. Love.az

Israil Silahli Quvveleri - Wikipedia - Love.az

Ana Səhifə - Israil Silahli Quvveleri
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir.
Səhifəyə yenilənmiş məlumatlar əlavə etməklə Vikipediyanı zənginləşdirməyə kömək edə bilərsiniz.
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir.
Lütfən, etibarlı mənbələr əlavə etməklə məqaləni təkmilləşdirməyə kömək edin. Qərəz yaradan mənbəsiz hissələr müzakirəsiz silinə bilər.

İsrail Silahlı Qüvvələri (ivr. ‏צְבָא הַהֲגָנָה לְיִשְׂרָאֵל‏‎) — İsrail dövlətinin hərbi qüvvələri. İsrail Quru Qoşunları[ing.], İsrail Hərbi Hava Qüvvələri və İsrail Hərbi Dəniz Qüvvələrindən?! ibarətdir. Baş qərargah rəisi Eyal Zamirdir.

İsrail Silahlı Qüvvələri
צבא הגנה לישראל
Qurulub 1948
Daxildir •İsrail Quru Qoşunları
•İsrail Hərbi Hava Qüvvələri
•İsrail Hərbi dəniz Qüvvələri
Qərargah Tel Aviv
Veb-sayt idf.il
idf.il/en
idf.il/ar
idf.il/fr
idf.il/es
Rəhbərlik
Baş nazir Benyamin Netanyahu
Canlı qüvvə
Hərbi yaş 18
Aktiv kadr 160.000
Ehtiyat kadr 630.000
Xərclər
Büdcə 20.5 milyard USD
ÜDM faizi 6.2% (2015)
Sənaye
Xarici təchizatçılar • Böyük Britaniya
•İtaliya İtaliya
•Almaniya Almaniya
•Fransa Fransa
•ABŞ ABŞ

Mündəricat

  • 1 Tarixi
  • 2 Tərkibi
  • 3 Ümumi taktikası
  • 4 Orduda din xadimlərinin xidmətindən istifadə

Tarixi

redaktə

İsrail dövlətinin yaranmasından əvvəl (1948-ci ilə qədər)

1918-ci ildə Osmanlı İmperatorluğunun dağılmasından sonra İngiltərə İordan çayının qərb sahilini işğal etdi və yəhudilər mərkəzi Tel-Əvivdə olan Yeşuv (ivr. היישוב הישן) adlı müstəqil muxtariyyət qurdular və bundan əlavə, məqsədi yəhudilərin hüquqlarını qorumaq olan könüllülər əsasında Haqana adlı yeraltı ordu quruldu. 1948-ci ildə Britaniya mandatının sona çatması ilə bütün ölkədə İsrail bayrağı qaldırıldı və David Ben-Qurion İsrail Dövlətinin qurulduğunu elan etdi və İDF-ni qurdu, Haqana üzvlərini yeni dövlətin nizami ordusuna inteqrasiya etməyə çağırdı. Haqana üzvləri İDF-də ən yüksək vəzifələrə inteqrasiya edildi. zabitlik kursunu müvəffəqiyyətlə bitirən İDF əsgəri formasında taxdığı medal alır. Bu medal Haqana bayrağına əsaslanır və IDF-dəki hər bir zabit Haqana medalını taxır. bütün İDF, İDF-nin qurulduğu təməli quran Haqana təşkilatına əsaslanır.

İsrail Dövləti qurulduqdan sonra (1948-ci ildən sonra)

İsrail Ordusu (İDF) 1948-ci ildə, İsrail Dövlətinin elan edilməsindən bir neçə həftə sonra yaradılıb. Knessetin təsdiq etdiyi “Təhlükəsizlik Xidməti Qanunu”na görə, 18 yaşına çatmış hər bir İsrail vətəndaşı Müdafiə Nazirliyinə hesabat verməli və orduya getməlidir. Bu qanun ərəblərə şamil edilmir, lakin druzlar və bədəvilər İDF-yə qoşulurlar. Kişilər üçün xidmət müddəti iki il səkkiz ay, qadınlar üçün isə iki ildir. Hərbi komitə tərəfindən xidmətə yararsız hesab edilən şəxslər (o cümlədən xəstələr, əlillər və s., habelə bəzi tələbələr) hərbi xidmətdən azad edilirlər.

1948-1949-cu illər arasında İsrail və ərəb orduları arasında müharibə gedirdi. Bu müharibə İsrail Dövlətinin Müstəqillik Döyüşüdür. Kiçik İsrail sağ qalmağı bacardı və 1949-cu ildə İsraillə ərəb ölkələri arasında “sülh müqavilələri” imzalandı və atəşkəs qüvvəyə mindi.

1956-cı il oktyabrın sonunda İsrail, Fransa və İngiltərə Misirə hücum etdi. Lakin bir neçə gün ərzində bu ölkələr atəşkəsə razılaşıblar.

1967-ci ildə İsrail ordusu altı günlük müharibə kimi tanınan müharibədə əvvəlcədən xəbərdarlıq etmədən ərəb ölkələrinə hücum etdi. İsrail ordusu onları məğlub edərək, Colan təpələri, Sinay yarımadası, Qəzza zolağı, Yəhudeya və Samariya, Şərqi Qüds də daxil olmaqla bir çox əraziləri fəth etdi.

6 oktyabr 1973-cü ildə Suriya və Misir orduları İsrailə qarşı qəfil hücuma keçdilər. İsrail fəth etdiyi ərazilərin bir hissəsini itirdi, lakin tezliklə ərəb ordularının irəliləməsini dayandıran, hücumu dayandıran və ərəblərin ələ keçirdikləri əraziləri geri alan ehtiyat əsgərlər gətirildi, Bu müharibə Yom Kipur müharibəsi adlanır. 1982-ci ildə İsrail sülh qarşılığında Sinay yarımadasını Misirə qaytardı, lakin Qəzza zolağı İsrailin əlində qaldı.

1982-ci ildə IDF Beyrutu ələ keçirən Birinci Livan Müharibəsi başladı. Müharibə Livandan fəaliyyət göstərən Fələstin terror təşkilatlarına qarşı aparılırdı. bu müharibə Qaliley Sülh Müharibəsi adlanır. İDF 2000-ci ilə qədər Livanda qaldı.

1987-ci ildə ərəb üsyanı.

2000-ci ildə ərəb üsyanı.

2006-cı ildə Hizbullah tərəfindən üç İsrail əsgərinin öldürülməsindən sonra İkinci Livan müharibəsi başladı. Müharibə 33 gün davam etdi.

Tərkibi

redaktə

İsrail silahlı qüvvələrinin sayı tam səfərbərlik zamanı (ərazi müdafiə bölmələri, vətəndaş müdafiəsi dəstələri, sərhəd və sahil mühafizəsi) 631 min nəfər civarında dəyərləndirilir. Həqiqi hərbi xidmətdə olanların sayı isə, 186 min nəfərdir. 133 min Quru Qoşunlarında, 9,5 min nəfər dəniz donanmasında, 34 min nəfər Hərbi Hava Qüvvələrində xidmət edir. Yarımhərbi heyət 8 min nəfərdir.

İsrailin inhisarında 3930 tank var. Onların böyük bir hissəsi (1400 ədəd) İsrail istehsalı olan I, II, III, IV model yerli istehsal olan "Merkava" tanklarından ibarətdir (İsrail 1985-ci ildən sonra xaricdən tank almır). İsrailin 8040 zirehli transportyoru və zirehli maşını var, onların əksəriyyəti Amerikada istehsal olunub, bu, qonşu ordularda olandan çoxdur. Artilleriya silahlarının sayı 1350-ni ötür. Bu sırada 36 ədəd 203 millimetrlik qaubitsalar (qısalüləli ağır top), 175 millimetr kalibrli 140 ədəd ABŞ istehsalı olan, uzaq döyüşlər üçün nəzərdə tutulan silah, Fransada hazırlanan 155 millimetr kalibrli 720-yə yaxın top, eyni zamanda 130 və 122 millimetrlik sovet qəniməti olan silah var. Minomyotların, xüsusən də 160 millimetrlik özüyeriyən qurğuların sayı da çoxdur.

İsrail Hərbi Hava Qüvvələrində 2002-ci ildə 36 min nəfər xidmət edirdi. Səfərbərlik zamanı İsrail HHQ personalı təxminən 91 min nəfərə çatır. Müxtəlif məlumatlara görə, HHQ-nin inhisarında 800 (istifadədə olan 628, operativ – döyüşə hazır vəziyyətdə saxlanılan, xaricə satıla və ya fövqəladə vəziyyətdə istifadə oluna biləcək 172) döyüş təyyarəsi var. Bu mənada da İsrail, qonşularını geridə qoyur (Misirdə döyüş təyyarələrinin sayı 505, Suriyada 451, İordaniyada 97-yə çatır. Livanın isə belə təyyarələri yoxdur).

Döyüş təyyarələrindən başqa, İsrail HHQ-nin 57 nəqliyyat təyyarəsi ("Boinq-707", Herkules C-130H, "Arava" və Do-28B-1 modelli "Dorenye"), 6 benzindoldurucu nəqliyyat təyyarəsi, 138 təlim təyyarəsi, 22 rabitə təyyarəsi, eyni zamanda elektron kəşfiyyat və patrul təyyarələri var. Bundan başqa, ölkənin AH-64A Apaçi və AH-1G/E/F/S "Kobra" və 500MD "Defender" döyüş təyyarəsi və fərqli modifikasiyalardan olan nəqliyyat təyyarələri var.

Ümumi taktikası

redaktə

İsrail ordusu 24 saat ərzində ehtiyat hissələri səfərbərliyə almağa qadirdir, bu isə, İsrailin strateji zəifliklərini (kiçik ərazi, nizami qoşunların azlığı) xeyli dərəcədə kompensasiya edir. Çoxsaylı düşmənlə əhatə olunmuş İsrailin problemlərini həll etməli olan strateji doktrinanın digər vacib aspektləri – hərbi əməliyyatların hücum xarakteri, hərbi əməliyyatların düşmən ərazisinə keçirilməsi və onların mümkün qədər ölkə sərhədlərindən kənarlaşdırılması, qoşunların sürətlə, cəbhədən-cəbhəyə yerdəyişməsi, əsas təhlükə yerində maksimum qüvvələrin mərkəzləşməsi, quru qoşunlarına qarşı hərbi hava qüvvələrindən istifadənin təmərküzləşməsi və koordinasiya olunması (bu, bütün digər amillərlə insan itkilərini azaltmağa yardım edir), preventiv zərbələrin endirilməsi (əlverişli siyasi şərtlərdə), eyni zamanda dünya və İsrail hərbi sənayesinin nailiyyətlərindən maksimal dərəcədə istifadə ilə bağlıdır.

Orduda din xadimlərinin xidmətindən istifadə

redaktə

İsrail Konstitusiyasında belə xidmət nəzərdə tutulmasa da, təşkil olunur. Orduda xidmət edən dərzilər və müsəlmanlara da şamil olunur. Əxlaqi mövzularla bağlı proqramlar həyata keçirilir. Bəzi yəhudi din xadimlərinin ordunu din savaşına təşviq etdiyi xəbərləri yayılmışdır.

   İsrail ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İsrail_Silahlı_Qüvvələri&oldid=8121136"
LOVE.AZ