. Love.az

Ismayil Siraceddin Sirvani - Wikipedia - Love.az

Ana Səhifə - Ismayil Siraceddin Sirvani

İsmayıl Şirvani tam adı Mövlana Şeyx Hacı İsmayıl əl-Kürdəmiri əş-Şirvani, həmçinin İsmayıl Kürdəmiri və ya İsmayıl Siracəddin Şirvani (1782, Kürdəmir, Bölükət mahalı, Şirvan Xanlığı — 1848, Amasya, Osmanlı imperiyası) — İslam din xadimi, sufi Nəqşibəndiya ordeninin ruhani lideri. Xalidiyyə təriqətinin ağsaqqalı, Qafqazdakı müridizm hərəkatının və Nəqşibəndi təriqətinin banisi.

İsmayıl Şirvani
Mövlana Şeyx Hacı İsmayıl əl-Kürdəmiri əş-Şirvani
Şəxsi məlumatlar
Doğum tarixi 1782
Doğum yeri Kürdəmir, Bölükət mahalı, Şirvan Xanlığı
Vəfat tarixi 1848
Vəfat yeri Amasya, Osmanlı imperiyası
Vəfat səbəbi vəba
Vətəndaşlığı

Şamaxı xanlığı

Osmanlı imperiyası
Elmi fəaliyyəti
Elm sahəsi sufilik

Nəqşibəndiyyə təriqətinin şeyxlərinin qızıl varislik silsiləsində 31-ci mənəvi halqadır.

Mündəricat

  • 1 Həyatı
  • 2 Ailəsi
  • 3 Səcərə
  • 4 Xəlifələri
  • 5 Tələbələri
  • 6 Həmçinin bax
  • 7 Mənbə
  • 8 Xarici keçidlər

Həyatı

redaktə

1782 ildə Azərbaycanın Şamaxı qəzasına bağlı Kürdəmirdə dünyaya gələn İsmayıl, Məhəmməd Nuri Əfəndidən dərs alır. 1848-ci ildə vəba xəstəliyi səbəbindən İsmayıl Siracəddin Ramazan ayının 17-ci günündə vəfat edərək Şamlar qəbiristanlığında dəfn edilir.

Ailəsi

redaktə

Oğlu Əhməd Xulusi Əfəndi Şirvanzadə 1874-də İstanbul qazısı olmuş, digər oğlu Şirvanzadə Rüşdü Paşa sədrəzəm olmuşdur.

Onun digər oğlu Hacı Mahmud Əfəndi İsmayıllı rayonunun Mican kəndində məskən salmışdır.

Rəşid Mahmudov və Ağarəsul Məmmədovun ulu babasıdır.

Səcərə

redaktə
 
İsmayil Siracəddin Şirvaninin səcərəsi

Xəlifələri

redaktə
  1. Şeyx Şamil
  2. Mir Həmzə Nigari
  3. Şeyx Mahmud əfəndi Almalı
  4. Mövlana Hacı Mahmud baba
  5. Şeyx Əməd Ağdaşi

Tələbələri

redaktə

Tələbələrindən bəziləri bunlardır:[1]

  • Şeyx İbrahim əfəndi,
  • Şeyx Cəmaləddin Qumuqi,
  • Şeyx Məhəmməd Yaraqi,
  • Xas Məhəmməd,
  • Qazı Məhəmməd.

Həmçinin bax

redaktə
  • Azərbaycanda təsəvvüf
  • Xəlvətilik

Mənbə

redaktə
  • Məhəmməd Məhəmmədcəlil, Fariz Xəlilli, Mövlanə İsmayıl Siracəddin Şirvani. Həyatı, fəaliyyəti və ardıcılları. " Adiloğlu" nəşriyyatı Bakı-2003

Xarici keçidlər

redaktə
  • [1]
  • İsmayıl Siracəddin Şirvani Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine
  • 32-й Шейх Исмаил Мухаммад аш-Ширвани
  • Osmanlı baş vəzirinin atası olmuş kürdəmirli şeyx
  • Исмаил Ширвани, как представитель суфизма в Азербайджане
  1. ↑ Yaqub, Paşa. Övliyalar məskəni Quba mahalı (az.) (ll nəşr). Bakı. 2012. 13.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İsmayıl_Siracəddin_Şirvani&oldid=8142983"
LOVE.AZ