ZİRZƏMİ | |
---|---|
Janr |
dram məhəbbət |
Rejissor | Davud İmanov |
Ssenari müəllifi | Dinarə Seyidova |
Baş rollarda |
Elina İsmayılova-Səbinə Fərman Abdullayev-Teymur Rasim Balayev-Ayaz Yaşar Nuri-Mağaza müdiri Aleksandr Kşinovloqer-Zelik Səfa Mirzəhəsənov-Çingiz |
Operator | Ələkbər Muradov |
Bəstəkar | Xəyyam Mirzəzadə |
Rəssamlar | Mayis Ağabəyov, Rafiq Nəsirov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 2 aprel 1994[1] |
Müddət | 87 dəq. |
Ölkə |
![]() |
Dil | Rus dili |
Texniki məlumatlar |
10 hissə 2586 metr 35 mm |
Rəng | rəngli |
Çəkiliş yeri | Bakı |
Bu, bugünkü həyatımızın problemləri haqqında film-düşüncədir. Bu, otuz yaşlı nəsil barədə adi ailə filmidir.
Yaşayışımızda və mənəviyyatımızda gedən əsaslı dəyişikliklər müasirlərimizin daxili aləmində öz izini qoyur, insanları keçdikləri ömür yoluna, əməllərinə yeni gözlə baxmağa səsləyir. Filmdə ailə dramı açılıb göstərilir. Ailə başçısı, memar Teymur (Fərman Abdullayev) pul qazanmaq naminə əsl sənətə göz yumub adi, zövqsüz "ustaya" çevrilir. Arvadı Səbinə (Elina İsmayılova) bu darıxdırıcı birgə yaşayışa dözməyib evdən çıxıb gedir.
Bu mənada kinematoqrafçılarımızın filmdə müraciət etdikləri mövzu onun müəlliflərinin dünyagörüşünü, sənətə yeni münasibətini əks etdirir.
Sumqayıt Şəhəri "Sintezkauçuk" İstehsalat Birliyi