Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. (noyabr 2024) |
İnşaat mühəndisliyi — İnşaat mühəndisi ixtisası mühəndis düşüncəsinin yaradılması və eyni zamanda inşaat sahəsində təsəvvürün yaradılması yönümlüdür. İnşaat mühəndisi binalar, yollar, kondisioner, tunellər, bəndlər, körpülər, kanalizasiya və kanalizasiya sistemləri üçün genişmiqyaslı tikinti layihələri və sistemləri hazırlayır, qurur və quraşdırır.[1]
Bu ixtisasa yiyələnən mütəxəssis tikinti işləri üçün layihə hazırlayır, onların cədvəlini, sifarişini, tələb olunan əmək miqdarını təyin edir, lazımi tikinti materiallarını seçir.Planlaşdırma zamanı hansı tikinti materiallarından istifadə olunacağına qərar verən bu mütəxəssisdir.Burada o, materialın xüsusiyyətləri və keyfiyyətləri, sələflərinin və rəqiblərinin uğurlu təcrübəsinə dair biliklərə etibar edir. Layihənin yaradılmasında iştirak etməklə yanaşı, inşaat mühəndisi işçi qrupu seçimində iştirak edir və tikinti prosesinə nəzarət edir.İnşaat mühəndisliyi daim inkişafda olan sahələrdən biridir.Nəzərə alsaq ki, davamlı olaraq yeni binalar tikilir,layihələr həyata keçirilir bu zaman ixtisası da perspektivli sahələrdən biri hesab etmək olar.Uğurlu karyera üçün peşə sahibi öz üzərində davamlı olaraq çalışmalı,dil biliklərin təkmilləşdirməlidir.[2]
İnşaat fakültəsi 1920-ci ildə Bakı Politexnik İnstitutunun tərkibində yaradılmışdır. 1930-1934-cü illərdə müstəqil Memarlıq və İnşaat İnstitutu kimi fəaliyyət göstərmiş, 1934-1951-ci illərdə Azərbaycan Sənaye İnstitutunun tərkibinə daxil edilmişdir. 1951-1975-ci illərdə Azərbaycan Politexnik İnstitutunun tərkibində,1975-ci ildə isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu yarananda onun tərkibində müstəqil bir fakültə kimi fəaliyyət göstərmişdir.
İnşaat mühəndisi ixtisasının bakalavr pilləsini bitirdikdən sonra ofis və sahə mühəndisi kimi işləmək mümkündür. Ofis işi olaraq inşaat mühəndisi mühəndis qurğuların (yaşayış və yaxud inzibati bina,körpü və s.) konstruktiv cəhətdən və yaxud materialın sərfiyyatı kimi mühüm işləri həll edə bilir.
İnşaat mühəndisliyi daim inkişafda olan sahələrdən biridir. Nəzərə alsaq ki, davamlı olaraq yeni binalar tikilir, layihələr həyata keçirilir bu zaman ixtisası da perspektivli sahələrdən biri hesab etmək olar.Uğurlu karyera üçün peşə sahibi öz üzərində davamlı olaraq çalışmalı,dil biliklərin təkmilləşdirməlidir.