. Love.az

Axura - Wikipedia - Love.az

Ana Səhifə - Axura

Axura — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd.[2]

Axura
39°33′44″ şm. e. 45°09′41″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Muxtar respublika Naxçıvan MR
Rayon Şərur rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.203 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 1571[1] nəfər
Xəritəni göstər/gizlə
Axura xəritədə
Axura
Axura

Mündəricat

  • 1 Toponimikası
  • 2 Əhalisi
    • 2.1 Tanınmış şəxlər
  • 3 Həmçinin bax
  • 4 İstinadlar

Toponimikası

redaktə

Dərələyəz silsiləsinin ətəyindədir. Adını ərazidəki eyniadlı çaydan almışdır. Keçmiş adı Yeni Axura olmuşdur. Axura adlı yaşayış məntəqəsinin adı ilk dəfə VII əsrə aid mənbədə çəkilir. 1840-cı il iyunun 20-də güclü zəlzələ nəticəsində Ağrı dağının ətəyində yerləşən Axura kəndi dağılmış, kəndin əhalisi indiki əraziyə köçərək Yeni Axura kəndinin əsasını qoymuşdur. Sonralar oykonimin birinci komponenti düşmüş, kənd Axura adlandırılmışdır.[3]

Əhalisi

redaktə

Əhalisi  1571 nəfərdir.[1]

Tanınmış şəxlər

redaktə
  • Muxtar İmanov — AMEA Folklor İnstitutunun direktoru
  • Məhəmməd İsmayılov — iş adamı.

Həmçinin bax

redaktə
  • Billаvа yaşayış yeri

İstinadlar

redaktə
  1. ↑ 1 2 Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
  2. ↑  Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh.
  3. ↑ Axura // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 114. ISBN 978-9952-34-155-3.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Axura&oldid=7432128"
LOVE.AZ