. Love.az

Ibn Hecer Esqelani - Wikipedia - Love.az

Ana Səhifə - Ibn Hecer Esqelani

Əbül-Fəzl Şəhabüddin Əhməd ibn Əli ibn Məhəmməd əl-Əqəlani (ərəb. ابن حجر العسقلاني‎; 18 fevral 1372 – 2 fevral 1449, Qahirə, Misir, Məmlük dövləti) — görkəmli fəqih və tanınmış mühəddis.

İbn Həcər əl-Əsqəlani
ərəb. ابن حجر العسقلاني‎
Doğum tarixi 773
Doğum yeri Misir
Vəfat tarixi 852
Vəfat yeri
  • Qahirə, Misir, Məmlük dövləti
Elm sahələri fiqh
Tanınmış yetirmələri əs-Səxavi, Süyuti, Zəkəriyyə əl-Ənsari
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı və fəaliyyəti
  • 2 Əsərləri
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı və fəaliyyəti

redaktə

O, Misirdə doğulmuşdur. Erkən yaşlarında Quran hafizi olmuş, sonra Məkkəyə getmiş və orada nüfuzlu alimlərdən dərs almışdır. Orada o, hədis elminə böyük maraq göstərib Hicaz, Şam və Misirin görkəmli alimlərindən hədis elminin sirlərini öyrənmişdir. Sonra İbn Həcər müəllimlik etmiş, İslam elminin müxtəlif sahələrinə aid kitablar yazmışdır. Sonralar isə o, qazi (II) vəzifəsini də icra etmişdir. İbn Həcər 150-ə qədər əsərin müəllifi olmuşdur. Bu əsərlər hələ onun sağlığında ona şöhrət qazandırmışdır. İbn Həcərin ən görkəmli əsəri “Fathül-Bari fi Şərhis- Sahihül-Buxari” əsəri olmuşdur. Bu əsər Məhəmməd Buxarinin “Səhihi Buxari” əsərinin şərhidir. İbn Həcərin digər məşhur əsəri isə fiqhi məsələlərə həsr edilmiş “Bülüğul-Məram min Ədillətül-Əhkam” (Dini ehkamların anlaşılmasında məqsədə çatma) adlanan hədis kitabıdır.[1]

Əsərləri

redaktə
  • "Fathül-Bari fi Şərhis-Sahihül-Buxari"
  • "Səhihi Buxari"
  • "Bülüğul-Məram min Ədillətül-Əhkam" (Dini ehkamların anlaşılmasında məqsədə çatma)
  • "Hədyüs-sari"
  • "Havaşi tənqihiz-Zərkeşi iləl-Buxari"
  • "Əl-Mükərrər fi şərhil-mühərrər"
  • "Ən-Nükət ələ şərhi səhihi Müslüm"
  • "Ət-Təliqə ila müstədrəkil-Hakim"
  • "Əl-Məcalis"
  • "Təhzibüt-təhzib"

İstinadlar

redaktə
  1. ↑ A.A.Əlizadə, E.M.Səmədov. İslam: Tarix, Fəlsəfə və Hüquq. Ensiklopedik Lüğət. Bakı: 3 Saylı Mətbəə, 2016, 400 səh.

Xarici keçidlər

redaktə
  • [1]
  • [2]
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İbn_Həcər_Əsqəlani&oldid=8158584"
LOVE.AZ