. Love.az

Strophanthus Kombe - Wikipedia - Love.az

Ana Səhifə - Strophanthus Kombe

Kombe strofantı (lat. Strophanthus kombe) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin strofant cinsinə aid bitki növü.

Kombe strofantı
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superasteridlər
Klad:
Asteridlər
Klad:
Lamidlər
Dəstə:
Acıçiçəklilər
Fəsilə:
Kəndirkimilər
Yarımfəsilə:
Apocynoideae
Triba:
Nerieae
Cins:
Strofant
Növ:
Kombe strofantı
Beynəlxalq elmi adı
  • Strophanthus kombe Oliv., 1871
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  506000
NCBI  992788
EOL  483913

Mündəricat

  • 1 Botaniki xarakteristikası
  • 2 Tərkibi və təsiri
  • 3 İstinadlar
  • 4 Həmçinin bax

Botaniki xarakteristikası

redaktə

Yarpaqları qarşı-qarşıya, ellips formalı olub, itiuclu zirvəyə malikdir. Çiçəkləri yarımçətir, çiçək tacı yaşıl, düzgün, boruşəkilli, 5 ləşəkli olmaqla, lentşəkilli sonluğu həddindən artıq burulmuşdur. Meyvəsi mürəkkəb, uzununa kəsilmiş, üfüqi istiqamətdə aralanmış, yetişdikdə açılan, sərbəst olub, çoxsaylı kəkilli toxumlara malikdir. Toxumları uzunsov, yastılaşmış olub, aşağı sonluğu itiucludur. Uzunluğu 12-18 mm, eni 3-6 mm, qalınlığı isə 2-3 mm-ə bərabərdir. Tükcüklü olub, sıxılaraq itiuclu sonluqla qurtarır. Çiçəkləri zəif iyli, gümüşü-sarı və ya yaşılımtıl-sarıdır. Yuyulduqdan sonra tükcüklü toxumları istifadə edilir.

Tropik meşə və meşə kənarlarında yaşayır. Yetişmə dövründə meyvə və toxumlarını qılçıqlarından azad etməklə toplanılmalıdır. Kölgədə qurudulmalıdır. Xammalın aid olduğu bir növün digərinə qarışmaması üçün xüsusi olaraq ciddi şəkildə banka, yeşik və bağlamalarda saxlanılmalıdır. A siyahısına daxildir. Toxumların tərkibindəki bioloji aktiv maddələr hər il analiz edilərək yoxlanılmalıdır.

Tərkibi və təsiri

redaktə

Toxumlarında təbii şəkildə strafantozid qlükozidi, çimarol qlükozidi və digər qlükozidlər yerləşir. Ümumi miqdarı 8-10% təşkil edir.

Kardiotonik olub, ürək xəstəliklərində təyin edilir. Farmakologiyada dərman məqsədilə strofantın Strophanthus gratus və Strophanthus hispidus növləri işlədilir. Toxumları xammal olaraq tətbiq edilir. Strofantin K (inyeksiya 0,025%), kardiotonik dərmandır.Strofantidin asetat (0,025%) kardiotonik dərmandır.

Xammal kimi toxumundan keyfiyyətli dərman olan strofantin K alınir. Bu dərman maddəsi kəskin ürək-damar çatmamazlığında və kəskin miokard infarktında tətbiq edilir. Yüksək effektli olub, təsiri 5-10 dəqəqədən sonra başlayır və 15-30 dəqiqə maksimum miqdara çatır.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kombe_strofantı&oldid=6927183"
LOVE.AZ