Bitərəf olmağımın səbəbi: məqaləni xoşladım amma nəzərə almalıyıq ki, vikipedya Ensiklopediyadır. Məqalə mənim fikrimcə Ensiklopediya üçün çox uzundur. təxminən 70 səyfəlikdir.--Capay 16:30, 6 sentyabr 2011 (UTC)[cavabla]
Məqalə xoşima gəldi. Müəlliflik hüquqlarına gəldikdə isə AzVikidə o qədər mənbəsiz və hətta mənbəyi, müəllifi göstərilməyən məqalələr var ki, onları təftiş etməyə başlasam gərək buradakı 70 faiz məqalələr silinə. Heç kim sinəsinə vurub deməsin ki, mən mənbəsiz və ya müəllifi göstərilməyən məqalə yaratmadım və ya redaktə etmədim. --Irada 05:56, 7 sentyabr 2011 (UTC)[cavabla]
Heç şübhə yoxdur ki, Vikipediyada müəllif hüquqlarını pozan mətn olmamamlıdır. Mən artıq bu istiqamətdə əməli işə başlamışam. Bu kateqoriyada olan məqalələrin çox hissəsini iki gün ərzində mən daxil etmişəm. AzVikidə müəllif hüquqlarına nəzarət sisteminin zəif olması səbəbindən, çox uzun yolun başlanğıcında olduğumu bilirəm. Amma bu qayda Vikipediyanın əsaslarındandır. --N KOzi FORUM 06:55, 7 sentyabr 2011 (UTC)[cavabla]
Bu yol çətin olsa da bunu davam etdirmək lazımdır. Əgər biz peşəkar vikipediyaçıyıqsa, o zaman bunu həqiqətən sübut etməliyik. Elə buna görə də ilk əvvəl özümüzdən başlamalıyıq. Heç kəs {{müəllif}} şablonunu özünə söyüş kimi qəbul etməsin. Və müvafiq dəyişiklikləri etmədən onu məqalədən çıxartmasın. --►Safir yüzüklü Ceklimesaj 07:08, 7 sentyabr 2011 (UTC)[cavabla]
Etiraz edənlər öz fəaliyyətlərində copy pastdan başqa heç ne etmeyibler. Absurd yanaşmalar edirler. [1] O zaman bu məqalələr tək-tək analiz edilsin. PS. vikipediya məqaləsində mənbə göstərildiyi halda copy paste dozmek olar. Elmi məqalələrdə isə bu həqiqətəndə plaqiatdır. --E-citizen 11:40, 8 sentyabr 2011 (UTC)[cavabla]
Seçilmiş məqalələr də təmizlənəcək, seçilməmiş məqalələr də. Gec-tez bu proses baş verməlidir. Əks halda AzVikiyə qarşı META-da iddia qaldırıb, rahatlıqla layihəni bağlatdırmaq və idarəçilər də daxil olmaqla bu problemin həllinə əngəl törədən bütün aktiv istifadəçiləri banned etdirmək olar.
P.S. Elmi məqalələrdə başqa dillərdən tərcümə də plagiatlıqdır... --►Safir yüzüklü Ceklimesaj 11:46, 8 sentyabr 2011 (UTC)[cavabla]
Hörmətli "Copy-paste" tərəfdarları. Eyni fəaliyyəti TrVikidə göstərin görək orada necə qarşılanacaqsınız?
P.S. Etirazlarınızı Ali Attestasiya Komissiyasına bildirin. Təəssüf ki, bu tədbirdə iştirak etməmisiniz:( --►Safir yüzüklü Ceklimesaj 11:57, 8 sentyabr 2011 (UTC)[cavabla]
Çox güman ki, seçilmiş məqalələrin bir hissəsi nəinki statusunu itirəcək, hətta silinəcək. Müəllif hüququ elə-belə şey deyil. --N KOzi FORUM 11:54, 8 sentyabr 2011 (UTC)[cavabla]
Dovşana deyirlər niyə qaçırsan? Qulaq sayan gəlib. Dedilər nolsun ki? Dovşan dedi:əvvəl kəsir sonra sayır. əvvəlcə öz məqalələrinzidən başlayın. Çətindirsə sabahdan sil şablonunu böyük məmnuniyyətlə qoyaram. Əldə rəhbər sizin arqumentləri tutacam. Vəssəlam şüttəmam. --E-citizen 11:56, 8 sentyabr 2011 (UTC)[cavabla]
Çox yaxşı olar. Həm redaktə sayınız artar, həm də bizə təmizlik işlərində kömək etmiş olarsınız. --►Safir yüzüklü Ceklimesaj 12:05, 8 sentyabr 2011 (UTC)[cavabla]
O məqalələrlə redaktə sayım artdığı üçün əslində xəcalət çəkəcəm. Çünki vikipediyada bu qədər çoxluq təşkil edən məqalələrin idarəçinin yaratması yaxşı hal deyil. İdarəçinin işinə təmizlik işi göstərmiş olacam.--E-citizen 12:26, 8 sentyabr 2011 (UTC)[cavabla]
Melikov Memmed, sizi xəbrdar etmək istəyirəm ki, yuxarıda yazdıqlarınız Vikipediyanın əsas prinsiplərinə [4] ziddir. İlk olaraq onu bildirim ki, babanız haqqında yazdıqlarınızı tərəfsiz olaraq, mənbə göstərmklə Məmməd Məlikov məqalsinə əlavə etsəiz daha yaxşı olardı. Digər tərəfdən Vikipediya qaydalarına əsasən məqalə müzakirə olunmalıdır, kiminsə babası, iş yeri və ya maaşı müzakirə predmeti ola bilməz. Əgər yadınızdadırsa VP:TYV-da deyilir Müzakirələrdə müəllif deyil, məqalə müzakirə edilməlidi. VP:ŞEƏ qaydaları ilə də tanış olun.
E-citizen məqaləni müzakirə etdiyi halda siz onun iş yeri, maaşı, babası və daha nələri müzakirəyə çıxartdınız. Bu is heç bir etik çərçivəyə sığmır. Son zamanlar Vikipediyada qadınların təhqir edilməsi adi hal almaqdadır. --Irada 16:59, 8 sentyabr 2011 (UTC)[cavabla]
Məlikov Məmməd Sizə xəbərddarlıq edirəm yazılarınıza fikir verin. Laçın rayonunun xadimlərini öyrənmək mənim üçün çətin deyil. Azındn qonşu rayonunuzun müəllimləri, məktəb inşaa elətdirənləri və həkimlər nəsli yaxınlarımdır. Mənim babam ikinci dünya müharibəsində döyüşəndə, əsir düşəndə 40 gün plendən ac sürünərək qurtulanda, nənəm arxa cəbhədə hərbi sursat istehsalında olanda indi düşünün sizinkilər nəylə məşğul olub. İşlədiyim İnstitutun və mənim Azərbaycan üçün etdiklərimi isə Sizə açot etməkdə vaxt itkisi hesab edirəm. "İnformasiya Texnologiyaları İnstitutunda oturub maaş almaq üçün gündə Vikipediyada bir qarmaqal yaradıb gözə kül üfürmək lazım deyil, ən əsası başqalarını da bu cür təhqir etmək". Gülüncdür vikipediya bizim institutun layihəsi deyil. Sizə sual edirəm siz hardan maaş alıb burda azərbaycan tarixindən yazılmış mənbələr göstərilmiş məqaləni "topa tutmusuz". Seferin çekdiyi eziyyete qarşı tutduğunuz mövqeyə görə məhz babanız haqqında olan məqaləni sizə xatırlatdım.--E-citizen 18:26, 8 sentyabr 2011 (UTC)[cavabla]
Yaxşı, gəlin onda əyani surətdə baxaq; Şirvanşahlar dövləti məqaləsindən iqtibas:
İndi isə baxaq qeyd edilən PDF faylın 291-ci (Şirvanşahlar dövləti kitabının 293-cü) səhifəsinə:
Göründüyü kimi Səfər bəyin AzVikidə yaratdığı "Şirvanşahlar dövləti" məqaləsindən gətirilən bu iqtibas Sara Aşurbəylinin "Şirvanşahlar dövləti" kitabından olduğu kimi götürülmüşdür (yeganə fərq isə budur ki, 1-cidə 3 "snoska" var, 2-cidə isə 2; o da bundan irəli gəlir ki, S.Aşurbəyli "Tarixi Cənnabi"dən gətirdiyi iqtibası Minorskiyin kitabından götürdüyünü 1 snoskada göstərdiyi halda, Səfər bəy Həm Minoriskinin kitabına və həm də "Tarixi Cənnabi"yə ayrı-ayrı "snoska"lar qoymuşdur. ) , amma S.Aşurbəylinin "snoska" ları mənbə kimi göstərildiyi halda, əsil mənbə, yəni bu hissənin götürüldüyü mənbə - S.Aşurbəylinin kitabı, göstərilmir?! Bu müəlliflik hüquqlarının kobud surətdə pozulması demək deyilmi? Lakin hesab edirəm ki buna görə Səfər bəyin böyük zəhmətinin üstündən xətt çəkmək olmaz, bu, nəinki AzVikinin, hətta bütün Vikipedianın problemidir, yəni əksər hallarda belə edilir. Mənim fikrimcə, "Şirvanşar dövləti" məqaləsindəki S.Aşurbəylinin kitabından və digər mənbələrdən götürülmüş hissələr göstərilərsə, bu halda məqalə normal bir vikipedia məqaləsi hesab edilə bilər. Hörmətlə --Aydın Məmmədov 18:55, 8 sentyabr 2011 (UTC)[cavabla]
Qəbul edilmədi Müəlliflik hüququ pozuntusu problemi aradan qaldırılmadığı üçün qəbul olunmadı. --►Safir yüzüklü Ceklimesaj 07:20, 17 sentyabr 2011 (UTC)[cavabla]
Səsvermənin nəticələri Vikipediya:Səsvermə prinsipinə əsaslanaraq hesablanmış, lakin Vikipediya:Seçilmiş məqalə şərtləri əsas götürülərək Şirvanşahlar dövləti məqaləsinə seçilmiş məqalə statusunun verilməsi təklifindən qeyri-müəyyən müddətə qədər imtina edilmişdir. Vikipediya:Seçilmiş məqalə şərtlərinə əməl olunma başa çatdıqdan sonra imtina qərarı qüvvədən düşəcək və məqaləyə Seçilmiş məqalə statusu veriləcəkdir. --►Safir yüzüklü Ceklimesaj 07:20, 17 sentyabr 2011 (UTC)[cavabla]
Yekunlaşma bu prinsiplə aparılırsa, daha səsvermə niyə keçirilir? Elə adi müzakirələr aparılsın, "tərəfsiz" idarəçilərdən biri də qərar qəbul etsin. Yuxarıda da "səsvermə" sözünü silin, yazın "müzakirə nəticəsində". --Irada 07:37, 17 sentyabr 2011 (UTC)[cavabla]
Həmçinin, onu da əlavə edim ki Vikipediya:Seçilmiş məqalə şərtlərində bir bənd var, yazılır ki, "Məqalə nə çox uzun, nə də çox qısa olmamalıdır".
Hesab edirəm ki, sözgedən məqaləyə seçilmiş məqalə statusu verilməsinə səs verənlərin hamısı Vikipedia qaydalarının kobud şəkildə pozulmasına səs vermişdir. O ki qaldı Sara xanımın "Şirvanşahlar dövləti" kitabına, nəzərə alınmalıdır ki, bu kitab Şirvanşahlar dövlətinin tarixinin öyrənilməsi baxımından ən sanballı tədqiqat əsəri olsa da bəzi zəif cəhətləri də var, məsələn, o rus dilində yazılmış, sonra azərbaycan dilinə tərcümə edilmişdir, mən bilən, müəllif ərəb-fars dilində olan mənbələrdən birbaşa istifadə etməmişdir və s. --Aydın Məmmədov 16:30, 17 sentyabr 2011 (UTC)[cavabla]
Məqalə ilə bağlı iradlar səsvermənin sonuncu gününə kimi, hətta səsvermə başa çatdıqdan sonra da bildirilə bilər. Yekunlaşdırmamı diqqətlə oxuyun. Orada belə yazmışam: Vikipediya:Seçilmiş məqalə şərtlərinə əməl olunma başa çatdıqdan sonra imtina qərarı qüvvədən düşəcək və məqaləyə Seçilmiş məqalə statusu veriləcəkdir. Vəssalam! Məqaləni Vikipediya:Seçilmiş məqalə şərtlərinə uyğunlaşdırın. Əlavə söz-söhbətə ehtiyac yoxdur. Yeri gəlmişkən, Vikipediya:Səsvermədə SM-lərin seçilməsi ilə bağlı heç bir qayda mövcud deyil. --►Safir yüzüklü Ceklimesaj 13:47, 20 sentyabr 2011 (UTC)[cavabla]
Qəbul edildi Müəlliflik hüququ pozuntusu problemi aradan qaldırılmadığı üçün qəbul edildi. Məqalənin ərsəyə gəlməsində əməyi olan hər kəsə, xüsusilə də Sefer azeriyə təşəkkür edirəm. --►Şahdağlı Cekli 11:50, 1 noyabr 2012 (UTC)[cavabla]
Səsvermənin nəticələri Vikipediya:Səsvermə prinsipinə əsaslanaraq hesablanmış və Şirvanşahlar dövləti məqaləsinə seçilmiş məqalə statusu verilmişdir. --►Şahdağlı Cekli 11:50, 1 noyabr 2012 (UTC)[cavabla]