. Love.az

Iqor Makeyev - Wikipedia - Love.az

Ana Səhifə - Iqor Makeyev

İqor Vladimiroviç Makeyev (27 oktyabr 1971, Kirovabad – 2 avqust 1992, Ağdərə rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.[1]

İqor Makeyev
Şəxsi məlumatlar
Doğum tarixi 27 oktyabr 1971(1971-10-27)
Doğum yeri
  • Kirovabad, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 2 avqust 1992(1992-08-02) (20 yaşında)
Vəfat yeri
  • Ağdərə rayonu, Azərbaycan
Dəfn yeri
  • Gəncə Şəhidlər Xiyabanı
Vətəndaşlığı
  •  SSRİ
  •  Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Rütbəsi çavuş
Döyüşlər
  • Birinci Qarabağ müharibəsi
Təltifləri "Qızıl ulduz" medalı

Mündəricat

  • 1 Həyatı
  • 2 Döyüşlərdə iştirakı
  • 3 Ailəsi
  • 4 Milli Qəhrəman
  • 5 Ədəbiyyat
  • 6 Xarici keçidlər
  • 7 İstinadlar

Həyatı

redaktə

İqor Makeyev 27 oktyabr 1971-ci ildə Gəncə şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1979-cu ildə 39 saylı məktəbə getmiş, 1987-ci ildə səkkizinci sinfi bitirmişdir. 1990-cı ildə hərbi xidmətə çağırılan İqor əvvəlcə Bakıda, sonra isə Rusiyanın Rostov vilayətində xidmət edir və burada çavuş məktəbində təhsil alır.

Azərbaycanda baş verən hadisələr İqoru narahat edirdi o, təhsilini yarımçıq qoyub Gəncəyə qayıdır. Anası onun gəlişinə etiraz edəndə o, demişdi : "Ana, məni düzgün başa düş! Mən Azərbaycanda dünyaya göz açmışam, ilk addımlarımı bu torpaqda atmışam. Bura mənim vətənimdir. Özümü də bu torpağın övladı sayıram! Övlad vətəni dar gündə qoyarmı? Mən Azərbaycanı qorumalıyam, yeri gəlsə onun yolunda canımı da fəda edərəm!" İqor Makeyev belə də etdi…O, evdən xəbərsiz Bakıya gəlir Daxili İşlər Nazirliyinin qoşunlarından birinə yazılır bununla da onun cəbhə həyatı başlayır.

Döyüşlərdə iştirakı

redaktə

1992-ci il 5 iyun ermənilər Naxçıvanlı kəndinə hücuma keçmişdilər İqor burada onlarla erməni yaraqlısını məhv etdi, ermənilər kəndi tutsalar da döyüşçülərimiz əks hücuma keçərək kəndi geri ala bildilər. Ağdərə uğrunda gedən döyüşlərdə də o rəşadətlə vuruşmuşdur. İqorun son döyüşü 2 avqust 1992-ci il oldu "Vışka" yüksəkliyi uğrunda gedən döyüşdə o, Nikulin ləqəbli azərbaycanlı ilə birlikdə pulemyotla ön cərgədə gedirdilər. Onlarla erməni quldurunu məhv edən İqor 28 nəfərin mühasirədən çıxmasına imkan yaradır, özü isə qəhrəmancasına şəhid oldu.[2]

Ailəsi

redaktə

Subay idi.

Milli Qəhrəman

redaktə

Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə Makeyev İqor Vladimiroviç ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[1]

Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Sadıllı qəsəbəsində qəhrəmanımızın adına küçə var.

Ədəbiyyat

redaktə
  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 180.

Xarici keçidlər

redaktə
  • MAKEYEV İQOR VLADİMİROVİÇ Arxivləşdirilib 2014-10-22 at the Wayback Machine

İstinadlar

redaktə
  1. ↑ 1 2 "National Heroes". Azerbaijans.com. 18 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 January 2019.
  2. ↑ "Çavuş İqor Makeyev". dq.mia.gov.az. 14 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 January 2019.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İqor_Makeyev&oldid=7892942"
LOVE.AZ