. Love.az

Yoqa Felsefe - Wikipedia - Love.az

Ana Səhifə - Yoqa Felsefe

Yoqa fəlsəfəsi — Hindu fəlsəfəsinin altı əsas qolundan biridir. Lakin Hind mətnlərində Yoqa müstəqil bir fəlsəfi məktəb kimi yalnız eramızın birinci minilliyinin sonunda, Samkhy sistemindən fərqli şəkildə qeyd olunmağa başlanmışdır.[1] Qədim, orta əsr və müasir ədəbiyyatda yoqa fəlsəfəsinə tez-tez sadəcə "yoqa" deyə istinad edilir.Yoqaya aid sistemli şəkildə cəmlənmiş ideyalar isə Patanjalinin Yoqa Sutralarında yığılmışdır. Həmin əsər yoqanın əsas mətni hesab olunur və Hindistanın digər fəlsəfi məktəblərinə güclü təsir etmişdir.[2]

Yoqa metafizikası Samkhya fəlsəfəsinin dualizminə əsaslanır.[3] Canlı varlıq,yəni Jiva, o zaman meydana gəlir ki, Puruşa adlı şüurlu varlıq Prakriti ilə, yəni təbiətlə, müxtəlif elementlər, duyğular, zehni hallar və fəaliyyət formaları vasitəsilə birləşir. [4]Cəhalət və daxili tarazlığın pozulduğu vəziyyətlərdə bəzi komponentlər digərlərini üstələyir. Bu da insanı mənəvi və zehni baxımdan bir növ əsarətə salır.Hind fəlsəfəsinin Yoqa və Samkhya məktəblərində bağlılıqdan qurtuluş halı "mokşa"adlanır.Bu azadlıq vəziyyətinə fərdin daxili idrakı və nəfsə nəzarəti nəticəsində nail olunması mümkündür.[5]Yoqa fəlsəfəsinin etik nəzəriyyəsi Yama və Niyama prinsiplərinə,eləcə də Samkhya sisteminin Guna nəzəriyyəsinin müəyyən elementlərinə əsaslanır.Fəlsəfənin epistemologiyası,Samkhya məktəbində olduğu kimi,etibarlı bilik əldə etməyin vasitəsi olaraq altı pramanadan yalnız üçünə əsaslanır.[6]Yoqa fəlsəfəsi,Samkhya kimi çox oxşar prinsiplərə malik olsa da,bir əsas fərqlə seçilir:Samkhya sistemində tanrı anlayışı yoxdur,halbuki Yoqa,İşvara adlanan şəxsi,lakin fəaliyyətsiz bir tanrı konsepsiyasını daxil edir.[7]

Mündəricat

  • 1 Tarixi
  • 2 Metafizika
  • 3 Soteriologiya
  • 4 Epistemologiya
  • 5 Mətn Mənbələri
  • 6 İstinadlar

Tarixi

redaktə

Yoqa müstəqil fəlsəfi məktəb kimi Hind mətnlərində yalnız eramızın birinci minilliyinin sonlarından etibarən qeyd olunur.[8]Hind fəlsəfəsində Yoqa məktəbinə məxsus müxtəlif tətbiqlər və əsas ideyalar Patanjalinin Yoqa Sutraları əsərində sistemli şəkildə ifadə olunmuşdur.Eramızın birinci minilliyinin ilk yarısında geniş yayılmasından sonra,bir çox hind alimləri bu əsəri təhlil etmiş və ona dair Bhaşya(şərhlər və izahlar) yazmışlar.Vyasa tərəfindən yazıldığı qəbul edilən şərhin əslində Patanjali tərəfindən qələmə alınmış olması ehtimal olunur.Bu halda,həmin şərh Patanjalayogasastra("Patanjalinin Yoqa Traktatı")adlı birləşdirilmiş mətnin tərkib hissəsini təşkil edir.[9]

Tədqiqatçı Larsosun vurğuladığına görə,eramızdan əvvəl II əsrlə eramızın I əsri arasında Samkhya,Yoqa və Buddizmin bəzi formaları arasında anlayış baxımından bir çox paralel və oxşarlıq müşahidə olunur.[10]Yoqa Sutraları,Samakhya fəlsəfəsinin bir sıra əsas fikirlərini mənimsəyir.Bunlara prakriti və puruşa arasındakı "ayırd etmə bacarığı"(adhyavasaya),sistemli və məntiqi metafizik yanaşma,eləcə də biliyin üç əsas əldəetmə üsulu daxildir.Larsonun irəli sürdüyü kimi,Yoqa Sutraları Buddist praktikasındakı nirodhasamadhi təcrübəsindən dəyişmiş şüur halının axtarışını mənimsəmişdir.Lakin Buddizmdən fərqli olaraq,burada sabit "öz" anlayışı rədd edilmir.Əksinə,Yoqa,Samkhya məktəbi kimi,hər bir fərdin sabit bir mənlik və ruha sahib olduğunu qəbul edən fizikalist yanaşmanı müdafiə edir.Yoqa Sutralarının əsaslandığı üçüncü konsepsiya qədim asketik ənənələrdən gəlir.[11]Bu,insanın cəmiyyətdən uzaqlaşması,meditasiya etməsi və öz daxili dünyasına yönəlməsi üzərində quruludur.

Metafizika

redaktə

Samkhya ilə Yoqa fəlsəfəsinin müqayisəli təhlili Yoqa fəlsəfəsi,mahiyyət etibarilə Samkhya ilə eynidir.Hər iki sistemdə əsas anlayışlar iki reallığa:Puruşa və Prakritiyə əsaslanır.Puruşa,saf şüur olan və heç bir fikir və ya keyfiyyətlə çirklənməyən gerçəklik kimi təsvir olunur.[12]Prakriti,zehni,hiss orqanlarını və mənlik hissini əhatə edən empirik və fenomenal reallıqdır.Həm Samkhya,həm də Yoqa məktəblərinə görə,canlı varlıq maddə və şüurun birliyindən ibarətdir.Yoqa fəlsəfəsi,Puruşanın mahiyyəti,dəyərləriin mənası və azadlığın yolu ilə bağlı məsələlərdə Samkhya fəlsəfəsindən fərqli düşünür.[13]

Yoqa və Samkhya fəlsəfələri iki əsas varlıq növünü tanıyır:biri şüur,digəri isə maddə.Onlara görə,bunlar bir-birindən tamamilə fərqli reallıqlardır.[14]

Samkhya və Yoqa fəlsəfələri,şüur və mədəni iki ayrı və müstəqil varlıq kimi qəbul edir.Onlar inanır ki,kainat Puruşa(şüur) və Prakriti(maddə) adlanan iki əsas və dəyişməz reallıqdan ibarətdir.Prakriti tək bir varlıq kimi qəbul olunsa da,Samkhya-Yoqa məktəbləri bu dünyada Puruşaların çoxluğunu qəbul edirlər.Ağıl sahibi olmayan,aşkarlanmamış,səbəbsiz,daim fəaliyyət göstərən,hiss olunmayan və əbədi olan Prakriti,obyektlər aləminin yeganə son mənbəyi sayılır.Puruşa şüurlu prinsip,yəni passiv müşahidəçi və həzz alan(bhokta) kimi qəbul olunur,Prakriti isə həzz mənbəyi,yəni həzz verilən(bhogya) sayılır.[15]Samkhya-Yoqa fəlsəfəsinə görə,Puruşa cansız dünyanın mənbəyi ola bilməz,çünki şüurlu bir varlıq özü şüursuz bir dünyaya çevrilə bilməz.Bu metafizika dualist əsas üzərində qurulmuş,plüralist mənəviyyatçılıq və realist fəlsəfə formasıdır.

Yoqa fəlsəfəsi,Samkhya sistemindən gələn Guna nəzəriyyəsini əsas tutur.Bu anlayışa görə,insan təbiətini formalaşdıran üç əsas güc var:

• Sattva - müsbətlik və daxili tarazlıq

• Rajas - fəaliyyət və ehtiras

• Tamas - durğunluq və nizamsızlıq

Bu üç hal hər bir insanda fərqli dərəcədə mövcuddur və davranışları,düşüncələri formalaşdırır. Hər bir varlıqda sattvanın işığı,rajasın atəşi və tamasın kölgəsi vardır.[16]Lakin bu rənglər hamıda eyni şəkildə qarışmır.İnsanın daxili dünyası və zehni yönləri,bu üç halın nisbi üstünlüyü ilə rənglənir.Əgər bir insanda sattva daha çoxdursa,o şəxs adətən ağıllı,sakit,yaradıcı və harmonik olur.Əgər rajas üstünlük təşkil edirsə,həmin insanda istək,ehtiras,fəaliyyətə audəlik və narahatlıq ön plandadır.Tamas çox olanda isə insan cahil,çaşqın,dağıdıcı,tənbəl olur və əziyyət çəkir.Bu guna anlayışı,yoqa fəlsəfəsində insan zehninin necə işlədiyini izah edən əsas modeldir.[17]

Yoqa fəlsəfəsinin erkən dövr alimləri qeyd edirlər ki,Puruşa(şüur) təbiəti etibarilə sattva(yaradıcı və ahəngdar),Prakriti(maddə) isə təbiəti etibarilə tamas(qarmaqarışıq və nizamsız) xüsusiyyət daşıyır.Onlar əlavə olaraq qeyd edirlər ki,fərdlər doğulduqda buddhi ilə təchiz olunurlar.Həyat prosesində bu buddhi "çevrildikcə" və dəyişdikcə,asmita və ya ahamkara yaranır.[18]Eqo da həyatın təsiri ilə "çevrildikdə",manas meydana gəlir.Yoqa məktəbinə görə,buddhi(zəka),ahamkara(eqo) və manas(əhval-ruhiyyə) qarşılıqlı təsirdə olaraq cittanı formalaşdırır.Cittanın nəzarətsiz dəyişiklikləri insanın əzab və iztirab yaşamasına səbəb olur.İnsanın içindəki şüur və mənəviyyat,buddhi vasitəsilə inkişaf edir.[19]Bu xüsusiyyətləri oyadan və gücləndirən bir həyat tərzi,insanı daha azad,daha sakit və potensialını tam reallaşdırdığı bir həyata aparır.Patanjalinin Yoqa Sutrları isə bunu belə ifadə edir: "Yoqa - cittanın dəyişən hallarının nəzarət altına alınmasıdır".

Soteriologiya

redaktə

Yoqa fəlsəfəsinə görə,insanın əzab çəkməsinin və təkrar doğumlar yaşamasının səbəbi onun cahil olmasıdır.Bu cahillikdən qurtulmaq,yəni aydınlanmaq və azad olmaq,yalnız doğru ilə yanlış arasında fərq qoymaq bacarığı,bilik əldə etmək və özünü tanımaq yolu ilə mümkündür.[20]Patanjalinin Yoqa Sutraları,insanın cahillikdən azad olub həqiqi mənliyinə çatması üçün izləməli olduğu yol xəritəsini təqdim edir.Bu yolda əsas dönüş nöqtəsi samadhi adlanan şüurluluq halıdır.Burada insan daxili sakitlik və aydın idrak əldə edir və öz ruhani mənliyini hiss etməyə başlayır.Yoqa təliminə görə,əldə olunan bu şüurluluq əbədi xarakter daşıyır.İnsan bir dəfə həqiqi "mən"i dərk etdikdən sonra,artıq heç vaxt cahil vəziyyətə qayıtmır.Bu vəziyyət mokşa,yənii azadlıq və xilasa çatmaq halı sayılır.

Patanjalinin "Yoqa Sutraları"nın III kitabı,aştanqa yoqanın son üç mərhələsinə həsr olunmuşdur.Bu üç mərhələ III.4 - III.5-ci beytlərdə "samyama" adı altında təqdim olunur və "ayırd etmə qabiliyyəti"nin inkişafı,cittaya hakimiyyəti və özünübilmə üçün bir "texnologiya" kimi xarakterizə edilir.[21]Yoqa Sutralarının III.12-ci beytində qeyd olunur ki,aydın idrak insana diqqətini cəmləyərək həm daxili sakitliyi,həm də aydın düşüncəni mükəmməlləşdirmək imkanı verir.Bu da yoqanın zehni və ruhani kamillik məqsədinə xidmət edir.Bu mərhələ,şəxsin sabda(söz),artha(mənası) və pratyaya(anlayış) arasındakı fərqi ayırd etmə qabiliyyətini inkişaf etdirməsinə gətirib çıxarır.Bu qabiliyyət sayəsində insan bütün canlı varlıqların səsini və mesajını dərk etmək kimi bir empati və anlayış səviyyəsinə yüksəlir.Yoqi,samyama vasitəsilə intuisiya,özünü dərindən tanıma,azadlıq və ən ali məqsəd olan kaivalya,tam mənəvi xilas halına çatır.[22]

Yoqa Sutralarının III.46 - III.55-ci beytlərində yoqa yolunun bədən və zehinə təsirləri ümumiləşdirilir.Aştanqa yoqanın ilk beş mərhələsi (yama,niyama,asana,pranayama,pratyahara) gözəllik,cazibə,güc və dözümlülük kimi fiziki kamilliklərə;son üç mərhələsi isə (dharana,dhyana,samadhi) samyama vasitəsilə insanı zehni və psixoloji mükəmməlliklərə - dərrakəlilik,təbiətin mahiyyətini dərk etmə,eqoya qalib gəlmə,təmizlik və ruhla bağlı ayırd etmə biliyinə aparır.Bu bilik bir dəfə əldə edildikdə,artıq geriyə dönüş mümkün deyil.[23]

Yoqa Fəlsəfəsində Tanrı(Hinduizm kontekstində)

Samkhya fəlsəfəsi Tanrının mövcudluğunu qəbul etməsə də,Yoqa məktəbi Tanrı anlayışına icazə verir.Buna görə də həm tarixi Hindu alimləri(məsələn Adi Şankara),həm də müasir tədqiqatçılar Yoqanı "Tanrı qəbul edən Samkhya" adlandırırlar.[24]

Patanjali "İshvara" sözünü Yoqa Sutralarında cəmi 11 dəfə işlətmişdir:bu istinadlar I.23-I.29,II.1,II.2,II.32 və II.45-də yer alır.Sutranın yazıldığı gündən bəri alimlər bu anlayışı müxtəlif formalarda:şəxsi Tanrı,xüsusi mənlik yaxud insan üçün ruhani dəyər daşıyan hər hansı varlıq kimi şərh ediblər.Müasir tədqiqatçı Whicher-in fikrincə,Patanjalinin fikirləri istər Tanrıya inanan,istərsə də inanmayan yoqilər üçün açıqdır.Lakin İshvara burada yoqiyə daxili dəstək verən və onu azadlığa aparan rəhbər rolunu oynayır.[25]

Hazırlayıcı Etik Qaydalar

Hindu fəlsəfəsinin Yoqa məktəbinə aid mətnlərdəki hazırlayıcı etik qaydalar,həm müsbət dəyərlərin tətbiqi,həm də mənfi davranışlardan çəkinmə yolu ilə dəyərlər nəzəriyyəsini ehtiva edir.[26]Bu yolda nələrə yaxın durmaq,nələrdən uzaqlaşmaq lazım olduğunu göstərən əxlaqi qaydalar təqdim olunur.Hansı ki,insanı həm nurlandırır,həm də zahirdə ahəng və gözəllik yaradır.Əməl olunmalı dəyərlər "Niyama",tərk edilməli davranışlar isə "Yama" adlanır.Bu iki qrup birlikdə etik və estetik kamilliyin təməlini qoyur.

Altmışdan çox qədim və orta dövrə aid yoqa mətni,insanın mənəvi inkişafında mühüm yer tutan Yama və Niyama qaydalarını təsvir edir.Bu mətnlərdə təqdim olunan dəyərlər sistemi və nəzəriyyələr müxtəliflik görsə də,əksəriyyətində etik prinsiplər önə çıxır.[27]Bunlara: Ahimsa(zərər verməmək),Satya(dürüstlük),Asteya(oğurlamamaq),Svadhyaya(özünü öyrənmək),Kşhama(bağışlama) və Daya(rəhm və mərhəmət) aiddir.

Patanjalinin Yoqa Sutraları 2.30-cu sutrasında sadalanan beş Yama aşağıdakılardı:

1. Ahimsa - Zorakılıq etməmək,digər canlılara zərər verməmək.

2. Satya - Dürüstlük,yalan danışmamaq.

3. Asteya - Oğurluq etməmək,başqasının haqqına girməmək.

4. Brahmacarya - Tərki-dünya həyat tərzi və ya həyat yoldaşına xəyanət etməmək.

5. Aparigraha - Acgözlük etməmək,sahibkarlıq və maddi bağlılıqlardan uzaq durmaq.

Patanjali,Yoqa Sutralarının 2-ci kitabında,özünü tənzimləmə qaydalarının(Yamaların) insanın mənəvi və şəxsi inkişafına nece töhfə verdiyini izah edir.Məsələn,II.35-ci beytdə deyilir ki,zorakılıqdan çəkinmək(ahimsa) yoqini düşmənçilik hissini tamamilə buraxmağa aparır.Bu isə yoqinin daxili və xarici harmoniya halına çatmasına,hər kəslə və hər şeylə sülh içində yaşamasına səbəb olur.

Yoqa məktəbinə aid digər klassik mətnlərdə aşağıdakı əxlaqi keyfiyyətlərə də yer verilir:

  • Kşama - Bağışlama.
  • Dhrti - Mətanət,çətinliklərdə təslim olmamaq.
  • Daya - Mərhəmət və şəfqət.
  • Arjava - İkiüzlülükdən uzaq olmaq,səmimiyyət.
  • Mitahara - Qidalanmada ölçülü və nəzarətli olmaq.

Yoqa fəlsəfəsində dəyərlər nəzəriyyəsinin bir hissəsi olan Niyamalar,əxlaqlı vərdişləri,davranış formalarını və gündəlik mənəvi öhdəlikləri əhatə edir."Yoqa Sutralarında" qeyd olunan beş əsas niyama aşağıdakılardır:

1. Sauce - Təmizlik;bədənin,nitqin və zehnin saflığı

2. Santoşa - Qaneçilik;başqalarını və mövcud şəraiti olduğu kimi qəbul etmək,onları aşmaq və ya dəyişmək üçün daxili sakitlik və nikbinlik.

3. Tapas - Səbr və davamlılıq;nizam-intizam,inadkarlıq,daxili güc və mənəvi intizam.

4. Svadhyaya - Özünü öyrənmə;daxili müşahidə,düşüncə və davranışların təhlili.

5. Isvarapranidhana - Tanrıya(İshvara,yəni Brahman,əsl mənlik,dəyişməz reallıq) yönəlmiş təfəkkür və təslimiyyət.

Yamalar kimi,Patanjali Niyamaların da insanın şəxsi inkişafına necə və niyə töhfə verdiyini izah edir.Məsələn,II.42-ci beytdə,o bildirir ki,qaneçilik və başqalarını olduqları kimi qəbul etmək(Santoşa) insanı daxili sevinc mənbələrinə yönəldir və nəticədə xoşbəxtliyi yalnız xarici amillərdə axtarmaq ehtiyacı aradan qalxır.[28]Yoqa məktəbin aid digər klassik mətnlərdə,Niyama kateqoriyasındakı dəyərlərin siyahısı genişləndirilmiş və mənəvi keyfiyyətlər də daxil edilmişdir:

  • Astika - Tanrıya və öz ruhuna inanmaq,müqəddəs mətnlərdə(Veda və Upanişadlarda) bilik olduğuna inanmaq.
  • Dana - Paylaşmaq,başqalarına yardım etmək,sədəqə vermək.
  • Hri - Keçmiş səhvləri qəbul etmək,utanmaq və nəfsini tənqid edə bilmək.
  • Mati - Ağılla düşünmək,fikir aylıqlarını dərk edib uzaqlaşdırmaq.
  • Vrata - Oruc,mənəvi niyyətlər və əhdlərə sadiq qalmaq.

Epistemologiya

redaktə

Yoqa məktəbi bilik əldə etməyin etibarlı vasitələri baxımından Samkhya məktəbi ilə eyni pranamaları qəbul edir:Pratyaksa və ya Drstam(birbaşa hissi qavrayış),Anumana(məntiqi nəticə çıxarma) və Sabda və ya Aptavacana(müdriklərin və ya şastra adlanan müqəddəs mətnlərin şifahi şahidliyi).Advaita Vedanta kimi bəzi digər Hindu məktəblərindən fərqli olaraq,Yoqa aşağıdakı üç pramananı qəbul etmir:

  • Upamana - müqayisə və bənzətmə.
  • Arthapatti - təxmin və ya şərti nəticə çıxarma.
  • Anupalabdi - qeyri-qavrama,yəni bir şeyin olmamasına əsaslanan sübut.
  • Pratyakşa "qavrayış"(persepsiya) deməkdir.Hindu mətnlərində bu iki növə bölünür:xarici və daxili qavrayış.

1. Xarici qavrayış,beş duyğu orqanının maddi obyektlərlə qarşılıqlı təsirindən yaranan bilik kimi təsvir olunur.

2. Daxili qavrayış isə Yoqa məktəbində daxili hiss,yəni zehinin öz təcrübəsi vasitəsilə formalaşan bilik kimi izah edilir.

Qədim və orta əsr Hind məbədlərində düzgün qavrayış(Pratyakşa) üçün dörd əsas şərt göstərilir:

1. İndriyarthasannikarşa - Duyğu orqanlarının obyektlə birbaşa təması;yəni müşahidə olunan obyektlə hiss orqanları arasında birbaşa qarşılıqlı əlaqə olmalıdır.

2. Avyapadesya - Şifahi və ya dolayı mənbələrə əsaslanmamaq;yəni doğru qavrayış başqasının dediklərinə kor-koranə inanmaqla əldə olunmur.

3. Avyabhicara - Sabitlik və aldanmadan uzaq olmaq;yəni qavrayış səhv müşahidə,dəyişən hisslər və ya illuziya nəticəsində olmamalıdır.

4. Vyavasayatmaka - Qəti və aydın nəticə;yəni müşahidə tərəddüddən uzaq,qarışıq və ya natamam olmamalıdır.Şübhə,qismən müşahidə və ya əvvəlcədən formalaşmış qənaətlə qavrayışa yanaşmaq düzgün sayılmır.

Bəzi qədim Hind alimləri "adi olmayan qavrayışı" bilik əldə etmə vasitəsi(pramana) kimi irəli sürmüş və onu daxili qavrayış adlandırmışlar.Lakin bu yanaşma digər hind filosofları tərəfindən mübahisəli sayılmışdır.

Daxili qavrayış anlayışına qədim hind fəlsəfəsində aşağıdakılar daxil edilmişdir:

  • Pratibha - intuisiya,yəni düşünmədən gələn anlayış.
  • Samanyalaksana-pratyakşa - xüsusidən ümumiyə keçid,yəni müşahidə olunan faktlardan ümumi nəticəyə gəlinən induktiv qavrayış forması.
  • Jnanalaksana-pratyakşa - müşahidə olunan hal üzərindən keçmiş vəziyyətlər və proseslər haqqında qavrayış əldə etmək(məsələn,bir nəticəyə baxaraq onun səbəbini sezmək).

Bundan əlavə,bəzi Hindu məktəbləri Pratyakşa-pramana ilə əldə olunan qeyrimüəyyən bilikləri qəbul etməyin qaydalarını müəyyənləşdirmiş və bu yolla nirnaya(qəti hökm,nəticə) ilə anadhyavasaya(qeyri-qəti,şübhəli hökm) arasındakı fərqləri izah etməyə çalışmışdırlar.

  • Anumana(nəticə çıxarma) deməkdir.Bu,müşahidə və əvvəlki həqiqətlərə əsaslanaraq məntiq tətbiqi ilə yeni bir nəticəyə və həqiqətə çatmaq prosesi kimi təsvir olunur.Məsələn,tüstünü görüb orada olduğunu düşünmək,Anumana-nın klassik nümunəsidir.Hindu fəlsəfələrinin hamısında,yalnız bir istisna olmaqla,Anumana bilik əldə etmənin etibarlı və faydalı vasitəsi hesab olunur.[29]Qədim hind mətnlərində nəticə çıxarma üsulu üç hissədən ibarət olaraq izah olunur:

1. Pratijna - hipotez,yəni irəli sürülən fikir və ya iddia.

2. Hetu - səbəb,yəni bu fikri dəstəkləyən arqument.

3. Drstanta - nümunə,yəni həmin arqumentin başqa bir tanınmış və qəbul edilən nümunədə də tətbiq olunması.

Qədim Hind alimlərinin fikrincə,hipotez(pratijna)daha iki hissəyə bölünür:

  • Sadhya - sübut olunmalı və ya inkar edilməli olan fikir.
  • Pakşa - bu fikrin əlaqələndirildiyi obyekt və ya hal.

Nəticə yalnız o halda şərti olaraq doğru sayılır ki:

  • Sapakşa - müsbət nümunələr,yəni həmin fikri dəstəkləyən hallar mövcud olsun.
  • Vipakşa - mənfi nümunələr,yəni həmin fikrə zidd olan hallar mövcud olmasın.

Dəqiqliyi təmin etmək məqsədilə,Hind fəlsəfi sistemləri əlavə epistemoloji mərhələlər də müəyyənləşdirilir.Məsələn,onlar Vyapti adlı bir tələb irəli sürürlər.Bu,hetunun (səbəbin) nəticə bütün hallarda həm sapakşa(müsbət nümunələr) baxımından mütləq və ayrılıqda əsaslandırmasını tələb edir.

  • Sabda etibarlı şəxs və ya mütəxəssis ifadəsinə əsaslanmaq,yəni şifahi şahidlik deməkdir.Hind filosofu Hiriyanna,Sabda-pramana anlayışını etibarlı ekspert şahidliyi kimi izah edir.Hinduizmin bu pramananı epistemoloji baxımdan etibarlı sayan məktəbləri bildirirlər ki,insanın həyat zamanı və enerjisi məhdud olduğundan,bir çox həqiqətləri və faktları birbaşa təcrübə ilə öyrənməsi mümkün deyil.Buna görə də insanın etibarlı bilik mənbələrinə,yəni doğru bilən və doğru danışan mütəxəssislərə istinad etməsi zəruridir. İnsan bilikləri daha sürətli öyrənmək və bölüşmək,həmçinin bir-birinin həyatını zənginləşdirmək üçün digərləri ilə əməkdaşlıq etməlidir.Bu bilik əldə etmə üsulu sadəcə yazılı və ya şifahi deyil.Daha çox Sabda,yəni səslə ötürülən,lakin etibarlı bir mənbədən gələn ifadə ilə bağlıdır.[30] Burada əsas məsələ mənbənin etibarlılığıdır.Yalnız etibarlı mənbələrin Sabda-sı(sözü,ifadəsi) gerçək və qanuni bilik mənbəyi sayıla bilər.Hinduizmin müxtəlif fəlsəfi məktəbləri arasında mübahisə,etibarlılığın necə müəyyənləşdirilməsi üzərində cəmlənmişdir.Bəzi məktəblər,xüsusilə Carvaka,hesab edilir ki,etibarlılıq heç vaxt tam şəkildə sübut edilə bilməz.Buna görə də Sabda etibarlı bilik vasitəsi(pramana) sayıla bilməz.Digər məktəblər isə etibarlılığın hansı yollarla müəyyən edilə biləcəyi mövzusunda müxtəlif baxışlar irəli sürmüş və bu barədə mübahisələr aparmışlar.

Mətn Mənbələri

redaktə

Yoqa fəlsəfəsi məktəbinə aid ən ən çox öyrənilmiş qədim və orta əsrlər dövrünə aid mətnlər,əsasən Patanjali,Bhaskara,Haribhadra,Bhoja və Hemachandra tərəfindən yazılmış əsərləri əhatə edir.

Hinduizmin Yoqa məktəbinə aid təlimlərə digər ortodoks(astika) hindu fəlsəfi məktəblərinin qədim mətnlərində tez-tez istinad edilir.Məsələn,Hinduizmin Vaişeşika məktəbinə aid olan və eramızdan əvvəl I minilliyə aid olduğu hesab edilən Kanada tərəfindən yazılmış "Vaişeşika Sutraları"nın 5.2.17-ci bəndində bu cür istinada rast gəlinir.

Ləzzət və əzab,ruh,hiss orqanları,ağıl və obyektlərin təması nəticəsində meydana gəlir.Əgər ağıl ruha sabit formada yönəldilərsə,bu təmasın mənbəyi aradan qalxır.Nəticədə,ruh bədən içində olsa belə,əzab hissi yox olur.Məhz bu hal Yoqa adlanır.

- Vaişeşika Sutra 5.2.15 - 5.2.16

Hinduizmin Nyaya məktəbinə aid olan və eramızdan əvvəl IV-II əsrlər arasında tərtib edildiyi ehtimal edilən Akşapada Gautama tərəfindən yazılmış Nyaya Sutraları,4-cü fəslin 2-ci bölməsində yoqanın əhəmiyyətini aşağıdakı şəkildə müzakirə edir:

Bizə meditasiyanı meşə,mağara və ya çay sahili kimi sakit yerlərdə tətbiq etməyimiz tövsiyə olunur.Bəziləri iddia edirlər ki,belə hallar azadlıq(mokşa) vəziyyətində də mümkündür.Biz isə cavb veririk ki,belə deyil.Çünki bilik yalnız formalaşmaqda olan bir bədəndə meydana çıxa bilər.Azadlıq halında isə bədən mövcud olmur.[31]Bu səbəbdən,ruh özünü pisliklərdən uzaq tutmaqla,müəyyən əxlaqi dəyərləri qorumaqla,həmçinin Yoqadan əldə edilmiş mənəvi göstərişlərə əməl etməklə tənzimlənməlidir.Mokşaya nail olmaq üçün,bilik haqqında bu təlimatı(yoqanı) öyrənmək və ona uyğun yaşamaq,eləcə də bu sahədə bilikli şəxslərlə elmi-fəlsəfi müzakirələr aparmaq zəruridir.

- Nyaya Sutra 4.2.42 - 4.2.47

Nyaya sistemi yoqa praktikalarının və bilik əldə etmənin rolunu aşağıdakı kimi vurğulayır:

1. Yalnız duyğu qavrayışı kifayət deyil,onun ardınca məntiqi əsaslar və şifahi təsdiqlər də tələb olunur.

2. Şüurun sakit və fokuslanmış bir vəziyyət alması üçün yoqa təcrübələri vacibdir.

3. Bu hal daxili bilik və özünü-meydana gətirən şəxsiyyətin formalaşmasına imkan verir.

4. Yalnız bu yolla razılaşma halı (nirnaya) əldə edilir.

5. Sonra əldə edilən bu razılaşma insanı "özünüdərk" halına aparır.

6. Budur,yoqa təlimatı - duyğu,məntiq və vəfalı şahidlik əsasında müstəqil bilgi qəbuluna zamin olan metod.

Brahma Sutralar - Badarayananın yazdığı və təqribən eramızın V əsrinə(400-450-ci illərə) aid olduğu düşünülən bir Vedanta mətnidir.Əsərin orjinal versiyası isə əvvəlki yüzilliklərə,təxminən e.ə 500-200-cü illərə arasında tərtib edilmiş ola bilər.Bu sutraların 2-ci fəslində "Yoga Smriti" adlı bir mətnin mövcudluğu fərz edilir.[32]Alimlər arasında bu mətnin Patanjalinin Yogasutrası ilə eyni olub-olmaması və ya onun əvvəlki forması ilə bağlı fikir ayrılığı var.Hər iki ehtimal qeyri-müəyyəndir.Brahma Sutralarda,o dövrdə hökm sürən Yoqa fəlsəfəsinin dualizmi(ikilik anlayışı) rədd edilir.Çünki Yoqa burada özünü dərk (Atmanın realizasiyası) üçün vasitə olaraq qəbul edilir.Veda mətnləri ilə ziddiyyət təşkil edən nəzəri fərziyyələr kimi yox.Filosof Sarvepalli Radhakrishnan bu hissələri belə tərcümə etmişdir:

Əgər kimsə desə ki,bu baxış bəzi yazılı ənənələrə yer vermir və bu bir növ qüsurdur,biz deyirik ki,bu belə deyil.Əksinə,əgər onu qəbul etsək,o zaman başqa smritilərə - dah dərin və dolğun biliyə yer qalmayacaq.Üstəlik,bəzi bilgilərin müşahidə edilə bilməməsi də problem yaradacaq.Bu səbəbdən,Yoqa Smritidəki pradhana nəzəriyyəsi(ilk maddə anlayışı) etibarsız sayılır və rədd edilir.

- Brahma Sutra 2.1.1 -2.1.3

2.1.1 - "Çünki mühakimə(tarka) etibarlı əsas üzərində qurulmayıb və başqa cür də izah edilə bilməz".

2.1.2 - "Əgər yalnız(tarka) əsaslansaq,sonsuz ardıcıllıq(anavastha) problemi yaranar."

2.1.3 - "Əgər başlanğıc(arambha) olmazsa,sonsuzluq problemi qaçılmazdır."

"Yoga Vasistha" - yoqa fəlsəfəsi üzrə sinkretik(birləşdirici) bir mətn olub,eramızın VI-XIV əsrləri arasında yazıldığı ehtimal edilir.Əsər,Vedik dövrün müdriki Vasistha ilə hindu epikası "Ramayana"nın filosof-hökmdarı Rama arasında keçən dialoq formasında qurulmuşdur.Bu mətn,Vedanta,Caynizm,Yoqa,Samkhya,Şaiva Siddhanta və Mahayana Buddizmi kimi müxtəlif fəlsəfi sistemlərin elementlərini birləşdirərək təqdim edir.Əsərin müxtəlif bölmələrində yoqa fəlsəfəsi geniş şəkildə izah olunur.6.1-ci bölmədə,Yoga Vasistha yoqanı aşağıdakı kimi təqdim edir:

Yoqa,ağılın tamamilə aşılması(transsendasiyası) deməkdir və iki əsas forması vardır: Bunlardan biri Özünü-bilik (Atma-Jnana),digəri isə fərdi məhdudiyyətlər və psixoloji vərdişlərin tənzimi yolu ilə həyat enerjisinin(prananın) cilovlanmasıdır.Zaman keçdikcə "yoqa" anlayışı əsasən nəfəsə nəzarət və fiziki təmrinlərlə əlaqələndirilsə də,əslində hər iki yol da eyni nəticəyə - özünü dərkə gətirir.Bəziləri üçün özünü-bilik yolu ilə araşdırma(vicara) çətindir,digərləri üçün isə yoqa təcrübəsi çətindir.Amma mənim əmin inancım budur ki,axtarış(vicara) yolu hamı üçün daha asandır.Çünki öz varlığımızın həqiqəti daim mövcuddur və dəyişməzdir.İndi sənə yoqa metodunuu izah edəcəyəm.

- Yoga Vasistha 6.1.12-13

6.1.12 - Vasistha Ramaya dedi: "Yoqa - nə nəfəsi içində tutmaqdır,nə də bədəni düyün-düyün bağlamaq.Yoqa - ağlın sükutu,qəlbin ləngərsiz duruşudur.O,arzuların boğulduğu yerdə doğulur."

6.1.13 - "Zehin dayananda,daxili səssizlik ortaya çıxar.O səssizlik - öz gerçək mahiyyətini tanıma halıdır.Orada nə qorxu var,nə istək,nə də keçmişin kölgəsi.Orada yalnız azadlıq var - səssiz,dərin və işıqlı."

İstinadlar

redaktə
  1. ↑ https://books.google.az/books?id=LNlZAAAAMAAJ&pg=PA8&redir_esc=y (#bare_url_missing_title).
  2. ↑ https://archive.org/details/yogadaranasutra00patagoog/page/n112/mode/2up?view=theater (#bare_url_missing_title).
  3. ↑ https://archive.org/details/yogadaranasutra00patagoog/page/n126/mode/2up?view=theater (#bare_url_missing_title).
  4. ↑ https://archive.org/details/yogadaranasutra00patagoog/page/n144/mode/2up?view=theater (#bare_url_missing_title).
  5. ↑ https://archive.org/details/yogaphilosophyb00tatygoog/page/n182/mode/2up?view=theater (#bare_url_missing_title).
  6. ↑ https://archive.org/details/yogaphilosophyb00tatygoog/page/n6/mode/2up?view=theater (#bare_url_missing_title).
  7. ↑ https://archive.org/details/yogadaranasutra00patagoog/page/n4/mode/2up?view=theater (#bare_url_missing_title).
  8. ↑ https://archive.org/stream/yogasutrasofpata00pata#page/n5/mode/2up (#bare_url_missing_title).
  9. ↑ https://pmc.ncbi.nlm.nih.gov/articles/PMC3331325/ (#bare_url_missing_title).
  10. ↑ https://www.jstor.org/stable/3270048 (#bare_url_missing_title).
  11. ↑ https://books.google.az/books?id=uqlRAAAAcAAJ&pg=PA740&redir_esc=y#v=onepage&q&f=false (#bare_url_missing_title).
  12. ↑ https://archive.org/details/thevaiasesikasut00kanauoft/page/166/mode/2up?view=theater (#bare_url_missing_title).
  13. ↑ https://archive.org/details/NyayaSutra/page/n161/mode/2up?view=theater (#bare_url_missing_title).
  14. ↑ https://books.google.az/books?id=HEI6QwSxrjsC&redir_esc=y (#bare_url_missing_title).
  15. ↑ Larson, Gerald James. Classical Sāṃkhya: An Interpretation of Its History and Meaning (ingilis). Motilal Banarsidass Publ. 2001. ISBN 978-81-208-0503-3.
  16. ↑ https://books.google.az/books?id=p6pURGdBBmIC&redir_esc=y (#bare_url_missing_title).
  17. ↑ https://iep.utm.edu/yoga/ (#bare_url_missing_title).
  18. ↑ https://www.jstor.org/stable/27795868 (#bare_url_missing_title).
  19. ↑ https://www.jstor.org/stable/20106474 (#bare_url_missing_title).
  20. ↑ https://www.jstor.org/stable/1399335 (#bare_url_missing_title).
  21. ↑ https://www.jstor.org/stable/1397492 (#bare_url_missing_title).
  22. ↑ https://www.jstor.org/stable/41692051 (#bare_url_missing_title).
  23. ↑ https://www.jstor.org/stable/41693676 (#bare_url_missing_title).
  24. ↑ https://www.jstor.org/stable/2108256 (#bare_url_missing_title).
  25. ↑ https://www.jstor.org/stable/1399829 (#bare_url_missing_title).
  26. ↑ https://books.google.az/books?id=VCwmmWXJBqEC&pg=PA142&redir_esc=y (#bare_url_missing_title).
  27. ↑ https://www.britannica.com/topic/Samkhya (#bare_url_missing_title).
  28. ↑ https://www.yogajournal.com/article/philosophy/polishing-the-mirror (#bare_url_missing_title).
  29. ↑ https://books.google.az/books?id=V9Z0dFN3DN0C&q=Consciousness+matter+dualism+sankhya&pg=PA339&redir_esc=y#v=snippet&q=Consciousness%20matter%20dualism%20sankhya&f=false (#bare_url_missing_title).
  30. ↑ https://archive.org/details/yogadaranasutra00patagoog/page/n126/mode/2up?view=theater (#bare_url_missing_title).
  31. ↑ https://archive.org/details/patanjaliyoga/page/%E0%A5%A7%E0%A5%A6%E0%A5%AA/mode/2up?view=theater (#bare_url_missing_title).
  32. ↑ https://archive.org/details/yogaphilosophyb00tatygoog/page/n182/mode/2up?view=theater (#bare_url_missing_title).
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yoqa_(fəlsəfə)&oldid=8240266"
LOVE.AZ