2017–2018-ci il İran etirazları — 28 dekabr 2017-ci il tarixində İran İslam Respublikasının müxtəlif şəhərlərində başlayan etiraz aksiyaları dalğası.[21] İranın ən böyük ikinci şəhəri olan Məşhəd şəhərində keçirilən etiraz aksiyasında minlərlə,[22] ölkənin paytaxtı Tehran şəhərində isə yüzlərlə insan iştirak etmişdir.[23] İranın Nişapur, Kaşan, Kirman, Kirmanşah, Kaşmər, Rəşt, İsfahan, Ərak, Bəndər-Abbas, Ərdəbil, Qəzvin, Həmədan, Sari, Amul, Şahinşəhr, Şəhrikürd, Şiraz, Xürrəmabad, Zəncan, Gürgan, Zahidan, Urmiya, Dürud, Yəzd və Şahrud şəhərlərində də göstərişlər keçirilmişdir.[21] İddialara görə etiraz aksiyaları sosial şəbəkələrdə insanların mesajlaşması vasitəsilə təşkil edilmişdir.[24] Etirazda iştirak edənlər tez-tez "Ruhaniyə ölüm" və "diktatora ölüm" şüarlarından istifadə etmişdir.[25]
İran etirazları | |||
---|---|---|---|
Tarix | 28 dekabr 2017 – 7 yanvar 2018 (10 gün) | ||
Yeri | |||
Səbəbi |
|
||
Nəticəsi | İğtişaşların yatırılması | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
![]() |
Etiraz aksiyaları ilk olaraq ölkənin iqtisadi problemləri barədə idi, ancaq bu çox vaxt keçmədən etirazçıların İranın Orta Şərqdəki münaqişələrə daxil olması və ölkənin İslamçı hökumətini pisləməsiylə nəticələnmişdir.[26] Bir çox etirazçı "İslam Respublikasına ölüm!" demişdir.[27] Dekabrın 29-dan 30-a keçən gecə mərkəzi İranda gerçəkləşən etiraz aksiyalarında polisin 4 nəfərə atəş açmasıyla etirazlar gərginləşmiş, nəticəsində 3 nəfər ölmüş, 1 nəfər isə yaralanmışdır.[28] Yanvarın 2-də baş verən gərginlikdə isə etirazçılardan 21, təhlükəsizlik qüvvələrindən isə 2 nəfər ölmüşdür.[29][30]
İran İslam Respublikası 1979-cu ildə Pəhləvi hakimiyyətinə qarşı qalibiyyətli inqilabdan sonra Ayətullah Xomeyni tərəfindən yaradılmışdır. Bu dövrdən sonra İran xarici və siyasi məsələlərə mühafizəkar yanaşma tətbiq etməyə başlamışdır.
Ruhullah Xomeyni 1989-cu ildə vəfat etdikdən sonra, keçmiş İran prezidenti Əli Xamenei İranın yeni Ali Lideri olmuşdur. Əli Xamenei hələ də bu vəzifədədir. Bu onu Orta Şərqdəki ən uzun müddət xidmət göstərən ikinci (Oman sultanı Kabus bin Səiddən sonra) dövlət başçısı, eləcə də XX əsrin ən uzun müddət xidmət göstərən ikinci (Şah Məhəmməd Rza Pəhləvidən sonra) İran rəhbəri edir.[31] Xamenei ilə müqayisədə İran prezidentinin siyasi gücü azdır. Xamenei 2013-cü ildə 95 milyard ABŞ dolları qədər dəyəri olan iqtisadi bir imperiyaya sahibdir.[32][33]
2006-cı ildə İran hökumətinin nüvə proqramı tərtib etməsi və onun üzərində sınaqlar aparması səbəbilə buraya xarici sanksiyalar tətbiq edilməyə başlamışdır. 2015-ci ildə isə İran iqtisadi qüdrətini bərpa etmək üçün dünyanın bir sıra böyük dövlətləri ilə müqavilə imzalamışdır.
Məlumatlara əsasən sanksiyalar nəticəsində işsizlik artmış, İranın valyutası inflyasiyaya uğramış, əsas tələbat mallarının qiymətləri artmışdı.[34] Bir çox iranlı xarici dövlətlər tərəfindən qoyulan sanksiyalar götürüldükdən sonra ölkənin iqtisadi vəziyyətinin yaxşılaşacağına inanırdı, ancaq bu orta təbəqənin vəziyyətini yaxşılaşdırmaq üçün yetərli olmamışdır. İranın son iqtisadi problemləri iqtisadiyyatla bağlı olan etiraz aksiyalarına təkan vermişdir.[35]
2017-ci ilin dekabr ayında Ayətulla və İnqilab Keşikçilərinə üstünlük verən və əhalinin kasıb hissəsinin subsidiyalarını kəsən bir hökumət büdcəsi layihəsi ifşa olmuşdur.[36] Bu qalmaqal əhalidə geniş bir qəzəbə səbəb olmuşdur. Sosial şəbəkələrdə #pashimanam (azərb. "peşmanam") heş-teqi məşhurlaşmışdır.[36] Əhali İran hökumətinin 2018-ci il büdcə təklifindəki yanacaq və pul subsidiyalarının kəsilməsinə olan narazılıqlarını bildirmişdi. Hökumətin İnqilab Keşikçiləri Ordusunu maliyyələşdirmə prosesi dayanmamışdır.[37] Hökumət bunlara əlavə olaraq, dini təşkilatların maliyyələşdirməsini də artırmışdır.[38]
28 dekabr 2017-ci il tarixində Məşhəd şəhərində yaşayan insanlar etiraz aksiyası keçirmişdir. İranın ən böyük ikinci şəhəri olan Məşhəd şəhərində keçirilən etiraz aksiyasında minlərlə,[22] ölkənin paytaxtı Tehran şəhərində isə yüzlərlə insan iştirak etmişdir.[23] İranın Həmədan, Kirmanşah, Rəşt və İsfahan şəhərlərində də göstərişlər keçirilmişdir.[21] Etirazçılar "Ruhaniyə və diktatorluğa ölüm" şüarlarından istifadə edilmişdir. Bu şüarlar İran İslam Respublikasının hal-hazırkı prezidenti Həsən Ruhaninin seçkilər zamanı verdiyi hədəfləri yerinə yetirə bilməməsi ilə bağlı idi. Etirazçılar İranın ərəb ölkələrindəki münaqişələrə qarışmasına qarşı "Suriyadan çəkil və bizi düşün!" və "Livan və Qəzzəya yox, İrana hə!" şüarlarından istifadə etmişdir.[39]
Nümayişlər sabahki gün davam etmişdir. Etiraz aksiyaları Rəşt, İsfahan, Əhvaz, Qum, Sari, Zahidan və Qəzvin kimi böyük şəhərlərə də yayılmışdı.[40] Həmin gün, ölkənin paytaxtı Tehran şəhərində bir neçə nəfər həbs olunmuşdur.[41]
Dekabrın 29-dan 30-a keçən gecə mərkəzi İranda gerçəkləşən etirazlarda polisin 4 nəfərə atəş açmasıyla etirazlar gərginləşmiş, nəticəsində 3 nəfər ölmüş, 1 nəfər isə yaralanmışdır.[28] 30 dekabr 2017-ci il 30 dekabr 2009-cu il İran iqtidaryönlü mitinqinin ildönümü olduğundan, həmin gün ölkənin paytaxtı Tehran şəhərində 4,000 nəfərlik bir mitinq keçirilmişdir. Dövlət televiziyasına əsasən, hökumət lehinə olan mitinqlər 1,200 qəsəbə və şəhərdə keçirilmişdir.[42] Həmin vaxtda, Tehran Universitetinin tələbələri hökumət əleyhinə şüarlar səsləndirdiyində çevik qüvvət polisi tərəfindən səpələndikdən sonra hökumət əleyhinə olan qiyamlar Tehran şəhərində yayılmışdır.[42] Tehrən şəhərindəki bir çox yer daxil olmaqla, ölkənin böyük hissəsində internet bağlanılmışdır.[43]
Həmin gün iqtidaryönlü anti-etiraz aksiyaları da gerçəkləşmişdir. İran hökuməti ölkə daxilində 1,200 iqtidaryönlü mitinqin keçirildiyini açıqlamışdır.[44]
Luristan ostanının hökumət işçiləri bir bəyanat buraxmışdır. Bu bəyanatda xalqa atəş açılmadığı və şəhərdə əhalinin əməkdaşlığı ilə sülh bərpa edildiyi deyilmişdir.[45]
İranın daxili işlər naziri Ədbülrıza Rəhmani Fəzli "əmri və qanunu pozanlar hərəkətlərinə məsuliyyətli olmalı və cəzasın ödəməlidirlər." demişdir. Rəhmani Fəzli dövlət televiziyasında verdiyi bəyanatda "qorxu və terrorla mütləq üzləşiləcək." demişdir.[46]
İqtidar əleyinə olan etiraz aksiyaları 4-cü gündə də davam etmişdir. Tehranda nümayişlərin sayı azalmış və həbs olunan etirazçıların ailələri Evin həbsxanasının qarşısında yığışmışdır. Bazar günü Tehran şəhərində 200 nəfər, Qərbi Azərbaycan ostanında isə 10 nəfər həbs olunmuşdur.[47]
İran prezidenti Həsən Ruhani günlərlə davam edən hökumət əleyhinə olan etirazlara olan ilk sözlərində "xalqın etiraz aksiyaları göstərməyə haqqı var, ancaq zorakılıq, vandallıq və iltihablı siyasi şüarlar aradan qaldırılmalıdır, çünki bunlar yalnız xalqın vəziyyətini daha da pisləşdirir" olmuşdur.[46]
İranın dövlət tərəfindən idarə olunan mediasına əsasən, bəzi silahlı etirazçılar polis şöbələrinin və hərbi bazaların nəzarətini ələ keçirmək istədiklərini, ancaq mühafizə qüvvələri tərəfindən dəf edildiklərini açıqlamışdır.[48] Bazar günü gecəsi baş verən toqquşmalar nəticəsində 10 nəfər həlak olmuşdur.[18]
Etiraz aksiyaları bazar ertəsi Tehran və ölkənin digər şəhərlərində davam etmişdir.[49] Dövlət mediası 1 yanvar 2018-ci il tarixində keçirilən etiraz aksiyalarında mühafizə qüvvələrinin bir üzvünə atəş açıldığını və nəticədə həmin polisin vəfat etdiyini xəbər verir.[20]
2 yanvar 2018-ci il tarixində gecə vaxtı baş verən toqquşmalarda 9 mülki şəxs həlak olmuşdur. Dövlət televiziyasının məlumatına görə ölümlərin 6-sı Qəhdəricanda silahları oğurlamaq istəyən etirazçıların polis şöbəsinə hücum etməsindən sonra baş vermişdir.[50] Əlavə olaraq, Xomeynişəhrdə 11 yaşlı bir oğlan və 20 yaşlı bir kişi, Nəcəfabadda isə bir polis öldürülmüşdür. Ölənlərin hamısı ov tüfəngi ilə öldürülmüşdür.[19][20] Etiraz aksiyaları başlanandan bəri 550 nəfər həbs edilib. Həbs olunanların 90%-i 25 yaşdan aşağı gənclərdir.[51][52]
3 yanvar 2018-ci il tarixində İranda etiraz aksiyaları sporadik olmuşdur. Məlayir şəhərindəki etiraz aksiyaları gün batımından sonra başlamışdır. Etiraz aksiyalarında səslənən şüarlar ölkə prezidentini hədəfləyirdi. İnternetdə paylaşılan videolar İranın şimalında yerləşən Novşəhrdəki etiraz aksiyalarında "diktatora ölüm!" şüarlarından istifadə edildiyini göstərir.[1][53] Digər tərəfdən, İİKO-un rəhbəri Məhəmməd Əli Cəfəri "fitnə-fəsadın sona çatdığı"nı açıqlamışdır.[54] Məhəmməd Əli Cəfəri bu açıqlamadan sonra, Həmədən, İsfahan və Luristan ostanlarına "yeni fitnə-fəsad" ilə mübarizə aparmaq üçün mühafizə qüvvələri göndərdiyini demişdir.[53]
İran Kəşfiyyat Naziriliyinin verdiyi məlumata görə 4 yanvar 2018-ci il tarixində İranın şimal-qərbində yerləşən Piranşəhr şəhərində, 3 İİKO üzvü "terrorçular"la vuruşan zaman öldürülmüşdür.[55] İran İnqilab Keşikçiləri Ordusunun verdiyi məlumata əsasən, silah və partlayıcı qurğulara sahib olan etirazçıların əsas məqsədi iğtişaşı daha da kəskinləşdirmək üçün dinc sakinləri öldürmək idi.[56] Həmin gün, İranın Sənəndac, Bukan, Kamyaran, Dezful, Əhvaz və Rəşt şəhərləri hökumət əleyhinə olan etiraz aksiyalarının mərkəzi idi.[57]
Birləşmiş Millətlər Təşkilatının insan hüquqları mütəxəssisləri İran hökumətini etirazçıların hüquqlarına hörmət eləməyə və internet senzurasını bitirməyə çağırmışdır.[58]
İran İnqilab Keşikçiləri Ordusu İran xalqının və mühafizə qüvvələrinin, eləcə də Bəsic, polis və Kəşfiyyat Nazirliyinin iğtişaşı məğlub etdiyini demişdir. İİKO daha sonra iğtişaşın səbəbkarının ABŞ, Böyük Britaniya, İsrail, Səudiyyə Ərəbistanı, İran xalqının mücahidlər təşkilatı və monarxistlərin olduğunu demişdir. Həmin gün, hökumət əleyhinə olan etiraz aksiyalarına qarşı mitinqlər keçirilmişdir.[59] Lakin, The Wall Street Journal qəzetinə görə, iğtişaşların izləri hələ də qalmışdır. Bunun səbəbi, hökumət sənədlərinin yandırımasıyla bağlı onlarla videonun sosial şəbəkələrdə yayılmasıdır.[60]
"Əl-Qüds Əl-Ərabi" qəzetinin verdiyi məlumata görə, keçmiş İran prezidenti Mahmud Əhmədinejad Ali Lider Əli Xamenein qərarı ilə İranda həbs olunmuşdur. Bunun səbəbi Əhmədinejadın etiraz aksiyaları dalğası zamanı hökuməti tənqid etməsidir.[10] Hökumət Əhmədinejadı "zorakılığı təşvik etdiyi"nə görə həbs etdiyini açıqlamışdır.[61]
23 yaşlı Sina Ğənbari iğtişaşlar zamanı həbs olunmuşdur. Ölkədə etirazçının Evin həbsxanasında naməlun səbəblərə görə öldüyü məlumata yayılmışdır. İran parlamenti üzvü Təyibi Siəvoşi etirazçının həbsxanada intihar etdiyini demişdir.[62]
Tehran ostanının prokuroru Abbas Cəfəri Dolatabadi bildirib ki, Tehran vilayətində baş verən iğtişaşlar zamanı həbs edilmiş 440-dan artıq nümayişçi azadlığa buraxılıb.[63][64]
30 dekabr 2017-ci il 30 dekabr 2009-cu il İran iqtidaryönlü mitinqinin ildönümü olduğundan, həmin gün ölkənin paytaxtı Tehran şəhərində 4,000 nəfərlik bir mitinq keçirilmişdir.[65][66][67][68] Mitinqlər İran hökuməti tərəfindən təriflənmişdir.
3 yanvar 2018-ci il tarixində yenə iqtidaryönlü mitinqlər keçirilmişdir.[54][69] "Washington Post" qəzetinin verdiyi məlumata əsasən mitinqlər "dövlət tərəfindən təşkil olunmuş yığıncaqlar"a bənzəyirdilər.[70]
3 yanvar 2018-ci il tarixində İrandan xaricdə yaşayan iranlılar İranda keçirilən etiraz aksiyalarına dəstək göstərmişdilər. Bu mitinqlər Stokholm, Afina, Bern və Köln şəhərlərində keçirilmişdir.[1] 7 yanvar 2018-ci il tarixində Los-Anceles şəhərində 2,000-ə yaxın etirazçı əllərində II Rza Pəhləvinin şəkli olan plakartlarla yürüş etmişdir.[2][71]
28–31 dekabr tarixlərində ümumi olaraq 12 etirazçı mühafizə qüvvələri ilə olan toqquşmalar zamanı həlak olmuşdur.[18] 1 yanvar tarixində dövlət mediasını verdiyi xəbərə görə mühafizə qüvvələrinin bir üzvü Tehrən şəhərində ov tüfəngi ilə öldürülmüşdür.[20] 2 yanvar tarixində ümumi olaraq 21 etirazçı polis şöbəsinə basqın cəhdində həlak olmuşdur. Etirazçılar basqın cəhdində uğursuz olmuşdur. Ölənlərin 6-sı silahlı idi.[50] Bundan əlavə olaraq, Qəhdəricanda 5, Tuysirkanda isə 6 nəfər həlak olmuşdur.[72]
"Fox News" kanalının verdiyi xəbərə görə, yüzlərlə etirazçı Evin həbsxanasının önündə toplanmış, yaxınları barədə məlumat istəmişdilər. Etirazçılar yaxınlarının işgəncəyə məruz qaldığını iddia edirdilər.[73] ABŞ-də yerləşən Ağ Evin vəzifəli şəxsləri iddiaları "narahat edici" olaraq qələmə vermişdir.[74]
Tehran şəhərinin meri Məhəmməd Əli Nəcəfinin verdiyi məlumata görə, Tehranda ictimai mülkiyyətə verilən zərər "o qədər də ciddi deyildi" və yalnız bir neçə avtobus stansiyası və zibil qutusu yandırılmışdır.[75] Həsən Ruhaniyə əsasən, ictimai mülkiyyətə zərər yetirən və ictimai qanunları pozanlarda heç bir hörmətsizlik əlaməti yox idi.[76]
31 dekabr 2017-ci il tarixində CCTV kameraları Dürud şəhərindəki bir yanğınsöndürmə stansiyasında etirazçıların stansiyaya daxil olub işçi heyətinə hücum etdiyini və yanğınsöndürmə maşınlarına zərər verdiyini göstərən bir video çəkmişdir.[77]
Kütləvi etiraz aksiyalarından sonra İran hökuməti ibtidai məktəblərdə ingilis dili dərslərinin keçirilməsini qadağan etmişdir. Xamenei bunun qərb dünyasının İrana qarşı apardığı "mədəni işğal"a yol açdığını iddia etmişdir.[78][79]
İranda internetin verilməsinə uzun müddətli süni fasilələr yaradılıb.[80] Bununla hökumət ölkədəki informasiyaların İranın digər bölgələrinə çatmasını əngəlləməyə çalışır. Ölkədə baş verən etirazların təşkilində həmin şəbəkələrdən istifadənin qarşısının alınmasına səy göstərilir.[81]
İran Daxili İşlər Naziri Əbdülrıza Rəhmani Fəzlinin verdiyi bəyanatda sosial şəbəkədən nalayiq istifadə "şiddət və qorxuya səbəb olur" və "bu cür davranış əziləcək" demişdir.[83] İranın dövlət xəbər televiziya kanalının verdiyi məlumata görə, İran İslam Respublikası Xəbər Şəbəkəsinin etiraz aksiyalarını əhatə etməsi qadağan edilmişdir.[84]
31 dekabr 2017-ci il tarixində İran hökuməti "Instagram" sosial şəbəkə platformasının fəaliyyətini müvəqqəti olaraq məhdudlaşdırmışdır.[85][86][87][88][89] "Instagram"a giriş 6 yanvar 2018-ci ildə bərpa edildi.[90]
İran İslam Respublikasının Ali Lideri və Xarici İşlər Naziri "Twitter" sosial şəbəkə platformasında etiraz aksiyaları barədə yazmışdır.[91][92] Halbuki, "Twitter" platformasının fəaliyyəti İranın ümumi ictimaiyyətinə qadağan edilmişdir.[93][94]
Prokuror Abbas Cəfəri Dolatabadinin verdiyi məlumata görə, 14 yanvar 2018-ci ildə, Tehran iğtişaşları zamanı həbs edilən 440-dan çox etirazçı azad edilmişdir.[95][96]
19 fevral 2018-ci ildə iranlı deputat Məhəmməd Kəzami Məlayirdəki bir məhkəmə orqanının qərarına görə, etiraz aksiyaları zamanı İran İslam Respublikası bayrağını endirməklə təqsirlənən 15 yaşlı bir oğlanın beş illik həbs cəzası aldığını iddia etmişdir.[97]