![]() | Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müraciət etmək istəyirsinizsə, əsas səhifədən istifadə edə bilərsiniz. |
Hər kəsə salam. Mən deyirəm ki, Gürcüstan və Ermənistandakı toponimlər bu 2 dövlətin rəsmi adlandırmasına uyğun olmalıdır. Çünki bu haqda dilimizdə olan akademik coğrafi nəşrlədə də belədir. Biz də vikiqaydaya əməl etməliyik. Çünki qaydalarda da deyilir ki, coğrafi adlandırmalar zamanı dildəki akademik nəşrlər əsas götürülməlidir. Məsələn bizim Qaratəpə (Qarayazı) olaraq yazdığımız yer bütün dillərdəki vikipediyalarda "Qardabani" olmaqla yanaşı Azərbaycan Sovet Ensiklopediyasında da bu formadadır. Yəni Qardabanidir. (ASE, 3-cü cild, səh. 71)--samral müzakirə 16:30, 25 mart 2016 (UTC)
Əgər rəsmi adlardan istifadə edəcəyiksə, o zaman belə çıxır ki, Göyçə gölü məqaləsini də Sevan gölü kimi adlandırmalıyıq (misal üçün). Halbuki, Göyçə Azərbaycandilli oxucuların daha çox tanış olduğu variantdır.--Ağ iβlis (müzakirə) 17:01, 25 mart 2016 (UTC)
Misal üçün qısaca araşdırma apardım və Erməni vikisində elə ilk baxdığım məqalədəcə açıq aşkar (De yure, De fakto) Azərbaycan ərazisi sayılan Gəncə şəhərinin adı bütün vikilərdə olduğu kimi Gəncə deyil ermənicə Գանձակ-Гандзак kimi gedir ! Biz isə nələri müzakirə edirik. Erməni vikisində bir azca vaxt sərf etsəz Allah bilir daha nələr taparsız.--Nicat49 (müzakirə) 17:17, 25 mart 2016 (UTC)
Vikipediya:Məqalənin adlandırılması. Qayda budur, hər yerdə də belədir. Vikipediyanın 5 prinsipi var. Tərəfsizlik, ensiklopediklik də bu prinsiplərdən biridir. Ensiklopedik məqalələr etibarlı mənbələrə asalanmalıdır. Gürcüstanın coğrafi yerləri barədə azərbaycanca dərsliklər yoxdur bəyəm? Yarım milyon azərbaycanlının yaşadığı yerdə Azərbaycan məktəblərində Gürcüstanın coğrafiyası tədris olunmur? Azərbaycan ali məktəblərində Ermənistan və Gürcüstanın coğrafiyası tədris olunmur? Dərslikləri yoxdur? Bunlara istinad edə bilərik. İngiltərədəki hansısa kəndin adını yazanda bizdə nə problem olur? O cümlədən Gürcüstanla bağlı da belə. Kim Gürcüstanın coğrafi yerlərinin adını öz bildiyi kimi yazmaq istəyir, məsələn, Tbilisinin adını Tiflis kimi yazmaq istəyirsə, getsin özünə bir sayt açsın, orada nə istəyir yazsın. Vikipediyada isə coğrafi yerlərin adları vikipediyanın tələbləri əsasında yazılmalıdır. Və bu barədə qayda budur: Vikipediya:Məqalənin adlandırılması. — Bu imzasız yazı 85.132.55.9 (m) tərəfindən əlavə edilib; 17:45, 25 mart 2016 (UTC)
Nəisə... Məncə müzakirəni davam etdirməyin mənası yoxdur. İdarəçilər gəlib, müzakirəni yekunlaşdırsınlar. — Bu imzasız yazı 85.132.55.9 (m) tərəfindən əlavə edilib; 18:51, 25 mart 2016 (UTC)
Samral, əgər məqsədli şəkildə kimlərinsə xoşuna gəlmək üçün belə müzakirələri açırsansa, qətiyyən düzgün etmirsən. Sənin məntiqinlə hərəkət etsək o zaman gərək elə ilk növbədə müvafiq ölkələrin adlarından başlayaq: Gürcüstan məqaləsinin adını Sakartvelo, Ermənistan məqaləsinin adını isə Hayastan edək. Ona görə də bir daha belə müzakirələri açmamağını tövsiyə edirəm. Bu kimi məsələlərdə azərbaycandilli vikicəmiyyət olaraq biz ortaya konkret mövqeyimizi qoymalı, birmənalı şəkildə tarixi Azərbaycan torpaqlarının adlandırılmasında milli adlara üstünlük verməliyik. Əgər qaydalarda bunu məhdudlaşdıra biləcək hansısa müddəalar varsa, müzakirə açıb onların dəyişdirilməsinə çalışmalıyıq. --►Asiya səfiri Cekli 19:47, 25 mart 2016 (UTC)
Asparux Xan Bulqar, mən heç bir IP əvəzləməmişəm, bu mənim həmişəki IP-dir. Bununla yanaşı sizinlə görüntülü bağlantı da təklif etdim ki, mənim Afrasiyab/Aydınsalis olmadığıma əmin olasız. Başqa nə etməliyəm ki? — Bu imzasız yazı 94.20.160.103 (m) tərəfindən əlavə edilib; 24:08, 25 mart 2016 (UTC)
Nümunəvi və etalon olan vikipediyalardan bizə ərmağan. fr:Berdzor, it:Berjor, uk:Бердзор. --Araz Yaquboglu (müzakirə) 06:35, 26 mart 2016 (UTC)
Azərbaycanca Vikipediya gürcü və ermənilərin məqalə oxumaq yerləri deyil ki, adları onların versiyalarına uyğun yazaq. Yerli adları necə olubsa, yerlilər və mövzu ilə maraqlanan əksəriyyət necə tanıyırsa, elə də olmalıdır. Göyçənin Sevan, Gümrünün Leninakan və s. yazılmağı müzakirə mövzusu belə ola bilməz. Mən və başqaları öz rayonlarını olduğu adları ilə tanıyır. İndi kimin hansı adla tanıdığına anket sorğu təşkil edəsi deyilik ki. Mütləq şəkildə qarşıyam. --Yusif Sərrac (müzakirə) 20:31, 26 mart 2016 (UTC)
Davamlı olaraq bu mövzu azvikidə müzakirə mövzusuna çevrilir. Bu müzakirələrə yekun vurmaq üçün idarəçilər arasından iki nəfəri jüri təyin edirəm. Əslində, 3 nəfər olması yaxşı olardı. Amma müzakirələri oxuyub gördüm ki, içi mən qarışıq aktiv idarəçilərin böyük əksəriyyəti bu məsələyə şəxsi münasibətini bildirib və deməli, tərəfdirlər. Jüri olan idarəçilərdən xahiş edirəm ki, öz aralarında konsensusa gəlsinlər. Bunu buradakı müzakirə səhifələrində və ya email vasitəsi ilə də edə bilərlər (müzakirə apara bilərlər). Onlara yuxarıdakı müzakirə ilə yanaşı bu müzakirəni oxumağı da tövsiyə edirəm. Xahiş edirəm ki, ciddi araşdırsınlar bu məsələni, çünki çox sayda məqalə adının dəyişməsinə səbəb ola bilər. Və mümkün qədər tez qərarlarını açıqlamalarını rica edirəm. Hörmətlə:--Sortilegus (müzakirə) 21:13, 29 mart 2016 (UTC)
Jüri üzvləri:
:Qərar:
Müzakirələrlə tanış olduq və görünür ki, hər iki tərəf öz fikirlərini əsaslandırmaq üçün müəyyən istinadlar gətirib. Müzakirə zamanı istifadəçilər arasında müəyyən anlaşmazlıqlar yaranıb ki, bu da bu mövzu üzrə ilk belə hal deyil və yəqin ki son da olmayacaq. Lakin verəcəyimiz qərarın bu mövzuya aydınlıq gətirməsinə və gələcəkdə nəzərə alınmasına ümid edirik. Qərarımızı verərkən Vikipediyanın əsas prinsipləri olan Beş əsas prinsip, Orijinal tədqiqata yer verməmək, Yoxlanılabilərlik və Neytral mövqe prinsiplərinin tələblərini nəzərə almışıq. Həmçinin, istifadəçilərdən xahiş edirik ki, Vikipediyanın onlayn ensiklopediya olduğunu nəzərə alsınlar və şəxsi düşüncələrinə və hisslərinə deyil, Azərbaycan dilindəki etibarlı mənbələrə istinad etsinlər. Qərarımız isə aşağıdakı kimidir:
-→Vago ms 12:57, 5 may 2016 (UTC)
ASEdəki məlumatlar düzgün olaya bilər.ADR içərisində yaşaya - yaşaya bu mənbəfən istifadə edilməməlidir.Ermənistanda isə orijijnal toponim yoxdur.Oradaki toponimlər dəyişdirilmiş klassik şərq adlarıdır--İbn Zaman 15:41, 25 iyun 2016 (UTC)24.06.2016Əbdülxaliq bəy
Məqalə sonluqlarında qəzet və kitablarda olan məqaləyə aid ümumi mənbə (ədəbiyyat siyahısı) göstərərkən başlıq necə yazılmalıdır. Bəzi məqalələrdə Mənbə, bəzilərində isə Ədəbiyyat yazılır. Fikirləriniz necədir. Bunun hansını yazaq. --Elməddin Hacıyev (müzakirə) 06:52, 30 aprel 2016 (UTC)
Salam. Bir məqalənin yaxşı məqalə stasutu alması üçün o məqalədə neçə istinad olmalıdı. --Calal99 (müzakirə) 13:52, 3 may 2016 (UTC)
Qurdbasar, Azərbaycan coban iti olsada ermənilər bu cinsin onlara mənsub olmasını təbliğ edirlər. Mən rus bölməsini yazsamda rus adminlər onu silirlər. Səbəb isə ermənilərin rəyi əsasında təşkil olunur. Xarici dilləri bilənlərdən (ingilis, türk, yahudi və s. dilləri bilənlərdən) ricam o dillərdə məqalənin yadılması ilə erməni təbliğatının qarşısını almaqdır. Ermənilər yerli coban itlərimizi digər itlərlə qarışdıraraq Qampr adlı ibrit iti özlərinə mənsubluğunu isbat etmək istəyirlər. Xarici dilləri bilənlər yazsın. Hörmətlə--Qolçomaq (müzakirə) 10:47, 4 may 2016 (UTC)
Salam hörmətli istifadəçilər. Dördgünlük müharibə və sonrası həlak olmuş erməni hərbiçilərinin siyahısını ayrıca məqaləyə çevirmək istəyirəm. Məqaləyə hansı adın verilməsi sizlərin fikrincə daha münasib olar ?--Flagellum Dei (müzakirə) 12:04, 4 may 2016 (UTC)
Məlumdur ki, mən bir ara film məqalələri üçün stil kitabçası hazırlayırdım. Lakin film adları ilə bağlı yenə bir problem ortaya çıxdı ki, qayda üzərində işləməyi dayandırıb necə həll edəcəyimi fikirləşməsinə səbəb olub. Məsələ xarici filmlərin Azərbaycan dilində adlandırılmasından gedir (xüsusilə bu film kinoteatrlarımızda göstərilibsə). Məsələn, götürək bu filmi: en:Captain America: The Winter Soldier. Bu film Parkcinema tərəfindən Azərbaycanda "Birinci qisasçı: Başqa müharibə" (orijinal tərcüməsi isə "Kapitan Amerika: Qış əsgəri") adı ilə göstərilib. Aydındır ki, Parkcinema filmin adını tərcümə edərkən rusların işlətdiyi versiyadan istifadə edib: ru:Первый мститель: Другая война. İndi bu məqaləyə baxın: en:Captain America: Civil War (orijinal tərcüməsi "Kapitan Amerika: Vətəndaş müharibəsi"). Bu film əvvəlki filmin davamıdır. Əvvəlki film üçün rus versiyasından istifadə edilibsə, məntiqlə bu filmin adı "ru:Первый мститель: Противостояние" adının tərcüməsi olan "Birinci qisasçı: Qarşıdurma" olmalıdır. Lakin Parkcinema çox maraqlı bir şey edib. Götürüb filmi "Kapitan Amerika: Qarşıdurma" adlandırıb, yəni bir hissəsi ingilis versiyasından, bir hissəsini rus versiyasından götürüb belə ad ortaya çıxarıb.
Sadəcə bu deyil, Parkcinema həm də adlandırmada qrammatik səhvlərə yol verir. Hardasa 1 ay əvvəl çıxan bu film (en:Batman v Superman: Dawn of Justice) Parkcinema tərəfindən bu adla nümayiş olunub: Betmen Supermena qarşı: Ədalət Şəfəgində.
Sözümün canı ondadır ki, istifadəçilər razılaşar ki, filmin adlandırılması zamanı ilk növbədə Azərbaycanda filmin kinoteatr tərəfindən hansı adla yayımlandığı nəzərə alınmalıdır. Lakin yuxarıda sadaladığımız qüsurlar məni çaşbaş qoyur. İndi tərəddüd içindəyəm. "Betmen Supermenə qarşı: Ədalətin şəfəqi" filminin adını dəyişdirib "Betmen Supermena qarşı: Ədalət Şəfəgində" etməliyik? Sefer azeri, Babək Akifoğlunun fikirlərini bilmək istərdim.--Ağ iβlis (müzakirə) 21:27, 8 may 2016 (UTC)
Kimsə Azərbaycan musiqisi məqaləsini təkmilləşdirə bilər? Mən Azərbaycan operasından başqa, çox milli janrları tam olmasa da, çox təkmilləşdirmişəm.--Azerifactory (müzakirə) 21:16, 12 may 2016 (UTC)
Salam. Elnur Ələkbərov növdən məqalələr Ensiklopedik əhəmiyyətli şəxslər siyahısına aiddirmi?!→Vago ms 08:18, 14 may 2016 (UTC)
Seçilmiş siyahı statusu üçün məqaləni hara təqsim edim. --Calal99 (müzakirə) 09:30, 17 may 2016 (UTC)
Necə məqaləyə seçilmiş siyahı statusu verməy olar. --46.22.236.167 17:07, 17 may 2016 (UTC)
Ermənistanın şəhərlərinə aid əksər məqalələrdə bu cür cümləni görmək olar: Dilican — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Ağstafaçay dərəsində, dəniz səviyyəsindən 1255-1510 m yüksəklikdə yerləşən şəhər [9]. Azərbaycan bəyəm Ermənistanı suveren ölkə kimi tanımır? Yox əgər tanıyırsa, istifadəçilərimizin bu "qərbiazərbaycançılıq" hislərinə niyə heç bir tədbir görülmür? --Keete 37 (Farid Aliev) (müzakirə) 12:44, 21 may 2016 (UTC)