![]() | Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müraciət etmək istəyirsinizsə, əsas səhifədən istifadə edə bilərsiniz. |
Salam. Zəhmət olmasa Azərbaycan dilində olan məqalələrdən içərisində riyazi formula olan bir nümunə verə bilərsinizmi (əgər varsa)? Mümkünsə elə riyazi formul olsun ki, həm kəsr xətti, həm indeks, həm qüvvət və s. olsun. İngilis vikisindəki teqlərdən istifadə etməyə çalışdım amma xəta verdi. Öncədən dəstəyinizə görə təşəkkürlər. Nadir Hacıyev (talk) 13:34, 4 iyun 2014 (UTC)
AZ VIKI istifadəçi və idarəçilərinə salamlar. Mən bu yaxınlarda yeni portalın - Bern portalının yaradılmasına başlayacam. Bunun üçün mən artıq bir neçə məqalə yaratmışam və yaxın günlərdə əlavə olaraq Bern mövzusunda daha 10 məqalə yaradacam. Bu portal ilə bağlı olaraq, mənim sizin hamınızdan kiçik bir xahişim olacaq - AZ VİKİ-də Bern şəhərində doğulan məşhur insanlar barədə heç bir dənə də məqalə mövcud deyil. Portal üçün "tanınmış şəxsiyyətlər" kateqoriyasının vacibliyini nəzərə alsaq, Berndə doğulan məşhur şəxsiyyətlərdən biri haqda məqalə yaratmağınızı sizdən xahiş edirəm. Əslində bunu məndə edə bilərəm, bu problem deyil, sadəcə olaraq mən hal-hazırda Bern şəhərinin abidələri barədə məqalələr yaradıram.
Əqər bu şəxsiyyətlərin kim olduğunu bilməkdə çətinlik çəkirsənizsə, o zaman mən sizə bu insanların siyahısını göndərirəm - [1]. Onların heç olmazsa biri haqda məqalə yaradılsa, həm mənə, həm də AZ VİKİ-yə çox böyük kömək edərsiniz. Diqqətinizə görə təşəkkürlər. Hörmətlə: --Keete 37 (Farid Aliev) (talk) 20:01, 9 iyun 2014 (UTC)
Dünəndən bu söhbətləri izləyirəm, elə-belə məsələ təsiri də bağışlamır; konkret ittihamdır ki, "free" ensiklopediyada nurçuluq və s. tərəfkeşliyi edilir. Düzü mən bilmirəm, bu söhbətlər haradan başlayıb, istəyirəm, idarəçilər bu məsələnin haradan qaynaqlandığı haqqında məlumat versinlər, onları da blokdan çıxarsınlar ki, elə burda-Kənd Meydanında fikirlərini səsləndirsinlər. Bu haqda bu gün Sortilegus bəyin müzakirə lövhəsinə də yazdım, cavabları "Haqlıyıq, qoymayacağıq sözlərini desinlər" şəklində oldu, hətta "kiber cinayət"dən, hüquq mühafizə orqanlarına verməkdən danışdı. Fikirlərimi bir də Sortilegus bəyin müzakirə lövhəsinə yazmağa ehtiyac görmədiyimə və bu məsələnin təkcə Sortilegus bəylə əlaqəli olmadığına görə buraya yazıram;
Ay qardaş, nə "kiber cinayət"? Burda da diktatorluqdur? Kiməsə başqa əlac buraxmırsınız deyə, gəlib vandalizm edəcək də. "Xəbərdarlıq"larını "ölüm təhdidi" kimi qələmə vermək lazım deyil. Onsuz da Azərbaycanca Vikipediya ürəkaçan vəziyyətdə deyil, bu söhbətlərdən sonra lap soyudassınız adamları. Ki, sabah bir şey yazsalar, polisə xəbər veriləcək, zibilə düşəcək. O qədər vandalizm edənlər var məqaləni silib "ela ela bunu maa neçeye verersen", söyüş yazanlar var ki. Özünüz şahidi olmusunuz, yəqin. Onları niyə "kiber cinayət"də günahlandırmırsınız? Halbuki onlar bu "cinayət"ə daha uyğun gəlirlər, nəinki etiraz üçün bunu edənlər. Deyirsiniz, təhqir ediblər blok eləmişik, mən bilmirəm nə yazıblar "təhqir" kimi görmüsünüz, amma bu "Xəbərdarlıq"larını "ölüm təhdidi" kimi görməyinizdən belə başa düşdüm ki, Allah bilir heç təhqir də olmayıb. Elə bir söz deyiblər ki, siz bunu təhqir, alçatmaq kimi görmüsünüz. Mənə "bizə bu sözü deyiblər. Sən olsaydın, nə edərdin?" sualları vermək də lazım deyil, idarəçi sizsiniz, siz bu məsələni yoluna qoymalı idiniz, söz haqqını əlindən almaqla və kimisə "vandalizm" əməllərini sonuncu çıxış yolu kimi göstərməməliydiniz.
Xahiş edirəm, bu barədə ətraflı məlumat verəsiniz, xüsusilə də başa düşdüyümcə, bu hadisənin baş qəhrəmanlarından biri Sefer azeri öz fikrini bildirsə, yerinə düşər. Sözügedən şəxsləri də blokdan çıxarmağınızı və onların da bunu gördükləri halda fikirlərini bildirməklərini xahiş edirəm. Çünki mənə siz deyən elə də "vandal" təsiri bağışlamadılar, amma buna baxmayaraq adi "Xəbərdarlıq"larına görə yazdıqları silinib və blok olunub. — Cavid Sumqayıtlı 18:16, 10 iyun 2014 (UTC)
Heç bir müzakirəyə qoşulmayacağıma söz vermişdim. 8 ildir buradayam. Bir şeyi bilirəm emosiyaları cilovlaya bilməyəndə hər şey bitir. İstifadəçi etdiyi təhqirlərlə bütün haqlı olduğu məsələlərin üstündən xətt çəkdi. Geri dönüş yoxdu. Amma idarəçi də gərək "psixi problemli" filan deyə yazmasın. Yaradılan məqalənin birbaşa silinməsi düzgün deyil, müzakirə edilməlidir. Mənsə həmişəki kimi öz fikrimdə qalıram silməyə nə var ki, yaratmaq çətindi. Elə bu məqalələri silməyə meyllilik inkişafı dayandırıb. --Vüsal Ağayev (talk) 14:14, 11 iyun 2014 (UTC)
"Lotu" sözü özü özünə təhqir olsa ya da olmasa, qeyd etdiyim cümlədə o, bu sözü heç kimə ünvanlamamışdı. Ona görə o cümlə təhqir deyil. "Psixi problemlər" haqqında söhbət isə təhqiredicidir. Buna görə xahiş edirəm, istifadə etdiyiniz kəlmələri ehtiyatla seçin. --Мурад 97 (talk) 19:31, 11 iyun 2014 (UTC)
Bu istifadəçinin fəaliyyətinə baxmışam (istifadəçi Aydinsalisin) və deyə bilərəm ki, o heç də pis fəaliyyət göstərməyib (İdarəçilərin ona verdiyi mükafatlar buna sübutdur), idarəçilərin onu psixi problemli insan adlandırmaları isə tamamilə yolverilməz bir haldır, biz demokratik mühitdə yaşayırıq və öz mövqeyini bildirən adamı psixi xəstə adlandıran şəxsləri belə bloklamaq məncə düzgün olar. Çünki "lotu" sözü burada konkret birinə ünvanlanmayıb, ancaq psixi xəstə konkret olaraq o istifadəçiyə deyilib. Mən hətta o istifadəçinin bildirdiyi bir sıra məsələləri (yəni İpəkçidə yazılan bir sıra qeydləri) düzgün hesab edirəm, sadəcə olaraq o insan öz emosiyalarına hakim ola bilmədiyindən, söyüş söyməyə məcbur olub, buna görə də bloklanıb. Bu anlaşılan addımdır, lakin idarəçilərin cavab olaraq onu söyməsini mən tam olaraq yalnış bir hərəkət olduğunu düşünürəm. --Keete 37 (Farid Aliev) (talk) 14:53, 11 iyun 2014 (UTC)
Salam olsun Azvikinin qərəzsiz və vicdanlı istifadəçiləri və idarəçilərinə. Son 1-2 həftədir ki, lap hədlərini aşan anonim və hətta bəzi çoxsaylı istifadəçi adlarından istifadə edən bir qrup şəxs Vikipediyanın normal işini həqiqətən də pozmaqdadırlar. İdarəçilərin xəbərdarlıqlarına baxmayaraq yenə də öz "fəaliyyətləri"ndədirlər. Nə qədər səbr etmək, onların əlavə və dəyişikliklərini geri qaytarmaq olar. Bəlkə nəsə bir iş görmək lazımdır, harasa müraciət etmək lazımdır. Axı ən azı bizi müəyyən təbəqələrə qulluq etməkdə suçlayırlar. Nə qədər bizim əsəblərimizlə oynayacaqlar axı? İdarəçilər və aktiv istifadəçilər öz işlərini saxlayıb bir qrup insanın vandallıqlarının qarşısını alırlar. Bu günə qədər həqiqətən dözmüşdük. ShHQ adlı istifadəçinin bu günkü fəaliyyəti isə lap bizi özümüzdən çıxartdı. Həmkarlar nə təklif edirsiz? Neyniyək? --Araz Yaquboglu (talk) 14:06, 16 iyun 2014 (UTC)
Burada qrup yox, bir nəfərin fəaliyyət göstərdiyi aydındır, eyni dəst-xətt, eyni arqumentlərdir. Və çox təəssüf ki, bu bizim keçmiş fəal və maraqlı redaktələr edən həmkarlarımızdan biridir. Düzdür, administrativ yolla onun hərəkətlərinin qarşısı alınacaqdır. Ancaq mən məsələni bir qədər qeyri-adi yolla həll etməyi təklif edirəm.
Təklifim :
Fikrinizi bildirmənizi xahiş edirəm. Eyni zamanda Aydınsalis də hansısa bir İP-dən fikrini bildirsin ( o bunu bacarır).--Acategory (talk) 16:00, 16 iyun 2014 (UTC)
Burada idarəçilərin həmrəy olmasının səbəbi istifadəçinin etdiyi dözülməz təhqirlər, şər və böhtan xarakterli yazılarıdır. Aydındır ki, qrup filan yoxdur, tək fəaliyyət göstərir. Ona görə düşünürəm bloklu şəkildə ağzına gələni yazan şəxs sərbəst şəkildə bundan da artığını edəcəkdir. Hətta idarəçinin onun məqaləsini bərpa etməsini "vandal bərpa etdi" deyə dəyərləndirir. İşi pozanın vikipediyada işi yoxdur.
P.S.Acategory-nin təklifini humanizm baxımından müsbət dəyərləndirirəm. Təhqir olunan idarəçilərin içində olmasına rəğmən bu addımı atdı. Bu elə vikipediyada məsələyə ədalətli yanaşmaq istəyən idarəçilərin olduğunu sübut edir, qruplaşma filan kimi boş iddiaların üstündən xətt çəkir.
--Vüsal Ağayev (talk) 07:05, 19 iyun 2014 (UTC)
Əgər bir daha belə vandallıqlar olacaqsa onda həmkarlarım — nə edək! Fikirlərinizi yazın, əməli işə keçək. Şəxsən mən proseduru və hüquqi qaydaları o qədər də yaxşı bilmirəm. Həlli yolunu bilən varsa bir daha belə hal baş versə çəkinmədən işə başlasın. --Araz Yaquboglu (talk) 06:36, 17 iyun 2014 (UTC)
Hörmətli Acategory, Məmmədov Aydın üçün bundan sonra yalnız 1 halda bağışlanma müzakirə oluna bilər. Necə ki, "İpəkçi" qəzetində AzViki əleyhinə məqalə dərc etmişdi, indi də eyni qəzetdə və onun saytında AzViki idarəçilərindən rəsmən üzr istəyərsə, o zaman AzVikidə onun bağışlanılması ilə bağlı müzakirələr aparıla bilər. --►Cekli829 13:29, 24 iyun 2014 (UTC)
Hörmətli Acategory. Kənd meydanında hansısa problemin həlli ilə bağlı olaraq mənim də adımı çəkdiyiniz və müzakirəyə dəvət etdiyiniz üçün təşəkkürlər. Lakin Kənd meydanı anonim istifadəçilər üçün mühafizə altında olduğundan sizə cavab verə bilmədim. Sizin müzakirə səhifəniz də həmçinin. Ona görə də fikrimi sizin müzakirə səhifənizə yox, istifadəçi səhifənizə yazmağa məcburam. Yəqin ki üzürlü hesab edəcəksiniz və yazdığımı Kənd meydanına köçürəcəksiniz.
Hansısa problemin həlli istiqamətində kompromis təkliflə çıxışınız çox yaxşı və cəsarətli addımdır, alqışlanmalıdır. Amma təəssüflər olsun ki, Azərbaycan dilində vikipediyanın böyük problemlərindən birini - idarəçi özbaşınalığını, həddindən artıq kiçiltmisiniz və istifadəçi Aydinsalisin blokunun müvəqqəti açılıb-açılmaması səviyyəsinə endirmisiniz. İstifadəçi Aydinsalisin blokunun açılması ilə Azərbaycan dilində vikipediyanın böyük problemlərindən birinin - idarəçi özbaşınalığının, çözülməsi nə dərəcədə real görünə bilər?
Nəzərdə tutduğunuz və indi "Şəki knyazlığı" adlanan məqalə ilə bağlı mənimlə istifadəçi Səfər Azəri arasında heç bir fikir ayrılığı yoxdur. Vaxtilə olub, o vikipediya qaydalarını pozmaq yolu ilə məqalənin adını dəyişib Herreti etmişdi, indi elə vəziyyət yarandı ki, özü "Şəki knyazlığı" adlandırmağa başlayıbdır. Amma yenə də vikipediya qaydalarını pozmaq yoilu ilə. Burada heç bir problem-peşməkan yoxdur. Məqaləni yaradanlar deyirlər ki, kim bu məqalənin knyazlıq adlanmasını istəyirsə azərbaycan dilində 5 akademik mənbədə "Şəki knyazlığı" ifadəsini göstərsin, sonra, məqaləni "Şəki knyazlığı" adlandırsın...
İndi iddia edirsiniz ki, "Şəkili təhqir dəstəsi" adı ilə heç bir qruplaşma-filan yoxdur. Bütün anonim hücumlar 1 istifadəçinin - yəni mənim, tərəfimdən edilmişdir. Onda bu fikriniz İstifadəçi:Cavid Sumqayıtlının heç bir əsas olmadan bloklanması demək deyilmi? Həmin istifadəçi yalnız bu sözünə görə 2 həftəlik bloklanmışdır. Özü də bu onun 2-ci haqsız blokudur, nə söyüb, nə vandallıq edib, nə bir pis iş görüb, bloklayırsınız!
Eləcə də Şəkixanovun başına görün |nə oyunlar açılıb və onu əvvəl heç bir əsas olmadan 3 günlük, sonra isə müddətsiz bloklamısınız. Qardaşı gəlib danışığa onu da bloklamısınız.
Lap axırda mənə acıq vermək üçün heç İpəkçi (qəzet) səhifəsini də silmişlər.
Hörmətli Acategory! İdarəçi özbaşınalıqlarına dair misallar, yalnız bunlar deyil, belə hallar tez-tez təkrar olunur, bütün istifadəçilər bu özbaşınalıqlardan, idarəçi diktaturasından əziyyət çəkir. Yəni demək istəyirəm ki, Azərbaycan dilində vikipediyanın problemi mən deyiləm, idarəçi özbaşınalığıdır. İdarəçi özbaşınalığının səbəbi isə budur ki, onlar üçün cəza tətbiq olunmur. İstədiyi məqaləni silir, istədiyi istifadəçini bloklayır, istədiyi məqaləni ürəyi istəyən kimi adlandırır, vikipediya prinsipləri isə qalır kənarda!
Yəni demək istəyirəm ki, blokumun açılıb-açılmaması məni əsla narahat etmir. Əlbəttə ki blokun açılmasını gündəmə gətirdiyinizə görə öz növbəmdə sizə təşəkkür edirəm, amma blok açılsa mənə nə olacaq, açılmasa nə olacaqdır? Onsuz da vikiediya ilə sağollaşmışam. Əsas məsələ idarəçi özbaşınalığına son qoyulmasıdır. Bu problemi aradan qaldıra bilsəniz, fəal istifadəçilərin sayı çoxalacaq, qaldıra bilməsəniz, indiki kimi burada 3-4 nəfərdaən başqa heç kim qalmayacaq...
Bir daha təşəkkürlər. Hörmətlə, --Aydın Məmmədov (talk) 19:41, 16 iyun 2014 (UTC)
Məsələ ilə bağlı hər bir tərəfin mövqeyi bir daha aydınıalşdı. Müzakirələrin nəticəsi olaraq mən də əksəriyyətin tərəfində olduğumu və vikipediya prinsiplərinin qorunmasının vacibliyini bildirirəm. --Acategory (talk) 03:46, 17 iyun 2014 (UTC)
Hörmətli Acategory. Bir daha sizin istifadəçi səhifənizə yazdığım üçün üzr istəyirəm. Səbəbini siz bildiyiniz üçün zənnimcə əlavə izahat verməyimə ehtiyac yoxdur.
Göründüyü kimi Kənd meydanında heç kim mənim iradlarımı qərəzli və qeyri-obyektiv hesab etmədi.
Münasibət bildirənlər isə diqqəti əsas məsələdən yayındırmaq üçün mənim guya kiməsə, nə vaxtsa söyməyimi vurğulayırdılar. Hörmətli Acategory. Onların dedikləri yalnız ehtimallardır. Mən isə sübutlar göstərə bilərəm, idarəçilərdən kim mənə söyüb, hansı idarəçi nə vaxt vandallıq edib, hansı idərəçi mahiyyəti kifayət qədər şübhəli olan və Azərbaycan dövlətçiliyinə qarşı redaktələrə yol veriblər. Nurçu iddiası isə mənim tərəfimdən irəli sürülməyibdir. Bu iddianı edənlərin əllərindəki arqument, hansı ki açıqlayıblar, ondan ibarətdir ki Prezident aparatının vikipediyaya məsul şəxsi və dini quruimlarla iş üzrə şəxsi nurçu olub və həmin nurçular vikipediyanın idarəsini nurçuların əlinə veriblər... İddia edildiyinin əksinə olaraq cənab Sortilegusa da söyməmişəm. Yazmışam, "söyüləsi adam o yox sizsiniz, bunu internetdə edəcəyəm". Sözümün üstündə də durmuşam və yazışmanı internetdə yerləşdirmişəm. Mənin söyüşüm budur, elə bundan ibarətdir.
Hörmətli vikipediya istifadəçiləri. Mənim kiməsə söyməyim haqqında edilən bütün iddialar əsassızdır. O ki qaldı öz saytımda yazdığıma, mən orada da heç kimi söyməmişəm. Müddətsiz bloklanmağımın nə qədər qərəzli olduğunu belə ifadə etmişəm: Mən kiminsə anasına bacısına söyməmişəm ki, məni müddətsiz bloklamısınız! Mənim fikrim bu idi, indi həmin cümləni kimə necə lazımdırsa, elə də yozmaq istəyir.
Hörmətli vikipediya istifadəçiləri. Mən vikipediyaya qayıtmaq fikrində deyiləm. Lütfən hər şeyə açıq gözlə baxın. Əgər mənə vikipediyada fəaliyyət göstərmək lazımdırsa, siz bunun qarşısını ala bilməzsiniz. Başqa istifadəçi adı ilə qeydiyyatdan keçərdim və fəaliyyət göstərərdim. Nə edə bilərdiniz mənə? Elə indinin özündə, əminsinizmi ki vikipediyada mənim istifadəçi: Aydinsalis qədər redaktəsi olan 2-ci bir istifadəçi adım yoxdur? Əgər doğrudan da hər şey idarəçilərə əyan olursa, onda birini onlar tapsın, 3-nü də mən özüm deyərəm. Yəni demək istəyirəm ki mənim blokumun açılıb-açılmaması, mənim kiməsə söyüb-söyməməyimi müzakirə etmək mənasız bir işdir. Siz vikipediyanın əsas problemini - idarəçi özbaşınalığını, müzakirə etsəniz, bu ümumi iş üçün daha xeyirli olar.
Bir qədər əvvəl Cekli mənim aypimi blokladı. Niyə Cekli? Bu aypi vandallıq etməmişdi axı? Özünüz dəvət etmişdiniz, mən də dəvətinizi müsbət qarşılladım və həmin aypi ilə fikrimi yazdım. Üzr istəyirəm, belə hərəkət heç kişilikdən deyil. Kişisənsə get Sefer azerinin vandallıqla məşğul olan kuklalarını blokla. Sizə göstərdim və izahat verdim ki harda nə edib. Niyə bloklamadınız?
O ki qaldı məsələnin həlli ilə bağlı mənim təklifimə, təklif edirəm ki
Əmin olun ki, idarəçilər öz səlahiyyətlərindən sui-istifadə etməsələr, qərəzli hərəkətlərə yol verməsələr, vikipediya prinsiplərini əldə rəhbər tutsalar, heç kimin, heç kimlə işi olmayacaqdır, vikipediyaçılar bir-iki il əvvəlki kimi həvəslə vikipediyanı zənginləşdirməklə məşğul olacaqlar. Vəssalam. Hörmətlə, --Aydın Məmmədov (talk) 8:54, 17 iyun 2014 (UTC)
Məncə bunların adı səhv tərcümə edilib. Wikidata Vikiverilənlər yox, Vikiməlumat, Wikiquote isə Vikisitat yox, Vikialıntılar olmalıdır. Bu məsələ kimdən aslıdır? --Мурад 97 (talk) 19:52, 11 iyun 2014 (UTC)
Əvvəlcə "məlumat" və "verilənlər" anlayışları arasında fərqi bilmək lazımdır. Məlumat ümumi anlayışdır və Wikidata-ya heç uyğun gəlmir. Verilən (Data) isə kompüterdə emal olunmaq üçün nəzərdə tutulan informasiyaya deyilir. Odur ki, Viki-verilən və ya Vikiverilənlər mənaca daha yaxındır. --İrada (talk) 05:15, 12 iyun 2014 (UTC)
Greetings— and sorry for writing in English, please translate if it will help your community,
The Wikimedia Foundation's Multimedia team is happy to announce that Media Viewer was just released on this site today.
Media Viewer displays images in larger size when you click on their thumbnails, to provide a better viewing experience. Users can now view images faster and more clearly, without having to jump to separate pages — and its user interface is more intuitive, offering easy access to full-resolution images and information, with links to the file repository for editing. The tool has been tested extensively across all Wikimedia wikis over the past six months as a Beta Feature and has been released to the largest Wikipedias, all language Wikisources, and the English Wikivoyage already.
If you do not like this feature, you can easily turn it off by clicking on "Disable Media Viewer" at the bottom of the screen, pulling up the information panel (or in your your preferences) whether you have an account or not. Learn more in this Media Viewer Help page.
Please let us know if you have any questions or comments about Media Viewer. You are invited to share your feedback in this discussion on MediaWiki.org in any language, to help improve this feature. You are also welcome to take this quick survey in English, en français, o español.
We hope you enjoy Media Viewer. Many thanks to all the community members who helped make it possible. - Fabrice Florin (WMF) (talk) 21:54, 19 iyun 2014 (UTC)
--This message was sent using MassMessage. Was there an error? Report it!
Bizim vikidə hər hansısa məqalə başqa dildə olan vikidə SM və ya YM-dirsə bu sağdakı dil panelində görsənmir. Niyə ?--samral müzakirə 23:36, 20 iyun 2014 (UTC)
Bu şablonlar istifadə ediləndə bəzi problemlər yaranır.