"Fəxri fərman və diplomları" bölməsi uyğun deyil, məqalə "tərifnamə" deyil. Şəxsin aldığı hər diplom siyahı şəklində veriləndə artıq ensiklopediklikdən çıxır. Ümumi şəkildə istinadları saxlayıb məzmunda mətn kimi məlumat vermək olar, belə deyil. Həmçinin mükafatları bölməsi üçün də ardıcıl şəkildə mükafatların adlarını saxlayaraq bunu tətbiq etmək olar. Hörmətlə, Qədir (müzakirə) 04:10, 17 iyun 2025 (UTC)[cavabla]
Tövsiyyələrinizin hər birini mütləq nəzərə alıb düzəlişlər edib düzəldəcəm. Vaxt verin zəhmət olmasa, bu həftə bunların üzərində işləyəcəm. Təşəkkür edirəm. Aygunmirz (müzakirə) 05:58, 17 iyun 2025 (UTC)[cavabla]
Salam Qədir bəy. Həftəsonu dediklərinizi edəcəm mütləq, həftəiçi işimlə bağlı vaxt ayıra bilmirəm bağışlayın. Xahiş edirəm nəzərə alın. Sizdən xahiş edirəm, həmin məqalənin müzakirəsini vaxtınız olanda arxivləşdirəsiniz. Təşəkkür edirəm. Aygunmirz (müzakirə) 06:57, 25 iyun 2025 (UTC)[cavabla]
Aygunmirz, məzmunu yazılı mənbələrlə vermək bəs edir. Faylları "flickr"ə yükləyib istinad vermək uyğun deyil, bu, təbliğat kimi görünür. Həm də ilkin mənbələr Vikipediyada qəbul olunmur, əslində. "Fəxri fərman və diplomları" bölməsini "Təltif və mükafatları" başlığı altında birləşdirmisiniz, xronoloji ardıcılığı pozmusunuz. Mən sizə yuxarıdakı şərhimdə piktoqramları yığışdırıb məlumatı cümlə şəklində ardıcıllıqla verməyinizi bildirmişəm, "Yaradıcılığı" bölməsi kimi. Hörmətlə, Qədir (müzakirə) 20:30, 21 iyun 2025 (UTC)[cavabla]
Salam Qədir bəy. Mən indi oxuyucu üçün səliqəli olsun deyə düzəliş etdim. Əslində əsas mükafatlardan ayırmaq daha səliqəli olmuşdu. Siz deyirsiniz deyə birləşdirdim. Mətnin içində vermək üçün mənə bir az vaxt lazımdır icazənizlə. Xahiş edirım nəzərə alın. Dediyiniz kimi mətndə verməyə çalışacam. Amma "Təltif və mükafatları"-ında alt bölmə kimi "Digər mükafatları" bölməsi ayrı olsaydı yaxşı və səliqəli olardı((( Aygunmirz (müzakirə) 07:07, 22 iyun 2025 (UTC)[cavabla]
Fəxri fərmanların siyahısı olan hissənin ensiklopedik yükü yoxdur. O hissə çıxarılsa, bəli, status üçün problem yoxdur. Hörmətlə, Qədir (müzakirə) 14:13, 4 iyul 2025 (UTC)[cavabla]
Qeyd: Müzakirəni dayandırmamışdım, sadəcə yekunlaşdırma edərkən bu məqama diqqət yetirilsin deyə bu şablondan istifadə etmişdim. Hörmətlə, Qədir (müzakirə) 12:45, 4 iyul 2025 (UTC)[cavabla]
Əleyhinə: Mistifikasiya olub-olmadığı məlum deyil, heç bir fakt təqdim edilmir, ciddi heç bir mənbə yoxdur. Əvəzində hansısa roman və serial qaynaq kimi göstərilir. --NKOzi05:22, 24 iyun 2025 (UTC)[cavabla]
@NKOzi, @Мурад 97, "peer-reviewed" mənbə yoxdur, maksimum qəzet mənbəsi əlavə edə bilərəm. Məqalədə bir az düzəlişlər aparacağam. NKOzi, roman və serial qaynaq deyil, populyar mədəniyyətə təsiridir mövzunun. Hörmətlə, Qədir (müzakirə) 11:48, 25 iyun 2025 (UTC)[cavabla]
@ChanisCaucasi, razıyam ki, mənbələr əksərən eyni məlumatları təkrar edir, amma mövzunun ensiklopedik olduğu qənaətindəyəm. Mövzunun əhatəsini də nəzərə almaq lazımdır, şəxsi ensiklopedik edən sadəcə bu hadisədir və ya iddia olunan bu şey. Hər halda, tarixi mənbələr və rəsmi mənbələr status üçün məcburi deyil, elə buna görə məqalə məhz YM üçün uyğundur. Yenə də araşdırıram, varsa, tapdıqlarımı əlavə edəcəyəm. Hörmətlə, Qədir (müzakirə) 10:24, 26 iyun 2025 (UTC)[cavabla]
Gadir ensiklopedil deyil demirəm, YM üçün uyğun deyil deyirəm. Həmçinin, "tarixi mənbələr və rəsmi mənbələr status üçün məcburi deyil" deyəndə ki, etibarlı mənbə lazımdır, geydirmə saytlar yox. --► Hörmətlə: ChanisCaucasi16:02, 26 iyun 2025 (UTC)[cavabla]
Geydirmə deyil. "elmaelma.com", "posta.com.tr", "Derin Devletin Adamları", "izdiham.com", "bantmag.com" və "Sputnik Turkey" kimi mənbələr var. Bunların yetərli olduğunu düşünürəm. Bura nəzər yetirin, nə demək istədiyimi anlayacaqsınız. Hörmətlə, Qədir (müzakirə) 05:33, 27 iyun 2025 (UTC)[cavabla]