İvan Petroviç Pavlov (rus. Иван Петрович Павлов; 26 sentyabr 1849[1][2], Ryazan[3] – 27 fevral 1936[3][4][…], Leninqrad[3]) — rus fizioloq, Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı, akademik.
İvan Pavlov | |
---|---|
![]() | |
Doğum tarixi | 26 sentyabr 1849(1849-09-26)[1][2] |
Doğum yeri |
|
Vəfat tarixi | 27 fevral 1936(1936-02-27)[3][4][…] (86 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər iltihabı |
Dəfn yeri |
|
Uşaqları | 5[5] (Vera I. Pavlova daxil olmaqla) |
Elm sahələri | təhsil, fiziologiya |
Elmi dərəcəsi | |
İş yerləri |
|
Təhsili |
|
Üzvlüyü |
|
Mükafatları |
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
![]() |
Fizioloji və psixologiya sahəsindəki işləri ilə psixofizioloji və təcrübi psixologiya sahələrinə dərindən təsir etdi. Fizioloji və psixologiya sahəsindəki işləri ilə psixofizioloji və təcrübi psixologiya sahələrini dərindən təsir etdi. Bu səbəblə hər iki elm sahəsinin qurucularından sayılır.
Leninqrad Fiziologiya İnstitutunun başında olaraq işlərini davam etdirdi. Şərtli reflekslərin təbiəti və işləyişi mövzusundakı kəşfi, bütün araşdırmaları öyrənmə sahəsinə yönəltdi. Pavlovun itlər üzərində etdiyi klassik şərtlənmə təcrübələri məşhurdur. İtə ilk olaraq bir neçə dəfə zəng çalınır lakin it reaksiya vermir. Sonradan ət verilər, itin tüpürcəkləri axır. Sonra ət ilə birlikdə zəng yenidən çalınır. Daha sonra ət verilmədiyi halda zəng çalındığında itin ağızının suyunun axdığı görülür. Şərtli ya da şərtləndirilmiş refleks deyilən hadisə də budur. Pavlov, bu davranışın, psixoloji fəaliyyətlə eyni olan yüksək səviyyədə sinir fəaliyyətinin əlamətlərindən biri olduğunu qarşıya qoyur və psixologiya sahəsində etibarlı tək yanaşmanın təcrübi üsul olduğunu vurğulayır. Pavlov, bu sahədəki işlərinə görə 1904-cü ildə Fiziologiya və tibb üzrə Nobel mükafatını qazanmışdır.