. Love.az

Vikipediya Heftenin Yaxsi Meqalesi 11 Hefte 2024 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Heftenin Yaxsi Meqalesi 11 Hefte 2024
Kərim xan İrəvanski — Rusiya imperiyasnın və Azərbaycan Xalq Cümhuriyyətinin hərbi xadimi, polkovnik.

Birinci Dünya Müharibəsində iştirak edib. 1915-ci ildə üzərində "İgidliyə görə" yazılmış dördüncü dərəcəli Müqəddəs Anna ordeni və üçüncü dərəcəli Müqəddəs Stanislav (qılınclarla və bantla birlikdə) ordeni ilə, 1916-cı ildə üçüncü dərəcəli Müqəddəs Anna (qılınclarla və bantla birlikdə) ordeni ilə, 1917-ci ildə dördüncü dərəcəli Müqəddəs Vladimir ordeni (qılınclarla və bantla birlikdə), ikinci dərəcəli Müqəddəs Anna (qılınclarla birlikdə) ordeni, Rumın kralı I Ferdinand tərəfindən Rumıniyanın ulduzları ordeni və Georgi silahı ilə təltif edilib.

Azərbaycan Cümhuriyyəti dövründə Naxçıvana gəlib. Yerli əhalini erməni dəstələrinin hücumlarından qorumaq üçün könüllü döyüşçülərə rəhbərlik edib. 1919-cu ildə yaradılmış Cənub-Qərbi Azərbaycan general-qubernatorluğunda, qubernatorun hərbi işlər üzrə köməkçisi təyin edilib.

(Davamı...)

Arxiv – Digər yaxşı məqalələr...
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Həftənin_yaxşı_məqaləsi/11._Həftə_2024&oldid=7513135"
LOVE.AZ