![]() | Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müraciət etmək istəyirsinizsə, əsas səhifədən istifadə edə bilərsiniz. |
Son zamanlar DVTY şablonu çox istifadə olunur amma mən bu şablonu heç vaxt sevməmişəm. Məsələn, əgər o vaxt şəhərin adı Leninqrad olubsa, DVTY onu Sankt-Peterburq kimi yazır. Bu isə məqalədə saxta məlumatdır. Ona görə bu şablonu ləğv etmək lazımdır. Nə deyirsiz?--Azerifactory (müzakirə) 19:26, 5 mart 2020 (UTC)
Salam, hörmətli həmkarlar. Vikipediyadakı imzalarda və brazuerlərdə görünən səhifə başlıqlarında kiçik dəyişiklik etməyi təklif edirəm. İlk öncə brauzer pəncərəsində görünən defis işarəsini (nümunə: Bakı - Vikipediya
) tire işarəsi ilə (nümunə: Bakı — Vikipediya
) əvəz etməyin düzgün olacağını hesab edirəm. Buna səbəb Azərbaycan dilinin normalarıdır. Digər bir təklif isə imzaların sonundakı qoşa defis işarəsinin sadəcə bir tire ilə əvəzlənməsidir. (--~~~~
→ — ~~~~
). Bu, həm də daha səliqəli görünəcək. Mövzu ilə əlaqədar həmkarların fikirlərini eşitmək xoş olardı. Hörmətlə — Toghrul Rahimli • M/F 15:21, 8 mart 2020 (UTC)
Content translation has been successful in supporting the translation process on many Wikipedia communities, and we want to help additional wikis with potential to grow using translation as part of a new initiative.
Content translation facilitates the creation of Wikipedia articles by translating content from other languages. It has been used already to create more than half a million articles. In addition, the tool provides mechanisms to encourage the creation of good quality content, preventing the publication of lightly edited machine translations. In general, our analysis shows that the translations produced are less likely to be deleted than the articles started from scratch.
Azerbaijani Wikipedia editors have used Content translation to create almost a thousand articles. Given the size of the editing community, we think that there is potential to use translation to create more articles, expand existing ones, and attract new editors that learn how to make productive edits. Translation can help the community to reduce the language gap with other languages and grow the number of editors in a sustainable way. In order to achieve this goal, we want to collaborate with you to make Content translation more visible in the Azerbaijani Wikipedia and support new ways to translate.
As a first step, during the next weeks we plan to enable Content translation by default on the Azerbaijani Wikipedia. That will make it easy for users to discover the tool through several entry points. However, users not interested in translation will still be able to disable it from their preferences.
Please feel free to share any comment in this conversation thread.
Thanks! --Amir E. Aharoni (WMF) (müzakirə) 14:48, 9 mart 2020 (UTC)
Burada Kateqoriya:Vikipediya:İş davam edən məqalələr neçə aylar redaktə olmayan məqalələr var. Xahiş edirəm əl gəzdirin.--Azerifactory (müzakirə) 01:39, 10 mart 2020 (UTC)
Salam dəyərli həmkarlar, Emiliya i-va, Gülshenn, Gulya S-va, Rəcəb Həsənbəyov, Xayala Mammadli, Sabin.K.M, Cavadxan1804, Mulayim Amirli, Yusifzade Aynur, Sura Türksoy, Nuray95, Rövşən İşık, Scherbatsky12 və istifadəçi adını unutduğum digər dəyərli istifadəçilər. İlk olaraq qeyd edim ki, fəaliyyətiniz azvikinin inkişafı üçün çox dəyərlidi və gördüyünüz işlər həqiqətən təqdirə layiqdir. Açmış olduğum bu başlıqla heç birinizi həvəsdən salmaq niyyətim yoxdur və belə bir hal baş versə çox üzülərəm. Sadəcə olaraq son günlərdə baş verənlər vikipediya prinsiplərinə zidd olduğu üçün müdaxilə etmək məcburiyyətində qaldım. Laboratoriyadakı bəzi məqalələrdə kütləvi və tərəfli şəkildə müzakirənin gedişini əks yöndə dəyişməyiniz viki prinsiplərinə ziddir. Çox yaxşı olar ki, sizin tərəfinizdən laba təqdim olunan məqalələrə müdaxilə etməyəsiniz ki, viki cəmiyyət qərarını versin. Əmin olun ki, qərarlar ədalətli şəkildə veriləcək, bu günə qədər olduğu kimi. Əks halda məsələyə müdaxilə etməsək özünüz yazıb özünüz status vermiş olacaqsınız. Bir qədər də mövzuya aydınlıq gətirmək istərdim. Səslərin ləğv olunmasının ən əsas səbəbi sizlərdən biri tərəfindən yazılan məqaləyə eyni ip-dən daxil olan xeyli istifadəçinin eyni mövqeni bildirməsidir. Mən başa düşürəm ki, eyni ip-dən istifadə etməyiniz öz əlinizdə deyil və təbii ki, bu səslərin ləğv olunmasına səbəb deyil. Amma bir şərtlə ki, hər birinizin müstəqil fəaliyyəti olsun. Son baş verən hadisələr isə bizi buna şübhə ilə yanaşmağa vadar edir. Qısaca qeyd edim ki, öz yazdığınız məqaləyə, öz açdığınız səsvermə xarakterli müzakirələrə və ya hər hansısa status üçün etdiyiniz müraciətlərə münasibət bildirməyəsiniz. Digərlərində müstəqil şəkildə münasibət bildirə bilərsiniz. Ümid edirəm ki, yazıqlarımı anlayışla qəbul edəcəksiniz. Əgər mövzu ilə bağlı hər hansı sualınız varsa başlıq altında yazabilərsiniz. Hörmətlə --eldarado ✉ 12:46, 11 mart 2020 (UTC)
Salam. Mən bu siyahının (Azərbaycanlıların siyahısı) üzərində bir il işləmişəm amma siyahı həddindən artıq uzundur. Məqalənin kiçiltməsi üçün siyahını qitələrə bölünməsini təklif edirəm: Asiyada yaşayan (və ya Asiya) azərbaycanlıların siyahısı, Avropada yaşayan azərbaycanlıların siyahısı və s. Nə düşünürsüz?--Azerifactory (müzakirə) 00:50, 16 mart 2020 (UTC)
Məsələn Azərbaycandakılar Abşeron,Aran və s İrandakılar isə bütöv cənubi Azərbaycan olaraq bölünsə daha aydın və qısa olar məncə. ►WikiAlieff018
Salam, bildiyiniz kimi koronavirusa görə bir çox tədbirlərin vaxtı dəyişib. Ona görə xahiş edirəm arada məqalələrdə bunu yeniləyəsiniz.--Azerifactory (müzakirə) 17:04, 17 mart 2020 (UTC)
Kembric baş verən pandemiyaya görə bu ilin may ayına qədər öz onlayn kitabxanasına girişi hamı üçün pulsuz eləyib. Hamınıza bu fürsəti AzViki üçün iştədib, onu qaçırmamağa məsləhət verirəm. — Мурад 97 (müzakirə) 22:40, 18 mart 2020 (UTC)
Salam hörmətli həmkarlar. VP:VND-nın İstifadəçi səhifəniz şəxsi malınız deyil bölməsini əsas gətirərək Vikipediya:İstifadəçi səhifəsi qaydalarının müzakirəsini və rəsmi prinsip kimi qəbul edilməsini təklif edirəm. Çox önəmli qaydadır. Belə ki, hazırki şəraitdə hərkəs istədiyi kimi adı və soyadı ilə azvikidə qeydiyyatdan keçib bioqrafiyasını istifadəçi səhifəsinə əlavə edə bilər. Lakin bir çox vikidə istifadəçi səhifələri tənzimlənir. Belə ki, spam linklərin qarşısının alınması başda olmaq şərtilə istifadəçi səhifələrində müəyyən qadağalar mövcuddur. Təklif edirəm ki, müzakirə əsnasında təkliflərimizi və səhifəyə əlavələrimizi edək sonra isə rəsmi prinsip kimi qəbul edilməsi üçün səsverməyə çıxaraq.--Turkmen müzakirə 15:55, 15 mart 2020 (UTC)
Qəbul edildi - Bu səhifədə qaydanın rəsmi prinsipə çevrilməsi üçün səsvermə başladıldı.— Turkmen müzakirə 15:39, 28 mart 2020 (UTC)
Baskervill bu qayda tənzimlənməsi mütləqdir. Qaydanın intervikisinə diqqət etsəz görərsiz ki, bir çox vikidə tənzimıənmə mövcuddur. Xahiş edirəm təkcə özünüzü düşünməyin. Yeni qeydiyyatdan keçən istifadəçilər kütləvi halda istifafəçi səhifələrində məqalə şablonundan istifadə edirlər, istifadəçi səhifəsinin adını dəyişirlər, öz adları soyadlarə ilə istifadəçi səhifəsi yaradıb, sonra isə məqalə kimi daxilində işləyirlər. O ki, qaldı linklərə Vikipediya:Spam linklərin vikipediyaya daxil olunması qadağandır.Turkmen müzakirə 09:05, 30 mart 2020 (UTC)
Salam, hamıya. Mən nostalgiyanı sevən adamam və son zamanlar bu məqalələri yaratmışam / təkmilləşdirmişəm:
Əlbəttdə, daha çox məlumat istiyərdim olsun amma hal-hazırda tapdıqlarım bunlardı. Sizcə Azərbaycanda məhv olunmuş tarixi hansı yerlər haqqında məqalələr yaratmaq olar?— Azerifactory (müzakirə) 19:17, 22 mart 2020 (UTC)
Məncə gələn mövzulu ay geyim haqqında olmalıdır. Bizdə geyim haqqında, dəb haqqında mövzular çox az və bərbad gündədir.— Azerifactory (müzakirə) 07:32, 26 mart 2020 (UTC)
Salam. Yuxarıda nümunə göstərdiyim məqalə tarixi abidəyə görə çox zəif işlənilib. İstər memarlığı olsun, istər tarixi. Məqaləni yazan yoldaş Ə. Salamzadənin tam yox ümumiləşdirilmə olaraq yazdığı Azərbaycan memarlığı kitabından istifadə edib. Halbuki, bu kompleksin memarlıq xüsusiyyətləri, tarixi daxilindəki abidələr və daha nələr haqqında kitablar, elmi işlər yazılıb. Məqalə isə kor-koranə işlənilib. Kimsə məqalənin mövzunu tam əhatə etdiyini düşünürsə, 1 həftə içində bu məqaləni tam olaraq işləyərəm. Aradakı fərqin nə qədər böyük olduğunun şahidi olarlar. Bir daha təkrarlayıram, məqalə dəhşət zəif işlənilib və heç bir statusa layiq olduğunu düşünmürəm. Məncə statusu alınmalıdır. Çünki mövzunun işləndiyi elmi işlərə, dissertasiyalara, avtoreferatlara, kitablara görə bu mətn yaxşı məqalə statusuna da layiq deyil. İstəyən olarsa, Facebook üzərindən ən azı bu mövzu haqqında 50 kitab, məqalə, elmi iş göndərərəm. Mövzu ilə bağlı 26 istinad və bu mətn qəbuledilməzdir. Fəal yoldaşların (Eldarado, Baskervill, Nicat49, Toghrul Rahimli, Qızılbaş, Rəcəb Həsənbəyov, Turkmen, Azerifactory, Araz Yaquboglu) mövzu ilə əlaqədar fikirlərini öyrənmək istərdim.--Maqamedd (müzakirə) 09:56, 28 mart 2020 (UTC)