. Love.az

Haci Mahmud Efendi - Wikipedia - Love.az

Ana Səhifə - Haci Mahmud Efendi
Bu məqalə silinməyə namizəddir
Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin.
Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.

Bu məqalə sonuncu dəfə 2 gün əvvəl Gadir (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə)

Hacı Mahmud Əfəndi Aslanbəyli — Şeyx, Azərbaycan və Türkiyədə məşhur din xadimi, şair, təsəvvüf alimi. Hacı Mahmud Əfəndinin türbəsi Azərbaycan, Türkiyə, Borçalı və Dağıstanda tanınan bir ziyarətgahdır. Aslanbəyli kəndinə mənsub Seyidovlar soyunun ulu babasıdır. Aslanbəyli kəndindəndir.

Mahmud əfəndi İncəvi
Hacı Mahmud Əfəndi Veysəl Qarani oğlu
Doğum tarixi 1835
Doğum yeri
  • Qazax, Azərbaycan
Vəfat tarixi 1896
Vəfat yeri
  • Qazax, Qazax qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Əsas maraqları sufilik
Təsirlənib Mir Həmzə Nigari, Ömər Xəlvəti

Hacı Mahmud Əfəndi, Seyid Mir Həmzə Nigarinin seçkin xəlifələrindən olub. Sufi təriqətətinin, Nəqşibəndi silsiləsində, altun silsilədə 33-cü şeyxdir.[2][3]

Mündəricat

  • 1 Həyatı
  • 2 Ailəsi
  • 3 İstinadlar
  • 4 Həmçinin bax

Həyatı

redaktə

Hacı Mahmud Əfəndi ilk təhsilini atası Veysəl Qaranidən almış, ərəb və fars dillərini mükəmməl öyrənmişdi. O, müəyyən müddət Şəkidə təhsil almışdır. Hacı Mahmud Əfəndi təhsilini tamamladıqdan sonra yenidən Aslanbəyliyə qayıdır. Burada elmi bilikləri tədris etmək üçün hücrə tikdirir. Onun ətrafına yaxın və uzaq yerlərdən çoxlu sayda tələbələr toplaşır. 1863-cü ilin rəsmi rus hərbi sənədində incəli Mahmud Əfəndinin adı Tiflis quberniyasının mürşidləri içərisində qeyd olunur. Amasya-Azərbaycan mədəniyyəti öncülləri arasında Hacı Mahmud Əfəndidən də qabaq "İncə Dərəsi"ndən Amasyaya getmiş elm insanları da olmuşdur. Amasyada Azərbaycan türklərinə məxsus "Şirvanlılar Camisi" Hacı Mahmud Əfəndinin Azərbaycandan, xüsusən qazaxlı ağa və bəylərdən topladığı paralarla Mir Hasan Əfəndinin (Həmzə Nigarinin oğlu) nəzarətində inşa edilmişdir.[2] Hacı Mahmud Əfəndinin Şeyx Şamillə də çox yaxın münasibətləri olub. Belə ki, hər ikisi də Mövlana İsmayıl Səracəddin Əfəndinin (1782–1853) müridi olaraq Nəqşibəndi təriqətinin "Xalidi" qolunun yayıcısı olmuşlar. Hacı Mahmud Əfəndi Amasyada və Azərbaycanda çox sayılıb-seçilən, dini dərindən bilən övliyya kimi qəbul edilib. Amasyada yaşayan həmyerlilərinin demək olar ki bütün problemlərini həll etməyə qadir insan olub. Mahmud Əfəndi uşaqlarını Amasyada təhsil üçün saxlamış və özü Aslanbəyli kəndinə dönmüş və bir müddət sonra Həcc ziyartinə getmişdir.[2]

Hacı Mahmud Əfəndi 1896-cı ildə vəfat etmişdir[3].

Vəfatından az əvvəl rus məmurları tərəfindən ona yenidən Osmanlı dövlətinə köçmək tövsiyə olunmuşdur. Hacı Mahmud Əfəndi Aslanbəyli kəndində dəfn olunmuş, müridlərinin vəsaiti və köməkliyi hesabına qəbri üzərində türbə ucaldılmışdır. Türbənin içərisində iki qəbir vardır. İkinci qəbir Seyid Yasin adlı sufiyə məxsusdur. O, bu kəndə gəlmə olmuş, Hacı Mahmud Əfəndi tərəfindən hörmət görmüşdür. Hacı Mahmud Əfəndinin məzar daşında "Ya Allah, Ya Seyyid Nigari, Ya Hz. Mövlanə" və şeyxin öz adı yazılmışdır.[2]

Ailəsi

redaktə

Hacı Mahmud Əfəndinin soyu Azərbaycanda Seyidovlar kimi tanınır[2][4]. Veys, Məhəmməd, Əhməd adında 3 oğlu və Ayşə, Səyalı adında 2 qızı var idi. Oğlu Məhəmməd Əfəndi Türkiyədə məşhur İlahiyyat alimi, təsərrüfat sahibi olmuşdur.

İstinadlar

redaktə
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir.
  1. ↑ "Arxivlənmiş surət". 2020-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-07.
  2. ↑ 1 2 3 4 5 DƏMİRÇİOĞLU, MƏMMƏD. "HACI MAHMUD ƏFƏNDİ". Ədalət Qəzetinin Rəsmi internet səhifəsi (az.). 2015-06-20. İstifadə tarixi: 2025-04-24.
  3. ↑ 1 2 Məmmədli, Səbuhi. "Tanrının şair, rəssam, heykəltəraş, memar "dostu"". Kulis.az (az.). 4 iyul 2011. İstifadə tarixi: 2025-04-24.
  4. ↑ "HACI MAHMUD ƏFƏNDİ". AZƏRBAYCAN MİLLİ KİTABXANASI (Ədalət). 2015.-20 iyun. səh. S.10.

Həmçinin bax

redaktə
  • Hacı Mahmud Əfəndi türbəsi
  • Azərbaycanda təsəvvüf
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Hacı_Mahmud_Əfəndi&oldid=8150414"
LOVE.AZ