. Love.az

Istifadeci Elonizm Bitcoin - Wikipedia - Love.az

Ana Səhifə - Istifadeci Elonizm Bitcoin
Bitcoin
Denominasiyalar
Simvol ₿
İnkişafı
Müəllif (lər) Satoşi Nakamota
İlkin buraxılış 0.1.0 / 9 yanvar 2009
Sonuncu buraxılış 0.21.0 / 15 yanvar 2021
İnkişaf vəziyyəti aktiv
Vebsayt bitcoin.org
Əsas mühasibat
Heş alqoritmi SHA-26
Dövriyyədə ₿18,741,381 (24 iyun 2021)
İstehsal məhdudiyyəti ₿21,000,000[1]

Bitcoin — 2008-ci ildə Satoshi Nakamoto adlı naməlum şəxs və ya qrup tərəfindən ixtira olunmuş və 2009-cu ildə açıq-mənbəli proqram təminatı kimi istifadəyə verilmiş kriptovalyutadır.[2][3] Bu valyuta kriptoqrafik protokola əsaslanır və hər-hansı mərkəzdən aslı deyil. Bitcoin heç bir maliyyə qurumuna ehtiyac olmadan kompüter və ya smartfonlar vasitəsilə birbaşa köçürülə bilir.

Bitcoin əməliyyatların təhlükəsizliyi bitcoin miner adlanan serverlər tərəfindən təmin edilir.

Bitcoinləri almaq və ya başqa bir hesaba köçürmək üçün istifadəçinin bir və ya birdən çox bitcoin hesabı ola bilər. Bitcoin hesabı onlayn ola bilər və ya kompüterə, smartfona "rəqəmsal cüzdan" adlanan proqram yükləməklə əldə etmək olar.

Mündəricat

  • 1 Tarixi
  • 2 İş prinsipi
  • 3 Dizayn
  • 4 İqtisadiyyat
    • 4.1 Ponzi sistemi narahatlığı
    • 4.2 Qiymət təxminləri
    • 4.3 Qurtardı şayələri
    • 4.4 Rəylər
    • 4.5 Alış-verişdə istifadə
    • 4.6 Qeyri-kommersiya təşkilatların rəyləri
    • 4.7 Ödəniş təminatçıları
    • 4.8 Pərakəndə istifadə
    • 4.9 Ümumi istifadə
    • 4.10 Banklar
    • 4.11 İnvestisiya
    • 4.12 Sahibkarlıq
    • 4.13 Siyasi təsir
  • 5 Hüquqi status
  • 6 Cinayətlər
    • 6.1 Qara birja
    • 6.2 Zərərli proqramlar
      • 6.2.1 Zərərli proqramlar vasitəsilə oğurluq
      • 6.2.2 Şantaj virusu
      • 6.2.3 İcazəsis mədənçilik
    • 6.3 Kirli pul təmizləmə
    • 6.4 Ponzi sistemi
    • 6.5 Oğurluq
  • 7 Təhlükəsizlik
    • 7.1 İcazəsiz xərcləmə
    • 7.2 İkiqat xərcləmə
    • 7.3 Yarış hücumu
    • 7.4 Tarix dəyişikliyi
    • 7.5 Müştəri gizliliyini ləğv etmə
  • 8 Blokçeyndəki datalar
  • 9 Əyləncə sənayesi
    • 9.1 Filmlər
    • 9.2 Mahnılar
  • 10 Şəkillər
  • 11 Həmçinin bax
  • 12 İstinadlar
  • 13 Xarici keçidlər

Tarixi

redaktə

Bitcoin-in Satoshi Nakamota adlı şəxs tərəfindən yaradıldığı düşünülür. Həmin şəxsin gizliliyi hələ də qorunur.

Bitcoin 3 yanvar 2009-cu ildə qurulmuşdur. Məqalənin tərtibatçısı Satoshi Nakamotadır. Əsl adı tam olaraq məlum deyil. Bitcoin-in ən çox istehsal oluna biləcək sayı əvvəlcədən tərtib olunmuş və 21 milyon ədədlə məhdudlaşdırılmışdır. İlk Bitcoin transferi Satoshi Nakamota tərəfindən köməkçisi Hal Finneyə köçürmə etməsi baş vermişdir. İlk alış-veriş 22 may 2010-cu ildə 10.000 Bitcoin müqabilində pizza almaqla gerçəkləşmişdir.[4]

22 iyul 2013-cü ildə dövriyyədəki Bitcoin-lərin ümumi dəyəri 1.2 milyard dollar olmuşdur.[5] Bu rəqəm 26 iyul 2020-ci ildə 182.967.290-a çatmışdır.[6] Hal-hazırda istehsal olunmuş Bitcoin sayı 18.443.043-ə çatmışdır.[7] Bu rəqəmin son saya - 21 milyona çatmağının mütəxəssislər tərəfindən qarşıdakı 80 il ərzində olması təxmin edilir.[mənbə göstərilməlidir]

İş prinsipi

redaktə

Bitcoin yalnız təkrarlanan paylanmış blockchain verilənlər bazasında qeydlər şəklində mövcuddur ki, bütün əməliyyatlar ictimai, açıq (şifrələnməmiş) formada saxlanılır, göndəricilərin - alıcıların bitcoin ünvanlarını göstərir lakin bu ünvanların həqiqi sahibi haqqında məlumat yoxdur. Bazada hər hansı bir sahibdən bitcoinin cari miqdarı barədə ayrıca qeyd yoxdur. Yalnız əməliyyat zəncirləri əsasında müəyyən bir bitcoin ünvanı ilə əlaqəli bitcoinlərin cari sayı aydın olur. Yəni, 1 bitcoin ünvana gəldiyini, başqa bir əməliyyatla 2 bitcoinin eyni ünvana gəldiyini, üçüncü əməliyyatın bu ünvandan 1 bitcoin göndərdiyini görə bilərsiniz. Lakin verilənlər bazası hazırda bu ünvana neçə bitcoin verildiyi barədə ayrıca qeyd etmir - sadəcə istənilən vaxt asanlıqla hesablamaq imkanı verilir. Bu cür hesablamalar avtomatik olaraq müştəri proqramları tərəfindən aparılır, istifadəçi məlumatların parçalanmasını hiss edə bilməz.

Dizayn

redaktə

Bitcoin və başqa kriptovalyutalar “mədənçilik” kimi tanınan proseslə yaradılır. Bu zaman çox güclü kompüterlər qəliz riyazi düsturları və tapmacaları çözmək üçün yarışırlar. Proses həm də nəhəng elektrik enerjisi sərfini tələb edir.[8]

İqtisadiyyat

redaktə

Ponzi sistemi narahatlığı

redaktə

Jurnalistlər,[9] iqtisadiyyatçılar[10][11] və Estoniya Mərkəzi Bankı[12] Bitcoin-in ponzi sistemi olduğuna inandıqlarını demişdirlər. Çikaqo Universitetinin hüquq professoru Erik Posner 2013-cü ildə "Əsl ponzi sistemi saxtakarlıqdır. Bitcoin isə tam əksinə kollektiv aldatmaya oxşayır." demişdir.[13] 2014-cü ildə Dünya Bankı və İsveçrə Federal şurası qeydlər hazırlayaraq Bitcoin-in ponzi sisteminə əsaslanmadığı nəticəsinə gəldilər.[14][15]

Qiymət təxminləri

redaktə

Maliyyə jurnalistləri, iqtisadiyyatçılar, analizçilər və investorlar Bitcoin-in qarşıdakı illərdəki qiymətini təxmin edirlər. İqtisadiyyatçı Con Quiqqin 2013-cü ilin aprelində "Bitcoin ən sonda pik nöqtəyə çatacaq. Amma bunun vaxtını demək mümkün deyil." demişdir.[mənbə göstərilməlidir] Buna oxşar digər bir təxmin 2014-cü ildə iqtisadiyyatçı Kevin Daud tərəfindən edilmişdir.[16]

Maliyyə professoru Mark Uilyam 2013-cü ilin dekabrında Bitcoin-in 2014-cü ildə 10$-dan aşağı düşəcəyini təxmin etdi.[17] Amma 2014-cü ildə ən aşağı qiymət aprel ayında 344$, iyul ayında isə 609$ oldu.[18] Uilyam 2014-cü ilin dekabrında Bitcoin haqda "Uğurlu olmağı çox aşağı ehtimaldır. Əgər uğurlu olsa, çox böyük olacaq." dedi.[19]

Nyu-York Universitetində maliyyə professoru olan David Yermak 2014-cü ilin noyabrında Bitcoin--in 2015-ci ilin noyabr ayında qiymətsiz olacağını dedi.[20] Amma həmin ildə (2014-cü ildə) Bitcoin-in ən aşağı qiyməti yanvar ayında 176.7$, noyabr ayında isə 309.9$ oldu.[mənbə göstərilməlidir]

2013-cü ilin mayında Bank of America FX və qiymət strateqi David Vu Bitcoin-in bir ədədinin maksimum 1.300$ olacağını təxmin etdilər.[21] Bitcoin investoru Kameron Uinklevoss isə 2013-cü ilin dekbarında Bitcoin-in qiymətinin 40.000$ ola biləcəyini demişdir.[22]

Qurtardı şayələri

redaktə

Bitcoin-in qurtarması haqda bir çox xəbər mövcuddur.[23] 2015-ci ilin əvvəlində bir jurnalist Bitcoin-in qurtarmasına aid 29 xəbər hazırlamışdır.[24]

Forbes jurnalı 2011-ci ilin iyununda,[25] Gizmodo jurnalı isə həmin ilin avqustunda Bitcoin-in qurtardığını demişdir.[26] Wired jurnalı isə bu haqda xəbəri 2012-ci ilin dekabrında nəşr etmişdir.[27] Ouishare jurnalı 2013 mayda,[28] New York Magazine 2013 iyunda,[29] Reuters 2014 yanvarda,[30] Street Insider 2014 fevralda,[31] The Weekly Standart[32], Salon[33] və Vice News 2014 martda,[34] Financial Times 2014 sentyabrda[35] və USA Today isə 2015-ci ilin yanvar ayında Bitcoin-in qurtadığı haqda şayə xəbərlər nəşr etmişlərdir. Həmçinin keçmiş Bitcoin tərtibatçısı Mayk Hörn 2016-cı ilin yanvar ayında Bitcoin haqda "uğursuz layihə" ifadəsini istifadə etmişdir.[36]

Piter Qrinhill bu xəbərlərə qarşı "Bitcoin-in qurtarması şayələri çox şişirdildi." demişdir.[37]

Rəylər

redaktə

Bəzi iqtisadiyyatçılar Bitcoin-ə müsbət baxsalar da, bəziləri şübhə ilə baxırlar. Chicago Fed-in iqtisadiyyatçısı François Velde Bitcoin-i "rəqəmsal pul yaratmağın incə üsulu" olaraq adlandırmışdır.[38] Digər bir iqtisadiyyatçı Con Quiqqin isə Bitcoin-ə "effektiv bazar hipnozunun son qarşılığı" olaraq rəy bildirdi.[mənbə göstərilməlidir]

Louis federal bankının müavini David Andolfatto Bitcoin-nin təşkilat üçün təhlükə oduğunu demişdir.[39][40][41]

PayPal-ın müdürü David Markus Bitcoin-i "əmanətləri saxlamaq üçün mükəmməl yer" olaraq adlandırır. Amma qiymətinin davamlı olaraq artıb-azalması bitənə qədər pul vahidi olmayacağını da deyir.[42] Bill Geyts Bloomberg LP-ə verdiyi müsahibədə "Bitcoin həyacan vericidir. Çünkü nə qədər ucuz ola biləcəyini göstərir." demişdir.[43]

Braziliya,[44] Men adası,[45] Cersi,[46] Birləşmiş Krallıq[47] və ABŞ kimi ölkələrin vəzifəli şəxsləri Bitcoin-in maliyyə xidmətləri verdiyini anladılar. Bitcoin doğru formada istifadə olunduqda fırıldaqçılığın qarşısını almaq və alış-verişi asanlaşdırmaq üçün siyasətçilərin və vəzifəlilərin də maraq dairəsi olur.[48][49][50]

Alış-verişdə istifadə

redaktə
 
Niderlanddakı kafedə Bitcoin ilə ödəniş qəbul edilir (2013)
 
Vyanada Bitcoin ATM-si

2015-ci ildə Bitcoin ilə ödəniş qəbul edən KOM-ların (kiçik və orta müəssisələr) sayı 100 mini keçmişdir.[51] 2014-cü ildən bəri isə bəzi şirkətlər belə Bitcoin ilə ödəniş qəbul edir:

Alexa sırası Sayt
33 PayPal[52]
41 Microsoft[53]
328 Dell[54]
329 Newegg[55]
505 Overstock.com[56]
512 Expedia[57]
1,981 TigerDirect[58]
5,674 Dish Network[59]
7,038 Zynga[60]
30,565 Time[61]
176,903 PrivateFly[62]
253,983 Virgin Galactic[63]
348,010 Dynamite Entertainment[64]
1,145,668 Clearly Canadian[65]
Sacramento Kings[66]

Bunlardan başqa həmçinin Starbucks, Tesla, Amazon, Visa, PayPal, AirBaltic, Koka-Kola, LOT Polish Airlines, Lush və digər bir çox şirkət və saytlar da, Bitcoin ilə ödəniş qəbul edirlər.[67]

Qeyri-kommersiya təşkilatların rəyləri

redaktə

Bitcoin The Electronic Frontier Foundation,[mənbə göstərilməlidir] Qrinpis,[68] Mozilla Fondu,[69] Vikimedia Fondu[70] və Free Software Foundation tərəfindən qəbul edilmişdir.[71] 2013-cü ilin sonunda Nikosiya Universiteti Bitcoin ilə ödəniş qəbul edən ilk universitet oldu.[72][73][74]

Ödəniş təminatçıları

redaktə

Bitcoin-i qəbul edən Dish Network kimi müəssisələr BitPay və Coinbase kimi ödəniş təminatçılarından istifadə edirlər. Müştəri Bitcoin ilə ödəniş etdikdə ödəniş təminatçısı ödənişi müəssisənin adından qəbul edir və məbləği satıcının bank hesabına göndərir. Bu xidmət üçün isə məbləğin 1%-dən az komissiya tutur.[75]

Pərakəndə istifadə

redaktə

Hon-Konqda yerləşən bir texnologiya şirkətinin müdürü Tim Suansona görə 2014-cü ildə Bitcoin ilə edilən gündəlik pərakəndə alış təxminən 2.3 milyon dollardır.[76] Tim Suansonun digər təxmininə görə isə, 2015-ci il ferval ayında gündəlik pərakəndə alış-verişdə istifadə olunan Bitcoin-in 5.000-dən az olduğunu demişdir. 2014-cü ildə isə Bitcoin-in pərakəndə alışının çoxalması ehtimalının çox az olduğunu demişdir.[mənbə göstərilməlidir]

Ümumi istifadə

redaktə

Kembric Universitetinin 2017-ci ildə etdiyi araşdırmada məlum olmuşdur ki, 2,9 milyon - 8 milyon aralığında istifadəçinin kriptovalyuta pul qabısı vardır.[mənbə göstərilməlidir] Ən çox istifadə olunan kriptovalyuta isə Bitcoin-dir.[mənbə göstərilməlidir]

Banklar

redaktə

İnvestisiya

redaktə

Sahibkarlıq

redaktə

Piter Tiel kimi sahibkarlar Bitcoin-i almaq əvəzinə, onun infrastrukturunu müəssisələrə, birjalara, elektron pul qabı xidmətlərinə və başqa ödəniş təminatçılarına satırlar.[77] Bitcoin investorları həmçinin mədənçiliyə də investisiya edirlər.[78] 2015-ci ildə Paolo Taskanın apardığı araşdırmadan məlum olmuşdur ki, Bitcoin şirkətləri üç il ərzində təxmini 1 milyard dollar qazanmışdırlar.[79]

Siyasi təsir

redaktə

Hüquqi status

redaktə

Cinayətlər

redaktə

Cinayətkarlar tərəfindən Bitcoin-dən istifadə maliyyə tənzimləyicilərinin, qanunverici orqanların, hüquq-mühafizə orqanlarının və medianın diqqətini cəlb etmişdir.[80] FTB bu məsələ ilə bağlı təhqiqat hesabatı hazırlayıb.[81] SEC isə rəqəmsal pullara edilən investisiyalar haqqında xəbərdarlıq hazırlayıb.[82]

Bir çox xəbərlərdə Bitcoin-in məşhur olmasının səbəbi olaraq cinayət işlərində istifadə edilə bilməsi bildirilmişdir.[83][84] 2014-cü ildə Kentukki Universitetinin tədqiqatçıları kompyuter mühəndislərinin və qanunsuz işlərlə məşğul olanların Bitcoin-ə maraqlarının olmasını və siyasi və investisiya baxımından məhdud dəstək olduğunu dedilər.[85]

Qara birja

redaktə

Zərərli proqramlar

redaktə

Zərərli proqramlar vasitəsilə oğurluq

redaktə

Şantaj virusu

redaktə

İcazəsis mədənçilik

redaktə

Kirli pul təmizləmə

redaktə

Ponzi sistemi

redaktə

Bitcoin istifadə edən bir şirkət investorlarına həftəlik 7% qazanc təklif etmişdir.[86] 2013-cü ilin iyul ayında ABŞ Qiymətli Kağızlar və Mübadilə Komissiyası həmin şirkəti və təsisçisini eyni ildə "investorları aldadan ponzi sistemi" adı altında günahlandırdı.[87] 2014-cü ilin sentyabr ayında məhkəmə tərəfindən şirkətə 40 milyon dollar pul cəzası verildi.[88]

Oğurluq

redaktə

Təhlükəsizlik

redaktə

Bitcoin-dən ödəniş sistemi kimi istifadə edildiyinə görə, bitcoin şəbəkəsinə real və ya nəzəri hücumlar düşünülmüşdür. Bitcoin protokolu icazəsiz xərcləmələrdən, ikiqat xərcləmədən, təkrar hücumlardan və blokçeyn saxtakarlığı kimi bəzi hücumlardan qoruyan bir neçə funksiyanı özündə ehtiva edir.[89][90][91][92][93]

İcazəsiz xərcləmə

redaktə

Bitcoin-in açıq-qapalı şifrələmə istifadə etməsi icazəsiz xərcləmələri azaldır.

Məsələn, Nuray Eminə bir Bitcoin göndərəndə Emin Bitcoin-in yeni sahibi olur. Bu əməliyyatı müşahidə edən Sevinc Eminin yeni sahib olduğu Bitcoin-i xərcləmək istəyə bilər. Amma Eminin özünəməxsus açarının məlumatı olmadan bunu etmək mümkün deyil.

İkiqat xərcləmə

redaktə

İnternet ödəniş sisteminin həll etməli olduğu əsas problemlərdən biri ikiqat xərcləmədir. Bu halda hanısa bir istifadəçi eyni pulu iki və ya daha çox müxtəlif alıcıya ödəyə bilər.

Məsələn, Nuray bir Bitcoin-i Eminə sonra isə, həmin Bitcoin-i Sevincə göndərə bilər.

Bundan fərqli olaraq, Bitcoin şəbəkəsi bütün köçürmələri bütün istifadəçilərin görə biləcəyi blokçeyndə qeyd edir və beləcə bütün köçürmələri qeyd edərək daha əvvəl xərclənmiş Bitcoin-lərin ikinci dəfə xərclənməsinin qarşısını alır.[mənbə göstərilməlidir]

Yarış hücumu

redaktə

Tarix dəyişikliyi

redaktə

Müştəri gizliliyini ləğv etmə

redaktə

Blokçeyndəki datalar

redaktə

Blokçeyndə hər hanısıa rəqəmsal faylları saxlmaq olur. Amma əməliyyatların həcmi artdıqca qiymət də ona uyğun olaraq artır.[94]

Bitcoin kodlarına uşaq porno keçidləri, Ben Bernankenin şəkilləri və digər fayllar da əlavə olunmuşdur.[95]

Əyləncə sənayesi

redaktə

Filmlər

redaktə

"The Rise and Rise of Bitcoin" (2014) Bitcoin istifadə edən kompyuter mühəndisləri və narkotik satıcıları kimi insanlara edilən müsahiblərdən ibarət sənədli filmdir.[96] 2016-cı ildə isə Bitcoin haqda digər sənədli film "Banking on Bitcoin" yayımlanmışdır.[97]

Mahnılar

redaktə

Bitcoin haqda bir çox mahnı yayımlanmışdır.[98]

2018-ci ildə Kasotsuka Shojo – Virtual Currency Girls adlı Yapon qrupu fəaliyyətə başladı. Səkkiz üzvün hər biri Bitcoin, Ethereum və Cardano da daxil olmaqla kriptovalyutaları təmsil edirdilər.[99][100]

Şəkillər

redaktə

Həmçinin bax

redaktə
  • Kriptovalyuta
  • Kriptovalyutaların siyahısı
  • Ethereum

İstinadlar

redaktə
  1. ↑ https://github.com/bitcoin/bitcoin/blob/08a7316c144f9f2516db8fa62400893f4358c5ae/src/amount.h
  2. ↑ https://www.economist.com/blogs/economist-explains/2015/11/economist-explains-1
  3. ↑ https://www.newyorker.com/magazine/2011/10/10/the-crypto-currency
  4. ↑ https://web.archive.org/web/20210803184511/https://www.binansal.com/bitcoin-nedir-nasil-ve-nereden-alinir/#Ilk_Bitcoin_Alisverisi_Ne_Zaman_Gerceklestirilmistir
  5. ↑ https://web.archive.org/web/20150918220548/https://blockchain.info/charts/market-cap
  6. ↑ https://blockchain.info/charts/market-cap
  7. ↑ https://web.archive.org/web/20140712005118/http://www.coinmarketcap.com/currencies/bitcoin/
  8. ↑ İranın ABŞ-ın boğucu sanksiyalarından necə yayındığı məlum oldu
  9. ↑ https://www.zdnet.com/article/bitcoin-confidence-game-is-a-ponzi-scheme-for-the-21st-century/
  10. ↑ http://www.cnbc.com/id/101479123
  11. ↑ https://web.archive.org/web/20160617002042/http://www.dailydot.com/opinion/why-bitcoin-ponzi-scheme/
  12. ↑ https://www.bloomberg.com/news/2014-01-30/bitcoin-ponzi-scheme-worry-sparks-estonia-central-bank-caution.html
  13. ↑ http://www.slate.com/articles/news_and_politics/view_from_chicago/2013/04/bitcoin_is_a_ponzi_scheme_the_internet_currency_will_collapse.html
  14. ↑ http://www-wds.worldbank.org/external/default/WDSContentServer/WDSP/IB/2014/07/16/000112742_20140716115536/Rendered/PDF/WPS6967.pdf
  15. ↑ https://web.archive.org/web/20160325181819/http://www.news.admin.ch/NSBSubscriber/message/attachments/35355.pdf
  16. ↑ http://www.cityam.com/1415215686/bitcoin-bust-why-investors-should-abandon-doomed-cryptocurrency
  17. ↑ http://www.businessinsider.com/williams-bitcoin-meltdown-10-2013-12
  18. ↑ http://www.huffingtonpost.com/steve-h-hanke/bitcoin-charts_b_5838132.html
  19. ↑ https://www.wsj.com/articles/how-mt-gox-debacle-won-over-a-bitcoin-convert-1417471759
  20. ↑ http://www.cnn.com/2014/11/13/tech/bitcoin-peak-price-future
  21. ↑ http://www.forbes.com/sites/samanthasharf/2013/12/05/bitcoin-gets-valued-bank-of-america-puts-a-price-on-the-virtual-tender/
  22. ↑ http://mashable.com/2013/12/16/cameron-winklevoss-bitcoin/
  23. ↑ http://www.cnbc.com/id/102337172#.
  24. ↑ http://www.cnbc.com/id/102337172#.
  25. ↑ http://www.forbes.com/sites/timworstall/2011/06/20/so-thats-the-end-of-bitcoin-then/
  26. ↑ http://www.gizmodo.com.au/2011/08/the-bitcoin-is-dying-whatever/
  27. ↑ https://www.wired.com/2012/12/wired-tired-expired/#slideid-331231
  28. ↑ https://web.archive.org/web/20150119204137/http://magazine.ouishare.net/2013/05/bitcoin-human-based-digital-currency
  29. ↑ http://nymag.com/daily/intelligencer/2013/06/bitcoin-sees-the-grim-reaper.html
  30. ↑ http://blogs.reuters.com/edward-hadas/2014/01/08/an-early-obituary-for-bitcoin/
  31. ↑ http://www.streetinsider.com/Analyst+Comments/Bitcoin+is+Dead/9219338.html
  32. ↑ http://www.weeklystandard.com/blogs/bitcoin-dead_784187.html
  33. ↑ http://www.salon.com/2014/03/07/sorry_libertarians_your_dream_of_a_bitcoin_paradise_is_officially_dead_and_gone/
  34. ↑ https://news.vice.com/article/bitcoin-is-dead-long-live-bitcoin
  35. ↑ http://ftalphaville.ft.com/2014/09/19/1976132/cult-markets-when-the-bubble-bursts
  36. ↑ http://www.bbc.com/news/technology-35343561
  37. ↑ http://www.huffingtonpost.co.uk/peter-greenhill/decline-of-bitcoin_b_6976474.html
  38. ↑ https://web.archive.org/web/20141026065254/http://www.chicagofed.org/digital_assets/publications/chicago_fed_letter/2013/cfldecember2013_317.pdf
  39. ↑ http://www.stlouisfed.org/dialogue-with-the-fed/assets/Bitcoin-3-31-14.pdf
  40. ↑ http://www.businessinsider.com/interview-with-david-andolfatto-2014-4
  41. ↑ https://web.archive.org/web/20170412053554/http://andolfatto.blogspot.com/2013/12/in-gold-we-trust.html
  42. ↑ http://news.cnet.com/8301-1023_3-57615080-93/paypal-president-david-marcus-bitcoin-is-good-nfc-is-bad/
  43. ↑ https://www.bloomberg.com/video/bill-gates-bitcoin-is-exciting-because-it-s-cheap-dQ4qHV4~TLSnUIuIRfZBVA.html
  44. ↑ http://thebrazilbusiness.com/article/taxation-on-bitcoin
  45. ↑ https://www.bloomberg.com/news/features/2015-09-07/isle-of-man-tax-haven-with-tailless-cats-becomes-bitcoin-hub
  46. ↑ http://www.bbc.co.uk/news/world-europe-jersey-28247796
  47. ↑ http://www.cityam.com/220980/pm-take-uk-fintech-leaders-asian-tour
  48. ↑ http://www.ibtimes.co.uk/barclays-transfer-value-age-distributed-ledger-technology-1508849
  49. ↑ http://www.forbes.com/sites/gregoryferenstein/2015/07/29/former-obama-tech-advisor-explains-how-bitcoin-could-transform-government-in-5-quotes/
  50. ↑ http://www.forbes.com/sites/kashmirhill/2014/03/05/congressman-calls-for-ban-on-u-s-dollar-in-response-to-senators-bitcoin-ban-request/
  51. ↑ http://www.ibtimes.co.uk/bitcoin-now-accepted-by-100000-merchants-worldwide-1486613
  52. ↑ https://www.paypal-community.com/t5/PayPal-Forward/PayPal-and-Virtual-Currency/ba-p/828230
  53. ↑ http://www.theverge.com/2014/12/11/7375771/microsoft-supports-bitcoin-payments
  54. ↑ https://dealbook.nytimes.com/2014/07/18/dell-begins-accepting-bitcoin/
  55. ↑ http://www.newegg.com/bitcoin
  56. ↑ https://web.archive.org/web/20160322120750/http://blogs.marketwatch.com/thetell/2014/01/09/bitcoin-now-accepted-on-overstock-com-through-vc-backed-coinbase/
  57. ↑ http://blogs.wsj.com/moneybeat/2014/06/11/expedia-starts-accepting-bitcoin-for-hotel-bookings/
  58. ↑ http://www.tomshardware.com/news/tigerdirect-bitcoin-bitpay-payments,25859.html
  59. ↑ https://www.wsj.com/articles/dish-network-to-accept-bitcoin-payments-1401363621
  60. ↑ https://www.bloomberg.com/news/2014-01-05/bitcoin-tops-1-000-again-on-adoption-by-zynga-amid-wider-usage.html
  61. ↑ https://dealbook.nytimes.com/2014/12/16/time-inc-begins-accepting-bitcoin-payments/?_r=1
  62. ↑ http://www.telegraph.co.uk/technology/news/10558191/Ten-places-where-you-can-spend-your-bitcoins-in-the-UK.html
  63. ↑ https://www.theguardian.com/technology/2013/nov/22/virgin-galactic-bitcoin-space-flights-payment
  64. ↑ http://www.comicvine.com/articles/dynamite-digital-adds-bitcoin-payment-option-and-o/1100-149863/
  65. ↑ https://finance.yahoo.com/news/clearly-canadian-joins-bitcoin-community-110000013.html
  66. ↑ https://www.bloomberg.com/news/2014-01-16/how-many-bitcoins-for-a-courtside-seat-.html
  67. ↑ https://www.kisakisa.com/haber/kripto-para-ile-odeme-kabul-eden-buyuk-sirketler/3898
  68. ↑ https://web.archive.org/web/20150629002308/http://greenpeaceblogs.org/2014/09/22/greenpeace-now-accepting-bitcoin-donations/
  69. ↑ http://venturebeat.com/2014/11/21/mozilla-releases-annual-report-for-2013-revenue-up-just-1-to-314m-and-again-90-came-from-google/
  70. ↑ https://blog.wikimedia.org/2014/07/30/wikimedia-foundation-now-accepts-bitcoin/
  71. ↑ https://web.archive.org/web/20170328105518/https://www.fsf.org/blogs/community/bitcoins-a-new-way-to-donate-to-the-fsf
  72. ↑ http://blogs.wsj.com/moneybeat/2013/11/22/the-university-of-bitcoin-rises-in-cyprus/
  73. ↑ http://www.geekwire.com/2013/cyprusbased-school-university-accept-bitcoin-tuition/
  74. ↑ https://web.archive.org/web/20170327075827/https://www.unic.ac.cy/about-us/university-nicosia-digital-currency-initiative
  75. ↑ http://www.reuters.com/article/2014/08/28/us-usa-bitcoin-retailers-analysis-idUSKBN0GS0AG20140828
  76. ↑ http://www.reuters.com/article/2014/12/11/us-markets-bitcoin-adoption-analysis-idUSKBN0JP2CZ20141211?utm_source=Triggermail&utm_medium=email&utm_term=BII%20List%20Payments%20ALL&utm_campaign=Post%20Blast%20%28bii-payments%29%3A%20Alibaba%20launches%20internet%20bank%20%E2%80%93%20JD.com%20offering%20installment%20loans%20%E2%80%93%20Millennials%20have%20mixed%20reactions%20about%20Bitcoin
  77. ↑ http://www.technologyreview.com/news/515391/bitcoin-millionaires-become-investing-angels/
  78. ↑ http://www.redherring.com/finance/coinseed-raises-7-5m-invests-5m-in-bitcoin-mining-hardware-investment-round-up/
  79. ↑ https://papers.ssrn.com/sol3/papers.cfm?abstract_id=2657598
  80. ↑ http://www.bloombergview.com/articles/2013-08-08/did-the-sec-just-validate-bitcoin-no-
  81. ↑ https://www.wired.com/images_blogs/threatlevel/2012/05/Bitcoin-FBI.pdf
  82. ↑ http://www.bloombergview.com/articles/2013-08-08/did-the-sec-just-validate-bitcoin-no-
  83. ↑ http://www.economist.com/node/21563752
  84. ↑ https://www.theguardian.com/world/2013/mar/22/silk-road-online-drug-marketplace
  85. ↑ https://papers.ssrn.com/sol3/papers.cfm?abstract_id=2518603
  86. ↑ https://www.sec.gov/News/PressRelease/Detail/PressRelease/1370539730583
  87. ↑ https://www.sec.gov/News/PressRelease/Detail/PressRelease/1370539730583
  88. ↑ http://www.forbes.com/sites/jayadkisson/2014/09/25/bitcoin-savings-trust-comes-up-40-million-short-on-the-trust-part/
  89. ↑ http://blogs.cornell.edu/info4220/2013/03/29/bitcoin-and-the-double-spending-problem/
  90. ↑ http://eprint.iacr.org/2012/248.pdf
  91. ↑ http://blogs.wsj.com/moneybeat/2014/06/16/bitbeat-a-51-attack-what-is-it-and-could-it-happen/
  92. ↑ http://orbilu.uni.lu/handle/10993/18679
  93. ↑ https://www.researchgate.net/publication/51918209_An_Analysis_of_Anonymity_in_the_Bitcoin_System
  94. ↑ https://web.archive.org/web/20161002095420/http://bitcoinfees.com/
  95. ↑ http://money.cnn.com/2013/05/02/technology/security/bitcoin-porn/
  96. ↑ https://www.nytimes.com/2014/10/03/movies/the-rise-and-rise-of-bitcoin-from-nicholas-mross.html?_r=0
  97. ↑ https://www.gq.com/story/what-the-hell-is-bitcoin-let-this-documentary-on-netflix-explain
  98. ↑ http://blogs.wsj.com/moneybeat/2014/02/18/bitbeat-mt-goxs-pyrrhic-victory/
  99. ↑ https://www.ft.com/content/01ad80d6-f77d-11e7-88f7-5465a6ce1a00
  100. ↑ https://www.theverge.com/2018/1/12/16882378/japan-jpop-band-virtual-currency-girls-kasotsuka-shojo-cryptocurrency

Xarici keçidlər

redaktə
  • bitcoin.org — rəsmi saytı
  • Bitcoin haqqında məlumat
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İstifadəçi:Elonizm/Bitcoin&oldid=8047237"
LOVE.AZ