. Love.az

Xanlar Xan Qaracorlu - Wikipedia - Love.az

Ana Səhifə - Xanlar Xan Qaracorlu

Xanlar xan Hüseynqulu xan oğlu Qaraçorlu (1885, Bocnurd – 1959) — Qaraçorlu elinin başçılarından, Məşrutə hərəkatı üzvü, səfərnamə müəllifi.

Xanlar xan Qaraçorlu
fars. خانلر خان قراچورلو‎
Doğum tarixi 1885
Doğum yeri Şimali Xorasan ostanı əyaləti, Bocnurd, Qaraçorlu eli
Vəfat tarixi 1959
Fəaliyyəti siyasətçi

Həyatı

redaktə

Xanlar xan Hüseynqulu xan oğlu 1885-ci ildə Xorasan əyalətində, Bocnurd şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Atasının vəsiyyətinə əsasən böyük şəhərlərə yollanmayıb, əkinçiliklə məşğul olmuşdu. Çuğundur əkmiş, karxanaya təhvil vermişdi. O, Sərdari-Müəzzəz Əzizullah xan Bocnurdinin bacısı oğlu, Yarməhəmməd xan Şadlının qız nəvəsi idi. Sərdari-Müəzzəz general Canməhəmməd xan Əmir-Əlainin əmri ilə tutulub edam edilmişdi.

Xanlar xan gün-güzəranın, gündəmin diqtəsi ilə siyasətə atılmışdı. Seçkilərdə iştirak etmişdi.

Xanlar xan Qaraçorlu 1959-cu ildə vəfat edib.

Mənbə

redaktə
  • Ənvər Çingizoğlu, Sultanlıq soydan gəlir, Bakı, 2012,
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Xanlar_xan_Qaraçorlu&oldid=6219404"
LOVE.AZ