. Love.az

Zakir Memmedov - Wikipedia - Love.az

Ana Səhifə - Zakir Memmedov

Prof. Zakir Ələkbər oğlu Məmmədovun güləş idman növündə olan fəaliyyəti.


 "Sağlam və güclü gəncləri olan ölkə hər şeyə qadirdir və fiziki cəhətdən sağlam olan gənclərin hissini heç nə ilə əvəz etmək mümkün deyil" sözləri ilə ölkə başçısının ifadələri bu gün gənc nəsil üçün örnək olmalıdır. 

Məmmədov Zakir Ələkbər oğlu 25.12.1953-cü ildə Bakı şəhərində anadan olub. 1966-cı ildə "Dinamo" könüllü idman cəmiyyətində Yunan-roma güləşi ilə məölub olub. 1971-ci ildə 132 nömrəli məktəbdə oxuyub. 1975-ci ildə Bədən Tərbiyəsi və İdman İnstitunu bitirib. 1977-ci ildə "SSRİ İdman Ustası" adına layiq görülüb.O, Azərbaycan çempionu,SSRİ Ümumiittifaq və beynəlxalq yarışların mükafatçısıdır. 1976-cı ildə hərbi xidmətdə olub. 1977-ci ildən "Dinamo" könüllü idman cəmiyyətində Yunan-roma güləşi üzrə məşqçi-müəllim kimi fəaliyyətə başlayıb. 1982-ci ildən Tibb Universitetinin bədən tərbiyəsi və idman kafedrasında müəllim-məşqçi vəzifəsində işləyir. 1985-86-cı illərdə Krasnadar Dövlət Bədən Tərbiyəsi İnstitunun fiziki tərbiyə ixtisasının təkmilləşdirilməsi kursunu bitirib. 1999-cu ildə ona dosent elmi adı verilmişdir. 2000-ci ildə o,Azərbaycan Respublikasının Fəxri "Bədən Tərbiyəsi və İdman işçisi",2006-2007-ci ildə AMEA texnalogiya institunun informator kursunu və 2009-2010-ci illərdə "Gagdaş traing" tədris mərkəzində ingilis dili kursunu bitirib. O, 2010-cu ildə "Professor" adına layiq görülmüşdür. Ölkə prezidenti Zakir Ələkbər oğlu Məmmədovun idman sahəsində göstərdiyi xidmətlərini yüksək qiymətləndirərək 2011-ci ildə Azərbaycan Respublikasının "Əməkdar Bədən Tərbiyəsi İdman Xadimi" kimi şərəfli adını,eyni zamanda prezidentin fərdi mükafatı ilə bərabər Azərbaycan Olimpia Komitəsinin 30 illik yubileyinə həsr olunmuş medal ilə də təltif edilib. 2011-2014-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində disertantı və 2014-cü ildə pedaqoqika üzrə Fəlsəfə doktoru adına layiq görülüb. İdmana aid 45-dən çox elmi-pedaqoji məqalələrin,tədris dərs vəsaitlərinin müəllifidir. . 2015-ci ildə müqavilə vasitəsi ilə dərsdən kənar Bədən Tərbiyəsi və İdman akademiyasında baş metodist vəzifəsində çalışıb. Zakir Ələkbər oğlu Məmmədov ömrünü idmana, gənclərimizin təlim-tərbiyəsinə, onların passionar (milli təəssüb hissi olan) vətəndaş kimi yetişməsinə, vətənpərvərlik hissi ilə böyüməsinə,cəsur və mərd olmasına həsr edib. O,həmişə çalışıb ki, vətənimizin və dövlətimizin adını yüksəklərə qaldırsın. O, bir pedaqoq kimi deyə bilər ki, gənclərimiz hər zaman idmanla məşğul olmalıdırlar ki,daha sağlam ruhda böyüsünlər,pis vərdişlərdən uzaqlaşsınlar,elmə və biliyə qarşı həvəsini və dözümlüyünü artırsınlar,dərslərə daha məsuliyyətlə yanaşmasına səbəb olsunlar və onların milli həmrəylik ruhunu yüksəltsin. Z.Ə.Məmmədov güləş hakimi olmaq üçün 1999-cu ildə Buharest şəhərində imtahan verərək "Beynəlxalq dərəcəli hakim" adına layiq görülmüşdür. O,Avropa,Dünya və Beynəlxalq çempionatlarında hakimlik edib. FİLA-nıən yaxşı güləş hakimi adına layiq görülüb. UKR-nın Odessa şəhərində ən yüksək dərəcəli beynəlxalq güləş yarışlarının baş hakimi olub. FİLA-nın diplom və fərdi mükafatları ilə təltif olunub.FİLA-nın:Avropa,Dünya güləş birliyi ilə bərabər Azərbaycan Güləş Federasiyasının hakimlər kollogiyasının üzvü olub. Xarici ölkələrin cəmi 162 beynəlxalq yarışlarından;12 dəfə Avropa,8 dəfə dünya,75 dəfə beynəlxalq,67 Azərbaycanda keçirilən Azərbaycan və beynəlxalq güləş yarışlarının hakimi olub. 2012-ci ildə Olimpia Oyunlarının seminar və konfransında iştirak edib. O,1993-cü ildə Azərbaycan Respublikasının "Əməkdar məşqçi" olub. Tələbələri dünyanın ən böyük arenalarında SSRİ,Avropa,dünya və beynəlxalq güləş yarışlarının mükafatçısı və qalibi olublar. 1980-ci ildə Yunan-roma güləşi üzrə Azərbaycannın gənclərdən ibarət yığma komandasının məşqçisinə və 1981-ci ildə SSRİ "Dinamo" idman cəmiyyətlərinin mərkəzi şurasının,yəni, güləş üzrə SSRİ-nin gənclərdən ibarət yiğma komandasının məşqçisi olub.O, yunan-roma güləşi üzrə Azərbaycanı SSRİ-də məşqçisi kimi təmsil edib. 2006-cı il güləş üzrə Bakıda keçirilən hərbiçilərin Dünya çempionatında Z.Ə.Məmmədov hakimlik edib və iki tələbəsi dünya çempionu olub. İşlədiyi müddətdə 14-dən çox "SSRİ-i İdman Ustası" və 200-dən çox müxtəlif dərəcəli güləşçi idmançılarını yetişdirib. Tibb Universitetində işlədiyi zaman Yunan-roma və sərbəst güləş idman növü ilə məşğul olan tələbələrdən Budaqov Canpolat Məmmədov Samir Abdulrəhmanov Elşən millət vəkili və Azərbaycan kunq-fu federasiyalar Assosiasiyasının prezidenti Quliyev Ülvü və başqalarını göstərmək olar. Bunlar güləş idman növü ilə bərabər başqa idman növü ilə də məşğul olduqları zaman bəziləri bu idman növü ilə bərabər başqa idman növü ilə də məşğul olduqları zaman bəziləri bu idman növləri üzrə Dünya çempionlarıdır.

Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Zakir_Məmmədov&oldid=8153731"
LOVE.AZ