Çatqıran, Ağadost — İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Abovyan, Kotayk) rayonunda kənd.[2][3]
Çatqıran | |
---|---|
![]() | |
40°14′04″ şm. e. 44°43′37″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.590 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
![]() |
Rayon mərkəzindən 10 km cənub-şərqdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə "müsəlmanların yaşadığı Çatqıran"[4], Qafqazın 5 verstlik xəritəsində Cadqran[5], erməni mənbələrində həm də Çatıqran[6] kimi qeyd edilmişdir. 1728-ci ilə aid mənbədə Qırxbulaq nahiyəsində "Müsəlmanların yaşadığı Çatqıran kəndi" ifadəsi vardır[7][8] 1945-ci ildə kənd ermənicə Qeqaşen adlandırılmışdır. Yerli tələffüz forması Cadqırandır. 1590-cı ilə aid mənbədə də Cadqıran kimidir[9]. 1590-cı ilə aid mənbədə Cadqıran kəndinin həm də Ağadost adlandığı göstərilir[10]. 1727-ci ilə aid türkcə mənbədə Çatkıran kimi qeyd olunmuşdur[11][12]
Toponim türk dilində "dağ beli, dağın çıxıntısı, qayalı yüksəklik, iki dərəni birləşdirən yer, yarğanh, dərəli sıra dağlar", "iki çay arasında yer> mənasında işlənən çat sözü ilə[13][14] türk dilində (əslən monqol dilinə mənsubdur) "çəpər, hasar", "düşərgə", "heyvanlar üçün ağıl", "yaşayış yeri", "alaçıq" mənasında işlənən kuren (>quran >qıran >qran) sözündən[15] əmələ gəlib, "qayalıqda, iki dərənin, iki çayın arasında olan yaşayış yeri, kənd" mənasını ifadə edir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.[16] Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Razdan[17], 21. X.1967-ci il fərmanı ilə yenidən dəyişdirilib Gexaşen qoyulmuşdur. Toponimin birinci komponenti türk dillərində çat-"yarğanın kənarı[18]"dağ beli", "dağ çıxıntısı", "qayalı yüksəklik", "iki dərəni birləşdirən yer", "yarğanları və dərələri olan alçaq sıra dağ, tirə"[19] sözüdür; "çat" (yaxud "çad") hissəsi hələ XIII əsrdə[20] Artsakda (Dağlıq Qarabağda) Çat-Çoran (ermənicə yazılışda Çat-Çorans) kənd adında vardı. XIX əsrdə Şimali Qafqazda Çat-Başı, Ter əyalətinin Nalçik dairəsində Özəngi Çat-Başı, Çat-Aman dağı, Qars əyalətinin Qars dairəsində Çat-Köy[21] və s. toponimlər mə’lumdur. Qırğızıstanda Çat-Bel, Sarı Çatı, Çat-Bazar dağ adları[22]da bu sıraya aiddir. Toponimin "qİran" hissəsi Azərbaycanda və Ermənistanda çoxmə’nalıdır.
Kənddə 1828-ci il kimi yalnız azərbaycanlılar yaşamışdır. 1828–30-cu illərdə İranın Xoy vilayətində ermənilər köçürülərək kənddə yerləşdirilmişdir[25]. Burada ermənilərlə yanaşı 1831-ci ildə 19 nəfər azərbaycanlı yaşamışdır[26]. 1840-cı il lər də azərbaycanlılar deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.
Vikianbarda Çatqıran ilə əlaqəli mediafayllar var. |