![]() | Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müraciət etmək istəyirsinizsə, əsas səhifədən istifadə edə bilərsiniz. |
01:47, 2 mart 2021 (UTC)
Salam. Bu məqaləni "Xəbərlər" bölməsinə yerləşdirə bilərsiniz? --► Hörmətlə: SolaVirum 18:53, 4 mart 2021 (UTC)
Envikidə gördüm ki hər hansısa məqalədə müzakirə açılmadığı təqdirdə məqalənin müzakirə bölməsində müzakirə şablonu yerləşdirilib. Sual: Azvikidə də hər hansısa məqalənin müzakirə bölməsində müzakirə açılmadığı təqdirdə müzakirə şablonu yerləşdirmək olar? —Vahid Məmmədov (müzakirə) 09:34, 6 mart 2021 (UTC)
Salam. Vikipediya:Ensiklopedik əhəmiyyətlilik (şəxslər) qaydasına xeyli əlavələr etmişəm. Yaxın vaxtlarda səsverməyə çıxarmağı planlaşdırıram. Artıq bu qaydanın qəbul edilməməsinin fəsadlarını görürük. Səsverməyə çıxarana qədər müzakirə edilsə daha yaxşı olacağını düşünürəm.— NMW03 (müzakirə) 16:35, 10 mart 2021 (UTC)
Amma bir çox səhifədə bu qaydadan kənara çıxılıb, necə ki bu səhifədə. Bi az yersiz oldu, amma oxumağa başlayan kimi gözümə dəydi deyə qeyd etmək istədim. :)
Salam. Burada yeni genişləndirdiyim yoxlanılabilərlik qaydalarının qəbul edilməsi ilə bağlı səsvermə başlatdım. İstəyən qoşulub fikir bildirə bilər. --► Hörmətlə: SolaVirum 18:45, 10 mart 2021 (UTC)
Bütün dostlara Novruz bayramı münasibətilə ən xoş arzularımı çatdırıram. Hər bir istifadəçinin fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm. Grenzsoldat (müzakirə) 19:38, 20 mart 2021 (UTC)
Salamlar! Vikipediyanın rəsmi e-poçt ünvanının Azərbaycan dilindəki versiyasının yaradılması barədə nə düşünürsünüz? Türkdilli vikilərdən TRViki artıq çoxdandır istifadə edir bu sistemdən. E-poçtlar VMF nəzarəti ilə göndərilir və cavablandırılır. OTRS AZ yaradılsa 2 qolu olacaq : az-info və az-permission. Az-info qolu ümumi suallara cavab verəcək, az-permission qolu isə müəllif hüququ məsələləri ilə maraqlanacaq. İnsanlar narazılıqlarını sosial şəbəkələrdə bildirirlər, bu isə Vikipediyanın nüfuzuna ziyan vurur. Əslində haqlı olduqları məqamlar var. Çünki bizimlə birbaşa əlaqə qura bilmirlər və məcbur sosial şəbəkələrdə post paylaşırlar. Məncə rəsmi e-poçt sistemi yaratsaq və naviqasiya panelinə "bizimlə əlaqə" keçidi yerləşdirərək rəsmi e-poçt ünvanlarını qeyd etsək insanlar birbaşa bizimlə əlaqə saxlaya bilər. — Turkmen müzakirə 21:54, 18 mart 2021 (UTC)
Toplananların yerini dəyişəndə cəm dəyişmir. Əgər Kənd meydanında açıq müraciətə cavab verilmirsə, qapalı poçt müraciətinə heç cavab verən olmayacaq. Azvikini inkişaf etdirmək və azvikinin inkişafına mane olan problemlərin aradan qaldırılması, gələcək mübahisələrin həll edilməsini istəyirsinizsə, Arbitraj Komitəsini yaradın. Hər yerdə var, yalnız azvikidə yoxdur. Arbitraj Komitəsi yaradılana qədər isə bu layihəni Vikipediya:Münsiflər Şurası bərpa edin və səsə qoyun. Bütün problemlər aradan qalxacaq. Bundan sonra ziyalılar azvkidə işləyə biləcəklər. “Keçəl Əhməd”, “Əhməd Keçəl” eyni şeydir. Yəni Kənd meydanında hansı şikayət və təklifə baxan yoxdursa, o poçtla da, teleqramla da, faksla da göndərilsə baxan olmayacaq. Dünya hüquq təcrübəsində məhkəmələri, arbitrajları boş yerə yaratmayıblar, bu ququmların vəzifələri bilavəsitə şikayət və təklifləri araşdırmaq, iddiaları təmin etməkdir. The Encyclopedia of Shaki (müzakirə) 23:07, 18 mart 2021 (UTC)
Salam. Azərbaycanca Vikipediyada redaktorlar məqalə yazarkən çox vaxt ingilis, rus, ya da türkcə ekvivalentlərini tərcümə edir. Bu zaman məqalənin mətnində qrammatik və leksik xətalar ortaya çıxır (xüsusilə də status üçün namizəd göstərmək məqsədilə olur). Bəzən namizəd məqalələrdə açıq-aşkar qrammatik xətalar olmasına rəğmən yenə də status alırlar. İngiliscə Vikipediyada bu cür problemləri həll etmək üçün "WikiProject Guild of Copy Editors" layihəsi var. Burada istifadəçilər Azərbaycan dilini daha peşəkar şəkildə qavramış istifadəçilərə müraciət edir, istəlinən məqalə təshih edilir (təshih – yazıda səhvləri, nöqsanları düzəltmə). Buna görə də təklif edirəm ki, "VikiLayihə Təhsisçilər İttifaqı" layihəsinə start verək. Həmçinin, məqalə "əndirəbani" formada yazılıbsa, mətni ümidsiz haldadırsa, iş aparılmasın. Çünki burada müəllifə deyərlər, "sən nə yazdığını özün başa düşə bilirsən"? Lakin narahatam ki, istifadəçilər bu layihə ilə maraqlanmaz, "qrammatik səhvlər var" deyib məqalədə lazımi düzəlişləri aparmaz. Nə düşünürsünüz? --► Hörmətlə: SolaVirum 20:05, 31 mart 2021 (UTC)