![]() | Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müraciət etmək istəyirsinizsə, əsas səhifədən istifadə edə bilərsiniz. |
Hərkəsə salam. Şablonları tamamilə yenidən yığmağa qərar vermişəm. Səbəb isə stabil olmamaları, hərəsinin fərqli yollarla yaradılmaları, içərisindəki parametrlərin adlandırmaları hərəsində fərqli olmaları (məsələn: bir şablonda şəklin eni yazılıbsa digərində şəklin miqyası yazılır), Commons kimi vacib parametrin vikidata vasitəsilə yerləşdirilməməsi və s.dir. Bu günlərdə bir neçəsini rus vikisindəki kimi kartoçka şablonu ilə yenidən işlədim. Məsələn, Musiqiçi və teatr şablonlarını tamamilə yenidən yığdım. Bundan əlavə şablonlara başlıq kimi rəsmlər də əlavə etdim. İllüstrasiyaları isə İspan vikisindən götürdüm. Xatırlatmaq istərdim ki bu tip şablonlar erməni, ispan, fransız və digər dillərdə tətbiq olunub. Lakin bu dəyişiklikləri tamamilə tətbiq etmək, onların dokumentasiyalarının hazırlanması üçün sizin də fikirlərinizi bilmək istərdim. Əgər məsələni dəstəkləyirsinizsə, {{Dəstək}} şablonundan istifadə etmənizi xahiş edirəm. Hörmətlə, --Toghrul Rahimli (müzakirə) 05:17, 30 avqust 2018 (UTC)
{{{Vəfat tarixi|{{{vəfatı|{{{Ölüm Tarixi|{{{Ölüm tarixi|{{{Vəfatı|}}}}}}}}}}}}}}}
İngilis, rus, alman və s kimi önəmli vikilərdə bu şablonlarda illüstrasiyalara yer verilməyib. Ümumi parametrlərə ziyanı yoxdursa mən də kəskin əleyhinə deyiləm. Hörmətlə.--Nicat49 ⋠müzakirə⋡ 00:13, 31 avqust 2018 (UTC)
Hörmətli Azviki istifadəçiləri və idarəçiləri, Şuşa qalası məqaləsində istifadə olunmuş bəzi şəkilərin düzgün seçilmədiyini düşünürəm. Məqalənin şablon hissəsində əsas şəkildə "ŞUŞİ" sözu var, digər bir şəkildə isə erməni bayrağı dalğalanır. Abidələrin ən son vəziyyətini göstərməli olsaq belə şablondakı əsas şəkil məhz bu şəkil seçilməməliydi. Hansı ki Viki Anbarda Şuşa qalasının hazırki vəziyyətini əks etdirən fərqli şəkillər mövcuddur. Vəziyyət belə olduqda sırf bu şəkilin seçilməsi nə dərəcədə düzgündür? Hələ bu məqalə yaxşı məqalə seçilmişkən. Ermənicə Vikipediyada belə bu məqalədə həmin şəkillərdən istifadə olunmayıb. Azərbaycandilli Vikipedidiyada belə şəkillərdən istifadə etmək bizim sübut etməli olduğumuz məsələlərdə görəcəyimiz işləri çətinləşdirir.--Pinkfloyd1990 (müzakirə) 11:57, 30 avqust 2018 (UTC)
Məncə də abidənin son vəziyyətini əks etdirən şəklin olması daha düzgündür. Təklif edirəm ki, şəklin izahı yerinə ya qeyd kimi, ya da sadəcə "işğaldan sonra" cümləsini yazaq.--Nicat49 ⋠müzakirə⋡ 22:15, 30 avqust 2018 (UTC)
Hörmətli Pinkfloyd1990, belə bir mövzunu kənd meydanında müzakirəyə çıxartdığınız üçün əvvəlcədən sizə təşəkkür edirəm. Nəhayət ki, azvikidə belə məqalələrdən heç olmasa biri hansısa istifadəçinin diqqətini çəkdi.
Mövzuya gəldikdə isə qeyd etmək istəyirəm ki, istifadəçi sefer azerinin fəaliyyətini izləyərkən Azərbaycan vikipediyası üçün çox dəyərli işlər gördüyü göz qabağındadır. Məsələn, Şirvanşahlar dövləti məqaləsi mənim çox qiymətləndirdiyim məqalələrdən biridir. Lakin, istifadəçi səfər azəri-nin fəaliyyətində anlamadığım məqamlar var. Azərbaycan vikipediyası üçün neçə illərdir belə bir səylə fəaliyyət göstərən bir istifadəçi niyə görə Ermənistan, erməni mədəniyyəti, erməni xalqı mövzularına bu qədər önəm verir. Digər yeni istifadəçilərə başqa məqalələr üzərində işləməyi məsləhən görən həmkarımıza bildirmək istərdim ki, düzdür, biz yeni istifadəçilərik, amma siz (daha fəal istifadəçi olaraq) en azı on il ərzində yazılmalı məqalələr varkən bu kimi məqalələrə vaxt ayırmaya bilərdiniz.
Hörmətli azviki idarəçiləri, düzdür, heçkimin şəxsi fikrinə qarışa bilmərik. Amma qeyd etmək istəyirəm ki, Azərbaycan vikipediyasında silinməli və ya tamamilə dəyişdirilməli məqalələr var. Bura vikipediyadır, neytrallıq, obyektivlik qorunmalıdır. Bütün bunları başa düşürəm. Lakin bu neytrallığın qorunmağı sırf bütün azərbaycanlıların həssas nöqtəsi olan belə bir mövzularamı aid olunmalıdır. Azərbaycan vikipediyasında sayılmayacaq qədər vikipediya qaydalarına riayət olunmayaraq yazılan məqalələr var. Bəs niyə onlara baxılmır?
Çox hörmətli, fəal azviki istifadəçiləri Rufet Turkmen, Nicat49, Aykhan Zayedzadeh və digər istifadəçilər, azviki üçün bu qədər əziyyət çəkərkən belə bir yanlışlığı nədən görməzdən gəlirsiniz? Yoxsa doğurdanmı belə məqalələr sizin üçün normaldır. Hörmətlə, --Natəvan.R. (müzakirə) 05:58, 31 avqust 2018 (UTC)
Hörmətli həmkarlar,
Hörmətli Pinkfloyd1990,
Hörmətli Sefer azeri,
Nəyə görə, Şuşa qalasının digər qapısı olan İrəvan qapısının şəkili qədim, Gəncə qapısınınkı isə yenidir? Yoxsa biz ermənilərin gözəlliklərini göstəririk? Yoxsa İrəvan qapısı dağıdılıb deyə lazım deyil?
Hörmətli Rufet Turkmen,
Biz bunu edə bilmirik çünki hələ heç bir qəti qərar bu torpaqların adının tam erməniləşdirilməsinə icazə vermir və müharibə davam edir. Nə zaman ki, hansısa müqavilə ermənilərin xeyrinə bağlanacaq, o zaman vikipediyaya, istəsək də Şuşa və ya Kəlbəcər adını yaza bilməyəcəyik.
Mən sizin hər birinizlə razıyam tarixi abidələrin son görüntüsünün və ya son halının vikipediyada istifadə olunması daha məqsədə uyğundur. Əgər məsələyə bu tərəfdən yanaşırıqsa və düşünürksə Şuşa işğal altındadır və qalanın adı dəyişdirilib, bu zaman xahiş edirəm işğal altında olan bütün rayonlarımızın son və dəyişdirilmiş adları əks olunan şəkilləri tapıb yerləşdirək vikipediyaya. Axı rayonlarımızın da hal hazırda adı Ağdam və ya Cəbryallı deyil? Və heç bir yerdə rast gəlmədiyimiz, amma rayonlarımıza, fotoşopda düzəldilmiş və məcburi gerb status verdiyimiz Ağdam gerbini [4] oradan götürək. Və araşdıraq AKNA yazılmış bir gerb varsa gətirib yerləşdirək. Hal hazırki dövrə uyğun hərəkət etməliyiksə, nəzər salsaq o şəhərdə məscidə gedən bir dənə də müsəlman yoxdur!!!
-Nəyə görə Ağdamın gerbində bir məscid şəkili qoyub altında azərbaycanca Ağdam sözünü yazmışıq, amma Xankəndinin gerbini[5] qədim tarixə malik erməni gerbi kimi vermişik və erməni gerbindən istifadə etmişik? Üstəlik orada ermənicə ad da yazmışıq? Axı hər iki rayon və şəhər işğal altındadır?
Hörmətli White_Demon,
Şəxsi fikirlərə və ya vətənpərvərlik hisslərinə qapılıb hansısa müzakirəyə sərt verdiyim cavaba görə hər birinizdən üzr istəyirəm. Lakin gəlin bu məsələlərdə birgə fəaliyyət nümayiş etdirək. Hörmətli Nicat49-ın fikirlərini dəstəkləyirəm. Şəkilə mütləq işğaldan sonra və ya erməni işağlından sonra yazılmalıdır. Erməniləri yüksəltmək lazım deyil! İşğal ediblər, dəyişdiriblər və bayraqları da dalğalanır!
Hörmətlə --Patriot Kor (müzakirə) 06:16, 31 avqust 2018 (UTC)
Hörmətli, istifadəçilər! Bəli, Ermənistanla bağlı mövzuda (müəyyən sahələrdə) məqalələr yaradıldığı zaman tənqidlər olmalıdır. Çünki, bura Azərbaycan vikipediyasıdır. Biz azərbaycanlıyıq. Belə bir mövzuda tənqidlərin olmaması normal olmazdı. Hörmətli Patriot Kor, bütün fikirlərinizlə eynilə razıyam. Bütün dolğun şəkildə ifadə etdiyiniz fikirlərə görə təşəkkür edirəm.
Məncə Azərbaycan vikipediyası hal hazırda dünyaya Azərbaycan həqiqətlərini, erməni yalanlarını çatdıra bildiyimiz ən önəmli virtual sistemdir. Bəzi istifadəçilərin yaratdığı bir sıra məqalələrin azvikidə olduğu kimi qalması, bəzi istifadəçilərin də onu dəstəkləməsi ciddi məsələdir. Biz azərbaycanlı olaraq Şuşanın adını nə olursa olsun "Şuşa" kimi qəbul edirik. Məqalələrdə heç bir formada "Şuşi" sözünün işlədilməsini qəbul edə bilmərik. Alban əlifbası məqaləsində qədim alban yazısı ilə 15-ci əsr ereməni əlyazması verilib. Buna nə ad vermək olar? Həm də yazıdakı əlifba müasir erməni əlifbasının demək olar ki eynisidir. Bunu necə görməmək olar? Bəlkə biz ermənilərin albanların varisləri olduğunu qəbul etmişik, xəbərimiz yoxdu. Söhbət Azərbaycanın orta məktəb və universitet təhsil tədris proqramlarının verdiyi məlumların Azvikidə əksinə gedilməsindən gedir. İndi məsələnin ciddiyyətinin nə dərəcədə olduğunu özünüz düşünün. Hörmətlə --Natəvan.R. (müzakirə) 07:14, 31 avqust 2018 (UTC)
Hörmətli həmkarlar xüsusi ilə də Sefer azeri, Rufet Turkmen, White_Demon. Diqqət yetirsəniz mən yazdığım fikirlərin heç birində "niyə etmisiniz?" və ya "nə isə edin" kimi sözlər yox əksinə, "nəyə görə etmirik?", "hansı səbəbdən etmirik" kimi fikirlər yazmışam! Bununla mən bildirmək istəyirəm ki, əslində bu problemlər bizim hər birimizin problemləridir. Mən dəfələrlə qeyd etdim ki, mən sizin hər birinizlə razıyam tarixi abidələrin son görüntüsünün və ya son halının vikipediyada istifadə olunması daha məqsədə uyğundur. Lakin, bununla yanaşı bir neçə sual da verdim. Bəlkə bir vikigörüş keçirib bütün işğal altında olan rayonların hal hazırkı vəziyyətini, adlarını müzakirə edək? Onların adlarını dəyişdirməklə bağlı qərarlar qəbul edək? Bəlkə erməni vikihəmkarlarımızdan son fotoşəkillər alaq? Axı, White_Demon demişkən onlar qonşu ölkədir? Afrikada yaşamırlar... Bu sözlərimlə heç kəsin fikirlərinə hörmətsiz yanaşmıram və xahiş edirəm ki, belə qəbul edilməsin. Sadəcə olaraq, əgər Şuşa qalasının İravan qapısının şəkilini Sefer azeri tapa bilməyibsə və köhnə şəkillərdən istifadə edibsə gəlin birlikdə həmin qapının 2018-ci ilə aid erməni bayrağı asılmış şəkilini tapaq. Bununla daha bir tarixi abidənin son görüntüsünü yerləşdirmiş olarıq. Mən bu sualları verməklə heç kəsi ittiham etmirəm. Amma verdiyim heç bir sualın cavabını almadım. Əgər bütün tarixi abidələri üzərində erməni yazısı ilə yerləşdirəcəyiksə gəlin bütün rayonlarımızın hal hazırkı adlarını da dəyişdirək. Bizə görə, şəhərin adı Xankəndidir. Amma hal hazırda Stepanakertdi. Bu bizim qlobal problemimizdir. Ortaya birlikdə güc qoyub, bu torpaqların Azərbaycana məxsus olduğunu sübut edəcək şəkillər qoymalıyıq. Əgər Şuşanın son və təmirli görüntülərini yerləşdirmək lazımdırsa xahiş edirəm Xocalı Hava Limanı məqaləsinə də son vəziyyətin şəkilini qoyaq və inşasının kimlər tərəfindən olunduğunu, hansı erməni şirkətləri tərəfindən maliyyələşdirdiyini yazaq. Sonra da göstərək ki, işğal altındadır. Bəs necə işğal altındadır? Bu rəsimlə biz Xocalıda firavan həyatdan başqa heç nə göstərmirik və gələn yeni nəsilə sadəcə təmirli Xocalını buraxırıq. Bəlkə düşünərsiniz, hava limanı ilə tarixi abidə fərqli anlayışlardır. Amma söhbət hal hazırki vəziyyətdən gedir. Mənsə Xocalı Hava Limanı məqaləsi haqqında yeni tədbirlər görəcəyəm və orada gedən qanlı döyüşləri də göstərən redaktələr edəcəyəm. Tam tərəfsiz və ensiklopedik şəkildə.
Sefer azeri sizin əziyyətinizi heç kəs danmır və ya görməzdən gəlmir. Və mən adını sadaladığım məqalələrin kim tərəfindən yaradıldığını da bilirəm. Lakin əgər bu mövzularda fəaliyyətinizi dayandırmaq istəyirsinizsə bu sizin şəxsi fikirinizdir. Yox əgər bir qərara gəlib hal hazırkı vəziyyətlər barədə məlumatlar yerləşdirməyə başlanılsa mən inanıram ki, sizdən böyük dəstək ala bilərik. Heç bir "iş görməyən yoldaş olaraq" sizdən xahişim budur ki, ortaq bir nəticəyə gələk. Ya bütün rayonların, abidələrin adları erməniləşdirilsin ya da Xankənidinin gerbi kimi, Ağdamın da gerbində ermənicə AKNA yazılsın... O cümlədən bütün işğal altında olan rayonlarımızın!
Hörmətlə --Patriot Kor (müzakirə) 11:50, 31 avqust 2018 (UTC)
Hörmətli Sefer azeri. Siz bir daha Azərbaycan şəhərində, Qondarma Dağlıq Qarabağ Respublikası dalğalanan bir şəkil yerləşdirdiniz. Şəkilin adı isə Stepanakert Aeroportudur. Məni ciddi şəkildə narahat edən məsələyə bir daha qayıdıram. Şəkilin adı Stepanakertlə bağlıdır və bu şəkildə BMT-yə üzv olan heç bir dövlət tərəfindən müstəqilliyi tanınmayan dövlətlərdən birinin bayrağı dalğalanır. Adından da göründüyü kimi Qondarma bir dövlətin bayrağından öz məqaləmizdə istifadə edirik. Əgər bu şəkildə davam ediriksə və edəcəyiksə bir daha təkrar edirəm ki, bütün rayonlar üçün bu şəkilləri əldə etməli və erməni bayraqlı şəkillər əlavə etməliyik. Amma bilmirəm bu nə qədər doğru olacaq. Biz bununla nəyə nail oluruq? Belə davam edərsə mən vikiidarəçilərimizdən xahiş edirəm ki, bu haqqda ciddi bir tədbir görülsün. Sizin Abidələrin, şəhərlərin adı niyə erməniləşdirilsin, kim belə bir təklif edir ki, siz də bunu müzakirə edirsiz? sualınıza cavab olaraq bildirmək istərdim ki, bu məqalədəki gerbə diqqəqtlə baxasınız.[6] Hörmətlə --Patriot Kor (müzakirə) 13:45, 31 avqust 2018 (UTC)
Hörmətli Aykhan Zayedzadeh,
։։Düşünürəm bu şəkilin özü elə erməni provkasiyasıdır. Bayrağı qabardmağa çalışdıqları göz qabağındadır. Düşünürəm bir az anlaşıqlı olmaq lazımdır. Həmkarım Drabdullayev17-lə bir çox mənda razıyam. İstər Cekli829 istərsə Eldarado kimi həmkarlarıma gözəl şəkildə anlaşma diləyirəm ::)))).__Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 19:29, 1 sentyabr 2018 (UTC)
Səfər və Ayxanın bloklanması biyabırçılıqdır. Bu qərar haqqında ətraflı izahat verilməlidir. Mənə maraqlıdır ümumiyyətlə kim vikipediyaya kənar müdaxilə edir? --Eks-istifadəçi (müzakirə) 05:06, 3 sentyabr 2018 (UTC)
Mən azərbaycan dilli Vikipediyada aktiv fəaliyyət göstərmirəm. Fars dilli Vikipediyada Azərbaycanla bağlı fars dilində məqalələr yerləşdirirəm. Əlbəttə ki, məlumat əldə edib, tərcümə etmək üçün yazacağım məqalə ilə bağlı Az.vikidə olan məqalələrdən istifadə edirəm. Bu vaxt Azərbaycan dilindəki məqalələrin bir çoxunda uyğunsuz şəkillər və ya termin səhvləri ilə rastlaşıram. Tərcümə etdiyim məqalələrin bir çoxu da Qarabağda yerləşən abidələrdir. Lakin Şuşa qalası məqaləsində olduğu kimi, bir çox Az.dilli vikipediyadakı məqalələrdə regionun hansı dövlətə məxsus olduğunu şübhə altına alacaq məqamlar olduğuna görə, bu cür məqalələri digər xarici dillərdə yerləşdirməkdə tərəddüd edirəm. Bildirmək istəyirəm ki, Sefer azeri azərbaycan dilli vikipediyada Şəki xan sarayı məqaləsində şəkil şablonunda abidənin üslubunu "Fars üslubu" kimi qeyd edib və bununla bağlı keçid verdiyi məqalənin adı isə İran memarlığıdır. Digər istifadəçilər və ya adminlər Sefer azerinin "Fars üslubu" kimi sözdən istifadə etdiyinə irad bildirməyib və onu dəyişməyib. Bildirmək istəyirəm ki, İranda İran memarlığından söhbət gedəndə "fars üslubu", "türk uslubu" deyilmir, ümumi bir termindən, yəni "İran memarlığı" terminindən istifadə edilir. Bununla bağlı istifadəçilərə ətraflı məlumatları olmayan ölkələr haqqında termindən istifadə zamanı saxta sözlərdən istifadə etməməklə bağlı tövsiyyələr verilməlidir. Fars üslubu kimi heç bir elmi mənbədə qeyd edilməyən sözlər dəyişdirilməlidir. İran memarlığı ilə bağlı məlumatı olmayanlar fars dilli vikipediyada معماری ایرانی məqaləsini oxuya və ya digər saytlara müraciət edə bilərlər. [8] [9] [10] میرعلی 797 (müzakirə) 17:25, 2 sentyabr 2018 (UTC)
Şuşa qalası məqaləsi haqqında gedən böyük müzakirələrdən sonra, yekun nəticəyə gəlmədiyimiz üçün, düşünürəm ki, müzakirəni səsvermə yolu ilə yekunlaşdırmalıyıq.
İşğal altında olan Şuşa qalası və digər tarixi abidələr haqqında olan məqalələrdə erməni və Qondarma Dağlıq Qarabağ respublikasının bayrağı əks olunmuş şəkillərdən istifadə olunmasın. -- Patriot Kor (müzakirə) 09:23, 3 sentyabr 2018 (UTC)
Həmkarım White Demon-la razıyam. Bu yolverilməzdir. Lakin bayraqsız şəkillərə də rast gəlmək mümkündür. Maksimum çalışıb onlardan istifadə etməliyik. Hörmətlə --Patriot Kor (müzakirə) 11:56, 3 sentyabr 2018 (UTC)
Şərh: İnfoqutuda qalanın son halını göstərən, lakin ermənicə yazısız şəkildən istifadə etmək lazim oldugunu düşünürəm. Məsələn bu şəkil. --Pinkfloyd1990 (müzakirə) 12:47, 5 sentyabr 2018 (UTC)
Azərbaycanın işğal altında qalmış torpaqlarında erməni bayraqlarından istifadə etməmək sizcə qayda pozuntusudur? --Patriot Kor (müzakirə) 05:32, 10 sentyabr 2018 (UTC)
Azərbaycanın işğal altında qalmış torpaqları bizim də problemimizdir və bu işlə bu işlə dövlət xadimləri, siyasətçilər və hərbiçilərlə yanaşı biz də məşğul olmalıyıq. --Patriot Kor (müzakirə) 08:07, 10 sentyabr 2018 (UTC)
Salam. Şəxslərin vəfat illəri ilə bağlı son vaxtlar kim kütləvi redaktələr edib? İstifadəsiz kateqoriyalar bölməsinə xeyli boş kateqoriya düşüb.--Sortilegus (müzakirə) 14:52, 31 avqust 2018 (UTC)
Salam əziz vikipediyaçılar. Azərbaycanca Vikipediyada təftişçi (checkuser) seçilməsi barədə fikirlərinizi öyrənmək istərdim. Azviki günü-gündən inkişaf edir. Bundan əvvəl patrul və interfeys idarəçiləri seçilmişdir. Məncə bizə təftişçidə lazım olacaq. Çünki bəzən təftişçiyə ehtiyac olduqda metaya müraciət etməli oluruq. Əgər konsensus olsa təftişçiyə aid bütün səhifələri yaratmağa başlayım. Hörmətlə, Nəriman 18:39, 2 sentyabr 2018 (UTC)
։ Hörmətli vikipediyaçılar. Məndə-məndə düşüncəsi ilə hərəkət etmək lazım deyil. Digər vikipediyalarda varda demək bizdə də olmalıdır. Yanlış düşüncədir. Mənim üçün vikipediyanın əsas qayəsi daha çox məlummat (düzgün), informasiya (xəbərlər yox), marifləndirmədir. Bizlər isə məqalə yazmaqdansa ondan bizdə də olsun, bundan da və s ilaxırla məşquluq. Patruler təsis edildi (əla buna ehtiyac vardı), bir ikisi istisna fəallıq görmürəm. Hələ idarəçilərdən 16-sından gündəlik 7-8 istisna fəallıq yoxdur. İnterfeys idarəçidə həmçinin. Təftişçiyə ehtiyac görmürəm. Amma məqaləyə böyük ehtiyac var. Özüdə ensiklopedik. Bizdə vikipediyaya hər gələn istəyir ki, özü haqqında məqalə yaratsın. Bax buna çarə fikirləşmək lazımdır.__Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 17:48, 4 sentyabr 2018 (UTC)
Read this message in another language • Zəhmət olmasa dilinizə tərcümə etməyə kömək edin
The Wikimedia Foundation will be testing its secondary data centre. This will make sure that Wikipedia and the other Wikimedia wikis can stay online even after a disaster. To make sure everything is working, the Wikimedia Technology department needs to do a planned test. This test will show if they can reliably switch from one data centre to the other. It requires many teams to prepare for the test and to be available to fix any unexpected problems.
They will switch all traffic to the secondary data center on Wednesday, 12 September 2018. On Wednesday, 10 October 2018, they will switch back to the primary data center.
Unfortunately, because of some limitations in MediaWiki, all editing must stop when we switch. We apologize for this disruption, and we are working to minimize it in the future.
You will be able to read, but not edit, all wikis for a short period of time.
Other effects:
This project may be postponed if necessary. You can read the schedule at wikitech.wikimedia.org. Any changes will be announced in the schedule. There will be more notifications about this. Please share this information with your community. /User:Johan(WMF) (talk)
13:32, 6 sentyabr 2018 (UTC)
Salam, idarəçilərdən kimsə bu məqaləni bərpa edə bilər? Yəqin istinadı olmadığı üçün silinib. Məqalə bərpa edilsə istinad əlavə edəcəm.--Abutalub (müzakirə) 10:31, 9 sentyabr 2018 (UTC)
Bu gün Bakının erməni-daşnak və rus-bolşevik dəstələrindən azad olunmasının 100 illik yubileyidir. Bu tarixi hadisəyə azərbaycanca olan vikipediya da öz töhvəsini verməli idi. Ancaq diqqət etdim ki, ana səhifəmizdə bununla bağlı həftənin seçilmiş məqaləsi yoxdur, oranı Cek Sərçə məqaləsi tutub. Hesab edirəm ki, idarəçilər bu məsələyə diqqət etməli idilər.--Acategory (müzakirə) 19:59, 15 sentyabr 2018 (UTC)
This has been posted here because your wiki allows local file uploads. Zəhmət olmasa dilinizə tərcümə etməyə kömək edin.
Commons will no longer allow uploads of photos, paintings, drawings, audio and video that use the GFDL license and no other license. This starts after 14 October. Textbooks, manuals and logos, diagrams and screenshots from GFDL software manuals that only use the GFDL license are still allowed. Files licensed with both GFDL and an accepted license like Creative Commons BY-SA are still allowed.
There is no time limit to move files from other projects to Commons. The licensing date is all that counts. It doesn't matter when the file was uploaded or created. Every wiki that allows local uploads should check if bots, scripts and templates that are used to move files to Commons need to be updated. Also update your local policy documentation if needed.
The decision to allow files that only have a GFDL license, or not allow them, is a decision all wikis can make for themselves. Your wiki can decide to continue allowing the files that Commons will no longer allow after 14 October. If your wiki decides to continue to allow files after 14 October that Commons will no longer allow those files should not be moved to Commons. — Alexis Jazz, distributed by Johan using MassMessage
18:11, 20 sentyabr 2018 (UTC)