. Love.az

Ibrahim Yusifoglu - Wikipedia - Love.az

Ana Səhifə - Ibrahim Yusifoglu

İbrahim Yusifoğlu və ya əsı adı ilə İbrahim Yusif oğlu Yusifov (30 sentyabr 1954, Axura, Noraşen rayonu) — Azərbaycan pedaqoqu və şairi, prezident mükafatçısı.[1]

İbrahim Yusifoğlu
İbrahim Yusifoğlu Yusifov
Doğum tarixi 30 sentyabr 1954 (70 yaş)
Doğum yeri Axura, Noraşen rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Naxçıvan Dövlət Pedaqoji İnstitutu

Mündəricat

  • 1 Həyatı və təhsili
  • 2 Fəaliyyəti
  • 3 Mükafatları
  • 4 Əsərləri
  • 5 İstinadlar

Həyatı və təhsili

redaktə

İbrahim Yusifoğlu Yusifov 30 sentyabr Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Axura kəndində anadan olub. 1981-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (indiki Naxçıvan Dövlət Universiteti) filologiya fakültəsini bitirib. 70-ci illərin əvvəllərində pedaqoji fəaliyyətlə məşğuldur. "Şərur gönçələri" ədəbi birliyinin rəhbəridir. 1994-cü ildə haqqında Naxçıvan Muxtar Respublikasının televiziyasında "Dağların şair oğlu" adlı film çəkilib.[2]

Fəaliyyəti

redaktə

Bədii yaradıcılığa 1968-ci ildə başlamış, ilk mətbuat əsəri olan "Qələbə atəşi" şeri 1971-ci ildə Şərur rayonunda dərc olunan "İşıqlı yollar" qəzetində çap edilmişdir.Əsərləri türk, rus və fransız dillərinə tərcümə olunmuşdur. Ümumilikdə 25 (iyirmi 25) adda şeirlər[3], poema, hekayə, povest və mənzum pyes kitablarının müəllifidir. 1998-ci ildən Azərbaycan Yazıçlar Birliyinin və 1992-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.[2]

Mükafatları

redaktə
  • Azərbaycanın xalq maarif əlaçısı (1987)
  • "Qızıl Qələm" media mükafatı laureatı,
  • 2016-cı ildən Prezident mükafatçısı.

Əsərləri

redaktə
  • Araz bayatıları,1991
  • Bu həyat mənimlə yola getmədi,1997
  • Futbolçu,topçu,gopçu,1998
  • Mənim inamımı güllələdilər,1999
  • Arxamca boylanan baxışların var,1999
  • Sulara danışdım yuxularımı, 2000
  • Safdır,müqəddəsdir müəllim ömrü(oçerk) 1997-1998
  • Ölüm tanrıdan gələndə (oçerk) 1999

İstinadlar

redaktə
  1. ↑ İllərin poetik yaddaşı, yaxud uğurlu ədəbi hesabat
  2. ↑ 1 2 Naxçıvan Ensiklopediyası. 1. Azərbaycan Milli Elmər Akademiyası. 2002. səh. 348. ISBN 5-8066-1468-9.
  3. ↑ "İbrahim Yusifoğlunun şeirləri". 2017-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-13.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İbrahim_Yusifoğlu&oldid=7580722"
LOVE.AZ