. Love.az

Urek Qlikozidleri - Wikipedia - Love.az

Ana Səhifə - Urek Qlikozidleri

Ürək qlikozidləri — bitki mənşəyli dərman preparatları olub, terapevtik dozada kardioton və aritmiya əleyhinə təsirlərə malikdir. Ürək qlikozidlərindən əsasən müxtəlif etiologiyalı ürək çatışmazlığında geniş istifadə edilir. Qlikozidlər ürək əzələsinin iş qabiliyyətini artırır, onun səmərəli və qənaətbəxş işləməsinə şərait yaradır.

Diqitoksinin kimyəvi qurluşu

Tərkibi

redaktə

Ürək qlikozidləri qeyri şəkər və şəkər hissədən: aqlikona və qlikondan ibarətdir. Aqlikonun əsasını steroid struktur (siklopentanperhidrofenantren) təşkil edir. Qlikon isə müxtəlif cür şəkərlərlə: D-diqitoksoza, D-qlükoza, D-simaroza, D-ramonoza və s. təmsil olunur. Bəzən qlikon hissəyə sirkə turşusu qalığı birləşmiş olur. Kardiotonik effektə aqlikon hissəsinin malekulları malikdir. Ürək qlikozidləri asanlıqla fermentativ, turşu-qələvi hidrolizinə məruz qalırlar. Tibbi praktikada əsasən aşağıdakı bitkilərdən alınmış ürək qlikozidlərindən istifadə edilir:

  • Purpur üskükotu (Digitalis purpurea) — diqitoksin
  • Tükcüklü üskükotu (Digitalis lanata) — diqiqsin, selanid
  • Kombe strofantı (Strophanthus kombe) — strofantin K.
  • İnciçiçəyi Convallaria — korqlikon
  • Bahar xoruzgülü Adonis vernalis — xoruzgülü dəmləməsi
Ürək qlikozidləri
 
Digitalis purpurea
 
Digitalis lanata
 
Convallaria
 
Adonis vernalis

Mənbə

redaktə
  • Словари и энциклопедии на Академике, Сердечные гликозиды  (rus.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ürək_qlikozidləri&oldid=8030510"
LOVE.AZ