Dostumuz Sultan 11. Siz Azərbaycanca Vikipediyasında fəallığa və onun inkişafına verdiyiniz töhvəyə görə "Vikibağlılıq" nişanı ilə təltif edilirsiniz. Təbrik edir və gələcək işlərinizdə uğurlar arzu edirəm. Hörmətlə --Acategory 08:49, 1 yanvar 2012 (UTC)Cavabla
Həmkarımız Acategory. Yeni ilin ilk gününü bu cür mükafatla qarşılamağım məni həm sevindirdi, həm də daha da məsuliyyətli və işgüzar olmağa səslədi. Diqqətinizə görə sizə səmimi təşəkkür edir, gələcək işlərinizdə sizə yeni-yeni uğurlar arzulayıram. Hörmətlə: -- ■ Sultan mesaj 09:07, 1 yanvar 2012 (UTC)Cavabla
Hörmətli Ebrahimi-amir. Siz Azərbaycanca Vikipediyasında fəallığa və onun inkişafına verdiyiniz töhvəyə görə "Vikibağlılıq" nişanı ilə təltif edilirsiniz. Təbrik edir və gələcək işlərinizdə uğurlar arzu edirəm. --Acategory 08:54, 1 yanvar 2012 (UTC)Cavabla
Hörmətli Acategory Sizin mənə verdiyiniz "Kral ləyaqəti nişanı"na görə minnətdaram. Mənim bu mükafata layiq görülməyim məni hədsiz sevindirdi. mən çalışacam ki Viki daha zəngin olsun. Hörmətlə --Araz Yaquboglu Araz Yaquboglu 14:01, 2 yanvar 2012 (UTC)Cavabla
Sizin Vikipediya:Bilirsinizmi/Yeni buraxılışın hazırlanması məqaləsinə çəkdiyiniz zəhməti yüksək qiymətləndirirəm. Ancaq hər buraxılşda hər mövzudan ancaq bir sətir istifadə etmək olar. Həmin mövzunun özünə isə yenindən 4-5 buraxılşdan sonra qayıtmaq olar. Ona görə də son əlavələrinizdən ancaq bu qayda ilə istifadə etmək olduğunu bildirməliyəm. Hörmətlə --Acategory 17:17, 2 yanvar 2012 (UTC)Cavabla
Bu gün, bir qədər vaxt tapan kimi bildirərəm. Hamıya hörmətlə --Acategory 13:02, 4 yanvar 2012 (UTC)Cavabla
Salam. Siz Yuvelian Sumbatov-Topuridze məqaləsində onun ölüm tarixini vermisiniz. Mənim üçün maraqlıdır, bu informasiya haradandır ? --Acategory 19:13, 3 yanvar 2012 (UTC)Cavabla
Mənə dəyər verən əzizim Acategory. Mən qeyri millətlərdən olan şəxslərin məqaləsində həmişə o millətə məxsus Vikiyə keçirəm. orda baxıb Az Vikidə qeyd edirəm. bunu da elə etmişəm. səhvim varsa deyin öyrənim. Artıq mən bu ru:Сумбатов, Ювельян Давидович keçidi həmin məqaləyə Yuvelian Sumbatov-Topuridze qoymuşam. Hörmətlə --Araz Yaquboglu Araz Yaquboglu 14:50, 4 yanvar 2012 (UTC)Cavabla
Düzəlişiniz düzgündür. Yaradıcı və mənbəyə əsaslanan işinizə görə Sizə təşəkkür edirəm. Hörmətlə --Acategory 17:45, 4 yanvar 2012 (UTC) (UTC)Cavabla
Salam Baskervil. Bu gün birinci dəfə seçilmiş şəkil üşün namizəd verdim - [1]. Xahiş edirəm, baxıb hansı səhvlər olduğunu bildirəsiniz. Əgər alınsa bir sıra maraqlı şəkilləri seçilmiş şəkil namizədliyinə vermək istəyirəm. Bilirəm ki, siz tez-tez belə səhifələr açmısınız.--Acategory 13:33, 5 yanvar 2012 (UTC)Cavabla
Hər şey uğurla icra edilib. Sadəcə şəkili uyğun bölməyə əlavə etdim. Bu sahədə sürətli fəaliyyət göstərmək, çox gərəklidir. Ən qısa zamanda biz seçilmiş şəkilləri gündəlik şəkildə dəyişməliyik. Birdə nəzərinizə catdırmaq istərdim ki, şəkilləri kommonsdan əlavə etməyə, daha çox önəm verin. Hörmətlə--Baskervill 13:47, 5 yanvar 2012 (UTC)Cavabla
Köməyə görə təşəkkür edirəm. Ana səhifədə maraqlı və professional fotoşəkillərə ehtiyac vardır. Namizəd şəkillər kommonsdan götürüləcək. Fikrim onlar status aldıqdan sontra, onları ana səhifədə tez-tez dəyişməkdir.--Acategory 13:53, 5 yanvar 2012 (UTC)Cavabla
Birdə şəkilin əlavə edilmə səbəbi, eyfel qülləsi olan şəkillə eynidir. Bu səbəbdən mən sizin əlavə etdiyiniz şəkilə şərti əlavə etdim. İstəsəniz, tərəfinizdən əlavə olunan, şəkilin səbəbi bölməsini dəyişə bilərsiniz.--Baskervill 13:52, 5 yanvar 2012 (UTC)Cavabla
Ana səhifəyə seçilmiş şəkillər seçərkən çətiinlik çəkirəm. Seçilmişlərin içində parlaq və müasir şəkillər azdır. Səsvermyə çox sayda şəkillər çıxarmaq fikrindəyəm. Eyni zamanda kənd meydanına da çıxmalı olaçağıq.--Acategory 14:46, 5 yanvar 2012 (UTC)Cavabla
Mən də belə düşünürəm.--Acategory 17:57, 5 yanvar 2012 (UTC)Cavabla
Hər şəklin ayrıca səhifəsi olmalıdır. Onu qaydaya saldım.--Acategory 19:35, 5 yanvar 2012 (UTC)Cavabla
Salam Acategory . Daxili qaydalara görə axı belə İstifadəçi:EYYUB MƏMMƏDOV səhifə yaratmaq düzgün deyil. Xahiş edirəm bu məqaləyə baxın və lazımsa redaktə edin. Araz Yaquboglu 17:02, 6 yanvar 2012 (UTC)Cavabla
Hörmətli Araz Yaquboglu. Bu qaydalara görə [2] adıçəkilən istifadəçi qaydaları pozmayıb. --Acategory 19:45, 7 yanvar 2012 (UTC)Cavabla
Hörmətli İradə xanım. Sizi salamlayır və kollektivin Sizi çoxdan gözlədiyi məlumatını Sizə çatdırmalıyam.--Acategory 09:38, 8 yanvar 2012 (UTC)Cavabla
Hörmətli Acategory, salam. Təşəkkür edirəm. Amma kollektivin məni gözləməsinə ehtiyac yoxdur. Mən bəzi günlər redaktə etməsəm də hər zaman Vikipediyadayam:[3] bütün müzakirələrdən də xəbərim var :) Sizin fəaliyyətinizi də izləyirəm və fəaliyyətinizi çox yüksək qiymətləndirirəm. Hörmətlə, --Irada 09:51, 8 yanvar 2012 (UTC)Cavabla
Zəhmət, olmasa sil şablonu əlavə edilmiş, məqalələri silin. Onlarda vandalizm halları vardır.--Baskervill 16:43, 8 yanvar 2012 (UTC)Cavabla
Salam Acategory. Fikrimcə bu istifadəçi Vikipediya Bloklama Qaydaları Bloklama Səbəblərinin 7-ci bəndinə əsasən bloklanmalıdır. Həqiqətən işimizə çox mane olur. --Thunder Storm 10:06, 9 yanvar 2012 (UTC)Cavabla
Salam, Verman1. Diqqətcilliyinizə və təəssübkeşliyinizə görə Sizə təşəkkür edirəm. Adıçəkilən istifadəçi son dövrlərdə fəaliyyətə başlayıb və bir söra həssas məqalələrə redaktələrə üstünlük verir. Bir sıra dəyişiklikləri razıyam ki, düzgün deyildi və geri qaytarıldı. Bir sıra dəyişiklikləri isə dəqiqləşdirmə tələb edir. Onun fəaliyyətindəki qüsurlar hələ ki təcrübəsizliyi ilə izah edilə bilər. Əgər fəaliyyətində qərəz və məqsədli təhrif qabarıq nəzərə çatarsa son addımı atmaq olar. Hələ ki onunla işləyək, qaydalara dəvət edək. Ola bilsin ki, çox qüsurlar bilməməzlikdəndir. Kənd meydanında göstərdiyiniz məqaləlri isə bu gün vaxt tapıb təftiış edəcəyəm. Hörmətlə --Acategory 11:06, 9 yanvar 2012 (UTC)Cavabla
Verman1, iradınız düzgündür, adlanma düzgün getməyib. Kilsə ancaq xristian dinində olduğu üçün onun məbədləri "kilsə" adlanır. "Xristian kilsəsi" anlayışı elmi deyil, çünki, kilsə xristianlıqdan başqa heş bir dində yoxdur. Problem ona görə yaranıb ki, rusca "Христианские храмы" ifadəsi azərbaycan dilinə "Xristian məbədi" əvəzinə, "Xristian kilsəsi" kimi tərcümə edilib. Əgər bu gün əks arqument yazılmasa, kateqoriyanı silib, "Kilsə" kateqoriyası ilə birləşdirəcəyəm. --Acategory 14:42, 9 yanvar 2012 (UTC)Cavabla
Salam. Hörmətli Acategory, 92.44.66.10 IP-li istifadəçiyə qarşı tətbiq etdiyiniz 6 aylıq bloku doğru hesab etmirəm. Diqqətinizə çatdırıram ki, istifadəçinin 1 hərəkətə görə 2 dəfə bloklanması yanlışdır. Dərin hörmətlə, --►Safir yüzüklü Ceklimesaj 05:09, 12 yanvar 2012 (UTC)Cavabla
Adı şəkilən istifadəçi vikipediya kollektivini çox ağır formada təhqir etdiyinə görə ona 1 həftəlik bloku yüngül saydım. Həmin istifadəçi ikinci dəfə bloklanmayıb, blok məsələsinə yenidən baxılıb, bunlar isə fərqli məsələlərdir. Eyni zamanda bildirim ki, vikipediyada idarəçilərin hüquqları bərabər olduğuna görə istəsəniz məsələyə yenidən baxa bilərsiniz. İdarəçiliyinizə hörmətlə --Acategory 07:06, 12 yanvar 2012 (UTC)Cavabla
Digər inkişaf etmiş vikilayihələrdə bu kimi hallar baş verərsə, xüsusilə də IP-lərə qarşı adətən ağır cəza formalarından istifadə edilmir. Bu kimi hallarda ilk blok maksimum 1 neçə saat müddətinə tətbiq olunur. Qeydiyyatdan keçmiş istifadəçilərlə bağlı isə bu kimi hallarda nisbətən daha sərt tədbirlər görülür. Təklif edirəm ki, AzVikidə IP-lərə qarşı ilk blok maksimum 1 həftə olsun. Hörmətlə, --►Safir yüzüklü Ceklimesaj 07:14, 12 yanvar 2012 (UTC)Cavabla
Etiraz etmirəm.--Acategory 07:17, 12 yanvar 2012 (UTC)Cavabla
Əslində IP-ni 2 günlüyə bloklamaq məncə kifayət edər. Çünki istifadəçinin IP-si 1 gün ərzində dəyişə də bilər və bu, həmin IP-dən istifadə edəcək olan digər istifadəçilərə əngəl yarada bilər. Əgər sonra yenə də həmin IP ilə vandalizm kimi hallar törədilərsə, bundan sonra nisbətən daha sərt tədbir görmək olar.→Vago ms 07:23, 12 yanvar 2012 (UTC)Cavabla
salam Acategory sizdən Xaiş edirəm bu Aznaurov Isgender səhifəsini tam silin. Araz Yaquboglu 16:29, 13 yanvar 2012 (UTC)Cavabla
bir şey də soruşum. öncədən minnətdaram. məsələn Çingiz Yurtçu Şahtaxtinski vaxtıilə Şərur rayonunun Şahtaxtı kəndində anadan olub. indi isə həmin kənd Kəngərli rayonuna aiddir. doğulanlar katoqoriyası bu halda necə olmalıdır - "Şərurda doğulanlar" yoxsa "Kəngərlidə doğulanlar". Araz Yaquboglu 19:07, 13 yanvar 2012 (UTC)Cavabla
Warm greeting from Belarusian Wikipedia! This year we celebrate 130. birthday of Belarusian great poets en:Yanka Kupala and en:Yakub Kolas Could you help us to translate articles into your unique and honourable language? Thank you in advance! --Rymchonak 16:54, 14 yanvar 2012 (UTC)Cavabla
Salam, Sortilegus. Bu şəkiln "Khan Nakhichevanski.jpg" seçilmiş şəkil statusuna dair səsvermədə 5 istifadəçi iştirak etmiş, onun 3 lehinə, 2 əleyhinə səs vermişdir. Ancaq yekun düzgün vurulmamış, o seçilməmiş elan edilmişdir. Mən dünən səhvi düzəltdim, ancaq bu gün, 17 yanvar tarixində əvvəlki qərar geri qaytarılmamışdır. Səbəbini bilmək istərdim. Hörmətlə --Acategory 05:36, 17 yanvar 2012 (UTC)Cavabla
Salam. Səbəb sizin səsinizin hesablanmamasıdır (lehinə, yoxsa əleyhinə səs verməniz bilinmir). Digər bir istifadəçi də mövqeyini dəqiq göstərməyib - sadəcə "namizədliyini dəstəkləyən" xanasının qarşısına düşdüyünə görə onun səsini "lehinə" verilmiş səs kimi göstərmək olar. Əslində, bütün səslər alt-alta qeyd olunmalıdır və istifadəçilər "lehinə" və "əleyhinə" şablonlarından istifadə etməklə mövqe bildirməlidirlər. Hörmətlə:--Sortilegus 05:43, 17 yanvar 2012 (UTC)Cavabla
Növbəti dəfələrdə daha dəqiq olaram. Ancaq indi dəqiq şəkildə o şəkli bəyəndiyimi bildirirəm və digər istifadəçiyə də müraciət edərək məvqeyini dəqiq bildirməsini xahiş edərik. Ona görə də bu şəkillə bağlı son qərar veriləməməsini xahiş edirəm. --Acategory 05:47, 17 yanvar 2012 (UTC)Cavabla
Müvafiq müzakirə səhifəsində müzakirə edib dəqiqləşdirmə apararıq. Ya düzəliş apararıq, ya da bir müddətdən sonra yenidən səsvermə keçirərik. Hörmətlə:--Sortilegus 05:52, 17 yanvar 2012 (UTC)Cavabla
salam əzizim. Elm və həyat (jurnal) məqaləsi var. "Elm və Həyat" jurnalı məqaləsinə ehtiyac yoxdur. Araz Yaquboglu 15:46, 18 yanvar 2012 (UTC)Cavabla
Salam Acategory. Texniki əməliyyatlarla bağlı 2 qeydi nəzərinizə çatdırmaq itərdim. "Seçilmiş şəkil namizədləri" səhifəsində "Şəklin kateqoriyası" bölməsində "Kateqoriya" sözündən əvvəl mütləq ":" işarəsi qoyulmalıdır. Misal üçün baxın:
;Səsvermə müddəti:18 yanvar 2012 - 23 yanvar 2012 ;Şəklin daxil olduğu məqalə:[[Ankara]] ;Şəklin kateqoriyası:[[Kateqoriya:Türkiyə]] ;Yerləşdirən:[[İstifadəçi:Acategory|Acategory]]
Amma olmalıdır:
;Şəklin kateqoriyası:[[:Kateqoriya:Türkiyə]]
Əks halda səhifə özü həmin kateqoriyaya düşür.
2-ci məsələ - hər bir kateqoriya digər bir kateqoriyanın içində olmalıdır. Ola bilməz ki, bir kateqoriya özü öz içində olsun. Bu təcrid olunmuş kateqoriya sayılır. Məsələn, sizin yaratdığınız kateqoriya və mənim həmin kateqoriyada redaktələrim 1-2 və sonuncu Bu texniki problemləri fəaliyyətinizdə müatəmadi olaraq müşahidə etdiyimə görə bu qeydi yazıram. Hörmətlə:--Sortilegus 21:27, 18 yanvar 2012 (UTC)Cavabla
Məsləhətlərinizə görə təşəkkür edirəm. Nəzərə alaram. Ancaq kateqoriyalarda yenə səhvlər olarsa nəzərə almanızı xahiş edirəm. Hörmətlə --Acategory 14:30, 19 yanvar 2012 (UTC)Cavabla
Salam, Baskervil. Sizi 10 mininci redaktə etməniz münasibəti ilə təbrik edirəm. Siz kollektivdə çalışqanlığınız və vikipediya prinsiplərini daima müdafiə etmənizlə seçilirsiniz. Ümüd edirik ki, vikipediya fəaliyyətiniz Sizin tələbə həyatınıza ciddi təsir etmior. Həmçinin, bildirirəm ki, Siz Azərbaycan vikipediyasının inkişafında göstərdiyiniz fədakarlığa və çəkdiyiniz zəhmətə görə Kral ləyaqəti nişanı| təltif edilmisiniz. Mükafatınızı təbrik edirəm. --Acategory 15:03, 19 yanvar 2012 (UTC)Cavabla
Salam, Cekli. Siz seçilmiş şəkil üçün yerləşdirilmiş namizəd şəkillərdən birini Vikianbarda olmaması səbəbi ilə silmisiniz. Harada qəbul edilib ki, seçilmiş şəkil Vikianbarda olmalıdır ? Hörmətlə --Acategory 06:04, 23 yanvar 2012 (UTC)Cavabla
Salam, Cekli. Artıq azərbaycan vikipediyasında 90 seçilmiş şəkil var, məqsədimiz olan 366 şəkil hədəfinə isə az qalıb. Təklif edirəm ki, hər gün Ana səhifəyə avtomatik olaraq yeni şəkil yerləşdirən şablon hazırlansın. Hələki şablona statusa malik olanı yerləşdirək. Sonra isə tədricən status əldə edənləri yerləşdirmək olar. Eyni zamanda təklif edirəm ki, şablon sıranı 1 yanvardan düzsün. Edə bilərsinizmi ? --Acategory 12:21, 24 yanvar 2012 (UTC)Cavabla
Təşəkkür edirəm. Eyni zamanda bildirim Kİ, bunun görünüşünü rus vikipediyasında olduğu kimi [6] etmək olarmı ?--Acategory 13:12, 24 yanvar 2012 (UTC)Cavabla
Salam,Cekli. Nədəncə Ana səhifədə "Vikipediya:Günün seçilmiş şəkli/yanvar 25" görünmür ? --Acategory 05:19, 25 yanvar 2012 (UTC)Cavabla
Salam. Sizin böyük əməyiniz sayəsində Azvikidə seçilmiş şəkillərin sayı 97-yə çatdı. Hələ bir neçə şəkildə, öz nəticəsini gözləyir. Təxminən bir ay əvvəl, siz tərəfdən seçilmiş şəkillərin sayını 365 çatdırmaq fikri səslənəndə, mən bu işi real hesab etmirdim. Ancaq bu gün nəticə göz qarşısındadır. Bu gedişlə Mayda işlər yekunlaşacaq.)) Bu sahədə fəaliyyətinizi dayandırmayın. Hörmətlə--Baskervill 16:29, 25 yanvar 2012 (UTC)Cavabla
Dostumuz Baskervil. Yüksək sözlərə görə çox sağ olun. Bu yaradıcı kollektivlə biz hələ çox nailiyyətlərə nail olacağıq. Hörmətlə --Acategory 17:09, 25 yanvar 2012 (UTC)Cavabla
Dostumuz Türk oğlan. Siz Azərbaycan vikipediyasınsda fəallığınıza və Vikipediya prinsiplərini təbliğə görə "Vikipediya prinsiplərini təbliğə görə" mükafatı ilə təltif edilmisiniz. Təbrik edirəm. Hörmətlə --Acategory 17:17, 25 yanvar 2012 (UTC)Cavabla
Salam, Acategory. "Vikipediya:Seçilmiş şəkil namizədləri" səhifəsində Nizaminin əsərlərinə aid heykəllər şəklinin adı "Kuzənin güzgüdə təsviri" yazılıb. Fikrimcə yadan çıxıb. --Babək Akifoğlu 17:49, 29 yanvar 2012 (UTC)Cavabla
Diqqətcilliyinizə görə təşəkkür edirəm. --Acategory 18:56, 29 yanvar 2012 (UTC)Cavabla
Salam, Cekli. 2011-ci ildən fərqli olaraq 2012-ci ilin Vikipediya:Həftənin seçilmiş məqaləsi səhifəsində həftələr üzrə məqalələrin siyahısı görünmür. Bu qüsuru aradan qaldıra bilərsinizmi ?--Acategory 06:05, 30 yanvar 2012 (UTC)Cavabla
Salamlar ! Hörmətli Acategory lütfən Livan Türkmanları məqaləsini geri qaytarın !
Salam, Turk oğlan. Sizin vikipediyaya yaramayan məqalələrlə mübarizənizi yüksək qiymətləndirirəm. Ancaq xahiş edirəm, layiq bilmədiyiniz məqalənin mətnini silməyin, sadəcə yuxarısında sil şablonu yerləşdirin. Hörmətlə azərbaycan vikipediyasında idarəçilərdən biri --Acategory 20:23, 31 yanvar 2012 (UTC)Cavabla
Salam N KOzi. Mənim fəaliyyətimi yüksək qiymətləndirərək "Layihə ordeni" nişanına layiq gördüyünüzə görə Sizə təşəkkür edirəm. Hörmətlə --Acategory 05:42, 1 fevral 2012 (UTC)Cavabla
Salam Acategory. F-16 məqaləsinin intervikilərində mənim üçün anlaşılmaz olan bir problem yaranıb. Digər intervikiləri daxil etsəm də, onlar lazımi səhifəyə deyil, başqa səhifəyə keçid verirlər. Problemə diqqət yetirməyinizi xahiş edirəm. Hörmətlə, --Thunder Storm 10:43, 4 fevral 2012 (UTC)Cavabla
Salam. Mən vikipediyada yeni istifadəçiyəm. bəzi qayda və qanunları bilmirəm. kömək etsəydiniz sevinərdim. Azərbaycan Respublikasının Nazirlər Kabineti səhifəsinin adıını dəyişə bilmirəm. Respublika sözündəki "nın" yiyəlik hal şəkilsi lazım deyil burda. 2-ci növ təyini söz birləşməsidir başqa sözlə ismin genitiv halıdır.
mənbə olaraq saytınıdakı yazılış tərzinə də baxın.
əvvəlcədən təşəkkür.
--Shahriyar 22:49, 8 fevral 2012 (UTC)Cavabla
Сәлем! 20-21 сәуір күні Алматыда конференция өтеді. Конференцияның қолдаушы Викимедиа қоры және Creative Commons. Түркі мәдениетіне және вики қозғалысқа қатысты болмақ. Соған Әзірбайжан Википелиясынан қатысушыларды шақырамыз. Әзірше 2 адамға жолын төлей аламыз. Осыған орай Алматыға келе алатын адамдар бар ма? Қатысушылар арасында осы ақпаратты таратуға көмек бере аласыздар ма?
Добрый день, пишу Вам от имени казахской Википедии. Мы планируем провести Вики конференцию тюркоязычных стран в Алматы 20-21 апреля 2012 года. Для участия в конференции приглашаем и участников Азербайджанской Википедии. На данный момент мы можем оплатить проезд туда и обратно, а также проживание и питание двух человек. Просим Вас оказать содействие в распространении данной информации, а также определении представителя от Азербайджанской Википедии на данную конференцию. Регистрация и программа конференции будет доступы на странице Метe: http://meta.wikimedia.org/wiki/?q=Turkic_Wikimedia_Conference_2012 С уважением--95.56.26.68 10:04, 6 mart 2012 (UTC)Cavabla
SİZİ DƏVƏT EDİRİK! | ||
Salam! تراختور فوتبول کلوبو və علم məqalələrinin seçilmiş məqalə statusu alması ilə əlaqədar burada (Vikipediya:Məqalə laboratoriyası/تراختور فوتبول کلوبو və Vikipediya:Məqalə laboratoriyası/علم) keçirilərn səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik. |
Dərin hörmətlə,--Əmir İbrahimi *danışıq* 07:50, 3 aprel 2012 (UTC)Cavabla
SİZİ DƏVƏT EDİRİK! | ||
Salam sizi (Vikipediya:Səsvermə/Seçilmiş portal nədir?) bölməsində keçirilən səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik. |
Hörmətlə--Baskervill 19:25, 6 aprel 2012 (UTC)Cavabla
SİZİ DƏVƏT EDİRİK! | ||
Salam! Hyustonda ən yüksək binaların siyahısı seçilmiş siyahı statusu alması ilə əlaqədar burada (Vikipediya:Məqalə laboratoriyası/Hyustonda ən yüksək binaların siyahısı) keçirilərn səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik. |
--Hüseynli Zeynalabdin Cavanşir oğlu (talk) 06:39, 20 aprel 2012 (UTC)Cavabla
Hörmətli Acategory. Sizi geri dönüşünüz münasibətilə salamlayıram. Azvikinin inkişafında əvəzsiz xidmətiniz var və uzun müddətdən sonra geri dönməyiniz məni sevindirməyə bilməzdi. Sizə fəaliyyətinizdə uğurlar arzulayıram. Hörmətlə, --Thunder Storm (talk) 10:49, 1 may 2012 (UTC)Cavabla
Mənim istifadəçi səhifəmdəki Yaratdığım məqalələr bölməsi nə səbəbdənsə işləmir. İşləməsinə kömək edə bilərsinizmi ? Əvvəlcədən təşəkkür edirəm. Hörmətlə --Acategory (talk) 04:27, 21 may 2012 (UTC)Cavabla
Təşəkkür edirəm. Siz mənə çox kömək etdiniz. Hörmətlə --Acategory (talk) 04:37, 21 may 2012 (UTC)Cavabla
Xahiş edirəm oyun oynamayaq !--Asparux Xan Bulqar (talk) 09:23, 24 may 2012 (UTC)Cavabla
Salam hörmətli Acategory. Mən İğdır ilçəsi-Aralıq ilçəsi-Qaraqoyunlu ilçəsi kəndlərində və şəhərlərində əhalinin milli tərkibi haqqında qeydlər etmişəm. Məlumatları hardan götürdüyümə dair----Mən ata və ana tərəfdən Azərbaycan türkü olub indiki Gürcüstan Respublikası Bolnisi (Çörük Qəmərli) rayonu Faxralı kəndindənəm: nəslimiz bu kəndə 1855-ci ildə Saqareco rayonunun (Qaraçöp eli) Qaradaş kəndindən gəlib yerləşib: ulu babamın bütün oğulları 1877-1878-ci illərdə Başkeçidli (Darvaz kəndindən) Mehralı bəyin dəstəsində Rus-osmanlı müharibəsində Osmanlı ordusu tərəfində Ruslara qarşı müharibədə iştirak edib. 9 qardaşdan yalnız biri (babamın babası) yurdda qalıb, qalanları indiki Türkiyədə (Təknəli köyü---kəndi salan bizim nəsildir---indi Kars ilçəsinin tərkibindədir) yerləşib....nəysə deyəsən çox uzağa getdim...Türkiyənin Kars-Ərdahan-İqdır illərində mənimlə eyni qanı və soy adını daşıyan mənim şəxsən tanıdığım 600 ailə var. Bütün məlumatları onların vasitəsiylə əldə etmişəm.----Məlumatların təsdiq olunub oluna biləcyinə dair: bildiyimiz kimi milli tərkibə dair 2011-ci ilə aid rəsmi məlumat yoxdur. Əlimdə yalnız 1965-ci il üzrə vilayətlərin milli tərkibi var. Və bir də Endryusun kitabı--bu kitab da köhnədir (1989-cu il). Mənbə kimi yalnız vilayət üzrə TBMM-nə millət vəkili seçkilərinin nəticələrinin kəndlər üzrə yekununu yerləşdirə bilərəm. Ancaq belə də yalnız 18 yaşın üstündə olan əhalinin təxminini vermək mümkündür. Hərçənd bu məsələlər mənim diqqətimdədir və mənbə axtarmaqdayam..--Asparux Xan Bulqar (talk) 18:45, 29 may 2012 (UTC)Cavabla
Dostumuz Asparux Xan Bulqar. Şəcərənizə hörmətlə yanaşıram. Ancaq vikipediyada istifadəçinin kimliyi istənilmir və buna ehtiyac da yoxdur. Burada ancaq və ancaq mənbələrə əsasən informasiyaya üstünlük verilir. Kimnsə şəxsi informasiyası, əgər o rəsmi məlumatlarla təsdiqlənmirsə, mənbə kimi qəbul edilmir. Buna görə də məqalədəki kəndlərin millətlərlə bölünməsi bölməsi götürülməlidir. Hörmətlə --Acategory (talk) 15:43, 31 may 2012 (UTC)Cavabla
İnanıram ki, Siz onu tapacaqsınız. --Acategory (talk) 17:23, 31 may 2012 (UTC)Cavabla
Mənbə ola biləcək bir neçə online ədəbiyyat tapdım və bu gün axşama kimi bütün mənbələri müvafiq bölməyə yerləşdirəcəm . Hörmətlə !--Asparux Xan Bulqar (talk) 00:23, 6 iyun 2012 (UTC)Cavabla
Hörmətli İradə xanım. Sizi salamlayır və ən xoş arzularımı bildirirəm.--Acategory (talk) 13:13, 2 iyun 2012 (UTC)Cavabla
Təşəkkür edirəm və Sizə uğurlar arzulayıram. Yeri gəlmişkən, son qərarınızı düzgün hesab edirəm [7]. Hörmətlə, --Irada (talk) 13:33, 2 iyun 2012 (UTC)Cavabla
Salamlar. Lütfən bura nəzər yetirin . Hörmətlə !--Asparux Xan Bulqar (talk) 12:10, 4 iyun 2012 (UTC)Cavabla
Salam. "Səhifəyə mənasız və yararsız əlavələrə görə" səbəbilə 1 həftə müddətində blokladığınız bu IP-nin yeganə redaktəsi budur. Orada dörd kəlməsi uc kəlməsilə (çox guman ki, istifadəçi üç yazmaq istəyib) əvəzlənib. Buna görə ona 1 həftəlik deyil, heç 1 saniyəlik də blok düşmür. Xahiş edirəm ki, bloklamanı kənarlaşdırın. Hörmətlə, --►CEKLİde gəlsin 13:00, 4 iyun 2012 (UTC)Cavabla
Hörmətli Cekli829. İstfadəçi 94.20.168.142 adıçəkilən məqalədə dəfələrlə səhifənin məzmununu tam silərək ora özünün primitiv məlumatını yerləşdirib. Buna görə o artıq mənim tərəfimdən bir dəfə 1 günlüyə bloklanmışdı. Bu gün o yenidən bütün səhifəni silib və bot tərindən düzəliş geri qaytarılıb. O isə yenidən düzəlişə girərək məqalədə "dord" sözünü "üç" edib. Burada istifadəçinin redaktəyə deyil, vandalizmə gəldiyi göz qarşısındadır. Bütün bunlar məqalə tarixçəsində öz əksini tapıb. Bu baxımdan mən onun 1 həftəlik blokunu düzgün sayıram. Ancaq əgər Siz onun hərəkətlərini düzgün və reaksiya verilməsi lazım olmayan hesab edirsinizsə, idarəçi hüququnuzdan istifadə edətək bloku götürə bilərsiniz. Yenidən məqalə üzərində onun eksperimentləri davam edəcəksə, məsuliyyəti Siz daşıyacaqsınız. Hörmətlə dostunuz --Acategory (talk) 14:04, 4 iyun 2012 (UTC)Cavabla
Hörmətli Cekli. Müzakirə etdiyimiz məsələ prinsipial əhəmiyyət daşımadığından həmin İP-dən bloku götürdüm. Hörmətlə --Acategory (talk) 06:36, 5 iyun 2012 (UTC)Cavabla
Salam, hörmətli Acategory. Belmopan haqqındakı məqalədə bəzi dəyişikliklər etdim. Bu məqalələri belə düzəltmək olar? Tezliklə cavab versəniz məmnun olaram. Hörmətlə--Safavi (talk) 08:30, 12 iyun 2012 (UTC)
Salam/Məsələyə düzgün və obyektiv yanaşdığınıza görə sizə təşəkkür edirəm. Sülhə qalınca mən barışmaq fikrində deyiləm. Ona görə də sizdən xahiş edirəm ki, məni 1 aylıq bloka salasınız ki, başqa daha heç kim artıq-əskik danışmasın. Sizə böyük təşəkkürümü bildirirəm! Çox sağolun! Hörmətli Acategory! --RM-WaRRioR (talk) 07:09, 16 iyun 2012 (UTC)Cavabla
Salam, hörmətli Sohaha Rusamako. Siz Paraqvayın paytaxtının adını Asunson adından Asunsyon adına dəyişmisiniz. Bu adın azərbaycan dilində məhz belə yazılmasına dair hansı mənbələriniz vardır ? Hörmətlə --Acategory (talk) 10:02, 20 iyun 2012 (UTC)Cavabla
Salam. Bildiyimə görə,məqalə adları azərbaycan dilinə transliterasiya olunaraq yazılır.Ona görə də məqalənin adını Asunsyon olaraq dəyişdirdim.Hörmətlə --Şohaha (talk) 10:12, 20 iyun 2012 (UTC)Cavabla
Hörmətli Şohaha. Əgər hansısa adla bağlı rəsmi qəbul edilmiş azərbaycan variantı yoxdursa, birinci yazılan transliterasiya yazılışı saxlanılır. Digər variantlar isə keçidlə verilir. Qəbul edirəm ki, Siz Asunson adını ispan dilindən azərbaycan dilinə Asunsyon kini yazılışını təklif edirsiniz. Ancaq bu halda onu ya keçid kimi verməli , ya da müzakirədəyə təklif etməli idiniz. Söhbət transliterasiyadan getdiyinə görə məqalənin əvvəlki adını bərpa edirəm. Eyni zamanda Sizinlə birgə əməkdaşlıqdan və müzakirələrdən məmnun qaldığımı bildirirəm. Hörmətlə --Acategory (talk) 05:12, 21 iyun 2012 (UTC)Cavabla
File:Baku Kristal Holl.gif bu şəkil animasiyanı mən yükləmişəm. Müəllifi də özüməm (özüm şəxsən çəkdiyil şəkillər əsasında hazırlamışam). Indi bunu silmək isəyirlər. Guya keyfiyyəti aşağıdır və heç bir məna kəsb etmir. Məncə silmək üçün bir qədər absurd bəhanədir. Buradan bəlkəm müdafiyəsinə qoşulasınız. Bu bir Kristal Hollun gecə işıqlandırılmasına aid bir animasiyadır. daha nə məna kəsb etməlidirki? Əvvəlcədən təşəkkürlər.--Mr (talk) 17:38, 21 iyun 2012 (UTC)Cavabla
Böyük həvəslə bunu etdim.--Acategory (talk) 11:42, 22 iyun 2012 (UTC)Cavabla
Salam. Naxçıvan (şəhər) adlı məqaləni korlayıblar mən qaytara bilmədim. Xaiş edirəm o məqaləyə baxın. Araz Yaquboglu (talk) 19:09, 23 iyun 2012 (UTC)Cavabla
Salam hörmətli Acategory. Sizdən rica edirəm lütfən bu məqaləni mühafizə altına götürün. Dırnaqarası qonşuların vandallıq hərəkətləri sərhəd tanımır. Hörmətlə dostunuz !--Asparux Xan Bulqar (talk) 19:10, 23 iyun 2012 (UTC)Cavabla
Azərbaycan dilində olan Vikipediyanın zənginləşdirilməsi üçün göstərdiyiniz dəyərli fəaliyyətlərə və yüksək xidmətlərəinizə görə təqdim edilir.Uğurlar--Orartu (talk) 10:20, 24 iyun 2012 (UTC)Cavabla
Hörmətli Orartu. Mənə verdiyiniz yüksək mükafata və qiymətli sözlərə görə Sizə təşəkkür edirəm. Fəaliyyətimi Sizin fikirlərinizə uyğun qurmağa çalşacağam. Eyni zamanda ölkə paytaxtları məqalələrinin zənginləşdirilməsində zəhmətiniz əvzsiz olduğunu bildirməliyəm. Sizə böyük hörmətlə --Acategory (talk) 11:47, 24 iyun 2012 (UTC)Cavabla
Salam. Kim Possible cizgi filmi yox, animasiya serialıdır. Hörmətlə:-- Eagle94 Danışıq 20:35, 24 İyun 2012 (UTC)
Dostumuz Eagle94. "Animasiya filmi", "multiplikasiya filmi" sözləri azərbaycan dilinə "cizgi filmi" kimi tərcümə edilir. Bu barədə azırbaycan dilində məqalədən də görünür [8]. Onun serial və ya bir seriyalı olması isə artıq məqalənin içində açıqlanır. Hörmətlə --Acategory (talk) 15:54, 24 iyun 2012 (UTC)Cavabla
SİZİ DƏVƏT EDİRİK! | ||
Salam! ایران تورکلرینین سایی məqalənin seçilmiş məqalə statusu alması ilə əlaqədar burada (Vikipediya:Seçilmiş məqalə namizədləri/ایران تورکلرینین سایی) keçirilərn səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik. |
Dərin hörmətlə,--E thp 13:45, 30 iyun 2012 (UTC)Cavabla
Hi Acategory, I saw your changes in Konqo (dəqiqləşdirmə). I'm not sure I understand why you removed Portuqallar Konqo. Could you please let me know? Thanks, Azylber (talk) 16:23, 2 iyul 2012 (UTC)Cavabla
Hello, in the Azerbaijani lingual Wikipedia, there are no articles on "Portuguese Congo," If you have any changes can be made, the option that you suggest.--Acategory (talk) 17:13, 2 iyul 2012 (UTC)Cavabla
Salam. mən bir şey öyrənmək istəyirəm. politexnik institutunun tərkibində 1975-ci ilə kimi olan İnşaat fakültəsini (sonradan ayrıca institut olub) 1975-ə qədər bitirən məzun üçün (Kateqoriya:Azərbaycan Texniki Universitetinin məzunları) əlavə etmək olarmı? yoxsa (Kateqoriya:Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunları) əlavə etmək lazımdır. Araz Yaquboglu (talk) 18:04, 2 iyul 2012 (UTC)Cavabla
Məzunluq fakültəyə görə deyil, ali məktəbə görə götürülür. Ancaq məzunlar fakültələrinin olduqları ali məktəbi alma-mater hesab edirlər. Bu səbəbdən hər iki ali məktəbi göstərmək düzgün olardı.--Acategory (talk) 18:13, 2 iyul 2012 (UTC)Cavabla
Salam İradə xanım. Bu məqalənin Beynəlxalq Su İdman Növləri Federasiyasından vald-kartları bölümündə texniki qüsuru aradan qaldırmağa kömək etməyinizi xahiş edirəm. Hörmətlə --Acategory (talk) 05:43, 4 iyul 2012 (UTC)Cavabla
Deyəsən belə olmalıdır.[9] Hörmətlə--Irada (talk) 06:22, 4 iyul 2012 (UTC)Cavabla
Hər ikinizə təşəkkür edirəm. Hörmətlə--Acategory (talk) 06:49, 4 iyul 2012 (UTC)Cavabla
Dostumuz Cekli.Bir müddət əvvəl mən əhalisinin sayı 1 milyon nəfərdən çox olan şəhərləri qeyd etmək üçün "Milyoner şəhərlər" kateqoriyası yaratmışam. Belə kateqoriyalar digər dil qruplarında da vardır. Ona görə də etdiyim dəyişikliklərə dəyməməyiniz xahiş edirəm. Hörmətlə--Acategory (talk) 09:34, 10 iyul 2012 (UTC)Cavabla
--►CEKLİde gəlsin 10:31, 10 iyul 2012 (UTC)Cavabla
Xahiş edirəm, acıq bildirəsiniz.--Acategory (talk) 10:40, 10 iyul 2012 (UTC)Cavabla
Cekili, mən xahiş edirəm, mənə izah edəsiniz niyə siz mənim düzəlişimi geri qatardınız və mənim düzəlişim niyə kateqoriya ağacına ziddir ? --Acategory (talk) 12:43, 10 iyul 2012 (UTC)Cavabla
Sizi salamlayıram. Hörmətlə--Acategory (talk) 09:44, 11 iyul 2012 (UTC)Cavabla
Təşəkkür edirəm və çox şadam :) Hər bir mübahisədə obyektivliyiniz və tərəfsizliyiniz hörmətə layiqdir. --Irada (talk) 09:57, 11 iyul 2012 (UTC)Cavabla
Salamlar hörmətli idarəçi. Arzu edərdim ki siz bir idarəçi kimin bütün məsələlərə diqqət yetirəcəksiniz. Çünkü tərəfsizlik vikipediyanın təməllərinnəndir. Buna əsasə bunlarada nəzər yetirin:
Umud edirəm istəklərim olduğu kimin başa düşüləcək. Hörmətlə--Əmir İbrahimi *danışıq* 09:51, 15 iyul 2012 (UTC)Cavabla
Yazınızın bu qisməti təhqir üçün böyük misdaqdır. --Əmir İbrahimi *danışıq* 10:05, 15 iyul 2012 (UTC)Cavabla
Burda cavabınız yazılıbdır. --Əmir İbrahimi *danışıq* 10:17, 15 iyul 2012 (UTC)Cavabla
Hörmətli dostumuz Ebrahimi-amir. Sizin azərbaycanca vikipediyada fəaliyyətinizi yüksək qiymətləndirirəm. Ancaq sizin mövqeniz qəbul edilmədiyinə görə idarəçiyə həqarətli söz yazmağınız və silindikədən sonra yenidən bərpa etməyiniz yolverilməzdir. Bunun niyə baş verməyi vikipediyanı maraqlandırmır, diqqəti cəl edən bunun baş verməsidir. Və mən buna idarəçi kimi reaksiya verdim və sizə xəbərdarlıq etdim. Müzakirələrinizi qayda və etikanı pozmadan aparmağınızı xahiş edirəm. Əgər bir nəxrəcə gələ bilmirsinizsə inandığınız bir idarəçiyə müraciət edərək ondan arbitr olmağını xahiş edin. Hörmətlə --Acategory (talk) 12:50, 15 iyul 2012 (UTC)Cavabla
Hi Acategory, you have a message in my talk page.
سلام. سيز جورا منم مذاكره صفحمده بير دنه مساژ وار. In fact 06:07, 16 iyul 2012 (UTC)Cavabla
Google Translate : siz mənim Müzakirə səhifə bir mesaj var. In fact 05:50, 21 iyul 2012 (UTC)Cavabla
SİZİ DƏVƏT EDİRİK! | ||
Salam! sizi Naxçıvan Muxtar Respublikası və Çəmənlikdə səhər yeməyi (tablo) məqalələri üçün keçirilən səsvermədə sizin də iştirak etməyinizi xahiş edirik. |
Dərin hörmətlə:--Baskervill (talk) 19:07, 16 iyul 2012 (UTC)Cavabla
Salamlar hörmətli Acategory bəy. Azvikidə məqalələr adı barəsində yazdığın baxışınız barədə öz düşüncələrimi yazdım. Oxuyub nəzər bildirməyinizi istəyirəm. Hörmətlə--Əmir İbrahimi *danışıq* 05:25, 17 iyul 2012 (UTC)Cavabla
Hahish edirem, bu istifadechiyi bloklayin. Elifbaya gore baqishlayin. --188.253.249.15 05:47, 17 iyul 2012 (UTC)Cavabla
RuVikide dilimizi [tehqir edir] --188.253.249.15 05:58, 17 iyul 2012 (UTC)Cavabla
Salam, cənab Acategory. Xahiş edirəm ki, bu səhifədəki sonuncu məsələyə dair münasibət bildirəsiniz.--Wertuose (talk) 13:06, 21 iyul 2012 (UTC)Cavabla
Salam hörmətli Acategory. Sizdən bir ricam var-Dərbənd rayonu yaşayış məntəqələri şablonunda redaktə edə bilmirəm, ona görə əgər münkündüsə mənə kömək edin və o siyahıda kəndlər bölməsində Cənubi Paxarı---Yunıy Paxar, Ərəblinski----Ərəblər (Dərbənd), Müzahim---Müzayim, Yeni Calğan--Aşağı Calğan, Vavilov----Vavilovo olaraq dəyişdirin və kəndlər siyahısına həmçinin Rıbzavod-51 adını da əlavə edin. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 12:24, 25 iyul 2012 (UTC)Cavabla
Bakıdan kənarda olduğuma görə vikipediyaya gec-gec daxil oluram. Xahişinizi yerinə yetirdim, ancaq informasiyanın düzgünlüyü məsuliyyəti sizdədir. Hörmətlə --Acategory (talk) 13:56, 25 iyul 2012 (UTC)Cavabla
Sizi salamlayır və vikipediyanın yenidən Sizin dəyərli redaktələri üçün darıxdığı xəbərini Sizə çatdırıram.--Acategory (talk) 10:59, 1 avqust 2012 (UTC)Cavabla
Salam hörmətli Acategory! Hər zamankı kimi çox diqqətli və alicənabsız. Öz adımdan məndə Sizi salamlayıram. Təşəkkür edirəm! Hörmətlə: --E-citizen (talk) 11:05, 1 avqust 2012 (UTC)Cavabla
Salam, dəyişdirmə səbəbimi müzakirə səhifəsində ətraflı qeyd etmişəm. Şəkli yerləşdirən şəxs də bir mesaj yayınladıqdan müzakirəyə qoşulmamağı seçdi. Bu halda başqa seçənənəyim yoxdur. Vikipediyanın siyasi təbliğat vasitəsi kimi istifadəsi yolverilməz haldır. Dəyişdirilmədiyi təqdirdə səhifəyə digər vikilərdə olduğu kimi "sistematik tərəflilik-dövlət" yaxud "tərəfli" şablonu qoyulmalıdır, bu isə azərbaycanca vikipediyanın göz önündə olan bir maddəsi üçün çirkin görüntü yaradar. Sağ olun.--Maximilien 11:33, 1 avqust 2012 (UTC)
Salam Acategory bəy.Axşamınız xeyir,Hörmətlə--Orartu (talk) 15:00, 1 avqust 2012 (UTC)Cavabla
Hər vaxtınız xeyir, zəhmətsevər xanım.--Acategory (talk) 15:45, 1 avqust 2012 (UTC)Cavabla
Salam hörmətli Acategory. Vikipediya:Kənd meydanında yazdığınız bu postunuzda Orartu əvəzinə Qara xan olmalı idi. Çünki təklifləri Qara xan verib. Hörmətlə, --►CEKLİde gəlsin 12:06, 3 avqust 2012 (UTC)Cavabla
Xahiş edirəm, ümumi razılıq olmadan azərbaycanlılar məqaləsindəki tanınmış azərbaycanlıların şəkilləri blokundakı şəkilləri dəyişməyin. Öz şəxsi simpatiyanızı hamıya zorla qəbul etdirməniz yolverilməzdir. Azərbaycan vikipediyasında idarəçilərdən biri --Acategory (talk) 16:22, 2 avqust 2012 (UTC)Cavabla
Və sonda. Mesajın əvvəlində bidirirsiniz ki, Vikipediyanın əsaslarından biri xoş niyyətlə hərəkət etməkdir. Təkrarladığınıza görə təşəkkür edirəm. Ancaq sonda öz yazdığınızı unudaraq bəzi idarəçilər yanlışlıqda israr edərsə Metada bunu ətraflı izah edərlər deyə təhdidə keçirsiniz. Bildirirəm ki, vikipediya qaydalarını pozmaqda davam etsəniz və ancaq Vikipediya Demokratiya deyil prinsipi ilə hərəkət etsəniz idarəçi kimi mən də həmin prinsipiə söykənməli olacağam. Hörmətlə --Acategory (talk) 06:24, 4 avqust 2012 (UTC)Cavabla
Dostumuz Babək Akifoğlu. Siz Azərbaycan vikipediyasının inkişafında xidmətlərinizə görə "Gümüş qələm" nişanı ilə təltif edilmisiniz. Bu münasibətlə Sizi təbrik edir, fəaliyyətinizdə uğrlar arzu edirəm. Hörmətlə--Acategory (talk) 19:11, 6 avqust 2012 (UTC)Cavabla
Salam, hörmətli Acategory. Bir müddət əvvəl siz mənim "Asim Məmmədov" adlı məqaləmi sildiz. Səbəb kimi də Məmmədovun "Qeyri-ensiklopedik şəxs" olduğunu göstərdiz. Mən bununla qəti şəkildə razı deyiləm! Ona görə Sizdən artıq dərəcədə xahiş edirəm ki məqaləni bərpa edəsiz. Əgər istəsəz Məmmədovun məhz ensiklopedik şəxs olmasının sübutlarını də sizə təqdim edərəm. Hörmətlə --Caferi (talk) 15:03, 10 avqust 2012 (UTC)Cavabla
Hörmətli Caferi. Sizin arqumentlərinizi dinləməyə hazıram. İnandırıcı olarsa deyilən məqaləni dərhal bərpa edərəm. Hörmətlə --Acategory (talk) 16:43, 10 avqust 2012 (UTC)Cavabla
Salam Hörmətli Acategory. Bilirsinizmi şablonunun yeni bölümünü Ana Səhifəyə əlavə etmisiniz. Ancaq həmin bölmənin şəkilində thumb-dan bir sözlə cərcivədən istifadə etmisiz. Məncə bu Ana Səhifənin vizual görünüşünü pozur, digər vikilərdədə belə bir hal yoxdur. Lütfən thumbu ləğv edin. Hörmətlə:--Baskervill (talk) 10:01, 14 avqust 2012 (UTC)Cavabla
Hörmətli Baskervill. "Thumb" işarəsi olmadıqda şəklin altındakı yazı oxunmur, belə halda isə oxucu şəklin hansı məlumata aid olduğunu bilmir. Hər milli vikipediya cəmiyyəti ümumi qaydaları qəbul edərək, digər halları özünün məqbul bildiyi formada həll edir. Heç bir milli viki digərinə göstəriş sayıla bilmir. Hesab edirəm ki, şəkil altındakı yazı ilə daha maraqlı və informativ görünür. Ona görə də "Thumb" işarəsinin saxlanmağının tərəfdarıyam. Hörmətlə --Acategory (talk) 10:19, 14 avqust 2012 (UTC)Cavabla
Salam. Söz verdiyim kimi silinmiş "Asim Məmmədov" məqaləsinə görə A.Məmmədovun məhz ensiklopedik şəxs olduğunu sübut edən arqumentləri Sizə təqdim edirəm:
"Cümə" qəzeti Ərdoğanın təhlükəli Suriya oyunu Fərqli baxış yoxsa çirkin iftira?
Hörmətlə --Caferi (talk) 08:40, 16 avqust 2012 (UTC)Cavabla
Hafiz Mirzənin A.Məmmədov haqqında dediklərini olduğu kimi yazıram:
"Elə adamlar var ki, gərək hökmən qulağını burub, “Tı kto takoy?” soruşasan. Elə birisi Güntay Gəncalpdır ki, bu yaxınlarda onun “Səfəvi kimliyinə fərqli baxış” adlı bir cəfəngiyyat toplusu işıq üzü görüb. Kitabın dil, qramatik, üslub xətaları ilə işimiz yox. Görünür özünün və redaktorun savadı o qədər olub. Əsas məsələ odur ki, bu adam Böyük Şah İsmayıl Xətainin və onun nəslinin ünvanına o ki var təhqir, böhtan və iftira yağdırıb. Beləsinin başına qapaz vurmaq hər bir yazarın borcu idi. Amma bu “qapazı” Asim Məmmədov adlı bir qardaşımız “Fərqli baxış, yoxsa çirkin iftira?” adlı yazısı ilə vurdu. Sağ olsun! Yəni ləyaqətli şəkildə ona “Davay dosvidaniya!” deyə bildi."
Mənbə “Tı kto takoy? Davay, dosvidaniya!”-ARAŞDIRMA
Gənclər parlamenti isə Milli məclisin nəzdində fəaliyyət göstərən və istedadlı və ictimai fəal olan cavanlardan ibarət olan bir təşkilatdır. Hörmətlə --Caferi (talk) 10:35, 18 avqust 2012 (UTC)Cavabla
Hörmətli Caferi. Vikipediyada "qapaz vuran" yox, fəaliyyəti ilə cəmiyyətdə yüksək yer tutmuş şəxslər yer tutur.
Azərbaycan Respublikası Milli Məclisi nəzdində isə Gənclər Parlamenti adlı təşkilat yoxdur. Ümumiyyətlə isə , Azərbaycan parlamentinin nəzdində heç bir təşkilat yoxdur. Siz əgər ictimai əsaslarla fəaliyyət göstərəcək Gənclər Parlamentini nəzərdə tutursunuzsa o hələ yaradılmayıb, yaradılmayan təsisatın isə indidən necə üzvü ola bilər? Hörmətlə --Acategory (talk) 11:09, 18 avqust 2012 (UTC)Cavabla
Salam, Araz Yaquboglu.Siz Saleh Balayev məqaləsinə "sil" şablonu qoymusunuz. Bu insan vaxtı ilə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, Neft İnstitutunun rektoru olub. Ensiklopedik şəxsdir. Onu silməyə dəyərmi ? Hörmətlə --Acategory (talk) 17:35, 20 avqust 2012 (UTC)Cavabla
Əzizim, dəyərli Vikipediyaçımız Acategory. Mən ona görə Saleh Balay oğlu Qocayev məqaləsinə sil şablonu qoydum ki, Saleh Qocayev adlı məqalə var.Araz Yaquboglu (talk) 17:44, 20 avqust 2012 (UTC)Cavabla
Aydın oldu.--Acategory (talk) 18:03, 20 avqust 2012 (UTC)Cavabla
Hörmətli Acategory. Mən Sadıq Murtuzayev məqaləsini ziyarət edərkən gördüm ki, Saleh Qocayev adlı məqalənin şəkili orada da qoyulub. Xais edirəm bunu araşdırasız. Araz Yaquboglu (talk) 18:21, 20 avqust 2012 (UTC)Cavabla
Salam. Məndə niyə şəkil salmaq funksiyası bağlanır ?
Əgər yeni fayl yükləmək istəyirsinizsə, Siz yeni istifadəçi olduğunuza görə bir neçə günə açılacaq. Əgər artıq yüklənmiş şəkili məqaləyə yükləyə bilmirsinizsə, deməli şəkil Vikikommonsda, yəni azad istiufadədə deyil. Bunun üçün Siz o şəkli azərbaycan vikipediyasına yükləməlisiniz. Bu isə müəyyən bir prosedurdur. Məsləhət budur ki, hələ ki, hələki redaktə etməyi öyrəınin, qalan məsələlər təcrübə ilə gələcək. Hörmətlə --Acategory (talk) 18:32, 20 avqust 2012 (UTC)Cavabla
cox sagol
Komeye gore cox sagolun--2ral 19:10, 20 avqust 2012 (UTC)
Yaranma tarixi qeyri-müəyyəndir. Yaxılığındakı kənd qəbirstanlığında olan qəbir daşlarının yaşı min illərlə ölçülür. [Mənbə göstərin]
Yuxarida mənbə göstərin yazılıb.Mən özüm o rayondanam.
Təşəkkür edirəm. Elə mən də Sizdən bunu xahiş edəcəkdim. Hörmətlə --Acategory (talk) 05:53, 23 avqust 2012 (UTC)Cavabla
Buradakı xəbərdarlığınıza görə təşəkkür edirəm. Əlavə olaraq nəzərinizə çatdırım ki, mən məhz Adil Əsədov məqaləsi ilə bağlı müzakirə aparmışam. Əgər müvafiq məqalə məqalənin müəlliflərindən biri ilə bağlıdırsa, bu barədə heç bir dəqiq məlumatım yoxdur. Məhz müzakirə zamanı istifadə etdiyim bu mənbədə də məqalə müəllifləri ilə bağlı heç nə yoxdur və onların istifadəçi adlarından həmin linkdə istifadə olunmamışdır. Eyni zamanda mən də bu müraciətimdə məqalə müəlliflərindən qətiyyən bəhs etməmişəm. Dərin hörmətlə, --►CEKLİde gəlsin 08:21, 23 avqust 2012 (UTC)Cavabla
Istinadla bağlı iradınız düzgündür. Ancaq kiminsə ailədaxili məsələlərini tapıb burada müzakirəyə çıxarmaq və ona şəxsi münasibət bildirmək yolverilməzdir. Siz təcrübəli və xidmətləri olan istifadəçi və idarəçisiniz. Sizdən bu addımı görmək mənim üçün şok oldu. İstərdim ki, məni düzgün başa düşəsiniz. Vikipediyada səmiməyyəti qorumaq, yeni istifadəçilərlə səbirlə işləmək bizim borcumuzdur. Hörmətlə --Acategory (talk) 09:51, 23 avqust 2012 (UTC)Cavabla
Hörmətli Philosopherazer. Xahiş edirəm, səbirli olun, bir müddət Adil Əsədov məqaləsinə heş bir düzəliş etməyin. Çünki, Sizin düzəlişlərinizdə həqiqətən müəyyən xətalar var və onlar vikipediya qaydalarına uyğunlaşdırılmalıdır. Ehtiyat edirəm ki, Sizin redaktə müharibəniz Sizin bloklanmanızla yekunlaşa. İnanın ki, dostum Cekli ilə birgə biz onu Sizin arzuladığınız səviyyəyə çatdıracayıq. Səbirli olun. Hörmətlə azərbaycan vikipediyasında idarəçilərdən biri --Acategory (talk) 09:56, 23 avqust 2012 (UTC)Cavabla
Hörmətli Acategory.
Sizin Azərbaycan vikipediyasında idarəçilərdən biri olaraq təcrübənizə və səmimiyyətinəzə inandığımı bir daha bəyan edirəm. Məqaləni Sizin ixtiyarınıza buraxıran. Hörmətlə, Sizin, --Philosopherazer (talk) 10:08, 23 avqust 2012 (UTC)Cavabla
Təşəkkür edirəm.--Acategory (talk) 10:45, 23 avqust 2012 (UTC)Cavabla
Məqalə ixtiyarınızdadır. Məqbul saydığınız düzəlişləri edin. Sonradan onun üzərində mən də işləmək fikrindəyəm. Hansısa məsələdə fikir ayrılığımız olarsa yenidən müzakirə edərik. Hər halda azərbaycan cəmiyyəti özünün fəlsəfə doktorlarını tanımalıdır. --Acategory (talk) 10:45, 23 avqust 2012 (UTC)Cavabla
Hörmətli Cekli. Vikipediya qaydaları ilə qadağan olunmayan hər şey icazəlidir.--Acategory (talk) 10:15, 24 avqust 2012 (UTC)Cavabla
Hörmətli və çılğın dostumuz Cekli. Suallarınız bir-bir cavab vermək istəyirəm :
Dostumuz Cekli. Hesab edirəm ki, vikipediyada "Kopivno" məsələsi olmamlaıdır. Çünki, burada hər kəs loginlə çıxış edir və redaktələr azaddır. Heç kəs, heç bir məqaləyə müəlliflik hüququnu iddia edə bilməz. Digər tərəfdən, burada hər sahənin yüksək səviyyəli mütəxəssisləri deyil, sadəcə ensikloediya həvəskarları fəaliyyət göstərir. Onlar isə materilı mütləq haradansa götürməlidirlər. Əlbətdə, mənbə göstərilməli və bədiilik olmamalıdır. Hörmətlə --Acategory (talk) 11:41, 24 avqust 2012 (UTC)Cavabla
Siz İradə xanımın müzakirə arxivindəki bu müzakirə ilə də tanış olmağı məsləhət bildiniz. iradə xanım azərbaycan vikipediyasının fəxri olduğuna görə hamımızın borcu ona hörmət etmək və ondan öyrənməkdir.
Hörmətlə --Acategory (talk) 11:56, 24 avqust 2012 (UTC)Cavabla
Şadam ki, azərbaycan vikipediyasında sərbəst fikir bildirmək imkanı vardır.--Acategory (talk) 12:23, 24 avqust 2012 (UTC)Cavabla
salam mən necə adımı wwwfenomenaz deyil fenomen edim.v' yaxud 2RAL olsa lap ela olar.--2ral 15:28, 25 avqust 2012 (UTC)
Salam. Bu redaktənizdə musavat.com sözlərini mucü ildə avat.com sözləri ilə dəyişdirmisiniz. Guman edirəm ki, bu texniki səhvdir. Elə bu səbəbdən də həmin sözü əvvəlki halına qaytarıram. Hörmətlə, --►Şahdağlı Cekli 07:14, 27 avqust 2012 (UTC)Cavabla
Diqqətcilliyinizə və zəhmətinizə görə təşəkkür edirəm. Hörmətlə --Acategory (talk) 16:51, 27 avqust 2012 (UTC)Cavabla
"Milyon nəfərdən çox əhalisi olan şəhərlər" adlı yeni bir kateqoriya yaratmışam. Məsləhət etmək istəyirəm : bu kateqoriyanı bu statusa düşən ölkə payatxtlarına işlətmək lazımdırmı, yoxsa hansısa digər situasiya var ? Hörmətlə --Acategory (talk) 16:51, 27 avqust 2012 (UTC)Cavabla
Hörmətli, Acategory, salam. Ləzgistan məqaləsini separatizmə dəstək və Azərbaycan Respublikasının müstəqilliyinə təhlukə hesab edərək və məqalənin müəllifi idarəçi Baskervill-in razılığı ilə silmişdim. Amma məqaləni bərpa ediblər [14]. Sizin siyasi uzaqgörənliyinizi nəzərə alaqaq soruşmaq istəyirəm - Azərbaycan dilində Vikipediyada bu cür məqalələrə ehtiyac varmı? Belə davam etsə sabah Dağlıq Qarabağ Respublikası, Talışıstan və daha necə məqalələrinin yaradılmasına da başlayarlar. Əgər Siz hesab edirsinizsə bu məqalə vacibdir və qalmalıdır, mən kənara çəkilirəm. Əks halda silin. --Irada (talk) 19:42, 27 avqust 2012 (UTC)Cavabla
Mesajınızı diqqətlə oxudum və mövqemi bildirdim [15]. Hörmətlə --Acategory (talk) 20:21, 27 avqust 2012 (UTC)Cavabla
Təşəkkür edirəm. --Irada (talk) 17:59, 28 avqust 2012 (UTC)Cavabla
"Milyon nəfərdən çox əhalisi olan şəhərlər" adlı yeni bir kateqoriya yaratmışam. Məsləhət etmək istəyirəm : bu kateqoriyanı bu statusa düşən ölkə payatxtlarına işlətmək lazımdırmı, yoxsa hansısa digər situasiya var ? Hörmətlə --Acategory (talk) 16:52, 27 avqust 2012 (UTC)Cavabla
Salam, Cekli.Ramil Səfərovun ekstradisiyası və əfv edilməsi məqaləsində Ramil Səfərovun mayor formasında şəklini niyə götürdünüz ?--Acategory (talk) 04:25, 11 sentyabr 2012 (UTC)Cavabla
Dostumuz Cekli. Şəklin fotomontaj olması mötərizədə qeyd edilmişdi. Saxta o vaxt sayılardı ki, şəkildəki Ramil Səfərov olmayaydı və ya o mayor rütbəsində olmayaydı. Həmin şəkil Azərbaycan mətbuatında geniş istifadə edilir və heç bir irad bildirilmir. Əsl şəkil ortaya çıxanda əvəz etmək çətin olmaz.--Acategory (talk) 05:17, 11 sentyabr 2012 (UTC)Cavabla
Mənbə göstərilib, əgər qüsur varsa buyurun düzəldin. Sübutunuza isə ehityac yoxdur, şəkilaltı sətirdə onun fotomontaj olduğu əvvəlfdən də göstərilib, bunu görməli idiniz. Şablon olmaması isə artıq istifadəçinin problemi deyil.--Acategory (talk) 13:41, 11 sentyabr 2012 (UTC)Cavabla
Salam.Buraya baxın [[16]] Asunson sehifesini men yaratmamışam.O meqaleni Siz yaratmısınız.Bes menim yaratdığım meqalelerin siyahısında görünür?-- ❽⑤❶Sohaha. 10:34, 11 sentyabr 2012 (UTC)Cavabla
Salam hörmətli Acategory. Əgər çətin deyilsə lütfən Marneuli—>Marneuli (şəhər) istiqamətləndirməsini ləğv edin. Mən Marneuli rayonu adını sadəcə "Marneuli" olaraq dəyişmək istəyirəm, ancaq yuxarıda qeyd etdyim istiqamətləndirməyə görə bu alınmır. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 02:54, 23 sentyabr 2012 (UTC)Cavabla
| Bu insanla heçbir əlaqəm yoxdur. Sadəcə Ağdam rayonunda olduğum müddətdə bu insan haqda çox eşitmişəm və düşünürəm ki bir qəhrəmanlıq səhifıəsinin silinməyinə siz də razı olmazsınız. Cox faciəvi həyata və sonda 24 yaşında müharibədə də facivə ölümlə nəticələnən həyatı olmuş bir insandır. Adını qeyd etsəniz də etməsəniz də sizin işinizdir. Öncədən təşəkkürlər.Elchin Ali (talk) 12:05, 26 sentyabr 2012 (UTC)Elchin AliCavabla
Selam dostum bir kaç yıldır zazaca vikide babasının çiftliğini kuran mirzali diye bir zat var, Adminlik görevini sonlandırmak için sizden destek bekliyoruz, Şuradan destek verebilirsiniz. saygılarımla...--Erdemaslancan (talk) 20:39, 28 sentyabr 2012 (UTC)Cavabla
Salam. Brüs Li məqaləsindəki şəxs şablonundakı şəkli Commonsa yükləmişəm. Bəs saytın şəkli azad verməsini? Ona görə ki, yüklədiyim şəkil pozula bilər. Bunu öyrəndikdən sonra "Commons"a çoxlu yükləyə istərdim. Hörmətlə: -- Eagle94 Danışıq 15:32, 7 Oktyabr 2012 (UTC)
Təəssüf ki, bu texnologiyanı tam bilmirəm. Bu məsələni idarəçi İradə xanım yaxşı bilir. Hörmətlə --Acategory (talk) 10:41, 7 oktyabr 2012 (UTC)Cavabla
Sizi salamlayıram. Hörmətlə --Acategory (talk) 11:32, 12 oktyabr 2012 (UTC)Cavabla
Təşəkkür edirəm, Acategory. Nə yaxşı ki, Vikipediyada Sizin kimi idarəçilər var. Əks halda burada nəinki işləməyə, hətta baxmağa da həvəs olmazdı...--Irada (talk) 11:46, 12 oktyabr 2012 (UTC)Cavabla
Sizin azərbaycan vikipediyasında zəhmətiniz böyükdür. Həmçinin Sizdən öyrənilməli təcrübə də hələ çoxdur.--Acategory (talk) 11:51, 12 oktyabr 2012 (UTC)Cavabla
Təşəkkür edirəm. Mən də təmkinli və səbrli olmağı Sizdən öyrənməyə çalışıram :) --Irada (talk) 11:56, 12 oktyabr 2012 (UTC)Cavabla
BI haqda sehfemi silmisiniz sebeb nedir?
Hörmətli Sabinahasanli. Mən BI Norvec Biznes Məktəbi haqqında məqaləni silməmişəm, əksinə onu zənginlşdirmişəm. Məqalənin adını dəyişdim, köhnə adı isə sildim. Çünki, azərbaycan dilində "Norvecin Biznes Məktəbi" ifadəsi düzgün deyil, bununla şəxsi mənsubiyyət bilinir, yeni, daha dəqiq "Norvec Biznes Məktəbi" ifadəsində isə ölkə, məkan ifadəsi bilinir.
Bir də, mesajın sonuna imza atın, bunun üçün yuxarıdakı qələm şəklini tıklayın. Hörmətlə --Acategory (talk) 12:29, 25 oktyabr 2012 (UTC)Cavabla
Hormetli Acategory, men wikipedia-da yeniyem deye sehv basha dushdum, chox sag olun komek gore
--Sabinahasanli (talk) 19:49, 26 oktyabr 2012 (UTC)sabinahasanliCavabla
Hörmətli həmkarımız Acategory, AzVikidə yüz mininci redaktəm münasibətilə mənə təqdim etdiyiniz bu dəyərli mükafata görə Sizə öz minnətdarlığımı bildirirəm. Dərin hörmətlə, --►Şahdağlı Cekli 08:22, 29 oktyabr 2012 (UTC)Cavabla
У меня возникла проблемка. Я создал страницу про город Брашов - http://az.wikipedia.org/wiki/?q=Br%D0%B0%C5%9F%D0%BEv, Но она щяс не открывается. Посмотрите да, пожалуйста, в чем проблема. Только не стираейте! В других языках, статья моя отображается, это значит что моя статья существует. --Keete (talk) 21:04, 5 noyabr 2012 (UTC) Keete 37Cavabla
Məqalə görünür, heç bir problemi yoxdur.--Acategory (talk) 03:44, 6 noyabr 2012 (UTC)Cavabla
Diqqət: Ermənistan Vikipediyasından istifadəçi Sevomaritsa20 vandalism məqsədiylə məqalələrə ziyan verir. Bu istifadəçi Türkcə Vikipediyada da vandalism məqsədiylə məqalələrə ziyan verir. (Bu istifadəçi azərbaycan dilini və türk dilini başa düşür.) İstifadəçi erməni milliyyətçisi və mənbələrdə olmayan pis niyyətli dəyişikliklər edir. Hörmətlə -- Menikure (talk) 12:15, 6 noyabr 2012 (UTC)Cavabla
Acategory помогите пожалуйста! Я создал страницу мультфильма Коралина - http://az.wikipedia.org/wiki/?q=Koralina_(animasiya). Я поставил логотип мультфильма, хотелось бы поставить и постер. Помогите, плиииз! Оставьте логотип и поставьте постер. Заранее спасибо. --Keete (talk) 17:11, 6 noyabr 2012 (UTC) Keete 37Cavabla
Acategory кроме того, я создал новую статью Мемуары гейши http://az.wikipedia.org/wiki/?q=Gey%C5%9Fan%C4%B1n_memuarlar%C4%B1_(film), помогите поставить постер фильма пожалуйста. Заранее спасибо. --Keete (talk) 17:37, 7 noyabr 2012 (UTC) Keete 37Cavabla
Salam, Keete. Bu dəfə Sizin xahişinizi yerinə yetirə bilməyəcəyəm. Bir sıra mövzular var ki, mən prinsipial şəkildə o məqalələrə toxunmuram.--Acategory (talk) 19:44, 7 noyabr 2012 (UTC)Cavabla
Acategory, я создал еще одну страницу - Фрида http://az.wikipedia.org/wiki/?q=Frida_(film). Помогите поставить постер фильма, я Вас очень прошу, только не отказывайте. С уважением --Keete (talk) 09:05, 9 noyabr 2012 (UTC) Keete 37Cavabla
Acategory, прошу Вас о маленькой просьбе, я недавно создал страницу о певице Глюко'Zе http://az.wikipedia.org/wiki/?q=Ql%C3%BCkoza_(m%C3%BC%C4%9F%C9%99nni), я ее создал под названием Gluk’oZa. Но один пользователь изменил это название на Qlükoza. То что я создал это правильно так как это ее сценическое имя. Пожалуйста, измените да, ее на прежнее. Я Вам буду бесконечно благодарен! --Keete (talk) 12:06, 9 noyabr 2012 (UTC) Keete 37Cavabla
Dostumuz Keete 37. Sizin müraciətə qədər mən artıq məqalənin adını Sizin varianta qaytardım. Brend olan adların saxlanması mümkündür, eyni zamanda ona azərbaycan dilində olan yazılışdan keçid vermək olar. Təcrübəli istifadəçi Thunder Stormun translitersiyası ilə bağlı yazısında da həqiqət vardır. Mümkün qədər çox adların azərbaycan dilində yazılışı olmalıdır.
Eyni zamanda bildirim ki, vikipediyada şəxsi məqalə yoxdur, hər bir məqalə istənilən şəxs tərəfindən redaktə edilə bilər, buna həmişə hazır olun. Hər ikinizin məsələni müzakirə ilə araşdırmanız həm yüksək mədəniyyət nümunəsi idi, həm də vikipediya qaydalarına uyğundur. Fəaliyyətinizə uğurlar arzu edirəm. Hörmətlə azərbaycan vikipediyasında idarəçilərdən biri --Acategory (talk) 12:17, 9 noyabr 2012 (UTC)Cavabla
Здравствуйте Acategory! У меня есть просьба, я создал статью о фильме Клубничка в супермаркете http://az.wikipedia.org/wiki/?q=%C3%87iy%C9%99l%C9%99k_supermarketd%C9%99_(film), Только у меня не получается с постером. Пожалуйста, помогите поставить постер фильма. Буду очень благодарен! --Keete (talk) 07:45, 15 noyabr 2012 (UTC) Keete 37Cavabla
Дорогой Acategory! Я создал новую статью http://az.wikipedia.org/wiki/?q=Anna_Karenina_(film_2012). Помогите пожалуйста поставить постер. --Keete (talk) 13:04, 22 noyabr 2012 (UTC) Keete 37Cavabla
Спасибо большое за постер. --Keete (talk) 20:23, 22 noyabr 2012 (UTC) Keete 37Cavabla
Salam. Sizi "Vikipediya:Seçilmiş şəkil namizədləri" bölməsində keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. Həmin şəkillərin status alıb - almaması, sizlərin verəcəyi səslərdən aslıdır. Hörmətlə:--Baskervill (talk) 12:53, 25 noyabr 2012 (UTC)Cavabla
Hörmətli Cekli. Sizin I Avropa Olimpiya Oyunları məqaləsini ciddi əsas olmadam silmənizə etiraz edirəm. Məqalədə çatışmamazlıqlar görüdünüzsə onu rdaktə edə və ya müvafiq şablon yerləşdirəş bilərdiniz.--Acategory (talk) 04:14, 13 dekabr 2012 (UTC)Cavabla
Mövzuyla bağlı İstifadəçi:Monarhh tərəfindən yaradılmış 2015 Avropa Oyunları məqaləsi də var ki, həmin məqalənin saxlanılması daha məqsədəuyğundur. Sizin I Avropa Olimpiya Oyunları məqaləsini isə bir daha silmək məcburiyyətindəyəm. Hörmətlə, --►Şahdağlı Cekli 05:21, 13 dekabr 2012 (UTC)Cavabla
Hörmətli Cekli. Sizin növbəti dəfə vikipediya həmkarlarınıza qarşı etikasız münasibətiniz, onlara yuxarıdan aşağı baxmağınız məni təəssüfləndirdi. Sizin istənilən məsələyə vikipediyaya öz şəxsi mülkiyyətiniz nöqteyi-nəzərindən baxmağınız təəccüb doğurur. İradlarınızla bağlı aşağıdakıları bildirmək istəyirəm:
1. Mənim yaratdığım məqalədə kopu-past yox, istinadla olan məqalədir, bunlar isə ayrı-ayrı məsələlərdir, həm də istəsəydiniz onu təkmilləşdirə bilərdiniz. 2. İstifadəçi:Monarhhın yaratdığı məqalə mənimikndən mükəmməl olsa da, o məqaləni məndən sonra yaradıb və həm qayda, həm səmimiyyət tələb edirdi ki, o öz yeniliklərini artıq mövcud məqalə üzərində edəydi. Artıq daha yaxşı məqalə yarandığına görə öz məqaləmi bərpa etmirəm. 3. Sizin hörmətli paralmentimizin adını burada hallandırmaqda məqsədinizi anlamadım. 4. İlk dövrdə adı çəkilən oyunların adı Avropa Olimpiya Oyunları gedirdi və sonradan indiki variant qərarlaşdı. Ancaq vikipediya daha düz informasiyanın tədricən virtual ensiklopediyaya gətirməyi qarşısına məqsəd qoymurmu ? 5. Siz mənə yazırsınız ki, "idarəçi olaraq, məhz özünüz qaydalara riayət etmirsiniz", " yanlış hərəkətinizə haqq qazandırmağa çalışırsınız", "yanlışı vikipediyada Siz də davam etdirmisiniz". Bu nə qeyri-etik ifadələrdir ? Bu nə mədəniyyətdir ? Anlamadım Siz burada idarəçilərdən birisiniz, yoxsa təlim-tərbiyə işləri üzrə direktor müavini. Siz nə zaman başqalarına irad bildirmək və təhhakimiyyətli üsul-idarə qurmaq həvəsinizdən əl çəkəcəksiniz ?
Və sonda. Ehtiyat edirəm ki, Sizin digər istifadəçilərlə yuxarıda sadaladığım tərzdə davranışınız nə vaxtsa bütün vikicəmiyyəti Sizin əleyhinizə qaldıracaq və fikirləşirəm ki, bu halda mənim seçimim birmənalı olacaq. Hörmətlə --Acategory (talk) 09:38, 13 dekabr 2012 (UTC)Cavabla
Sizi Şihabəddin Yəhya Sührəvərdi, Bəhmənyar Azərbaycani və Qafqaz Albaniyasında xristianlıq məqalələrində keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. Hörmətlə:--Baskervill (talk) 10:59, 16 dekabr 2012 (UTC)Cavabla