. Love.az

Ibrahim Memmedov Aktyor - Wikipedia - Love.az

Ana Səhifə - Ibrahim Memmedov Aktyor
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: İbrahim Məmmədov.

İbrahim Əhməd oğlu Məmmədov (22 dekabr 1934, Bənəniyar, Naxçıvan MSSR – 9 sentyabr 2014, Bənəniyar, Naxçıvan Muxtar Respublikası) – Azərbaycan aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2000).

İbrahim Məmmədov
Doğum tarixi 22 dekabr 1934(1934-12-22)
Doğum yeri
  • Bənəniyar, Culfa rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 9 sentyabr 2014(2014-09-09) (79 yaşında)
Vəfat yeri
  • Bənəniyar, Culfa rayonu, Naxçıvan Muxtar Respublikası, Azərbaycan
Fəaliyyəti teatr aktyoru
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 20002000 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1984

Həyatı

redaktə

İbrahim Məmmədov 1955-ci ildən C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında işləmişdir.

Əsas rolları: Yaşar, Rəbi ("Ya şar", "Od gəlini", Cəfər Cabbarlı), Hacı Qara ("Hacı Qara", Mirzə Fətəli Axundov), Bəxtiyar ("Komsomol poeması", Səməd Vurğun), Vahan ("Nakam qız", А. Şirvanzadə), Nəroğlan ("Qız atası", Ə. Əsgərov), Məşədi İbad, Mərcan bəy ("О, olmasın, bu olsun", "Ər və arvad", Üzeyir Hacıbəyov), Kərəmov ("Toy", S. Rəhman), Dadaş bala ("Hicran", Sabit Rəhman, Emin Sabitoğlu), Əli Paşa ("Nadir şah", Nəriman Nərimanov) və s.

İbrahim Məmmədov Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü idi. Prezident təqaüdçüsü olmuşdur (2005).

2014-cü il sentyabr ayının 9-da Bənəniyar kəndində vəfat edib.

Ədəbiyyat

redaktə
  • Naxçıvan Ensiklopediyası. II cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. Məmmədov İbrahim Əhməd oğlu. ISBN 5-8066-1468-9.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İbrahim_Məmmədov_(aktyor)&oldid=6605765"
LOVE.AZ