. Love.az

Zeyneb Xatun - Wikipedia - Love.az

Ana Səhifə - Zeyneb Xatun

Zeynəb Xatun (1420[1] – 1474[1]) — Divan ədəbiyyatının ilk qadın şairi olaraq tanınır. Mehri Xatun ilə eyni dövürdə yaşamışdır. 

Zeynəb Xatun
Doğum tarixi 1420[1]
Vəfat tarixi 1474[1]
Fəaliyyəti şair
Vikimənbənin loqosu Zeynəb Xatun Vikimənbədə

Həyatı

redaktə

XV əsrdə Amasyada yaşamışdır. Qazi qızı, həmçinin qazi yoldaşı olduğu deyilir. Müasiri olan Mehri Xatun ilə aralarında lətifələr və qarşılıqlı deyişmələri vardır.

Divanı, Sultan Mehmedin adına tərtib edilmişdir.

Zeynəb Xatunun şeirlərində qadınların yadırğayacağı bir sıra düşüncələr vardır; Qadının istəklərinə acgözlülük olaraq baxmış və dövrünün qadınının alçalma kimi hallardan qurtulma istəyini tez-tez dilə gətirmişdir.  Zeynəb Xatun, bir şair olaraq qəbullanmaq üçün arzularının "mərdanə" (kişiyə yaraşan, mərdcəsinə) olmağını istəmişdir. Eyniylə təvazökar bir kişi kimi alicənab olmaq istədiyini vurğulamışdır. Yumşaqlıq, istiqanlılıq kimi qadına məxsus xüsusiyyətləri, zəiflik və ruhi əskiklik olaraq görmüşdür.

Aşiq Çələbi "Məsairüs Şüəra" adlı kitabında Zeynəb Xatunun həyatının son illərində şeirdən əl çəkdiyini və özünə qapandığını qeyd etmişdir.ış

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Zeynep Hatun // WomenWriters (ing.).
  Vikimənbədə Müəllif:Zeynəb Xatun ilə əlaqəli mətnlər var.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Zeynəb_Xatun&oldid=8151297"
LOVE.AZ