![]() | Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müraciət etmək istəyirsinizsə, əsas səhifədən istifadə edə bilərsiniz. |
Səsvermə yekunlaşmışdır. Xahiş edirik buraya artıq heç bir qeyd etməyəsiniz.
Dəyişiklik qəbul olunmamışdır.
Səsvermə haqqında mövcud qanuna görə status kvonu dəyişmək üçün istifadəçilərin 2/3-ü dəyişikliyə səsverməlidirlər. Neytral istifadəçiləri də nəzərə almaqla müsbət səsverənlərin sayı 2/3-dən artıq səs baryerini aşmamışdır. Sayılan səslərin miqdarı aşağı olduğu üçün dəyişiklik qəbul edilməmişdir.
*Namizədliyini irəli sürməmişdən öncə heç zaman bloklu olmamalıdır.
Vikipediya:Səsvermə qaydalarından biri olan yuxarıdakı maddəyə belə bir əlavə edilsin :
Əgər istifadəçi ən qısa müddətə (15 dəqiqəyə) bloklanmışsa və bloklanmasının üzərindən 3 ay müddət keçmişsə o zaman onun bloku avtomatik olaraq üzərindən götürülür və istifadəçi öz namizədliyini irəli sürə bilər. Xahiş olunur bu dəyişiklik üçün səs verəsiniz.
--Vusal1981 21:59, 20 dekabr 2007 (UTC)
1. Lehinə:15 dəqiqədən bir şey olmaz...--
İğdirlisabri76müzakirə 16:34, 21 dekabr 2007 (UTC)
2. Lehinə:Elbette destek--Uaaannis 14:33, 22 dekabr 2007 (UTC)
3. Lehinə:Düşünürəm ki, səsvermədə mənim də səsim olmalıdır. Çünki bu qanuna əlavə edilməsi üçün keçirilir. İndiyə qədər qarşı çıxanlar yalnız bu səsvermə və əgər ehtiyac olarsa idarəçilik səsverməsi bitdikdən sonra yeni səsvermə təklifi ilə çıxış edə bilərlər. --Vusal1981 02:41, 23 dekabr 2007 (UTC)
4. Lehinə:Dəyişiklik edilməsini labüd sayıram.--Sortilegus 22:52, 23 dekabr 2007 (UTC)
5. Lehinə:Səsvermə qaydalarının dəyişdirilməsini dəstəkləyirəm. Yuxarıda təklif olunduğu kimi. --Baki66 20:51, 24 dekabr 2007 (UTC)
6. Lehinə:Vüsalı dəstəkləməyi özümə borc bilirəm. Ira 11:50, 24 dekabr 2007 (UTC)
7. Lehinə:--Bahar (yenə mən!) ✍ 14:13, 26 dekabr 2007 (UTC)
8. Lehinə:--Gfb23 10:34, 22 dekabr 2007 (UTC)
9. Lehinə:Mən də buradakı fikirlərlə razıyam--Rezo 10:35, 23 dekabr 2007 (UTC)
10. Lehinə:Mən də--Əli Bayram 19:10, 23 dekabr 2007 (UTC)
11. Lehinə:O yer Vüsala halaldı. Ən azından, gördüyü işlərinə, sərf etdiyi zamanına, əziyyət verdiyi gözlərinə görə. -- Mehri 23:00, 21 dekabr 2007
1. Əleyhinə:Bu qayda ona görə yazılıb ki, istifadəçi seçkilərə kimi fəaliyyəti dövründə (sözsüz sonralarda) qaydalara daim riayət etməli və onlara hörmətlə yanaşmalıdır. O istifadəçi kimi qaydalara hörmətlə yanaşmayıbsa idarəçi kimi yanaşması nə dərəcədə inandırıcıdır? Qayda vikipediyanı bu cür hallardan gözəl müdafiə edir. --A_M_D m-f 05:46, 21 dekabr 2007 (UTC)
2. Əleyhinə:Bu səs vermədə, movzu Vusalın namzədligi olmasada, əsas mətləb odur. Məncə qaydaları qurumaq vacibdir. İndi biz bu qaydanı yalnız Vusal üçün dəyişməmiz düz olmaz. Ama Vusal da düz deyir bir cəza ömür boyu olamsı düz dəyil, biri sadiq olmasa bir başqa adıla yenidən fəaliyet başlar və beləliklə cəzanı ozündan qaldirar. Məncə bir bloklanmış istifadəçinin üç ay dan sonra idarəçi olması çox azdır. Burda söz Vusaldın namzədligindəm geçmir, bir fərzi istifadəçini nəzərə almaq gərək. Azı məncə 9 ay ara lazimdir. Bir başqa şərtlər də qaydaya yerləşdirmlidir. Məsələn bloklanmış istifadəçı öz nəzərini blok olma dəlillərinə bildirsin. Mənə elə gəlir ki Vusal hələ o bloklanmasını da ədalətdən üzaq bilir. Bu məni bir az nigaran edir. Mən sabahdan səfərə çixacağım üçün Vikidən iki həftəlik tətil almalıyam və müzakirələrdə iştirakım olsada çox az olacaq. --Mehrdad 11:43, 22 dekabr 2007 (UTC)
3. Əleyhinə:Sesvermenin indiki hali ile qebuluna qarsiyam. Mehrdadin da izah etdiyi kimi shexse spesifik deyisikliyi duzgun gormurem. Amma bu kimi hallarda ne edilmesi ile bagli daha edaletli ve mentiqli teklif olarsa munasibetim basqa cur ola biler. Menim indi vaxtim az oldugu ucun ozum teklif ireli sure bilmirem. Ugurlar. --TimBitsتِمبِتس 01:44, 23 dekabr 2007 (UTC)
4. Əleyhinə:Qarşı olanların fikirləri daha əsaslıdır -- Ziya 18:24, 26 dekabr 2007 (UTC)
5. Əleyhinə:Qaydanın dəyişdirilməsi üçün irəli sürülən nədənlər yetərsizdir və vikipediyanın yaxşılaşdırılması/inkişaf ettirilməsi amalı deyil şəxsi xarakter daşıyır. --Aruzmfəal13:27, 28 dekabr 2007 (UTC)
Ehtiyac görmürdüm. Ancaq AMD mənim fəaliyyətimi dilə gətirəndə məsələni izah etməyə məcbur oldum. Yoxsa AMD-nin yazdıqlarını oxuyan elə bilər ki, hər şey onun yazdığı kimidir.
1)Mənə verilən 15 dəqiqə blok yüngül deyil haqsız cəzadır. Özünüz də baxa bilərsiniz. Mən erməni əsilli Parishan adlı istifadəçi ilə müzakirə aparan zaman o qəflətən məni əxlaqsız, qondarmaçı və dilə gətirilməyəcək təhqirlər etməyə başladı. Mən idarəçilərə müraciət edib müvafiq tədbir görülməsini xahiş etdim, lakin heç bir nəticə olmadı. Və mən məcbur oldum həmin şəxsə fərdi cavab verim. Lakin təhqir ilə yox sadəcə dedim ki, mən etdiyiniz təhqirləri özünüzə qaytarıram. Vəssalam. Bundan sonra Timbits xəbərdarlıq edərək məni blokladı. Ancaq buna qədər mən heç kəsi təhqir etmədim. O anonim istifadəçi olaraq heç bir şey itirmədi. Mən isə itirdim. İndi soruşuram AMD burada mən dəfələrlə xəbrdarlıq olunduğumu görmürəm. Hətta təhqir olunanda belə siz idarəçilər bir tədbir görməmişdini. Bu da həmin mübahisə buyurub baxa bilərsiniz. Həmin təhqirlər sizə gəlsəyid AMD siz özünüz öz səlahiyyətlərinizdən istifadə edərək dərhal hməin şəxsi bloklayardınız. Necə deyərlər daş mənə dəyməyib ki..
http://az.wikipedia.org/wiki/?q=İstifadəçi_müzakirəsi:Vusal1981/arxiv3#Salam_Timbits
2)Mart ayına qədər mən 150-dən çox film-məqalə yaradndan sona mənə şablon təklif edildi. Mən də şablona etiraz etdim. Lakin yayın baaşlanğıcında mən Timbitsə müraiət etdim və dedim ki, axır ki sizin təklifinizi qəbul edib şablon yaradıram. Ancaq Timbit mənə kömək etmədi. Sağ olsun Etrusk mənə bu işdə kömək etdi. Və bu gün artıq bir neçə yüz şablonlu məqaləni görə bilərsiniz. Məsələ burasındadır ki, mənə vaxtında heç bir məsələ deyilmir. SOnrada deyilənddə isə kömək edilmir. Mən ddə məcbur olub fəaliyyətimi dondurub bu təkliflərlər məşğul oluram. Bu da həmin məntiqsiz müzakirə. AMD mən səhv etməmişəm ki, başa da düşüm. Sadəcə vaxtım olanda şablon məsələsini də həll etdim.
3)Bir də son müzakirə o da şəxslərin kinematoqrafiyaya aid olmaması barədə. Əgər AMD siz deyirsinizə mən kompromisə getmirəm. Onda bu səhifəyə baxın. Bu kompromosdir. Son cümlələrə fikir verin.
http://az.wikipedia.org/wiki/?q=Müzakirə:Afiyəddin_Cəlilov
AMD, sizin mənə qarşı olmağınız çox gözəl başa düşürəm. Ancaq siz mənə bir fakt göstərin ki, mənim hər hansı fikrimlə razılaşmısınız vəya mənə kömək etmisiniz. Sadəcə elə bilirsiniz ki, idarəçi olaraq hamı sizin fikrinizlə razılaşmalıdır və ən düzgününü siz fikirləşirsiniz. Ancaq onu da bilin ki, istifadəçi ya idarəçi qaydaları hamı bilir.
Əgər yuxarıdakı müzakirələrə görə təqsirli bilinib idarəçi seçilməyim əngəllənirsə burada ƏDALƏTdən danışmaq olmaz. Qaydalara əlavə edilməsinin səsə qoyulması haqqını heeç kim mənim əlimdən ala bilməz. Siz mənə təkcə etiraz etmirsiniz mənim fəaliyyətimi "gülünc" adlandıraraq qaralama kampaniyası aparırsınız. Buyurun baxın.
http://az.wikipedia.org/wiki/?q=Vikipediya:Kənd_meydanı#Bildiri.C5.9F_2
Əlbəttə fikrinizi ifadə etməyə haqqınız var. Ancaq digər istifadəçilərə də müraciət edib Çox istərdim ki ona onun fəaliyyəti incələnib səs verilsin. deməyiniz idarəçi olaraq sizə yaraşmır. İnsanları yönləndirməyin. Öz fikrinizi yazın vəssalam.
Bütün bunlar bir qırağa qalsın. Hələ ki, söhbət mənim fəaliyyətimdən getmir, söhbət səsvermə qaydalarına əlavə edilməsindən gedir. Ya dəstək olun, ya qarşı çıxın, ya da neytral olun. Vüsal belə etdi, belə etmədi. Bunun məsələyə hələ ki, dəxli yoxdur.
--Vusal1981 20:05, 21 dekabr 2007 (UTC)
P.S. Mən də xahiş edirəm mənim fəaliyyətimi incələyin.
--China 630 15:35, 22 dekabr 2007 (UTC)
Mən burada yazıları və əlavəni oxumadan səs verən bir nəfəri də görmədim. Hamı məsələnin hələ ki maddəyə əlavədən getdiyini bilirlər. Sadəcə olaraq belə bir hadisə ilk dəfə olaraq mənim başıma gəlddiyi üçün məni nümunə olaraq gətirirlər. Hər halda istifadəçi müstəqil fikrini yazır və bilir ki, yeni qayda mənim idarəçi seçilməyimə şans verəcək. Mən burada heç bir qaydasızlıq görmürəm. Sağ olun.
--Vusal1981 14:32, 24 dekabr 2007 (UTC)
Onsuz da ortaya qoyulan movzuya aid olmayan sesler sesvermenin neticesinde bu sesvermeni yekunlasdirib neticeleri elan eden idareci terefinden etibarsiz sayila biler. --TimBitsتِمبِتس 16:11, 24 dekabr 2007 (UTC)
Hörmətli TimBits burada etibarsız nəyi isə görürsünüzsə indi deyin. Səs verən istifaədçilər məgər bilmirlər ki, söhbət nədən gedir. Mənim adımın çəkilməsi formal xarakter daşıyır. Söhbətin 15 ddəqiqə bloklamadan getdiyi aydın açıq görünür. Xahiş edirəm yazınıza fikir verin və səsverənlərə bir azcıq hörmətlə yanaşın. Mənim adımın çəkilməsiz yalnız və yalnız şərhdən ibarətdir. BURADA ETİBARSIZ HEÇ BİR ŞEY GÖRMÜRƏM. Birinci səsvermənin etibarsız olacağı ilə razılaşdım amma bu səsverməni yetərsay olacağı təqdirdə etibarsız sayılacağı ilə qəti razılaşmıram.
Başa düşün mənim adımın çəkilmıəsi mənim irəli sürdüyüm təklifə tərəfdar çıxmaqdır. Çünki təklifi mən irəli sürmüşəm. O zaman Mehrdad da sizin adınız çəkib mənə qarşı çıxıb deməli o da etibarsız sayılacaqdır? Xahiş edirəm bir daha şübhəniz varsa burada dəqiq bildirin. Yoxsa yazdıqlarınız absurd səslənir. Etibarsız səs deyə ifadəni mən 1-ci dəfədir eşidirəm. Heyif sədd heyif.
--Vusal1981 16:35, 24 dekabr 2007 (UTC)
Hormetli Vusal, mene indiki halda maraqli deyil ki, kim namizeddi ya deyil. Meni isin texniki terefi maraqlandirir ve bu barede de fikrimi demisem. Eger ses veren neye ses verdiyini bilmirse hansi esasla ve mentiqle bu ses sayilmalidir? Gedib metada ya da basqa vikipediyalardaki sesvermelere baxin, bele seslerin ustunden xett cekirler, ses qalir amma sayilmir. Indi menim gunahim nedi? Bunu demek? Buyurun, sizden artiq derecede xahis edirem ki, sikayetinizi metaya bildirin, netice ne olacaqsa ele de edin. Men her halda fikrimi demekden cekinmeyeceyem. --TimBitsتِمبِتس 06:26, 25 dekabr 2007 (UTC)
Hörmətli Timbİts maraqlıdır sizin üçün ya yox o da mənə maraqlı deyil. Özü də söhbət namizədlikdən də getmir. Deyəsən elə siz özünüz bilmirsiniz burada nəyə qarşı çıxırsınız :). Əlbəttə bu zarafatdır. Ancaq xahiş edirəm dəstək səslərinə bir daha nəzər yetirin, orada nəyə səs verdiyini bilməyən istifadəçi varmı? Siz artıq həmin istifadəçiləri təhqir etməyə başlamınız və onları anlaqsız adlandırırsınız. Belə olmaz. Hər halda sizin fikirlərinizə hörmətlə yanaşıb mənə səs verənlərdən öz səslərinə bir daha nəzər yetirmələrini xahiş etmişəm. Buna hörmət deyirlər. Amma siz də bu səsverməyə və səsverənlərə bir bürokrat kimi hörmət etməlisiniz və ya adi bir istifadəçi kimi. Metada və en vikidə düz iki saatımı keçirmişəm mən orada siz deyən faktlara rast gəlməmişəm. Xətt çəkiblər 1 nəfər iki dəfə səs verdikdə vəssalam. Bu da mənim fikrimdi.
--Vusal1981 08:56, 25 dekabr 2007 (UTC)
Vüsalın Azərbaycan dilində olan çox yardımı olub. Buradakı şərhlərin çoxunu mən oxudum. Vusalın 15 dəqiqəlik bloklanmağindan xəbərim yox idi, amma bu mənim ona qarşı olan fikrimi dəyişmir. Ümid edirəm ki, Vüsal idarəçi seçiləndən sonra öz işini layiqincə davam etdirəcək. --Baki66 00:54, 24 dekabr 2007 (UTC)