İxtiyar Əlibala oğlu Şirinov və ya sadəcə İxtiyar Şirin (23 iyul 1952, Dünyamalılar, Jdanov rayonu – 14 noyabr 2022) — Azərbaycan Respublikasının Baş prokuroru (1992–1993), Azərbaycanın ilk həqiqi dövlət ədliyyə müşaviri (1992–1993)[1].
İxtiyar Şirin | |
---|---|
14 oktyabr 1992 – 30 iyun 1993 | |
Əvvəlki | Murad Babayev |
Sonrakı | Əli Ömərov |
21 may 1992 – 28 oktyabr 1992 | |
Prezident | İsa Qəmbər (i. e.) Əbülfəz Elçibəy |
Əvvəlki | Sabir Hacıyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 iyul 1952(1952-07-23) |
Doğum yeri | |
Vəfat tarixi | 14 noyabr 2022(2022-11-14) (70 yaşında) |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | prokuror |
Atası | Əlibala Şirinov |
Rütbəsi |
![]() Həqiqi dövlət ədliyyə müşaviri (məhrum edilib) |
![]() |
İxtiyar Əlibala oğlu Şirinov 23 iyul 1952-ci ildə hazırkı Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra Beyləqan rayonundakı sovxozda fəhlə, Sumqayıtda zavodda laborant işləmiş, 1972–1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil almışdır.[2]
İxtiyar Şirin 1977-ci ildən prokurorluq orqanlarında çalışmış, 1977–1978-ci illərdə hazırkı Xətai Rayon Prokururluğunun müstəntiqi, baş müstəntiqi, 1982–1984-cü illərdə Bakı Şəhər Prokurorluğunun istintaq şöbəsinin prokuroru, Qaradağ rayon prokurorunun müavini, hazırkı Yasamal və Qaradağ rayonlarının prokuroru vəzifələrində işləmişdir.[2]
13 nömrəli Puta seçki dairəsindən Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatı seçilmiş, Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilərək[3] şuranın Hüquqi siyasət komissiyasının sədri vəzifəsinə seçilmişdir. Milli Şuranın Azərbaycan Respublikasının Milli Məclisi adlandırılmasından sonra Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti daimi komissiyasının üzvü olmuşdur. İstiqlalçı deputat olaraq 1991-ci ildə, parlamentdə məhz həmin 43 deputatdan biri olaraq Azərbaycan xalqının müstəqillik istəyinə səs vermişdir.
İxtiyar Şirin 21 may 1992-ci ildə Azərbaycan Respublikasının hüquq siyasəti üzrə Dövlət müşaviri təyin edilmiş və 28 oktyabr 1992-ci ildə bu vəzifədən azad edilmişdir. 14 oktyabr 1992-ci ildə Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmuş və ona 16 oktyabr 1992-ci ildə həqiqi dövlət ədliyyə müşaviri rütbə dərəcəsi verilmişdir.[4] 14 sentyabr 1993-cü ildə isə bu rütbədən məhrum edilmişdir.[5]
1993-cü ilin iyun hadisələrində Gəncədə Surət Hüseynovun komandası tərəfindən həbs olunub. 11 ay sonra məhkəmə cinayət işini xitam edib və azadlığa buraxılıb.
29 dekabr 1998-ci ildə Milli Konqres Partiyasını təsis etmiş və siyasi fəaliyyətini təsis etdiyi siyasi partiya ilə davam etdirmişdir.
14 noyabr 2022-ci ildə vəfat etmişdir.[6]