. Love.az

Istifadeci Muzakiresi Turkmen Arxiv 8 - Wikipedia - Love.az

Ana Səhifə - Istifadeci Muzakiresi Turkmen Arxiv 8

Mündəricat

  • 1 Vikilüğət loqosu
  • 2 BNS məqalə yekunlaşdırma
  • 3 Müzakirə yekunlaşmayıb.
  • 4 Vahid Məmmədli
  • 5 Qaydalar
  • 6 Hesab
  • 7 Mətləb Ağa
  • 8 Dəvət
  • 9 Dəvət
  • 10 Qlobal TV
  • 11 Qlobal addəyişmə hüququ
  • 12 İnzibatçı seçkisi
  • 13 AWB
  • 14 Qlobal addəyişdirici hüququ
  • 15 Arxivləşdirmə
  • 16 VP:İBSQ
  • 17 Yalnış arxivləşdirmə
  • 18 Beş il cəmiyyətinə üzvlük dəvətnaməsi
  • 19 Sizin üçün yeni bir ulduz!
  • 20 "Vikibağlılıq" nişanı
  • 21 Dəvət
  • 22 Unicode chart translation request
  • 23 Azərbaycan–monqol mədəni əlaqələri
  • 24 MN

Vikilüğət loqosu

redaktə
Son rəy: 2 il öncə3 şərhMüzakirədə 2 nəfər

Salam, @Turkmen. Vikilüğətimizin loqotipinin (hal-hazırda ingiliscə loqotip istifadə olunur) Fayl:Wiktionary-wordmark-az.svg (yaxud Fayl:Wiktionary-wordmark-tr.svg) olaraq tənzimlənməsi necə həyata keçirilə bilər? Sayğılarım, gözəl diləklərimlə, Wiki6421. 20:48, 2 yanvar 2023 (UTC)Cavabla

@Wiki6421 salam, məndə bir neçə müddətdir "wordmark"ı hazırlamağa çalışırdım. Əla oldu. Fabrikatora müraciət etdim. Turkmen müzakirə 07:15, 5 yanvar 2023 (UTC)Cavabla
@Turkmen, diqqətiniz üçün minnətdaram! ^^ Sayğılarım, gözəl diləklərimlə, Wiki6421. 08:10, 5 yanvar 2023 (UTC)Cavabla

BNS məqalə yekunlaşdırma

redaktə
Son rəy: 2 il öncə2 şərhMüzakirədə 2 nəfər

salam dəyərli həmkar. BNS-də 2 məqalə yekunlaşdırmısınız, amma məqalənin müzakirə səhifəsində saxlanılmasına qərar verildi şablonunu yerləşdirməyi nəzərinizdən qaçırmısınız. lütfən nəzərə alarsınız. Atakhanli (müzakirə) 06:31, 12 yanvar 2023 (UTC)Cavabla

@Atakhanli salam, diqqətiniz üçün təşəkkürlər. Şablonu unutmuşdum, bundan sonra əlavə edərəm. Turkmen müzakirə 10:43, 12 yanvar 2023 (UTC)Cavabla

Müzakirə yekunlaşmayıb.

redaktə
Son rəy: 2 il öncə1 şərhMüzakirədə 1 nəfər

Hörmətli Turkmen, xahiş edirəm buradakı müzakirəni yarımçıq və natamam yekunlaşdıran idarəçinin qərarını ləğv edib yenidən müzakirənin getməsinə şərait yaradasınız, müzakirə düzgün yekunlaşdırılmayıb, belə ki, unvanlandırdığım sualın cavabın almamışam və inzibatçı özüdə görür ki, bu məqalənin qalma perspektivi var amma tələsərəkdən bu müzakirəni bağlayıb, konsensun əldə olunmadığı üçün bərpa niyə etməyib? əksinə silinməsini qüvvədə saxlayıb. E.Imanverified   16:26, 20 yanvar 2023 (UTC)Cavabla

Vahid Məmmədli

redaktə
Son rəy: 2 il öncə2 şərhMüzakirədə 2 nəfər

Salam. Zəhmət olmasa bu məqaləni Qaralama ad fəzasında bərpa edərdiz, məqalə üzərində işləyib VP:BNS-ə təqdim edəcəm, inşallah. samral müzakirə 17:19, 25 yanvar 2023 (UTC)Cavabla

Salam @Samral, həll edildi. Turkmen müzakirə 17:23, 25 yanvar 2023 (UTC)Cavabla

Qaydalar

redaktə
Son rəy: 2 il öncə2 şərhMüzakirədə 2 nəfər

Salam. Vikipediyanın Vandalizm və Bloklama qaydaları kimi prinsiplərində dəyişiklik olması üçün nə tələb olunur? Bikar Orxan (müzakirə) 16:30, 7 fevral 2023 (UTC)Cavabla

@Bikar Orxan salam, əvvəlcə Kənd meydanında ümumi müzakirə açmaq lazımdır. Bundan sonra Vikipediya:Səsvermə səhifəsinin alt bölməsini yaratmaqla yeni səsvermə başlatmaq olar. Turkmen müzakirə 17:01, 7 fevral 2023 (UTC)Cavabla

Hesab

redaktə
Son rəy: 2 il öncə1 şərhMüzakirədə 1 nəfər

Salam. Bu nə ola bilər? Bikar Orxan (müzakirə) 19:39, 19 mart 2023 (UTC)Cavabla

Mətləb Ağa

redaktə
Son rəy: 2 il öncə1 şərhMüzakirədə 1 nəfər

Salam. Zəhmət olmasa bu məqaləni Qaralama ad fəzasında bərpa edərdiz, məqalə üzərində işləyib VP:BNS-ə təqdim edəcəm, inşallah. samral müzakirə 18:49, 23 aprel 2023 (UTC)Cavabla

Dəvət

redaktə
Son rəy: 2 il öncə1 şərhMüzakirədə 1 nəfər
 
İnzibatçı seçkisi
Salam, Turkmen.
Sizi mənim inzibatçılıq statusumlə bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. — Wealszy (müzakirə) 12:23, 27 aprel 2023 (UTC) Cavabla

Dəvət

redaktə
Son rəy: 2 il öncə1 şərhMüzakirədə 1 nəfər

Salam. Mənim idariçiliyimə aid burada keçirilən səsvermədə sizi iştirak etməyə dəvət edirəm. Moses✉ 15:27, 27 aprel 2023 (UTC)Cavabla

Qlobal TV

redaktə
Son rəy: 2 il öncə3 şərhMüzakirədə 2 nəfər

Salam. Zəhmət olmasa, bu məqaləni Qaralama ad fəzasında bərpa edərdiz. İnşallah məqalə üzərində işləyib VP:BNS-ə təqdim edəcəm. samral müzakirə 17:43, 30 aprel 2023 (UTC)Cavabla

Salam, həll edildi. Turkmen müzakirə 17:52, 30 aprel 2023 (UTC)Cavabla
Təşəkkürlər. samral müzakirə 18:50, 30 aprel 2023 (UTC)Cavabla

Qlobal addəyişmə hüququ

redaktə
Son rəy: 2 il öncə2 şərhMüzakirədə 2 nəfər

Salam. Bu hüquq üçün müraciət edib Az Vikidəki müraciətlərə baxmaq istəyirəm. Təcrübəli bir istifadəçi kimi bunu yerinə yetirə bilərəm. Olar? Gadir (müzakirə) 14:32, 2 may 2023 (UTC)Cavabla

@Gadir Salam, bunun üçün metada namizədlik verməlisiz. Orada qlobal icma seçki keçirilməlidir. Turkmen müzakirə 06:30, 12 may 2023 (UTC)Cavabla

İnzibatçı seçkisi

redaktə
Son rəy: 2 il öncə3 şərhMüzakirədə 2 nəfər

Salam, həmkar siz müvafiq səsvermədə qaydalara əsasən mənə statusun verilməsi ilə bağlı keçirilən səsvermədə imtina edildiyini açıqlamısız. Lakin, qaydalarda əleyhinə səslərin sayı toplam səslərin sayının 3 də birindən çox olduqda inzibatçı seçilmir. Sözügedən səsvermədə isə əleyhinə səslərin sayı toplam səslərin sayının 3 də biridi — Wealszy (müzakirə) 10:35, 13 may 2023 (UTC)Cavabla

salam həmkarlar. mesajınızı mən gördüm deyə icazənizlə cavablayım.
Wealszy qaydalarda deyilir ki, səsvermə o zaman baş tutmuş hesab olunur ki, etibarlı səslərin sayı 15-dən, lehinə səslərin sayı isə 10-dan az olmasın. Bitərəf səslər hesablanma zamanı qeydə alınmır. Atakhanli (müzakirə) 10:48, 13 may 2023 (UTC)Cavabla
@Atakhanli bitərəf səslər nəzərə alınmayandıqda da qarşı səslərin sayı bütün səslərin sayının 3-də 1-ni təşkil edir. — Wealszy (müzakirə) 11:35, 13 may 2023 (UTC)Cavabla

AWB

redaktə
Son rəy: 1 il öncə1 şərhMüzakirədə 1 nəfər

Salam, AutoWikiBrowser proqramına istifadəçi adımla girdikdə Auto Save bölməsi görünmür, amma bot hesabı ilə girişdə görünür. Bu nə ilə əlaqədardır bilmək olar? Necə düzəldə bilərəm? — Xeyal (müzakirə) 09:53, 23 may 2023 (UTC)Cavabla

Qlobal addəyişdirici hüququ

redaktə
Son rəy: 1 il öncə1 şərhMüzakirədə 1 nəfər

Salam, həmkar. Metada qlobal addəyişdirici hüququ üçün müraciət etmişəm. Əsasən təcrübəli bir istifadəçi kimi lokaldakı müraciətlərə operativ şəkildə baxa bilərəm. Lakin oradakı istifadəçilər Az Vikidəki son məsələlər və yaxın vaxtdakı bir çox blok səbəbi ilə bağlı icmanın fəaliyyətim barədə fikirlərini öyrənmək istəyirlər. Düşünürəm ki, bu qərara müsbət təsir edə bilər. Səsvermədə iştirak edərək mənə etimad edirsinizsə, bunu qeyd etməyinizi və ya əksini bildirməyinizi xahiş edirəm. Buradan keçid edə bilərsiniz. Hörmətlə, Gadir (müzakirə) 10:40, 29 may 2023 (UTC)Cavabla

Arxivləşdirmə

redaktə
Son rəy: 1 il öncə9 şərhMüzakirədə 3 nəfər

Salam. Siz niyə görə apreldə açılan başlıqları maya arxivləşdirmisiniz? Gadir (müzakirə) 22:35, 25 iyun 2023 (UTC)Cavabla

Salam @Gadir, zəhmət olmasa göstərə bilərsiz? Turkmen müzakirə 19:34, 26 iyun 2023 (UTC)Cavabla
@Turkmen, məsələn, burada apreldə açılan başlığı maya arxivləşdirmisiniz. Gadir (müzakirə) 20:55, 26 iyun 2023 (UTC)Cavabla
Həm də sıra pozulub, yəni ayın sonlarına doğru açılanlar yuxarıda, əvvələrində açılan müzakirələr isə altda arxivləşdirilib. Gadir (müzakirə) 20:56, 26 iyun 2023 (UTC)Cavabla
@Gadir əslində yaxşı fikirdir. Sadəcə bununla bağlı yekun təlimat yoxdur deyə hamı bunu uyğun bildiyi kimi edir. Məsələn, həmin müzakirənin bir hissəsi də mayda olub. Turkmen müzakirə 20:16, 27 iyun 2023 (UTC)Cavabla
@Turkmen, salam. Səhv xatırlamıramsa, @White Demon "başlıq açıldığı aya arxivləşdirilməlidir" demişdi. Gadir (müzakirə) 20:18, 27 iyun 2023 (UTC)Cavabla
@Gadir problem yoxdur, arxivlərə baxıb düzəliş verərəm. Turkmen müzakirə 20:22, 27 iyun 2023 (UTC)Cavabla
Tamam, təşəkkürlər. O zaman bundan sonra sıra ilə və açıldığı aya görə icra edək. Gadir (müzakirə) 20:23, 27 iyun 2023 (UTC)Cavabla
Müzakirələri başladıqları aya görə arxivləşdirmək lazımdır, EnViki və TrViki-də də bu praktikadan istifadə olunur. Şiroi Akuma 20:34, 27 iyun 2023 (UTC)Cavabla

VP:İBSQ

redaktə
Son rəy: 1 il öncə1 şərhMüzakirədə 1 nəfər

Salam. Zəhmət olmasa, VP:İBSQ-nın müvafiq bölməsinin 1-ci bəndinə nəzər yetirin. Wertuose barədə müraciətlər nəticəsində 2 dəfə İMZ-də müzakirə olub. Hər 2 müraciət də yerində və düzgün şəkildə olub, amma problem odur ki, istifadəçi birinci müzakirədən sonra inzibatçı vəzifələrini yerinə yetirə bilməyib. Ümumiyyətlə, qeyd edilən qaydaya görə, 2-ci bir müzakirə olmadan status alınmalı idi. Zəhmət olmasa, müvafiq proseduru icra edin. Hörmətlə, Gadir (müzakirə) 23:38, 29 iyun 2023 (UTC)Cavabla

Yalnış arxivləşdirmə

redaktə
Son rəy: 1 il öncə3 şərhMüzakirədə 2 nəfər

Salam. Başa çatmamış bir səsvermənin məqaləsini bu formada arxivləşdirməyiniz düzgün deyil. Birinci məqaləni Seçilmiş məqalələr bölməsində arxivləşdirmək, sonra məqalənin özünə status vermək, interviki ulduzunu əlavə etmək və sonuncu olaraq isə Seçilmiş məqalələr bölməsinə əlavə etməyiniz lazımdır. Hər şeydən əvvəl, seçilmiş məqalə namizədi olan bir məqaləni Seçilmiş məqalələr siyahısına əlavə etməyiniz doğru deyil.— Baskervill (müzakirə) 17:32, 7 avqust 2023 (UTC)Cavabla

@Baskervill salam, diqqətiniz və revert üçün təşəkkürlər. Bu redaktə əslində qiymətləndirmə səhifəsindəki "məqalə əlavə etmək" düyməsindən əmələ gəlir. qeydinə də baxsaq görə bilərik. Turkmen müzakirə 18:51, 7 avqust 2023 (UTC)Cavabla
@Turkmen məlumatlandırma üçün təşəkkür edirəm.— Baskervill (müzakirə) 19:25, 7 avqust 2023 (UTC)Cavabla

Beş il cəmiyyətinə üzvlük dəvətnaməsi

redaktə
Son rəy: 1 il öncə2 şərhMüzakirədə 2 nəfər
  Beş il cəmiyyətinə üzvlük dəvətnaməsi
Salam, hörmətli Turkmen! Beş il cəmiyyəti istifadəçilərin 5 illik fəaliyyətini qeyd etmək, uzun müddətdir ki, fəaliyyət göstərən istifadəçiləri tanımaq, təcrübələrini və biliklərini bölüşmək üçün qurulmuşdur. 5 ildən çoxdur ki, fəaliyyət göstərdiyiniz üçün siz də bu cəmiyyətə üzv olmaq hüququ qazandınız.

Üzvlüyünüzü təsdiqləmək üçün Üzvlər bölməsində imza qoymağınız bəsdir. Ondan sonra isə istifadəçi səhifənizdə {{İstifadəçi Beş il cəmiyyəti}} və ya {{Beş il cəmiyyəti ikonası}} şablonlarından istifadə edə bilərsiz. Hörmətlə,— Gadir (müzakirə) 09:25, 8 avqust 2023 (UTC)Cavabla

Salam @Gadir məlumat üçün təşəkkür. Turkmen müzakirə 19:48, 9 avqust 2023 (UTC)Cavabla

Sizin üçün yeni bir ulduz!

redaktə
Son rəy: 1 il öncə2 şərhMüzakirədə 2 nəfər
  307-ci Otaq Ulduzu
Dəyərli Həmkar Vikidüşərgədə Fəallığınıza və Gənc istifadəçilərə köməklik etdiyinizə görə sizə təşəkkür edirəm və yeni yaratdığım 307-ci Otaq Ulduzunu sizə təqdim edirəm. 307 sizi sevir. -- ⟨Qraf⟩061   (müzakirə) 17:12, 9 avqust 2023 (UTC)Cavabla
Salam @Qraf061 təşəkkür. Turkmen müzakirə 19:48, 9 avqust 2023 (UTC)Cavabla

"Vikibağlılıq" nişanı

redaktə
Son rəy: 1 il öncə2 şərhMüzakirədə 2 nəfər
  "Vikibağlılıq" nişanı
VikiMedia layihələrinə olan faydalı bağlılığınıza görə təltif edilirsiniz.

samral müzakirə 21:47, 9 avqust 2023 (UTC)Cavabla

@Samral salam təşəkkür. Turkmen müzakirə 09:03, 10 avqust 2023 (UTC)Cavabla

Dəvət

redaktə
Son rəy: 1 il öncə1 şərhMüzakirədə 1 nəfər

Nərmin Kərimbəyova səhifəsi silinmək üçün müzakirəyə çıxarılıb. Zəhmət olmasa səhifəyə baxıb, səs verəsiniz. Səhifədə "iş gedir" şablonu olmasına baxmayaraq, səhifə "silinmək üçün səsverməyə" çıxarılıb. Mütəmadi əlavələr edirəm. Zəhmət olmasa səhifənin qalması üçün lehinə səs verəsiniz. Xeyal Azerbeyli (müzakirə) 08:44, 23 avqust 2023 (UTC)Cavabla

Unicode chart translation request

redaktə
Son rəy: 1 il öncə1 şərhMüzakirədə 1 nəfər

Hello. I maintain multilingual Wikimedia charts showing roadmaps to the various planes of the Unicode Standard.

I'm hoping you will provide Azeri translations for me.

The specifics are at en:User:Drmccreedy/roadmap_multilingual.

After the charts have been updated they can be added to the Azeri Unicode article.

Thank you for any help you can offer. ~~~~ Drmccreedy (müzakirə) 01:56, 18 oktyabr 2023 (UTC)Cavabla

Azərbaycan–monqol mədəni əlaqələri

redaktə
Son rəy: 1 il öncə1 şərhMüzakirədə 1 nəfər

Salam. Sizi Azərbaycan–monqol mədəni əlaqələri məqaləsinin qiymətləndirilməsində səs verməyə dəvət edirəm.-- Abutalub (müzakirə) 06:26, 25 oktyabr 2023 (UTC)Cavabla

MN

redaktə
Son rəy: 1 il öncə2 şərhMüzakirədə 2 nəfər

Salam. Qısa müddətli bura gəldi. Bir xahişim olacaqdı sizdə. Məqalə Namizədləri bölməsində ondan çox məqalə təqdim eləmişəm. Bəziləri 1 il 6 aydır artıq orada qalıb. Təqdim edə bilərsiniz? :d Grenzsoldat 15:48, 17 dekabr 2023 (UTC)Cavabla

@Grenzsoldat salam, həll edəcəm. Turkmen müzakirə 11:14, 19 dekabr 2023 (UTC)Cavabla
Mövzu əlavə et
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İstifadəçi_müzakirəsi:Turkmen/Arxiv_8&oldid=7400655"
LOVE.AZ