. Love.az

Benyamin Netanyahu - Wikipedia - Love.az

Ana Səhifə - Benyamin Netanyahu

Benyamin Netanyahu (ivr. ‏בנימין נתניהו‏‎; 21 oktyabr 1949[1][2][…], Tel-Əviv[1]) — 1996–1999-cu illərdə və 2009–2021-ci illərdə İsrailin doqquzuncu baş naziri vəzifəsində çalışmış israilli siyasətçi, tarix professoru.

Benyamin Netanyahu
ivr. ‏בנימין נתניהו‏‎
İsrailin Baş naziri
Vəzifədədir
29 dekabr 2022-ci ildən
ƏvvəlkiYair Lapid
31 mart 2009 – 13 iyun 2021
ƏvvəlkiEhud Olmert
SonrakıNaftali Bennett
18 iyun 1996 – 6 iyul 1999
ƏvvəlkiŞimon Peres
SonrakıEhud Barak
Knesset üzvü
Vəzifədədir
17 fevral 2003-cü ildən
21 noyabr 1988 – 6 iyul 1999
İsrailin iqtisadiyyat naziri
3 noyabr 2015 – 1 avqust 2016
İsrailin xarici işlər naziri
18 dekabr 2012 – 11 noyabr 2013
6 noyabr 2002 – 28 fevral 2003
ƏvvəlkiAviqdor Liberman
SonrakıAviqdor Liberman
İsrailin dini işlər naziri
20 yanvar – 25 fevral 1998
12 avqust – 22 avqust 1997
18 iyun – 7 avqust 1996
Şəxsi məlumatlar
Doğum adı בנימין נתניהו[4]
Doğum tarixi 21 oktyabr 1949(1949-10-21)[1][2][…] (75 yaş)
Doğum yeri
  • Tel-Əviv, Təl-Əviv dairəsi, İsrail[1]
Partiya
  • Likud (1980–)
Təhsili
  • Massaçusets Texnologiya İnstitutu (1972–1975)
Fəaliyyəti siyasətçi, diplomat, dövlət xadimi, hərbi qulluqçu, siyasi publisist[d], politoloq
Atası Benzion Netanyahu
Dini İudaizm
Hərbi xidmət
Mənsubiyyəti İsrail
Qoşun növü İsrail Silahlı Qüvvələri
Döyüşlər
  • Zəiflətmə müharibəsi,
  • Yom Kippur müharibəsi,
  • Qəzzə–İsrail münaqişəsi (2023)
Elmi fəaliyyəti
Elm sahəsi İsrailin dövlət quruluşu

Təltifləri "Cənubi xaç" ordeni (Braziliya) — 2019
İmzanın şəkli
netanyahu.org.il
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Fəaliyyəti
  • 3 Yaradıcılığı
  • 4 İstinadlar

Həyatı

redaktə

Benyamin Netanyahu Zeev Jabotinskinin şəxsi katibi olan Benzion Netanyahu (Malikovskinin) və Tsiliya Netanyahu (Legal) Litva köçkünləri ailəsində doğulub. Benyamin ailənin ikinci oğludur. Onun boyük qardaşı Yonatan (Yoni) Netanyahu İsrailin Milli Qəhrəmanıdır. Entebbe əməliyyatı zamanı yəhudilərin girovdan azad edilməsi zamanı öldürülüb. Kiçik qardaşı olan İdo Netanyahu isə həkim-radioloq və yazıçıdır.

1950–1960-cı illərdə onun ailəsi alternativ olaraq həm İsraildə, həm də ABŞ-də yaşayıblar. 1967-ci ildə ABŞ-də orta məktəbi bitirdikdən sonra Benyamin həqiqi hərbi qulluğunu keçmək üçün İsrailə qayıdır. Xidmətini Qərargah nəznində yerləşən Sayeret Matkal diversiya-keşfiyyat elit hərbi birliyində keçir. O bir sıra düşmən ərazilərində gizli hərbi əməliyyatlarda iştirak edir. Həmçinin 9 may 1972-ci ildə Sabena aviaşirkətinə məxsus olan təyyarənin Fələstin terrorçularindan azad edilməsi əməliyyatı zamanı 2 dəfə yaralanıb. 1972-ci ildə Kapitan rütbəsində hərbi xidmətini başa vurduqdan sonra o, ABŞ-yə ali təhsil almaq üçün geri qayıtmalı olur.

Fəaliyyəti

redaktə

1975-ci ildə Massaçusets Texnologiya İnstitutunda memarlıq üzrə bakalavr dərəcəsi alır. 1977-ci ildə Sloan School of Managementə magitsr-menecment dərəcəsi alır və daha sonra Harvard Universitetində siyasətşünaslıq elmi dərəcəsi almışdır. Tələbəlik illərində Benyamin Boston Consultingdə işləmişdir. 1973-cü ildə Yom Kippur Müharibəsi zamanı Binyamin təhsilini yarımçıq saxlayıb İsrailə qayıdır. Burda o bir müddət mebel şirkətində marketinq üzrə top-menecer vəzifəsində çalışır. Bununla paralel olaraq J.Netanyahu adına bir anti terror İnstitutu yaradır və beynalxalq konfranslar təşkil edir. O aralarda bir sıra tanınmış İsrail siyasətçiləri ilə tanış olur. Onlar arasında İsrailin ABŞ-də səfiri olan Moşe Arens də var idi. Benyamin 1982-ci ildə onun müavini vəzifəsində bir yerdə çalışmışdılar.

Yaradıcılığı

redaktə

Benyamin Netanyahunun məqalələri "Nyu-York Tayms", "Vaşinqton Post", "Los-Anceles Tayms", "Le Monde", həftəlik nəşr olunan "Time" və başqa qəzetlərdə dərc olunmuşdur. Siyasi mövzularda bir neçə kitabın müəllifidir. Terror üzrə Beynəlxalq İnstitutunun (Jonathan İnstitutu) banisi, ABŞ-də İsrail baş konsulu (1982–1984), Birləşmiş Millətlər Təşkilatının (1984–1988) səfiri, xarici İşlər nazirinin müavini (1988–1990), Baş Nazirin Aparatında nazir müavini (1990–1992), və " Likud " partiyasının sədri (1993) olmuşdur. Benyamin Netanyahu üç dəfə evli olmuşdur. İlk həyat yoldaşı Miriam Veyzmannı (hal-hazırda Qalen) Bostonda (ABŞ) işləyərkən görüb və o nikahdan bir qızı Noa dünyaya gəlib. 1982-ci ildə ikinci dəfə Fleyer Keyslə evlənib. Hətta nikaha görə Keys iudaizmi qəbul etməyə məcbur olub. Baxmayaraq ki, atası yəhudi olub. 1991-ci ildə Benyamin üçüncü dəfə məşhur İsrail müəlliminin qızı Sara Ben Artzi ilə evlənir. Bu nikahdan Bibinin iki oğlu dünyaya gəlir: Yair və Avner.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 חה"כ בנימין נתניהו. Knesset.
  2. ↑ 1 2 Benjamin Netanjahu // Brockhauz Ensiklopediyası (alm.).
  3. ↑ https://www.ynetnews.com/articles/0,7340,L-5024958,00.html.
  4. ↑ מאחורי אשת הצללים: סיפור חייה של אם ראש הממשלה.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Benyamin_Netanyahu&oldid=8126098"
LOVE.AZ