Səsvermə 25 may — 9 iyun 2022-ci il tarixləri arasında (Bakı vaxtı ilə səsvermə 9 iyun saat 21:45-də dayandırılacaq) keçirilir.
Təsdiqini tapmış cərrahi əməliyyat (məsələn: Avtomobil qəzası sonrası icra olunan cərrahi əməliyyatlar), ağır xəstəlik (məsələn: Xərçəng xəstəliyi) kimi hallarda inzibatçıya daha 6 ay vaxt verilir. - bu bəndi necə başa düşək? "Cərrahi əməliyyat" deyəndə əməliyyatların kateqoriyalaşdırılmasımı aparılır? Ancaq "avtomobil qəzası" keçirən və əməliyyat olunan inzibatçılaramı 6 ay vaxt verilir? Birdən inzibatçılardan biri kosmetik əməliyyat keçirib burnunu kiçildibsə və ya appendisitini kəsdiribsə ona da 6 ay düşür? Ümumiyyətlə, inzibatçı 6 ay aktiv olmayıb sonra geri döndüyündə və əməliyyat keçirdiyini dediyində, ondan həkimindən bizim üçün arayış gətirməsinimi tələb edəcəyik? "Ağır xəstəlik" məsələsinə də baxmaq lazımdır. Ancaq "xərçəng" ağır xəstəlik sayılır? Birdən inzibatçı desə ki, "babasili" olub və buna görə də çox kompüter qabağında otura bilməyib, indi əməliyyat olunub və aktiv fəaliyyətə başlayır - bu səbəb əsaslı səbəb sayılacaqmı? Və bu cür inzibatçıdan proktoloqdan arayış gətirməsi tələb olunacaqmı? Ümumiyyətlə, inzibatçılardan bu arayışlar yavaş-yavaş gələndən sonra onları kim oxuyub incələyəcək? Ümid edirəm ki, bu işi də bürokratların boynuna qoymayacaqsınız. Yoxsa azvikinin bürokratları məsələn, proktolaqlardan gələn arayışları oxumağa, üstəlik orada rentgen şəkilləri-filan olarsa - onları da incələməyə başlasa, psixologiyalarında müəyyən dəyişikliklər ola biləcəyini ehtimal edirəm. Sonda - inzibatçı olmaq üçün vikipediya redaktorunun şəxsiyyətini bəyan etməsinə gərək yoxdur. Ancaq bu prinsip bütünlükdə ona əsaslanıb ki, inzibatçı şəxsiyyətini açıb ortaya qoymalıdır. Tam qüsurlu bir prinsipdir. Heç başqa bəndlərinə toxunmuram, onlarda da razılaşmadığım çox şeylər var. — Sortilegus (müzakirə) 18:33, 25 may 2022 (UTC)[cavabla]
1) 500 əlavə redaktənin qeyd olunan nöqsanların həllinə heç bir aidiyyatı yoxdur, bu redaktələri cəmi 1 günə 1 məqaləyə əlavə etmək olar. 2) X idarəçi 1000/300 limit əvəzinə deyək ki, 500/200 redaktə edibsə, onun avtomatik çıxarılması nəyə xidmət edəcək ? Ümumi işə ziyandan başqa bir şey deyil. Digər vikilərdəki limitlərlə müqayisədə bizim vikidə limit zatən çoxdu.— Nicat49 ⋠müzakirə⋡ 19:42, 25 may 2022 (UTC)[cavabla]
Yekun nəticə: