İsa Muğanna (tam adı: İsa Mustafa oğlu Hüseynov; 12 iyun 1928[5], Muğanlı, Qazax qəzası – 1 aprel 2014, Bakı) — Azərbaycanlı yazıçı, ssenarist və kinoredaktor, Azərbaycan SSR xalq yazıçısı (1988), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1976).
İsa Muğanna | |
---|---|
İsa Mustafa oğlu Hüseynov | |
![]() | |
Doğum adı | İsa Hüseynov |
Təxəllüsü | Muğanna |
Doğum tarixi | |
Doğum yeri | Muğanlı, Qazax qəzası, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (85 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vəfat səbəbi | Xroniki ürək çatışmazlığı[1] |
Dəfn yeri | |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyyəti | azərbaycanlı |
Uşağı | Sevinc Muğanna[2][3][4] |
Təhsili |
Azərbaycan Dövlət Universiteti Maksim Qorki adına Ədəbiyyat İnstitutu |
Fəaliyyəti | yazıçı, ssenarist, baş redaktor |
Fəaliyyət illəri | 1949-cu ildən |
Mükafatları | |
![]() |
İsa Hüseynov (İsa Muğanna) 1928-ci ildə Qazax qəzasının Muğanlı kəndində dünyaya gəlib.
Atası Mustafa məktəb müəllimi olub. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da (1945) 4 ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 1952-ci ildə Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.
Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru (1952–1954), "Literaturnıy Azerbaydjan" qəzetində nəsr şöbəsinin müdiri (1960–1964), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında[6] baş redaktor (1964–1968)[7], redaktor (1968–1974), Ssenari şurası üzvü (1974–1979), Azərbaycan SSR Dövlət Kinemotoqrafiya Komitəsində baş redaktor (1979) vəzifələrində çalışıb.
1948-ci ildən ədəbi fəaliyyətə başlamış İsa Muğannanın "Anadil oxuyan yerdə" yazısı ilk dəfə 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap edilib[8]. 1950-ci illərdən etibarən kitabları nəşr olunub. Ssenariləri əsasında ("26 Bakı Komissarı", "Nəsimi", "Ulduzlar sönmür" , "Tütək səsi" , "Nizami" və s.) filmlər çəkilmiş, əsərləri xarici dillərə tərcümə olunmuşdur. "26 Bakı Komissarı" filmi 1968-ci ildə Ümumittifaq Leninqrad Festivalının ən yaxşı tarixi-inqilabi film mükafatını almışdır.
Yazıçı İsa Hüseynov uzun müddət xroniki ürək çatışmazlığından əziyyət çəksə də heç vaxt yataq xəstəsi olmayıb.[12] 2014-cü il 1 aprel tarixində gecəyarısı qəfildən vəfat etmişdir.[13][14] Dəfn mərasimi xaricdə yaşayan nəvəsinin gəlişi və iştirakı ilə Fəxri Xiyabanda gerçəkləşmişdir.[15][16]
31 may 2018-ci ildə Azərbaycan prezidenti İsa Muğannanın 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır.[17]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
Vikimənbədə Müəllif:İsa Hüseynov Muğanna ilə əlaqəli mətnlər var. |