. Love.az

Ibn Xuzeyme - Wikipedia - Love.az

Ana Səhifə - Ibn Xuzeyme

Əbu Abdullah Məhəmməd ibn İshaq ibn Xuzeymə (ərəb. ابن خزيمة‎; 1 yanvar 838, Nişapur – 11 fevral 924) — İslam alimi.

İbn Xuzeymə
ərəb. ابن خزيمة‎
Doğum tarixi 1 yanvar 838
Doğum yeri
  • Nişapur, İran
Vəfat tarixi 11 fevral 924 (86 yaşında)
Elm sahəsi hədis
Tanınmış yetirməsi İbn Hibban

Mündəricat

  • 1 Həyatı
  • 2 Müəllimləri və tələbləri
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Əbu Abdullah Məhəmməd ibn İshaq ibn Xuzeymə 837-ci ildə Xorasanın Nişapur şəhərində anadan olmuşdur.

"İmamul-əimmə" (imamların imamı) ləqəbli Məhəmməd ibn İshaq ibn Xuzeymə Nişaburi şafii məzhəbinə etiqad bəsləyirdi. İraq hədisçilərinin şeyxi sayılırdı. İbn Xuzeymənin 140-dan artıq kitab yazdığı rəvayət edilir. Onun ən məşhur əsəri 3000-dən artıq hədisi ehtiva edən və bablar (fəsillər) üzrə bölünmüş "Səhih" kitabıdır.

İbn Xuzeymə 923-cü ildə vəfat edib.

Müəllimləri və tələbləri

redaktə

O, Məhəmməd ibn İbrahim Buşənciyə, Əli ibn Hucra, Bəkkar ibn Quteybəyə, Əbu Abdullah ibn Əbdülhakimə və Osman Dərimiyə tələbəlik etmişdir. İbn Hibban, İbn Səid əl-Haşimi, Dəğuli, Əbu Əli ən-Nisaburi, Daləc ibn Əhməd isə ona tələbəlik etmişlər.[1]

İstinadlar

redaktə
  1. ↑ "İbn Huzeyme". TDV İslam Ansiklopedisi. 20.05.2025 tarixində arxivləşdirilib.

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İbn_Xuzeymə&oldid=8142106"
LOVE.AZ