. Love.az

Vasili Radlov - Wikipedia - Love.az

Ana Səhifə - Vasili Radlov

Vasili Radlov (rus. Васи́лий Васи́льевич Ра́длов; 5 (17) yanvar 1837[1][2][…] və ya 17 yanvar 1837[2], Berlin[3] – 12 may 1918[1][3][…], Petroqrad[3]) — alman əsilli məşhur Rusiya şərqşünası, türkoloq, etnoqraf və arxeoloqu.[5]

Vasili Radlov
alm. Friedrich Wilhelm Radloff‎
Doğum tarixi 5 (17) yanvar 1837[1][2][…] və ya 17 yanvar 1837(1837-01-17)[2]
Doğum yeri
  • Berlin, Brendenburq əyaləti[d], Prussiya[3]
Vəfat tarixi 12 may 1918(1918-05-12)[1][3][…] (81 yaşında)
Vəfat yeri
  • Petroqrad, Sovet Rusiyası[d][3]
Dəfn yeri
  • Smolensk lüteran qəbiristanlığı[d]
Elm sahələri türkologiya, folklorşünaslıq, arxeologiya
Elmi dərəcəsi
  • fəlsəfə doktoru
İş yeri
  • Kunstkamera[4]
Təhsili
  • Humboldt adına Berlin Universiteti
Tanınmış yetirmələri Nikolay Katanov, Platon Melioranski
Üzvlüyü
  • Rusiya Elmlər Akademiyası,
  • Peterburq Elmlər Akademiyası,
  • Prussiya Elmlər Akademiyası[d]
Mükafatları İncəsənət və elm sahəsində Pour le Mérite ordeni (Prussiya)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

1837-ci ildə anadan olmuşdur. Berlin Universitetində ali təhsil almışdır.1858-ci ildə Berlin Universitetini bitirdikdən sonra Rusiyaya gəlmiş və sonrakı həyatını bu ölkə ilə bağlamışdır.[5] Radlovun Rusiyadakı fəaliyyəti üç dövrə bölünür: Altay (1859–1871), Kazan (1874–1884) və Peterburq (1884–1918) dövrləri. Altay dövründə Radlov Altay və Qərbi Sibir türkləri arasında dil etnoqrafiya və folklor materiallarını toplayır, yerli dialektləri və şivələri öyrənir və "Aus Sibirien" adlı əsərini yazır. Kazan dövründə pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olmuşdur. Bu zaman alim "Vergleichende Grammatik der nördlichen Türksprachen" adlı əsərinin "Phonetik der nördlichen Türksprachen" hissəsini yazmışdır. Peterburq dövründə Radlov Rus Elmlər Akademiyasına üzv seçilir. Ən böyük əsəri "Opyt slovarja tjurkskix narecij"dir. Bu lüğəti tərtib etməyə 1859-cu ildə Barnaulda başlamışdır, çapı isə 1911-ci ildə sona çatmışdır. Radlovun rəhbərliyi altınnda Rusiya Elmlər Akademiyasında "Atlas der Altertümer der Mongolei" adlı əsər işıq üzü görmüşdür. Radlov əski türk yazılarına bir çox məqalələr həsr etmişdir. 1909–1912-ci illərdə alim "Alttürkische Studien" başlığı altında altı əsər üzərində işləmişdir. Ömrünün 81-ci ilində Peterburqda vəfat etmişdir.

Əsərləri

redaktə
  • "Şimali türk dillərinin müqayisəli qrammatikası" (c.1, 1882, almanca);
  • "Monqolustanda qədim türk kitabələri" (3 c., 1894–1895);
  • 10 cildlik "Türk tayfalarının xalq ədəbiyyatından nümunələr" (1866–1907);
  • 4 cildlik "Türk dillərinin lüğəti" (1888–1911).

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. ↑ 1 2 3 4 Радлов Василий Васильевич // Литераторы Санкт-Петербурга. ХХ век (rus.). / под ред. О. В. Богданова
  3. ↑ 1 2 3 4 5 6 Радлов Василий Васильевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. ↑ Хартанович М. В. Анатомическая коллекция Кунсткамеры Императорской Академии наук: от века осьмнадцатаго в век девятнадцатый, Anatomical Сollection of the Kunstkamera of the Imperial Academy of Sciences: through the XVIII to the XIX centuries (rus.). // Историко-биологические исследования 2019. Т. 11, вып. 1. С. 36–48. ISSN 2076-8176; 2500-1221 doi:10.24411/2076-8176-2019-11984
  5. ↑ 1 2 Cavanşir Vəkilov. ARSAK: TUTARLI CAVAB Arxivləşdirilib 2016-08-12 at the Wayback Machine. "Diplomatiya aləmi" jurnalı, 2004, № 7, səh. 88. (az.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vasili_Radlov&oldid=7486185"
LOVE.AZ