması olub.

8 nəfərdən ibarət olan təşkilatın bütün üzvləri 1948-ci ildə həbs olunublar. Azərbaycan SSR Ali Məhkəməsi tərəfindən bütün əmlakları müsadirə olunmaq şərtilə 5 il seçki hüququndan və azadlıqdan məhrum olunublar. Onlardan 3 nəfərə 25 il qalan 5 nəfərə isə 10 il həbs cəzası verilib.

Həbsdən azad olunduqdan sonra hər biri təhsillərini davam etdiriblər. Öz sahələrində yüksəlib müxtəlif elmi və fəxri adlara layiq görülüblər.

(Davamı…)

Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Həftənin_yaxşı_məqaləsi/10._Həftə_2025&oldid=8030249"
LOVE.AZ