. Love.az

Imperatrica Qenmey - Wikipedia - Love.az

Ana Səhifə - Imperatrica Qenmey

İmperatriça Qenmey (元明天皇, Qenmey-tenno?, 661 – 29 dekabr 721, Nara) – Yaponiyanın 43-cü monarxı. Asuka dövründə hakimiyyətdə olmuşdur.

İmperatriça Qenmey
yap. 元明天皇
Yaponiya imperatriçası
18 avqust 707 – 3 oktyabr 715
Əvvəlkiİmperator Monmu
Sonrakıİmperatriça Qenşo
Şəxsi məlumatlar
Doğum tarixi 661
Vəfat tarixi 29 dekabr 721
Vəfat yeri
  • Nara, Nara prefekturası, Yaponiya
Fəaliyyəti vaka şairi, yazıçı
Ailəsi Yaponiya imperator evi
Elmi fəaliyyəti
Elm sahəsi poeziya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Hakimiyyət eraları
  • 3 İstinadlar
  • 4 Ədəbiyyat

Həyatı

redaktə

O, İmperator Tencinin qızı olmuş və İmperator Tenmunun oğlu olan Şahzadə Kusakabe ilə evlənmişdir.[1] Lakin Kusakabe 689-cu ildə ölmüşdür. İmperatriça Cito 697-ci ildə taxtdan imtina etdikdən sonra Qenmeyin oğlu İmperator Monmu taxta çıxmışdır.[1] Monmunun 707-ci ildəki ölümündən sonra Qenmey imperatriça olmuşdur.[1]

İmperatriça Qenmeyin hakimiyyəti dövründə 708-ci ildə ilk dəfə Yaponiyada mis hasil edilmiş və Yaponiyanın ilk sikkəsi olan vadokayçin tədavülə buraxılmışdır.[1] 710-cu ildə paytaxtı müasir Nara şəhərinin yerləşdiyi Heyco şəhərinə köçürmüş və 794-cü ildə paytaxtın Kiotoya köçürülməsinə qədər davam edən Nara dövrünü başlatmışdır.[1] Yaponiya mifologiyası və tarixi haqqında ilk əsər olan "Kociki" (712) onun hakimiyyəti dövründə tamamlanaraq ona təqdim olunmuşdur.[1] 713-cü ildə əyalətlərin fudokilər tərtib etməsi barədə əmr vermişdir.[1] 715-ci ildə taxtı qızı İmperatriça Qenşoya ötürmüşdür.[1]

Qenmey ölümünə qədər aktiv siyasi həyatını davam etdirmiş və ritsuryo sisteminin saxlanılması üçün çalışmışdır.[1]

Hakimiyyət eraları

redaktə
  • Keyun (704–708)
  • Vado (708–715)
  • Reyki (715–717)

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 7 8 9 Biographical Dictionary of Japanese History

Ədəbiyyat

redaktə
  • Iwao, Seiichi. Biographical Dictionary of Japanese History (ingiliscə). Kodansha International. 1978. səh. 33. ISBN 0-87011-274-0. İstifadə tarixi: 1 oktyabr 2022.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İmperatriça_Qenmey&oldid=7476849"
LOVE.AZ